Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1110/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İfraimov Raşbil Yovoviçə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, vindikasiya iddiası, ekspertiza rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İfraimov Raşbil Yovoviçə qarşı "iddiaçının mülkiyyətində olan torpaq sahələrindən cavabdehin çıxarılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC-nin kassasiya şikayətinə 25 may 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qusar rayonu Qayakənd kəndində yerləşən 0.285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2018-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışa əsasən İddiaçı MMC-nin mülkiyyətindədir.
2. Qusar rayonu Qayakənd kəndində yerləşən 73.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2021-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışa əsasən İddiaçı MMC-nin mülkiyyətindədir
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ### 2023-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İfraimov Raşbil Yovoviçin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, ## ### 2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli, 2-1(118)- ****/**** nömrəli qərarının dəyişdirilmiş, Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, ## ### 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında xxxxndə aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarış 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli Qərarı ilə üçüncü şəxs İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2023cü il tarixli, 2-1(105)- ***/**** nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı MMC (bundan sonra həmçinin “iddiaçı”xxxx“MMC”) iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya tam mülkiyyət hüququ üzrə məxsus olan Qusar rayonu, Qayakənd kəndində yerləşən 0.73 ha, 0.29 ha torpaq sahələrindən və 74.68 ha torpaq sahəsinin 4.66 ha təşkil edən hissəsindən (daşınmaz əmlakın reyestr nömrələri ************, ************, ************) həmin torpaq sahələrini qanunsuz şəkildə zəbt etmiş cavabdeh İfraimov Raşbil Yovoviçin (bundan sonra “cavabdeh”) çıxarılması, həmin torpaq sahələrinin iddiaçıya təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin mülkiyyətində Qusar rayonu, Qayakənd kəndində yerləşən ümumi sahəsi 0.73 ha olan, ************ reyestr nömrəli, ümumi sahəsi 0.29 ha olan, ************ reyestr nömrəli, ümumi sahəsi 74.68 ha olan, ************ reyestr nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur. Lakin mülkiyyət hüququ ilə MMC-yə məxsus olan yuxarıda qeyd edilən 0.73 ha, 0.29 ha torpaq sahələri və 74.68 ha torpaq sahəsinin 4.66 ha təşkil edən hissəsi uzun müddətdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, bununla da iddiaçının mülkiyyət hüququ ciddi şəkildə pozulmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsini boşaltması tələb olunsa da, o, bu tələblərə heç bir məhəl qoymamış və iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmişdir və hal-hazırda da davam etməkdədir. İddiaçının mülkiyyət hüquqları qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və buna dair onun mülkiyyət hüququnu təsdiq edən ************, ************, ************ reyestr nömrəli xxxxndən çıxarışları var.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
8. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ## ### 2025ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən: a) MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən 2818013452 qeydiyyat və ************ reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi naturada 0.285 hektar ölçüdə təşkil edir, həmin ölçü hüquq müəyyənedici sənədə uyğundur TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kdastrı uçotu məlumat bazasında öz əksini tapmışdır; b) MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən 2813013412 qeydiyyat və ************ reyestr nömrəli çıxarış əsasında verilmiş 0.7345 hektar torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən 0.0745 hektar azalma ilə 0.66 hektar ölçüdə təşkil edir və həmin ölçü hüquq müəyyənedici sənədə uyğun deyildir; c) MMC-yə məxsus olmuş Qusar rayonu Qayakənd kəndində yerləşən 74.68 hektar torpaq sahəsinə verilmiş 2819019715 qeydiyyat və ************ reyestr nömrəli çıxarış ##.##.2021-ci il tarixində 73.67 hektar ölçüdə olmaqla ********** qeydiyyat və ************ reyestr nömrəli çıxarış ilə əvəz olunmuşdur, lakin həmin çıxarışa işlənilmiş plan və ölçü sənədinin koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən işlənilməmişdir. MMC-yə məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən torpaq sahələrinin koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən naturada müəyyən edilməsi mümkündür. a) MMC-yə məxsus 0.285 hektar ölçüdə olan torpaq sahəsi, üzərində tərəssüfat tikililəri və su nohuru inşa edilməklə hal-hazırda cavabdehin istifadəsində yerləşir; MMC-yə məxsus 0.7345 hektar torpaq sahəsi hazırda cavabdehin istifadəsində yerləşmir; MMC-yə məxsus 73.67 hektar torpaq sahəsinin, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən 2.78 hektar hissəsi hal-hazırda meyvə bağı olmaqla cavabdehin istifadəsində yerləşir. Qeyd: Mübahisələndirilən ************ reyestr nömrəli 73.67 hektar torpaq sahəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, №*-1 (***)-***/**** nömrəli qərarı mövcuddur.
10. Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** saylı rəyi də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin 21.05.25-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən tərtib edilmişdir.
11. İddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi göndərərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** saylı, ##.##.2025-ci il tarixli ekspertiza rəyinə əsasən MMC-yə məxsus ************ reyestr nömrəli çıxarışa əsasən 0.285 ha torpaq sahəsi və İddiaçı MMC-yə məxsus ************ reyestr nömrəli çıxarışa əsasən 2.78 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilərək zəbt edilmişdir. Ekspertiza rəyini nəzər alaraq iddia ərizəsinə dəqiqləşdirmə verilməsinə ehtiyac yaranmışdır. Buna görə də qalan tələblər yerində qalmaqla MMC-nin mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, ************ reyestr nömrəli torpaq sahəsinin 2.78 ha hissəsindən və Qusar rayonu, Qayakənd kəndində yerləşən ************ reyestr nömrəli 0.285 ha olan torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməlidir.
12. Qusar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçının mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, ************ reyestr nömrəli torpaq sahəsinin 2.78 ha hissəsindən və Qusar rayonu, Qayakənd kəndində yerləşən ************ reyestr nömrəli 0.285 ha olan torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, o cümlədən həmin torpaq sahələrinə cavabdeh və digər şəxslər tərəfindən istifadəxxxxsahiblik etməklə yaradılacaq maneələrin qadağan edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına keçirilməsi, iş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim Əli Cəlilov)
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahələrində onun mülkiyyət hüququnu hər hansı şəkildə pozması öz təsdiqini tapmış, bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli 3-21-3-34/2- ****/**** saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ## #### 2025-ci il tarixli **/**** saylı ekspert rəyləri ilə sübuta yetirilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsinin 2-ci bəndi, İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsi, Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndi, 67-ci maddəsinin 4-cü bəndi və 68-ci maddəsi, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 103.1-ci madddələri, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2003-cü il tarixli, * nömrəli qərarının 3 və 6-cı bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi öz qətnaməsini Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ## #### 2025-ci il tarixli **/**** saylı ekspert rəyi ilə əsaslandırmışdır. Ekspertiza tədqiqatı zamanı cavabdehin adına olan mülkiyyət sənədləri tədqiq olunmamış, məhkəmə tərəfindən də, ekspertlər qarşısında belə bir suallar qoyulmamışdır. Halbuki, cavabdehin istifadəsində olan torpaq sahələri qanuni şəkildə əldə etdiyi torpaq sahələridir və həmin torpaq sahələrinin iddiaçının adına olan çıxarışların sərhədləri daxilinə salınması koordinatlarda olan uyğunsuzluğa görə baş vermişdir. Çünki, cavabdehin torpaq sahələri üzərində mülkiyyət hüquqları iddiaçının adına olan çıxarışlar verilməmişdən əvvəl yaranmışdır. Buna görə də, ekspertiza tədqiqatı aparılarkən AZCAD və TEKİUS sistemi formalaşmamışdan əvvəl mövcud olmuş sistem məlumatları da araşdırılmalı, müqayisəli təhlil olunmalı və ətraflı rəy verilməli idi.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Qusar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsinin qismən – iddiaçının mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, ************ reyestr nömrəli torpaq sahəsinin 2.78 ha hissəsindən cavabdehin çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, o cümlədən həmin torpaq sahələrinə cavabdeh və digər şəxslər tərəfindən istifadəxxxxsahiblik etməklə yaradılacaq maneələrın qadağan edilməsi – hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamənin qəbul edilərək, iddianın qismən təmin olunması, iddiaçının mülkiyyətində olan, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, ************ reyestr nömrəli torpaq sahəsinin 1,36 ha hissəsindən cavabdehin çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, o cümlədən həmin torpaq sahələrinə cavabdeh və digər şəxslər tərəfindən istifadəxxxxsahiblik etməklə yaradılacaq maneələrin qadağan edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (Hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Fuad Məmmədov)
18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli Qərarınadan görünür ki, iddiaçı İfraimov Raşbil Yovoviçin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, ## ### 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmiş, Qusar rayon Notariat Kontorunda 4Ə835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, ## ### 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında xxxxndə aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarış 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ## ###### 2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli Qərarından görünür ki, üçüncü şəxs İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2023-cü il tarixli, 2-1(105)- ***/**** nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bu hallara diqqət yetirilməmiş, sübutlar natamam araşdırılmış, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında xxxxndə aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarış 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir.
21. Ekspert rəyindən görünür ki, tədqiqat 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş ********** qeydiyyat nömrəli çıxarış məlumatları nəzərə alınaraq həmin torpaq sahəsinin 2.78 hektar hissəsinin hal-hazırda meyvə bağı olmaqla cavabdeh İfraimov Raşbil Yovoviçin istifadəsində yerləşdiyi göstərilmişdir. Halbuki, qeyd olunduğu kimi həmin çıxarış 1,42 ha hissədə ləğv edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli torpaq sahəsinin 1.42 ha hissəsində iddiaçının adına qeydə alınmış hüquqlar ləğv edildiyindən həmin hissədə iddia əsassızdır və təmin oluna bilməz.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2ci, Torpaq Məcəlləsinin 66, 67, 68, 84, 103 və 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Rayon Məhkəməsinin qətnaməsininin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisə olunan qərarında maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya Məhkəməsi ləğv edilmiş 1.42 ha torpaq sahəsinin məhz mübahisə predmeti olan 2.78 ha torpaq sahəsinin daxilində (konfiqurasiya baxımından üst-üstə düşməsi) yerləşməsi barədə heç bir mötəbər sübuta, mütəxəssis rəyinəxxxxməhkəmə-yerquruluşu ekspertizasının rəyinə istinad etməmişdir. Məhkəmənin istinad etdiyi Əmlak Məsələləri Dövlət Xidmətinin ## ### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyində 1.42 ha torpaq sahəsinin 2.78 ha sahənin daxilində yerləşməsinə dair hər hansı qeydxxxxkoordinat kəsişməsi öz əksini tapmamışdır. Bu isə həmin işin hallarının tam və obyektiv araşdırılması hüququnun pozulması deməkdir. Məhkəmənin özünü mütəxəssis (topoqraf/yerquruluşu mütəxəssisi) yerinə qoyaraq koordinat kəsişməsini ehtimal etməsi prosessual pozuntudur. Apellyasiya məhkəməsi 1.42 ha-nın çıxarışının ləğvini "kifayət qədər sübut" hesab edib, lakin bu ləğvin məkan (koordinat) baxımından iddia olunan 2.78 ha ilə əlaqəsini sübut edən sənədi göstərməyib. Bu, sübutların "obyektiv, qərəzsiz və tam" qiymətləndirilməməsidir. Hər iki torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi yalnız rəqəmsal kadastr xəritəsi (TEKUİS) üzərində yoxlanıla bilər. Əgər 1.42 ha-lıq çıxarışın ləğvi barədə digər məhkəmə qərarında həmin sahənin məhz İddiaçınun iddiaçının mülkiyyətində qalan 2.78 ha-nın daxilində yerləşdiyi barədə qəti fakt müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsi bu faktı "əvvəlcədən müəyyən edilmiş" (preyudisial) hesab edə bilməzdi. Məhkəmənin qeyri-dəqiq və texniki əsası olmayan mülahizələrlə mülkiyyət hüququnu məhdudlaşdırması "hüquqi müəyyənlik" prinsipini pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanundaxxxxmüqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşularınxxxxüçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsinxxxxnəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
28. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, şikayətin dəlil və məzmunundan görünür ki, qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilir. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən həmin hissədə yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafınınxxxxməhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissədə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasıxxxxdəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
32. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyinə və işdəki məhkəmə aktlarına əsasən müəyyən edilmiş hallarından görünür ki, MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında xxxxndə aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarış 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Ekspert rəyində də 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş ********** qeydiyyat nömrəli çıxarış məlumatları nəzərə alınaraq həmin torpaq sahəsinin 2.78 hektar hissəsinin hal-hazırda meyvə bağı olmaqla cavabdehin istifadəsində yerləşdiyi göstərilmişdir.
34. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mülkiyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarış cavabdehin mülkiyyətində olan 1,42 ha hissədə ləğv edilmişdir. Belə olan halda, iddiaçının 1.42 ha hissədə torpaq sahəsinə münasibətdə hər hansı hüququ yoxdur.
35. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1,42 ha hissəsinin cavabdeh tərəfindən hər hansı bir formada müdaxilə müəyyən edilmədiyinə, üstəlik həmin 1,42 ha torpağın cavabdehə məxsus olması müəyyən edildiyinə görə gəlinən nəticə düzgün olmuşdur.
36. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın 1,42 ha torpaq sahəsi hissəsində də təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qeyd edilən hissəsi də cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Hazırki işdə isə bunun əksi, yəni 1,42 ha hissənin cavabdehə məxsus torpaq olması müəyyən edilib.
38. Bu baxımdan, iddianın rədd edilən hissəsində gəlinən nəticə düzgün olmuşdur.
39. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini də yuxarıda göstərilənlərə və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallara əsasən qəbul etmir.
40. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi mütəxəssis rəyində 1.42 ha torpaq sahəsinin 2.78 ha sahənin daxilində yerləşməsinə dair hər hansı qeydxxxxkoordinat kəsişməsinin öz əksini tapmaması, məhkəmənin özünü mütəxəssis (topoqraf/yerquruluşu mütəxəssisi) yerinə qoyaraq koordinat kəsişməsini ehtimal etməsinin prosessual pozuntu olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının mülkiyyətində olan Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, ************ reyestr nömrəli torpaq sahəsinin 2.78 ha hissəsindən çıxarılmasını qət etsə də, hər hansı koordinat kəsişməsini göstərməmişdir. İddiaçı bununla razılaşaraq apellyasiya şikayəti verməmişdir.
41. Bir halda ki, birinci instansiya məhkəməsi hər hansı koordinat kəsişməsini göstərmədən Qusar rayonu, Qayakənd kəndində yerləşən 73.67 ha, ************ reyestr nömrəli torpaq sahəsinin 2.78 ha hissəsindən cavabdehin çıxarılmasını qət etmisə, belə olan halda, apellyasiya instansiyası məhkəməsinin həmin 2,78 ha torpağın 1,36 hissəsi istisna olmaqla, 1,42 ha hissədə iddianın rədd edilməsi barədə gəldiyi nəticə də heç nəyi dəyişmir.
42. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin 1,42 ha hissədə iddianın rədd edilməsi barədə gəldiyi nəticə 1,42 ha hissədə ləğv edilmiş 73.67 ha çıxarışın daxilində olan torpaq sahəsidir.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı “İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.