Məhkəmə qərarları › İş №2(3-9)-1281/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1281/2026

24.09.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1281/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsindən sərbəst istifadə edilməsi" tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı ildə məhkəməyə müraciət edərək cavabdehin adına mülkiyyət hüququ əsası ilə qeydiyyata alınmış 0,36 ha və 0,06 ha torpaq sahəsi, zəbt olunmuş sahə kimi qeydiyyata alınmış 1,983 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışların və hər hansı hüquq müəyyənedici sənədlərin ləğv edilməsi və mübahisəli torpaq sahəsindən istifadəsinə maneçilik törətməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsindən sərbəst istifadə edilməsi" tələbinə dair *(*-***)-***/**** saylı mülki iş üzrə icraat Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-**/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır. Iddiaçı İddiaçı ##.##.2026-cı ildə həmin qərardaddan şikayət verərək Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilərək iş üzrə cavabdeh Cavabdeh qarşı “mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışın və hər hansı hüquq müəyyənedici sənədlərin ləğv edilməsi və mübahisəli torpaq sahəsindən istifadə etməyimə maneçilik törədilməsinə cavabdehə qadağa qoyulması” tələbinə dair Hacıqabul Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh ona və atası Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qanuni istifadəyə qaytarılması və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi təmin etmişdir. Həmin qətnamədən cavabdeh olaraq vermiş olduğu apellyasiya şikayəti hazırda apellyasiya məhkəməsinin icraatındadır və iş üzrə ## ### 2026-cı il tarixli, *(***)- **/**** saylı qərardadla mütəxəssis rəyinin alınması üçün icraat dayandırılmışdır. Eyni zamanda, iddiaçı olaraq o, iş üzrə cavabdeh olan Cavabdeh qarşı olan iddiası “mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışın və hər hansı hüquq müəyyənedici sənədlərin ləğv edilməsi və mübahisəli torpaq sahəsindən istifadə etməyimə maneçilik törədilməsinə cavabdehə qadağa qoyulması” tələbi ilə bağlıdır. Göründüyü kimi hər iki mülki iş üzrə iddia tələbi eyni mübahisə predmeti ilə bağlıdır. Hesab edir ki, hazırda apellyasiya məhkəməsinin icraatında olan mülki iş hazırda Hacıqabul Rayon Məhkəməsinin icraatında olan mülki işin nəticəsindən asılıdır. Belə ki, qeyd olunduğu kimi Hacıqabul Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə onun iddia tələbi “eyni mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışın və hər hansı hüquq müəyyənedici sənədlərin ləğv edilməsi “, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələbi isə “adı çəkilən torpaq sahəsindən çıxarılmağı, torpaq sahəsinin qanuni istifadəyə qaytarılması və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması” tələbi ilə bağlı olduğundan onun cavabdeh Cavabdeh qarşı olan iddia tələbinə dair Hacıqabul Rayon Məhkəməsinin icraatında olan *(*-***)- ***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan eyni mübahisə predmetinə dair *(***)-**/**** saylı mülki iş üzrə icraat dayandırılmalıdır. Qeyd olunmuş əsasla əlaqəli diqqətə çatdırır ki, Hacıqabul Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı mülki iş üzrə iddia tələbi təmin olunaraq eyni mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışın və hər hansı hüquq müəyyənedici sənədlərin ləğv edildiyi halda hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan eyni mübahisə predmetinə dair *(***)-**/**** saylı mülki iş üzrə iddia tələbinin təmin olunmamasına dair hüquqi əsas yaranacaq. Lakin Şirvan Apellyasiya Məhkəməsinin mübahisə üzrə qəbul edəcəyi qətnamənin Hacıqabul Rayon Məhkəməsinin icraatında olan mülki işin nəticəsinə heç bir hüquqi təsiri yoxdur. Qərardadda qeyd olunmuşdur ki, güya o, Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 2(5-125)- ***/**** saylı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bununla bağlı bildirir ki, o, iş üzrə icraatın dayandırılmasını deyil, işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının üzrlü səbəbdən bir neçə saat gec başladığına görə vəkili də məhkəmə iclasında iştirak edə bilməmişdir. Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya mülki iş üzrə icraatın dayandırılması barədə Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadını nəzərdən keçirərək qeyd edir ki, həmin iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tələbinin əsasını-alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsindən sərbəst istifadə edilməsi tələb edir. Belə ki, iddiaçı tələbində qeyd edir ki, mübahisəli torpaq sahəsini 40 il əvvəl əmisinin adına almış, həmin vaxtdan bu günə qədər mübahisəli torpaq sahəsi onun istifadəsində olmuşdur. Əmisi ona qarşı mübahisəli torpaq sahəsindən çıxarılması ilə bağlı iddia qaldırdığından o da məhkəmədə hazırkı iddianı qaldırmışdır. Şirvan Apellyasiya Məhkəməsinə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı sorğuya cavab olaraq bildirilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh cavabdehlər X2 və İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qanuni istifadəyə qaytarılması və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş hazırda apellyasiya məhkəməsinin icraatındadır. Iş üzrə ## ### 2026- cı il tarixli, *(***)-**/**** saylı qərardadla mütəxəssis rəyinin alınması üçün icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işlər arasında obyektiv əlaqə mövcuddur. Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan işdə mübahisəli torpaq sahəsindən istifadənin hüquqi əsasları, həmin sahəyə münasibətdə tərəflərin qarşılıqlı hüquqi vəziyyəti və istifadə ilə bağlı müdaxilənin mövcud olub-olmaması qiymətləndirilməlidir. Hazırkı işdə isə iddiaçı eyni torpaq sahəsinə dair alqı-satqı münasibətinin mövcudluğunun tanınmasını, cavabdehin adına olan hüquq müəyyənedici sənədlərin ləğvini və həmin sahədən sərbəst istifadəsinin təmin edilməsini tələb edir. Buna görə digər işdə müəyyən ediləcək hallar hazırkı iş üzrə cavabdehin torpaq sahəsinə dair mövcud hüquqlarının aradan qaldırılması və iddiaçının həmin sahədən istifadə hüququnun təmin edilməsi tələblərinin qiymətləndirilməsi üçün birbaşa hüquqi əhəmiyyət daşıyır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə o əsasla razılaşır ki, hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatında iddiaçı Cavabdeh cavabdehlər X2 və İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qanuni istifadəyə qaytarılması və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair *(***)-**/**** saylı mülki iş üzrə icraata mütəxəssis rəyinin alınması ilə bağlı dayandırılmışdır. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən əlaqəli olan iş üzrə icraat dayandırıldığı halda məhkəmə icraatının əsassız yerə davam etdirilməsi prosessual baxımdan tərəflərin lüzumsuz məhkəmə icraatına cəlb edilməsinə səbəb olar. Lakin kollegiya onu da nəzərdən qaçırmır ki, hazırda Hacıqabul Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddianın əsası-tərəflər arasında bağlandığı iddia edilən alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədədir. Belə ki, iddiaçı həmin mübahisəli torpaq sahəsini əmisi Cavabdeh adına aldığını, əslində torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Göründüyü kimi bu iş üzrə iddianın gələcək perspektivi apellyasiya məhkəməsinin icraatında olan mülki işin də gələcək taleyinə təsir edir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddianın təmin edilib-edilməməsindən aslı olaraq Cavabdeh apellyasiya məhkəməsinin icraatında olan mülki iş üzrə subyektiv hüquqa malik olub-olmaması müəyyənləşdirilə bilər. MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmağın mümkün olmaması dedikdə, icraatı dayandırılan iş üçün preyudisial əhəmiyyəti olan hər hansı bir faktın başqa bir iş üzrə müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola bilər və bu faktları araşdıran məhkəmə və inzibati orqanlar tərəfindən onların icraatında olan başqa baxılan mülki işin həllini özündən asılı edə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar