Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2212/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı2, iddiaçı1, iddiaçı4 və iddiaçı3 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçılar iddiaçı2, iddiaçı1, iddiaçı4 və iddiaçı3 cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. Ağcabədi Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim E.Quliyev) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh daşınmaz əmlakın reyestr nömrəsi 608013060883, qeydiyyat nömrəsi ********** nömrəli, ##.##.2024-cü il tarixli Çıxarışa əsasən iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərazisində yerləşən 3,8384 ha torpaq sahəsinin 1,32 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələrin aradan qaldırılması, torpaq sahəsinə edilən müdaxilələrin cavabdeh Cavabdeh qadağan edilməsi qət edilmişdir.
3. Qətnamə ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, cavabdeh Cavabdeh daşınmaz əmlakın reyestr nömrəsi 608013060883, qeydiyyat nömrəsi ********** nömrəli, ##.##.2024-cü il tarixli Çıxarışa əsasən iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərazisində yerləşən 3,8384 ha torpaq sahəsinin 1,30 ha hissəsindən çıxarılması və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh Cavabdeh sözügedən qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində ##.##.2025-ci il tarixdə yerləşdirilmiş, lakin qətnamədən kassasiya şikayəti poçtla göndərilmiş qətnamənin yerləşdiyi zərfin üzərindəki tarixə uyğun olaraq verilmişdir. Bunun səbəbi vəkilə elektron kabinetin olması barədə məlumatın verilməməsi olmuşdur. Belə ki, qətnamədən apellyasiya şikayəti tərtib edən vəkil cavabdehin adını “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçirmiş, lakin bu barədə ona məlumat verməmişdir. Sistemdən o qədər məlumatlı olmayan cavabdeh isə bu barədə bilməmiş, ancaq ona poçtla gələn qətnamənin tarixinə uyğun olaraq kassasiya şikayətinin müddətini vəkilə bildirmişdir. Həmin qətnamədən ##.##.2026-cı il tarixdə kassasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti müddətin ötürülməsi ilə verildiyinə, müddətin bərpası barədə isə ərizə verilmədiyinə görə geri qaytarılmışdır. Hal-hazırda kassasiya şikayətini yenidən verərək, müddətin bərpası barədə ərizəni kassasiya şikayətinə əlavə etmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş müddəti üzrlü hesab edərək, müddəti bərpa edib, kassasiya şikayətini baxılmaq üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair cavabdeh Cavabdeh ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
9. Məhkəmə iş materiallarını və ərizədə göstərilən dəlilləri qiymətləndirərək hesab etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, MPM-nin 135.5 və 135.6-cı maddələrinin tələblərinə əsasən, "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxsin elektron kabinetində məhkəmə sənədinin yerləşdirilməsi həmin sənədin rəsmi qaydada təqdim edilməsi hesab olunur. Bu səbəbdən, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə faktiki olaraq nə vaxt tanış olmasından asılı olmayaraq, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət qətnamənin onun elektron kabinetində yerləşdirildiyi tarixdən hesablanmalıdır.
10. Ərizəçi müddətin buraxılmasını onun elektron kabinetin mövcudluğu barədə məlumatlandırılmaması və elektron sistemdən istifadə qaydalarını bilməməsi ilə əsaslandırmışdır. Lakin qeyd olunan hallar şəxsin iradəsindən asılı olmayan, prosessual müddətin bərpasına əsas verən üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Işdə iştirak edən şəxs məhkəmə mübahisəsinin nəticəsində hüquq və vəzifələrinə təsir göstərən qərarın qəbul olunmasında maraqlı olduğundan, prosessual hüquqlarından vicdanla istifadə etməli, elektron kabinetinə daxil olan məhkəmə sənədlərinə mütəmadi nəzarət etməli və qanunla müəyyən edilmiş prosessual müddətlərə riayət etməlidir. Elektron kabinetə nəzarətin həyata keçirilməməsi, habelə elektron sistemdən istifadə qaydalarının kifayət qədər bilinməməsi (Şəxsin öz səhlənkarlığı, hüquqi savadsızlığı və ya texniki imkanlardan istifadə etməməsi) şəxsin öz prosessual davranışı ilə bağlı hal olmaqla, MPM-nin 133-cü maddəsinin mənasında müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz.
11. Bundan başqa, cavabdeh müddətin buraxılmasının onun iradəsindən asılı olmayan obyektiv səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər və yol verilən sübutu məhkəməyə təqdim etməmişdir.
12. Həmçinin, cavabdeh kassasiya şikayətinin müddətini qətnamənin poçt rabitəsi vasitəsilə təqdim edildiyi tarixdən hesabladığını bildirsə də, iş materiallarından görünür ki, cavabdeh "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçdiyindən məhkəmə qətnaməsi ona poçt rabitəsi vasitəsilə göndərilməmiş, qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinetində yerləşdirilmişdir. Bu səbəbdən poçt vasitəsilə təqdim edilmə tarixinə istinad edilməsi işin faktiki hallarına uyğun deyildir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh Cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadını ləğv edərək, ##.##.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş müddəti üzürlü hesab edərək, müddəti bərpa edib, kasasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işdə olan sübutları və işin faktiki halını düzgün qiymətləndirilməmişdir. Məhkəmə müddəti bərpa etməməklə cavabdehin məhkəməyə təkrar müraciət etmək və hüquqlarını bərpa etmək üçün Konstitusiya ilə təminat verilən hüquqlarına qəsd etmişdir. Müddəti bərpa etməməsinin əsasını tutarlı dəlillərlə əsaslandırmamışdır. Belə ki, qanunverici kassasiya şikayəti vermək üçün tərəflərə 2 ay müəyyən etmiş və kassasiya şikayətinin müddətin sonuncu günü verilməsini heç bir halda məhdudlaşdırmamışdır. Cavabdeh kassasiya şikayətini müddətin sonuncu gününə qəsdən saxlamamışdır. Kassasiya şikayəti verməkdə cavabdehin marağı daha üstündür, çünki əmlak hüquqlarından məhrum olunmuşdur, həmçinin cavabdeh "Elektron məhkəmə" informasiya sistemində yaradılmış şəxsi kabinetdən məlumatlı olmamışdır və bu barədə vəkilə məlumat verməmişdir. Cavabdeh şəxsi kabinetinə gələn məlumatlara baxmamışdır. Eyni zamanda qətnamə cavabdehə poçt vasitəsi ilə göndərilmiş və həmin zərfin ona verildiyi günə uyğun olaraq iki ay müddəti keçirmədən kassasiya şikayətini vermişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Iddiaçı Əhmədov Emin Nəriman oğlu kassasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
18. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
19. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya məhkəməsi haqlı olaraq kassasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina etmişdir, iddiaçının göstərdiyi dəlillər, o cümlədən "Elektron məhkəmə" informasiya sistemində yaradılmış şəxsi kabinetdən məlumatlı olmaması və bu barədə vəkilin ona məlumat verməməsi, şəxsi kabinetinə gələn məlumatlara baxmaması kimi hallar müddətin üzrlü səbəblərdən ötürülməsinə əsas vermir, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət qətnamənin onun elektron kabinetində yerləşdirildiyi tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.