Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1837/2025 17.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi, Maraqlı tərəf Saatlı rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X1 iştirakları ilə, XX.XX.1959-cu il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək XX.XX.1959-cu il tarixdə anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, onunla birlikdə yaşayan XX.XX.1959-cu il təvəllüdlü, Saatlı rayonu Oturub kəndində anadan olmuş qardaşı X5 “Kəskin ifadə olunmuş demensiya, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir, “Orqanizmin funksiyalarının pozulmasına görə” İİ qrup əlilliyi olan, əmək qabiliyyətsiz və özünə xidmət zamanı köməyə ehtiyacı olan xəstədir. Hal-hazırda qardaşı İsayev Qubadxan Mǝtiş oğlu ağıl zəifliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür və başqasının qulluğuna ehtiyacı vardır. Ona görə də, göstərdiklərini nəzərə alaraq XX.XX.1959-cu il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Saatlı rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X4 izahatında göstərdi ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki iş üzrə müvafiq ekspert rəyini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İşdə olan AZE seriyalı 15406073 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 XX.XX.1959-cu ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının verdiyi 25 fevral 2021-ci il tarixli arayışından görünür ki, X5 müayinə olunmuş və ona “Kəskin ifadə olunmuş demensiya, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi „Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi“ X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 14 yanvar 2026-cı il tarixli, 136 saylı rəyindən görünür ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. İş materiallarından da göründüyü kimi XX.XX.1959-cu il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə onun qardaşı-Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmiş, işə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə baxılmış, iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək müvafiq rəy alınmış və həmin rəydə də X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək XX.XX.1959cu il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. XX.XX.1959-cu il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmənin qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs X5 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1837/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1837/2025
17.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver