Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-145/2020 14.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi NəcəfliFuadZeynal oğlunun, X7 X3 nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, X7 X3 Cavabdeh qarşı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsitə ləbinə dair mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçıQuba X5 Mərkəzi məhkəməyəiddia ərizəsi ilə müraciət edərək, Daşınmaz əmlakın Reyestri Xidmətinin 5 saylı ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahişetmişdir. İddiaçı Quba X5 Mərkəzi iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Qusarçay kəndində meşə zolaqları və həmin meşə zolaqlarında xeyli təbii sərvətlər vardır. Meşə təsərrüfatı olaraq mərkəzləri daimi meşə zolaqlarına nəzarət edir, onların məhv olunmaması üçün əlindən gələni edir. Bunun üçün bütün kollektiv səfərbər olmuşdur. Həmin meşə əraziləri icarə müqavilələri üçün istifadəyə verilsə də daimi nəzarət olunur. Hər hansı meşə pozğuntusunun qarşısı vaxtında alınır. Lakin neqativ hallar hələdə davam edir. Bəzi yerli orqanlar tərəfindən qanunsuz hərəkətlər baş verir. Buna misal olaraq bu yaxınlarda araşdırma zamanı məlum olmuşdur ki, Nabran kəndində meşə ərazisinə qanunsuz çıxarış vermişdir. Həmin çıxarış meşə ərazisinin daxilində verilmiş və Cavabdeh mülkiyyətindədir. Meşə ərazisinin planşet çıxarışından da görülür ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi meşə ərazisindədir. Qanunsuz olaraq ona Daşınmaz Əmlakın reyestri Xidmətinin 5 saylı ərazi idarəsi tərəfindən RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatl haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Lakin əraziyə baxış keçirilərkən zamanda müəyyən olunur ki, həmin ərazidə 300 yaşı olan ağaclar, yəni təbii sərvətlər vardır. Həmin təbii sərvətlərin qanunsuz olaraq məhv olunması üçün addımlar atılmışdır. Onlarda meşə təsərrüfatı olaraq, meşə ərazisinin tamlığını qorumaq, məhv olunmasının qarşısını almaq üçün addımlar atmalıdırlar. Belə ki, Cavabdeh aldığı sahə yaş köküstündə ağaclarla mövcud olan, heç bir tikilisi olmayan meşə sahəsi olmuşdur. Cavabdeh həmin ərazini alıb, sənədləşdiriləndə də görməli idi ki, həmin ərazidə təbii sərvətlər yerləşir. Meşə zolağının ərazisidir. Bəlkə də bunu bilə-bilə addımı atmışdır. Onun məqsədi meşə zolağını məhv etmək olmuşdur. Daşınmaz əmlakın Dövlət Reyestri xidməti ona çıxarış verəndə aydınlaşdırmamışdır ki, həmin ərazi Meşə Təsərrüfatının balansındadır. Çünki reyestrdən çıxarış veriləndə ərazinin xəritəsi reyestri dəqiq müəyyən olunmalı idi. Xəritə aydınlaşdırılmalı idi. Meşə Fondu torpaqları Dövlət Fondu olduğu üçün toxunulmazdır və alqı-satqısı predmeti ola bilməz. Cavabdeh iddia etdiyi ərazi hazırda Meşə təsərrüfatının ərazisidir. Demək olar ki, daxilindədir. Ona həmin ərazisində tikiliyə icazə verilsə, həmin ərazidə olan Meşə təsərrüfatına məxsus təbii sərvətlər məhv olacaqdır. Həmin ərazidəki hər bir ağac bir tarixdir. Ona görə də tariximizin məhv olmasına icazə verə bilmərik. Təbii sərvətlərin talanmasının qarşısını almalıyıq. Meşə təsərrüfatı dövlət əmlakı və dövlət mülkiyyətidir. Məhkəmə iclasında Quba Regional X3 nümayəndəsi Namiq Məmmədrza oğlu iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan torpaq sahəsindən istifadə edir. Quba X5 Mərkəzinə məxsus torpaq sahəsindən istifadə etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışından və Torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh məxsusdur. Məhkəmə qeyd edir ki, iddiada Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın düzgün olmaması tələbi mahiyyəti üzrə həmin çıxarışı vermiş inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində, düzgün mərzçəkmə işlərinin və düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyənedilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Mübahisələndirilən Dövlət Aktı ilə qeydə alınmış torpaq sahəsinə hüququn hər hansı mülkihüquqi əqd (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında deyil, X2 müvafiq qərarı əsasında aparıldığı nəzərə alınarsa, həmin qərar əsasında ayrılmış torpaq sahəsinin mərzlənməsi və yerləşmə yerinə dair koordinatlarının düzgün göstərilməməsi əsası ilə torpaq sahəsinin cavabdehin adına ilkin hüquqi qeydiyyatının aparılması və buna dair verilmiş Dövlət Aktının qanuniliyinin mübahisələndirilməsi hüquqi təbiətinə görə inzibati mübahisədir və inzibati orqanın faktiki xarakterli fəaliyyətindən irəli gələn mübahisədir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli qərarları). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Aktının etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə qətnamə məhkəmə aidiyyəti qaydalarının pozulmasına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Ona görə də iş üzrə icraatıa xitam verilməli, iddiaçıya müvafiq inzibati orqana qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X7 X3 Cavabdeh na qarşı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin İddiaçıya aidiyyəti üzrə çıxarışı verən inzibati orqana qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin . Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..
Məhkəmə qərarları › İş №2(067)-145/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-145/2020
14.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver