Məhkəmə qərarları › İş №2(060)-118/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-118/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-118/2025 19.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi, İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin, 31 saylı mənzilini 2014-cü ildən bugünə kimi qeyri-qanuni sürətdə zəbt etməsi ilə əlaqədar olaraq ona dəymiş 24000 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qurbanali oğlu 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-529/2020 nömrəli, 23 yanvar 2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 nömrəli, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, yəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 129-cu maddələrinin, Mülki Məcəlləsinin 139, 139-1,

146. 152, 153 və 157-ci maddələrinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda 01 dekabr 2022-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan, eyni zamanda mülkiyyətçi olan onun əşyalarını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət onun tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək onun konstitusiyon hüquqlarını pozması, ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmündən hazırki iddia üzrə cavabdeh məhkum Cavabdeh və onun müdafiəçisi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi). X13 və X3 ibarət tərkibdə) 23 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023cü il tarixli qərarından hazırki iddia üzrə cavabdeh məhkum Cavabdeh və müdafiəçisi Nümayəndə birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini, habelə onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ona dəymiş cəmisi 50000 (əli min) manat məbləğində maddi, mənəvi ziyanın və kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)- 217/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda qeyd olunanlardanda göründüyü kimi Cavabdeh əsassız olaraq dəfələrlə onun mülkiyyət hüququnu pozmuş əsassız olaraq onu uzun müddətli məhkəmə çəkişmələrinə cəlb etməklə onun manəsiz mülkiyyətindən istifadə etməyinə imkan verməməklə ona xeyli miqdarda maddi ziyan vurmuşdur.

Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, MKT-nin əməkdaşlarına yaxınlaşmış və onlar demişdir ki, nə zaman evdən çıxardıqlarını bilmirlər. Ona görə də icra sənədini gətirməlidir. 7 iş günündən sonra getmiş və bildirmişlər ki, işi məhkəmədədir. İcraçılar qarşı tərəfi mənzildən çıxardıqdan bir gün sonra yenidən mənzilə daxil olmuşlar. O qədər elə hadisələr olduğu üçün, qonşudan da nəsə soruşmaq mümkün deyildir. Əslində ona dəyən ziyan çoxdur. Lakin vəkil demişdir ki, onları yazsa belə sübuta yetirə bilməyəcəkdir. 9 il 7 ay üçün hər ay 200 manatdan hesabladıqda həmin məbləğ 24000 manatdan da çox edir. Həmin tarix də 2014-2024-cü illəri əhatə edir. 2018-ci il tarixdə də qərar çıxmasına baxmaraq həmin evdə yaşamamışdır. Buna görə də, iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddialarının qanunsuz və əsassız olduğu üçün məhkəmə tərəfindən tamamilə rədd edilməklə həmin iddia tələblərinə qarşı qəti etiraz etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin icraatında İddiaçı bizə qarşı “dəymiş ziyanın ödənilməsi” formal olaraq ona məxsus ünvan 2, mənzil 31-i 2014-cü ildən zəbt olunması ilə əlaqədar olaraq ona dəymiş 24000 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162,40 manat dövlət rüsumunun tutulması barədə iddiası üzrə mülki iş vardır, (hakim Aynur Behbudova). Hal-hazırda aşağıda göstərilənlərə əsasən həmin iddia tələblərinə qarşı qəti etiraz edir və məhkəmə tərəfindən tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Belə ki. İddiaçı 2014-cü ildən mənzili almasına baxmayaraq həmin mənzildə bir gün də yaşamamasını istintaq və məhkəmə sənədləri ilə tam sübut olunmasına baxmayaraq belə ki, bu mənzil üzrə hal-hazırda da məhkəmə mübahisəsi davam edir və mənzil üzərində hal-hazırda da onların vəsaitləri üzrə məhkəmə qərarı ilə həbs qoyulmuşdur ki, yekun məhkəmə qərarı çıxana kimi onun mənzilə heç bir hüququ yoxdur və lap əvvəldən indiyə kimi həmin mənzildə o və ailə üzvləri ailəlikcə yaşamışlar və hal-hazırda da yaşamaqda davam etmək istəyirlər. Belə ki, məhkəmələr tərəfindən qanuni və əsaslı olaraq ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllədə, 0,091 ha torpaq sahəsində yerləşən 5/11 nömrəli evin 40,95 kv.m ümumi, 28,1 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzilin 15300 (on beş min üç yüz) manata cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 haqqında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 26 iyul 2011-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 53/02 nömrəli protokol etibarsız hesab edilərək, həmin hərracın nəticələri ləğv edilmişdir. X14 vicdansızcasına həmin evi varlanmaq məqsədilə məhkəmə qərarı qüvvədə ola-ola İddiaçı Adil oğluna satmış və sonuncu bunu bilə-bilə evi almışdır. Halhazırda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 saylı bildirişinə əsasən, onun cavabdehlər İddiaçı və X10 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair həmin mənzil mübahisəsi ilə bağlı iş üzrə məhkəmə əmri Bakı şəhəri Səbail rayon İcra idarəsi tərəfindən icra olunur. Bundan başqa, inzibati icraat qaydasında İddiaçı qarşı Sumqayıt şəhəri, 36-cı məhəllədə, 0,091 ha torpaq sahəsində yerləşən 5/11 nömrəli evin 40,95 kv.m ümumi, 28,1 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzilə dair cavabdeh - Azərbaycan Respublikası ƏMDKYDƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX, № ******* saylı, reyestr nömrəsi **********69-05101-093016 olan, xx.xx.2014-cü il qeydiyyat tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın etibarsız hesab edilməsi barədə məhkəmə işi davam edir. Belə olan halda mübahisəli mənzilə dair məhkəmə mübahisələrinin davam etdiyi və yekun məhkəmə qərarlarının qəbul edilmədiyi bir vaxtda hansı hüquqdan söhbət gedə bilər. Bundan başqa, 2014-cü ildən bu yana İddiaçı həmin mənzildə yaşamır və yaşamaq da istəmir çünki, hələ də onların məhkəmə prosesləri davam edir və yalnız həmin mənzilin üzərinə həbs qoydurduqları üçün Xalid həmin mənzili sata bilmir, yoxsa çoxdan satıb bu mübahisəli mənzildən canını qurtarardı. 2015-ci ildə Ali məhkəmədə işə baxılarkən Sadıq barədə qərar verildiyi vaxt Xalid barədə heç bir məlumat yox idi. Çünki evin çıxarışı Sadiqin adına olmuşdur. Lakın sonradan Xalid 2014-cü il tarixli saxta arxa tarixlə çıxarış əldə etməklə ortaya çıxmışdır. Sual olunur 2015-cı ildə Sadiqin adına olan ev necə 2014cü ildə Xalidin adına çıxarış alınmışdır. Belə çıxır ki, İddiaçı Sadiq Vəliyevlə əlbir olub dələduzluq edərək məhkəmələri, o cümlədən Ali məhkəməni aldadaraq 2014-cü ildə evi Xalidə satmağını gizlədərək bu barədə məlumatları Ali məhkəməyə bildirməmiş özünü yalandan mənzilin sahibi kimi təqdim etmiş və bu barədə məhkəməyə çıxarış təqdim elmişdir və Xalidlə qabaqcadan sövdələşmişlər. Ona görə də Xalid məhkəməyə gələrək mənzilin sahibi olması barədə bildirməmişdir. Çünki belə olacağı təqdirdə məhkəmə onun da vicdansız alıcı olması faktını təsdiq edəcəkdi. Beləliklə də, Xalid Qurbanox özünü “təmizə çıxarmış” hesab etmişdir. Əslində isə qanuna əsasən saxta əqd bağlandığı andan, yəni 2014-cü ildən qanunsuz və əsassız hesab olunmalıdır. Əlbəttə ona bu işdə ona həmin Sadiq, fırıldaqçı və ləğv olunmuş X24 “köməklik” etmişdir. Nəvəsi xx.xx.2010-cu ildə Sumqayıt şəhərində anadan olmuş X17 onların yaşayış sahəsi ilə bağlı problerinizin ucbatından qorxaraq dili tutulmuşdur, neçə illərdir ki, xəstəliyini müalicə edirlər, lakin hələ də danışığında kəkələmə qalmış və əziyyət çəkir. Sual olunur burada hansı ədalətdən söhbət gedə bilər. Həmin mənzil 1985-ci ildən mənim istifadəsindədir, yəni ailələrinin. İddiaçı 2014-cü ildə həmin mənzili başqa bir fırıldaqçı Sadiq adlı şəxsdən almışdır. Həmin Sadiq adlı şəxs isə onu fırıldaqçı və ləğv olunmuş X15 almışdır. Bank və Sadiq barələrində məhkəmə qərarı ilə bütün alqı-satqı və hərrac ləğv edildiyi üçün tez bir zamanda Xalidə sataraq izi azdırmağa və məsələni bir az da mürəkkəbləşdirməyə və qəlizləşdirməyə və məhkəmə mübahisəsinin bir az da uzanmasına nail olmuşlar. Ailəsi böyük bir külfətdir. Ailədə yeganə qazanc gətirən odur. Nəvəsi xx.xx.2010-cu ildə Sumqayıt şəhərində anadan olmuş X17 onların yaşayış sahəsi ilə bağlı problemlərinin ucbatından qorxaraq dili tutulmuşdur, neçə illərdir ki, xəstəliyini müalicə edirlər. Lakin hələ də danışığında kəkələmə qalıb və əziyyət çəkir. Belə ki, məhkəmələr tərəfindən qanuni və əsaslı olaraq ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllədə, 0,091 ha torpaq sahəsində yerləşən 5/11 nömrəli evin 40,95 kv.m ümumi, 28,1 kv.m, yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzilin 15300 (on beş min üç yüz) manata cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 haqqında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 26 iyul 2011-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 53/02 nömrəli protokol etibarsız hesab edilərək, həmin hərracın nəticələri ləğv edilmişdir. X14 vicdansızcasına həmin evi varlanmaq məqsədilə məhkəmə qərarı qüvvədə ola-ola İddiaçı Adil oğluna satmış və sonuncu bunu bilə- bilə evi almışdır. Həmin mübahisəli mənzil 1985-ci ildən istifadədəsindədir. İddiaçı 2014-cü ildə həmin mənzili başqa bir fırıldaqçı Sadiq adlı şəxsdən almışdır. Həmin Sadiq adlı şəxs isə onu fırıldaqçı və ləğv olunmuş X15 almışdır. Bank və Sadiq barələrində məhkəmə qərarı ilə bütün alqısatqı və hərrac ləğv edildiyi üçün tez bir zamanda Xalidə sataraq izi azdırmağa və məsələni bir az da mürəkkəbləşdirməyə və qəlizləşdirməyə və məhkəmə mübahisəsinin bir az da uzanmasına nail olmuşlar. Lakin 2014-cü ildən bu yana Xalid həmin mənzildə yaşamır və yaşamaq da istəmir çünki, hələ də onların məhkəmə prosesləri davam edir və yalnız həmin mənzilin üzərinə həbz qoydurduqları üçün Xalid həmin mənzili sata bilmir yoxsa çoxdan satıb bu mübahisəli mənzildən canını qurtarardı. 2015-ci ildə Ali məhkəmədə işə baxılarkən Sadiq barədə qərar verildiyi vaxt Xalid barədə heç bir məlumat yox idi. Çünki evin çıxarışı Sadiqin adına olmuşdur. Lakin sonradan Xalid xx.xx.2014-cü il tarixli saxta arxa tarixlə çıxarış əldə etməklə ortaya çıxmışdır. Sual olunur 2015-ci ildə Sadiqin adma olan evə necə 2014-cü ildə Xalidin adma çıxarış alınıb. Əlbəttə bu işdə ona həmin Sadiq və fırıldaqçı və ləğv olunmuş X24 “köməklik” etmişlər. İddiaçı iddia ərizəsində onun barəsində olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarına istinad etmişdir. Həmin məsələ barəsində bildirmək istəyir ki, saxta dindirmələrlə bütün təqsirlər avtomatik olaraq onun üzərinə qoyulmuşdur. Halbuki Sumqayıt şəhər məhkəməsində məhkəmə baxışları ilə, işin faktiki halları və ekspertiza rəyləri və sairə ilə bunun tam əksi sübut olunmuşdur. Yəni əməlində heç bir təqsirin olmaması tam sübuta yetirilir. Və ya istinad edilən əməl düzgün tövsüf olunmamışdır. Olsa-olsa əməlində qanunsuz mənzilə daxil olma vardır ki, bu halda da (Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi-mənzil toxunulmazlığını pozma hansı ki, Sumqayıt şəhər prokurorluğu əvvəlcə cinayət işini bu maddə ilə aparmış burada mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmadan söhbət getdiyi üçün və guya zərərçəkmiş hesab edilmiş İddiaçı 2014-cü ildən mənzili almasına baxmayaraq həmin mənzildə bir gün də yaşamamasmı istintaq və məhkəmə sənədləri ilə tam sübut olunmasına baxmayaraq belə ki, bu mənzil üzrə hal-hazırda da məhkəmə mübahisəsi davam edir və mənzil üzərində hal-hazırda da onların vəsatətləri üzrə məhkəmə qərarı ilə həbs qoyulmuşdur ki, yekun məhkəmə qərarı çıxana kimi onun mənzilə heç bir hüququ yoxdur və lap əvvəldən indiyə kimi həmin mənzildə o, ailəsi ilə yaşamış və hal-hazırda da yaşamaqda davam etmək istəyir. Belə ki, məhkəmələr tərəfindən qanuni və əsaslı olaraq ona məxsus Sumqayıt şəhəri. 36-cı məhəllədə, 0,091 ha torpaq sahəsində yerləşən 5/11 nömrəli evin 40,95 kv.m ümumi, 28,1 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzilin 15300 (on beş min üç yüz) manata cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 haqqında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 26 iyul 2011-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 53/02 nömrəli protokol etibarsız hesab edilərək, həmin hərracın nəticələri ləğv edilmişdir. X14 vicdansızcasına həmin evi varlanmaq məqsədilə məhkəmə qərarı qüvvədə ola-ola İddiaçı Adil oğluna satmış və sonuncu bunu bilə-bilə evi almışdır. Halhazırda Sumqayıt şəhər məhkəməsinin İş № 2(060)-7920/2021 saylı bildirişinə əsasən, onun cavabdehlər İddiaçı və X10 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair həmin mənzil mübahisəsi ilə bağlı iş üzrə məhkəmə əmri Bakı şəhəri Səbail rayon İcra idarəsində icra olunur. Belə olan halda mübahisəli mənzilə dair məhkəmə mübahisələrinin davam etdiyi və yekun məhkəmə qərarının qəbul edilmədiyi bir vaxtda hansı cinayətdən və özbaşınalıqdan söhbət gedə bilər. Bundan başqa, 2014-cü ildən bu yana Xalid həmin mənzildə yaşamır və yaşamaq da istəmir çünk, hələ də onların məhkəmə prosesləri davam edir və yalnız həmin mənzilin üzərinə həbz qoydurduqları üçün Xalid həmin mənzili sata bilmi yoxsa çoxdan satıb bu mübahisəli mənzildən canını qurtarardı. 2015-ci ildə Ali məhkəmədə işə baxılarkən Sadiq barədə qərar verildiyi vaxt Xalid barədə heç bir məlumat yox idi. Çünki evin çıxarışı Sadiqin adma olmuşdur. Lakin sonradan Xalid 2014-cü il tarixli saxta arxa tarixlə çıxarış əldə etməklə ortaya çıxmışdır. Sual olunur 2015-ci ildə Sadiqin adına olan ev necə 2014-cü ildə Xalidin adma çıxarış alınıb. Əlbəttə ona bu işdə ona həmin Sadiq, fırıldaqçı və ləğv olunmuş X24 “köməklik” etmişdir. Nəvəsi xx.xx.2010-cu ildə Sumqayıt şəhərində anadan olmuş X17 onların yaşayış sahəsilə bağlı problerinin ucbatından qorxaraq dili tutulmuşdur, neçə illərdir ki, xəstəliyini müalicə edirlər. Lakin hələ də danışığında kəkələmə qalıb və əziyyət çəkir.) həmin mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmadan söhbət getdiyi və onun faktiki boş kimsəsiz və mülki məhkəmə mübahisəsi gedən mənzilə lap əvvəldən özündə olan açarla sərbəst daxil olmasını nəzərə alsalar bu səbəbindən əməlində yenə də cinayət tərkibi və ümumiyyətlə cinayət hadisəsi yoxdur. Sual olunur burada hansı ədalətdən söhbət gedə bilər. Və ya sual olunur zərərçəkmiş hesab edilmiş şəxsə hansı ziyan özü də mühüm ziyan dəymişdir. Qiymətsiz və ya zibilliyə tullamağa heyfi gəlmiş köhnə paslı dəmir çarpayı və ya karonovirus xəstəsinin pasteli və ya köhnə xarab 90-cı illərin televizoru və ya xolodelniki mühüm ziyanı təşkil edir.Bunların hamısını diskə çəkib aktlaşdırıb səliqəli saxlanc yerinə yığmışlar ki, səhərisi günü sübut etsinlər. Belə ki, istintaqın versiyasına görə 01 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri 36-cı, məhəllə ev 5/11, mənzil 31-ə özbaşınalıq edərək daxil olmuş və zərərçəkmiş İddiaçı mühüm ziyan vurmuşdur. Həmin mənzil 1985-ci ildən istifadəsindədir. İddiaçı 2014-cü ildə həmin mənzili başqa bir fırıldaqçı Sadiq adlı şəxsdən almışdır. Həmin Sadiq adlı şəxs isə onu fırıldaqçı və ləğv olunmuş X15 almışdır. Bank və Sadiq barələrində məhkəmə qərarı ilə bütün alqı-satqı və hərrac ləğv edildiyi üçün tez bir zamanda Xalidə sataraq izi azdırmağa və məsələni bir az da mürəkkəbləşdirməyə və qəlizləşdirməyə və məhkəmə mübahisəsinin bir az da uzanmasına nail olmuşlar. Lakin Xalid həmin mənzildə yaşamır və yaşamaq da istəmir çünki hələ də bizim məhkəmə prosesləri davam edir və yalnız həmin mənzilin üzərinə həbs qoydurduqları üçün Xalid həmin mənzili sata bilmir yoxsa çoxdan satıb bu mübahisəli mənzildən canını qurtarardı. İndi sual olunur mühüm ziyan kimə dəymişdir. Əlbəttə ki, ona belə ki, həm qanunsuz olaraq evini ələ keçirmək istəyirlər, həm də əsassız olaraq şərlənərək cinayət məsuliyyətinə cəlb edilərək haqsız yerə cəzalandırılmışdır. Bu ədalətsizliyə güman edir ki, Avropa məhkəməsi tərəfindən son qoyulmalıdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, qərəzsizlik və bitərəflik prinsipi onu nəzərdə tutur ki, bir iş üzrə tərəflər arasında cinayətin obyekti olan mənzil üzrə mülki mübahisə üzrə məhkəmələr yekunlaşıb yekun məhkəmə qərarı olmadan kimisə təqsirli bilmək artıq digər tərəf üçün tutarlı sübut yaratmaqla həmin proseslərdə məhkəmə baxışlarını və ədalət mühakiməsi prinsiplərini kobud şəkildə pozmaqla mümkünsüz edir tərəfi haqsız olaraq çox pis vəziyyətdə qoymaqla ədalət mühakiməsinə kölgə salır. Bu isə qanunçuluq və ədalət prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Sual olunur burada hansı cinayətdən söhbət gedə bilər. Məhkəmə isə həmin vaxtı məhkəmə icraçısı olmuş və mənzilin açarlarını həm Xalidə həm də ki, ona vermiş Dadaş adlı icra məmurunu şahid qismində çağırıb dindirməmişdir. Əgər dindirsə idi onda icra məmuru bir daha təsdiq edərdi ki, o, həmin mənzilə öz açarı ilə daxil olmaqla heç bir cinayət törətməmişdir. Hesab edir ki, o, İnsan Hüquqlarının və X8 X4 ( Roma, xx.xx.1950-ci il ) 1-ci maddəsinin şəxsi azadlıq hüququna hörmət tələbi prinsipinin pozulmasının qurbanı olmuşdur.

İş materiallarına əlavə olunmuş sənədlər - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-217/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 162 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1985/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh X9 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X5 əsassız varlanma nəticəsində əldə olunmuş 18850 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 45.60 manat dövlət rüsumunun 22.80 manatının cavabdeh X5 tutularaq iddiaçı Cavabdeh verilməsi, qalan 22.80 manat hissəsi iddiaçının özünə aid edilməsi qət edilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddianın təmin edilməsi, X6 və X11 ünvan 2, 31 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli, əmlakçı Zamanova tərəfindən imzalanmış arayışdan görünür ki, İddiaçı ünvan 2, mənzil 31 ünvanında yerləşən 2 otağın kirayə haqqı bazar qiyməti ilə 300 manat məbləğindədir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli № 13 saylı ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin dəyərinin müəyyən edilməsi barədə hesabatından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin bazar dəyəri 72000 manat, likvid dəyəri isə 67000 manat, həmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 300 manat təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4 məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə cavabdehin dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, həmin mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. Hazırda iddiaçının iddia tələbinin əsasını mənzildən istifadə edə bilməməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsi təşkil edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yəni, qanunverici tərəfindən iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. Məhkəmə qeyd edir ki, işdə preyudisial əhəmiyyət daşıyan yekun məhkəmə aktları mövcuddur. xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, ...Məcəllənin Bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015- ci il tarixli Qərarı). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-217/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Cavabdeh 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-529/2020 nömrəli, 23 yanvar 2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 nömrəli, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair” iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, yəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 129-cu maddələrinin, Mülki Məcəlləsinin 139, 139-1, 146, 152, 153 və 157-ci maddələrinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda 01 dekabr 2022-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan, eyni zamanda mülkiyyətçi olan İddiaçı əşyalarını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət İddiaçı tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək sonuncunun konstitusiyon hüquqlarını pozması, ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə müvafiq icra sənədi əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Dadaş Fərhadov tərəfindən 17 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzildən könüllü şəkildə çıxarılmış və həmin mənzilin mülkiyətçisi İddiaçı mənzilə köçürülmüşdür. 01 dekabr 2021-ci il tarixədək o, göstərilən mənzilin mühafizəsinin dayandırılması haqqında məlumat aldıqda həmin tarixdə mənzilə daxil olmaq qərarına gəlmiş və bu məqsədlə özündə olan açarla mənzilin seyf qapısının yuxarı kilidini açıb, aşağı kilidin isə qırıq olduğunu görüb oraya daxil olmuşdur. Əsasən o, ailə üzvləri ilə birlikdə qonşusu, 32 saylı mənzildə yaşayan Məhərrəm müəllimin mənzilində yaşasa da, 01 dekabr 2021-ci il tarixdə mübahisəli mənzilə girdikdən sonra orada gecələmişdir. İddiaçınun 31 saylı mənzilində həmin vaxt köhnə televizor, köhnə soyuducu, 02 ədəd köhnə qoltuqlu stol, 01 ədəd açılıbbağlanan yataq, 01 ədəd döşək, 01 ədəd yorğan olmuş və o, bu əşyaları Bəndalı adlı şəxslə birlikdə daşıyıb səliqəli şəkildə 36-cı məhəllədə yerləşən mərasim evinin saxlanc yerinə qoymuşlar. 25 yanvar 2022-ci il tarixdə tarixdə İddiaçı mənzilə gəlməsi barədə məlumat alıb dərhal oraya gəldikdə Xalidin mənzilin seyf qapısını qırmağa çalışdığını, orada Xalidi, onun qardaşını və polis işçilərinin olduğunu görmüşdür. 26 yanvar 2022-ci il tarixdə o, Sumqayıt ŞPİ-nin 3-cü PB-də izahat yazaraq ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə necə daxil olduğunu bildirmişdir. Hökmdən görünür ki, iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq məhkəmə iclasında dindirilmiş İddiaçı ifadələrindən görünür ki, 2014-cü ildə o, ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən 40.000 (qırx min) manata almış, lakin həmin ilin dekabr ayında Cavabdeh öz ailə üzvləri ilə birlikdə qeyri-qanuni olaraq onun mənzilinə daxil olub orada yaşamağa başlamışlar. Bundan sonra o, Cavabdeh ailə üzvləri ilə birlikdə mənzilindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən onun iddiası təmin olunmuşdur. Bununla razılaşmayan Cavabdeh öz növbəsində mənzilə dair alqı-satqı müqaviləsinin, onun, yəni İddiaçı adına olan reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və son nəticədə onun iddiası təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarı ilə isə mənzilin onun mülkiyyətində olması müəyyən edilmiş və buna görə həmin məhkəmə aktları əsasında verilmiş icra sənədi əsasında Cavabdeh 17 sentyabr 2021-ci il tarixdə icra məmuru tərəfindən ailə üzvləri ilə mənzildən çıxarılmış, bu barədə də müvafiq akt tərtib edilmişdir. 25 yanvar 2022-ci il tarixdə o, öz mənzilinə gəldikdə mənzilin dəmir seyf qapısının kilidinin dəyişdirildiyini və evdə heç kəsin olmadığını görmüş, eyni zamanda mənzilin mühafizədən çıxarılması barədə məlumat almışdır. Buna görə o, DİN-nin 102 qaynar xəttinə zəng edərək Cavabdeh tərəfindən mənzilinin qıfılının dəyişdirilməsi barədə məlumat vermiş və bu haqda Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət müraciət etmişdir. Elə həmin gün onun ərizəsinə əsasən polis bölməsində araşdırma aparılmağa başlanmış və onunla yanaşı Cavabdeh də bölmədə izahat verərkən mənzilin seyf qapısının kilidini dəyişdirdiyini etiraf etmişdir. 26 yanvar 2022-ci il tarixdə o, qardaşı Nicat Qurbanovla birlikdə öz mənzilinə gedərək Cavabdeh tərəfindən dəyişdirilmiş kilidini sökməyə başlayarkən sonuncu və onun ailə üzvləri onlara hücum çəkərək mane olmuşlar. Mənzilə daxil olduqda o, həmçinin orada saxlanılan əşyaların olmadığını da müəyyən etmiş və Cavabdeh polis bölməsində izahat verərkən həmin əşyaları mənzilə qanunsuz daxil olaraq oradan çıxardıb başqa yerə yığmasını da etiraf etmişdir. Hazırda həmin əşyaların harda olmasını bilmir və ona təqdim edilməmişdir. Cavabdeh və onun ailə üzvlərinin belə qanunsuz hərəkətlərinə görə o, ailəsi ilə birlikdə başqa mənzildə kirayədə qalmağa, buna görə isə hər ay 230 manat məbləğində pul ödəməyə məcbur olmuş, bu məbləğ isə onun əmək haqqının üçdə birini təşkil etdiyi üçün o, maddi cəhətdən sıxıntılara məruz qalmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X18 da qardaşı İddiaçı ifadələri ilə eynilik təşkil edən ifadələr vermişdir. Hökmdən görünür ki, təsvir edilmiş ifadələrin, habelə iş materiallarına əlavə edilmiş bir sıra sənədlərin təhlili göstərir, uzun müddət gedən məhkəmə çəkişmələri nəticəsində E,Q.Liftiyevin ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə mülkiyyət hüququnun, yəni onun bu mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnun olmaması müəyyən edilmiş, bu hal aşağıda istinad müvafiq sənədlərlə və məhkəmə aktları ilə təsdiq olunmuş, lakin sonuncu buna baxmayaraq, özünün etiraf etməsinə görə, mübahisəli mənzilə dair mülkiyyət hüququna malik olmasını ehtimal edib qanunsuz şəkildə həmin mənzilə daxil olmaqla mənzilin mülkiyyətçisi İddiaçı qanunla qorunan hüquq və mənafeyinə mühüm ziyan vurmuşdur. Hökmdən göründüyü kimi, əvvəla iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil əvvəllər Cavabdeh mülkiyyətində olsa da, həmin mənzil ipoteka ilə yüklü edilərək banka girov qoyulmuş, sonradan isə bu daşınmaz əmlak hərracdan X1. Hökmdən göründüyü kimi, Cavabdeh mülki iddiasına əsasən hərracın nəticələri və bankla S.A.Vəliyev arasında bağlanmış 26 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2016-cı il tarixli qətnaməsi ilə etibarsız hesab edlilsə də və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılsa da, buna qədər, yəni 20 dekabr 2014-cü il tarixdə mənzil S.A.Vəliyev tərəfindən sonradan aşağıda istinad olunan müvafiq məhkəmə aktları ilə vicdanlı alıcı hesab edilmiş İddiaçı satılaraq sonuncunun mülkiyyətinə keçmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 20 dekabr 2014-cü il tarixli AN-İ №0477807 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzili 34.150 (otuz dörd min bir yüz əlli) manata X7 almışdır. Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 dekabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzil 20 dekabr 2014-cü il tarixdən İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. Hökmdən göründüyü kimi, bununla razılaşmayan Cavabdeh həm 20 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin (S.A.Əliyevlə İddiaçı arasında bağlanmış) etibarsız hesab edilməsi və həm də eyni tarixli İddiaçı adına olan çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş Cavabdeh iddiası isə təmin olunmamışdır. Buna görə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq cavabdehlər Cavabdeh və onun ailə üzvləri Z.C.Cəfərovanın, X.Cavabdehanın, Gülnaz Liftiyevanın, Günel Liftiyevanın və Orxan Liftiyevin iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzildən çıxarılmaları qərara alınmış, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Hökmdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin həm 22 avqust 2019-cu il tarixli, həm də 14 avqust 2020-ci il tarixli qətnamələrindən narazı qalan Cavabdeh bu məhkəmə aktlarından kassasiya şikayətləri vermiş (ikinci iş üzrə çıxarılmış qətnamədən ailə üzvləri ilə birlikdə) və həmin şikayətlərə əsasən mülki işlərə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qərarı ilə birinci iş üzrə 22 avqust 2019-cu il tarixli qətnamə, 16 mart 2021-ci il tarixli qərarla isə - ikinci iş üzrə 14 avqust 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayətləri isə təmin edilməmişdir. Göründüyü kimi, son nəticədə yuxarıda göstərilən yekun məhkəmə aktları İddiaçı ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə mülkiyyət hüququ tanınmış və o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq bu hüquqdan irəli gələn digər hüquqlara da malik olmuş, Cavabdeh isə ailə üzvləri ilə birlikdə adı çəkilən mənzildən çıxarılmasına dair yekun qərar icraya yönəldilərək həmin qərarın icrası Sumqayıt şəhərə İcra və probasiya şöbəsinə həvalə edilmişdir. 17 sentyabr 2021-ci il tarixdə isə qərar icra məmuru Dadaş Fərhadov tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiayasının 16 mart 2021-ci il tarixli qərarı icra olunaraq Cavabdeh və onun ailə üzvləri yuxarıda göstərilən mənzildən çıxarılmalarına, buna əsas olmuş məhkəmə aktlarından məhkum olunmuş şəxsin məlumatlı olmasına, yəni onun mənzilə dair mülkiyyət hüqunun olmamasına baxmayaraq o, 01 dekabr 2021-ci il tarixdə özbaşına olaraq mənzilə daxil olmuş və 25 yanvar 2022-ci il tarixədək həmin mənzildə yaşamış, bununla da mənzilin mülkiyyətçisi İddiaçı mülkiyyət hüqunu pozmaqla ona mühüm ziyan vurmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş hökm ilə cavabdehin mübahisəli mənzilə daxil olması və orada yaşaması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında qanuni qüvvəyə minmiş hökm və qətnamə ilə müəyyən edilmiş faktlar mövcuddur və hazırkı tələb preyudisial əhəmiyyət kəsb edir və yenidən araşdırılmamalıdır. Ona görə ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Məhkəmə iclasında iddiaçı qeyd edir ki, öz mülkiyyətindən istifadə edə bilməməsi nəticəsində digər mənzildə yaşaması ilə əlaqədar kirayə haqqı vermiş, bununla bərabər öz mənzilindən yaşamaq hüququndan məhrum olmuş, kredit məbləği götürərək aldığı evdən məhrum olmaqla bərabər, uzun müddət kredit verməyə məcbur olmuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli № 13 saylı ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin dəyərinin müəyyən edilməsi barədə hesabatından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin bazar dəyəri 72000 manat, likvid dəyəri isə 67000 manat, həmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 300 manat təşkil edir. Məhkəmə cavabdehin mübahisəli mənzildə hansı illərdə yaşaması ilə bağlı qeyd edir ki, Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 dekabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzil 20 dekabr 2014-cü il tarixdən İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən də icra işi tələb olunmuş və icra işinin materiallarına əsasən müəyyən edilir ki, 16 yanvar 2024-cü il tarixdə iddiaçı icra idarəsinə ərizə ilə müraciət edərək, icra sənədinin icra olunması ilə əlaqədar icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, xx.xx.2018-ci il tarixdən 16 yanvar 2024-cü il tarixə kimi cavabdehin mənzildən qanunsuz istifadə etməsi nəticəsində 300 manat kirayə dəyəri hesablanmaqla vurulmuş ziyan məbləği hesablanmaqla 21000 manat cavabdehən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Ona görə ki, mənzil iddiaçının adına qeydiyyata alınmış, həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüququ əldə etməsinə baxmayaraq həmin mənzil üzərində hüquqlarını həyata keçirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, ona dəymiş maddi ziyan cavabdehən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 21000 (iyirmi bir min) manat pul və 153 (bir yüz əlli üç) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 162,40 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan, yəni 21000 manat iddia tələbinin qiymətinə uğun dövlət rüsumu, yəni 153 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə müstəqil qiymətləndiricinin xərci ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, müstəqil qiymətləndirici xərci 300 manat təşkil etdiyindən, dəymiş maddi ziyan 21000 manat müəyyən edilərək, (21000/24000x100%=87.5) Cavabdeh müstəqil qiymətləndiricinin xərci olaraq 87,5 manat, İddiaçı isə 212,5 manat alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 21000 (iyirmi bir min) manat pul və 153 (bir yüz əlli üç) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 87,5 (səksən yeddi manat əlli qəpik) manat və İddiaçı 212,5 (iki yüz on iki manat əlli qəpik) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB**********3905478109, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar