Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-740/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 827.36 manat gecikdirilmiş əsas, 120.59 manat gecikdirilmiş mükafat, 109.11 manat dəbbə pulu olmaqla, cəmi 1057.06 manat borcun və ödənilmiş 30.58 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. xx.xx.2021-ci il tarixdə X2, X3 və İddiaçı MMC arasında MAS-2724 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2724 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş, lizinq obyekti olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə ümumilikdə 1057.06 manat gecikmə borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X2 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə 48 ay müddətinə lizinq ödənişlərini cədvələ əsasən ödəməyi öz öhdəsinə götürür. - xx.xx.2021-ci il tarixli, MAS-2724 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2724 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş, lizinq obyekti olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, lizinq obyekti qismində çıxış edən əmlak lizinq alan Cavabdeh təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixli 2986 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, lizinq alanla İddiaçı MMC arasında imzalanmış MAS-2934 saylı daxili lizinq müqaviləsinin şərtləri pozulduğu üçün həmin müqaviilənin 9-cu bəndini rəhbər tutaraq birtərəfli qaydada ləğv ediləcəyi, lizinq obyekti və yaranmış borcu məhkəmə qaydasında tələb ediləcəyi qeyd olunmuşdur. - AD 862184 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətndən görünür ki, **-PN-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı 2020-ci il buraxılışlı nəqliyyat vasitəsinin sahibi kimi İddiaçı MMC göstərilmiş, habelə lizinq müqaviləsinə əsasən özgələşməməsinə dair xüsusi qeyd aparılmışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək əsas borc üzrə 827.36 manat, mükafat borcu üzrə 120.59 manat, cərimə borcu üzrə 109.11 manat, cəmi 1057.06 manat borcu mövcuddur. - Cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, son ödənişi xx.xx.2022-ci il tarixdə edilmişdir. Göründüyü kimi tərəflər arasında daxili lizinq müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsi bağlanılmışdır. Lizinq obyekti qismində 13300 manat dəyərində olan **-PN-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq alan cavabdeh isə bunun müqabilində 48 ay müddətində hər ay əsas məbləğ və lizinq mükafatı məbləği daxil olmaqla, 397.67 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, lizinq müqaviləsinin şərtlərini pozaraq ödənişləri gecikdirmişdir. Nəticədə 827.36 manat əsas və 120.59 manat mükafat borcu yaranmışdır. Mübahisəli əmlak lizinq alan cavabdehin istifadəsindədir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsinin 9.1.4-cü bəndinə görə lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 (on beş) təqvim gündən artıq müddətə 3 (üç) dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən lizinq alanı 15 (on beş) gün əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən bu müqavilə lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli Qərardadında göstərilmişdir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektini təşkil edən bir və ya bir neçə əmlak üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərin daşıyıcısı olmuş, lakin o, öhdəliklərini yerinə yetirməmiş və mübahisəli avtomobili sərəncamında saxlamaqda davam etmişdir. Ona görə də iddia daxili lizinq müqaviləsinin ləğv edilməsi və saziş üzrə əsas borcun və mükafatın cavabdehdən tutulması və lizinq obyektinin geri qaytarılması hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. xx.xx.2021-ci il tarixli, MAS-2724 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin 2.4.2-ci bəndinə görə tərtib edilmiş ödəniş cədvəli üzrə ödənişlər lizinq alan tərəfindən pozularsa və ödəniş 3 (üç) gün müddətində gecikdirilərsə, lizinq alan lizinq verən tərəfindən 300 (üç yaz) manat məbləğində cərimə edilir. xx.xx.2020-ci il tarixli, MAS-2724 saylıdaxili lizinq müqaviləsinin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 40 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, cavabdeh sözügedən müqavilənin 9.1.4-cü bəndində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, bu tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı və Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS- 2724 saylı daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş lizinq ödənişləri üzrə 827.36 manat gecikdirilmiş əsas, 120.59 manat gecikdirilmiş mükafat və 40 manat dəbbə pulu olmaqla, cəmi 987.95 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən 827.36 manat gecikdirilmiş əsas, 120.59 manat gecikdirilmiş mükafat və 40 manat dəbbə pulu olmaqla, cəmi 987.95 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-740/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-740/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver