Məhkəmə qərarları › İş №2(056)-2738/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2738/2025

05.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2738/2025 05.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Sabirabad rayonu, Poladtuğay kəndində yerləşən ümumi sahəsi 1999.9 kv\m olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi, İddiaçıə Əfsər qızına məxsus Sabirabad rayonu, Poladtuğay kəndində yerləşən ümumi sahəsi 1999.9 kv\m olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası keçirilmiş, mülki iş üzrə məhkəmə baxışı xx.xx.2025-ci il tarixə, saat 16:30-a təyin edilmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

3. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlə aralarında barışıq olduğu üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh də işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

6. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.

7. Belə ki, iddiaçı tərəf iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Cavabdehin də işə baxılması yönündə iradə ifadəsi mövcud deyil.

8. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı mülkiyyətdən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrə ilə Sabirabad Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar