Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1796/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, miras əmlakdan tam payın alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, daşınmaz əmlakın bağışlanma müqavilənin, çıxarışın etibarsız hesab edilməsi, miras əmlakdan tam pay alınması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil1 Oqtay oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Lənkəran rayon DTİ və MHQİ-nin ##.##.1999-cu il tarixli */**** nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Lənkəran şəhəri Nizami küçəsində 5 mərtəbəli **/** nömrəli binada yerləşən ümumi sahəsi 53,3 kv.metr, yaşayış sahəsi 28,5 kv.metr olan 2 otaqlı mənzil X3 mülkiyyəti kimi qeydə alınmışdır.
2. ##.##.1977-ci il tarixdə verilmiş ** nömrəli doğum haqqında akt qeydindən görünür ki, Əliyev (Rahid) Ramid Akif oğlu ##.##.1977-cu il tarixdə Lənkəran rayonu, Xolmili kəndində doğulmuşdur. Onun atası X1, anası isə (X2) X3r.
3. ##.##.1991-ci il tarixdə verilmiş ** nömrəli övladlığa götürmə aktının qeydinə əsasən Lənkəran rayonu, Xolmili kəndində doğulmuş ##.##.1977-ci il təvəllüdlü İddiaçı X1 və X3 tərəfindən övladlığa götürülmüşdür. Bu barədə ##.##.1977-ci ilin akt qeydində 75 nömrə ilə qeyd edilmişdir.
4. AZ-İ ****** nömrəli ##.##.2006-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı ##.##.1977-cu il tarixdə Lənkəran rayonu, Xolmili kəndində doğulmuşdur. Onun atası X1, anası isə X3r.
5. Mirasqoyan X3 ##.##.2011-ci il tarixində vəfat etmişdir.
6. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, ##.##.2011-ci ildə Lənkəran rayonunda ölmüş X3 həmin tarixədək subay olmuşdur.
7. Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinin ##.##.2025-ci il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, X3 ##.##.2011-ci il tarixdə vəfat etmiş, onun vərəsəsi İddiaçı müəyyən edilmişdir.
8. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2012-ci il tarixli Şəhadətnaməyə əsasən, ##.##.2011-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında yaşayan bacısı – cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin Lənkəran ərazi idarəsinin ##.##.2012-ci il tarixli **-**-*** saylı arayışına və Lənkəran rayon DTİ və MHQİ-si ##.##.1999-cu il tarixli */**** nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, 30,33 kv.metr yaşayış və 22,97 kv.metr yardımçı sahəsi olan 2 otaqlı mənzildən ibarətdir.
9. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa (qeydiyyat tarixi: ##.##.2012; qeydiyyat nömrəsi: 2212003582; reyestr nömrəsi: 802011000113-05101- ******) əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 50,2 kv.m, yaşayış sahəsi 29,4 kv.metr, yardımçı sahəsi 20,8 kv.metr olan 2 otaqlı mənzil daşınmaz əmlakın Dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində cavabdeh2 adına qeydiyyata alınmışdır.
10. Daşınmaz əmlakın bağışlanması barədə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, hədiyyə verən cavabdeh2 mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50,2 kv.m, yaşayış sahəsi 29,4 kv.metr, yardımçı sahəsi 20,8 kv.metr olan 2 otaqlı mənzili hədiyyə alan - bacısı qızı cavabdeh1 bağışlamışdır.
11. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (qeydiyyat tarixi: ##.##.2024; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi: 802011000113-05101-******) əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 50,2 kv.m. olan mənzil daşınmaz əmlakın Dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə):
12. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra birinci cavabdehlər, yaxud ad, soyadı) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon notariusu tərəfindən verilmiş ## ### 2012-ci il tarixli, *-V-**-*/** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, # ###### 2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi və cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, 802011000113- 05101-****** reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və mərhum anası X3 varisi olaraq, anasından Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən miras əmlakdan tam pay almağı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X3 ##.##.2011-ci il tarixdə vəfat etmişdir və ondan Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən miras əmlak qalmışdır. Belə ki, o, anasının yeganə varisidir. Lakin anasının bacısı cavabdeh2 anasının nə qanun üzrə, nə də vəsiyyətnamə üzrə varisi olmadığı halda ## ### 2012-ci il tarixli *-V-**-*/** nömrəli vərəsəlik şəhadətnaməsi ilə sözügedən miras əmlakı adına keçirmişdir. Sonradan həmin əmlakı # ###### 2024-cü ildə öz qızı cavabdeh1 bağışlamışdır. Anası vəfat etdiyi zaman o, Rusiya Federasiyasında olmuş və onun 40 mərasiminə özünü çatdırsa da, cavabdeh olan xalası ilə mübahisəsi yarandığı üçün onun yas mərasimində iştirakına imkan verməmişdir. Səbəbi isə mərhum anası atası ilə faktiki nikah ilə ər-arvad münasibətində yaşamışlar. Onların faktiki nikahlarından övladları olmadığına görə mərhum anası onu valideynlərinin razılığı ilə övladlığa götürmüşdür. X7 miras əmlakı o vəfat etdikdən sonra faktiki olaraq qəbul etmiş, daha sonra isə evi açarlayaraq Rusiya Federasiyasına yaşamağa getmişdir. Lakin 2024-cü ildə ona xəbər çatmışdır ki, cavabdeh həmin mənzilə qanunsuz olaraq daxil olmuş və oradan istifadə edir. Elə həmin ildən anasının bacısının mülkiyyətdən çıxarılmasından ötrü səy göstərsə də, görmüşdür ki, xalası qanunsuz hərəkətlərindən əl çəkmir. Nəhayət qərara gəlmişdir ki, anasından qalan miras əmlakı vərəsəlik yolu ilə adına keçirsin. Buna görə də ## #### 2025-ci il tarixdə Lənkəran Regional “ASAN xidmət” mərkəzində notarius ofisinə ərizə ilə müraciət edərək vərəsəlik arayışının alınmasından ötrü Lənkəran şəhər qeydiyyat şöbəsinə sorğu göndərilməsini xahiş etmişdir. Həmin sorğuya Lənkəran şəhər qeydiyyat şöbəsi tərəfindən ## #### 2025-ci il tarixli, *-**-*/*-**-***/**** nömrəli cavab verilmişdir. Məktubuna əsasən X8 yeganə ailə üzvü və tək varisi onun olmağı barədə doğum aktının surəti və övladlıq haqqında akt qeydlərinin təsdiq olunmuş surəti ona təqdim olunmuşdur. # ###### 2025-ci il tarixli *** nömrəli Notarius tərəfindən DƏDRX-yə verilmiş mərhum anasının vərəsəsi olduğunu təsdiq edən məktubdan sonra, anasından qalmış orderi reyestr xidmətinə təqdim etmək istədikdə, məlum olmuşdur ki, 2012-ci ildə qanunsuz olaraq, onu gizlətmək yolu ilə xalası ikinci dərəcəli vərəsə kimi mirası qəbul etmişdir. Sonradan, Lənkəran Regional “ASAN xidmət” mərkəzində notarius ofisinə müraciət edərək notarius tərəfindən verilmiş ## ### 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini əldə etmişdir. Lakin ##.##.2025-ci il tarixdə hərəkəti həyata keçirən notariat ofisinin notariusu Səfər İsmayılovun lisenziya müddəti başa çatdığına görə digər sənədləri əldə etməsi mümkün olmamışdır. Bu səbəbdən də “QR kod” ilə sistemdən Çıxarış əldə etmişdir. Notariat tərəfindən verilmiş ## ### 2012-ci il tarixli vərəsəlik şəhadətnaməsi qanunsuz qəbul edilmişdir. Onun əsasında da cavabdeh2 verilmiş ******* nömrəli Çıxarış etibarsızdır.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, mərhum Miryaqut Ağayeva onun bacısıdır və 2011-ci ildə vəfat etmişdir. Bacısı Miryaqut nə rəsmi, nə də qeyri-rəsmi ailə qurmamış, onun övladı da olmamışdır. İddiaçının atası kimi qeyd etdiyi Akif adlı şəxsi də tanımır, mərhum bacısı Miryaqut oğlu və ya əri olması barədə heç vaxt ona nəsə deməmişdir. Məhkəmə tərəfindən ona göndərilən iddia ərizəsini alıb oxuduqda özü də təəccüblənmişdir. Çünki bacısının ölən gününə kimi onun Ramid adlı oğlunun olmasından xəbərsiz olmuş və belə bir şəxsi heç vaxt görməmişdir. Bacısı bir müddət yataq xəstəsi olmuş və ona özü qulluq etmiş, digər bacıları və onların övladları da gəlib dəstək olmuşlar. Lakin hazırkı iş üzrə iddiaçı onun oğlu olduğunu iddia etsə də, bacısı Miryaqut xəstə olduğu vaxtlarda hazırda onun oğlu olduğunu deyən şəxs ona baş çəkməyə gəlməmiş, maddi, mənəvi dəstək olmamışdır. Bacısı dünyasını dəyişdikdən xeyli vaxt sonra o, tapılmış və ondan qalan mirasa hazırda sahib çıxmağa çalışır. Oğlu olduğunu deyən Ramid adlı şəxs bacısı Miryaqutun yas mərasimində də iştirak etməmişdir. İddiaçının ərizəsində qeyd etdiyi 40 mərasimə gəldiyi və onunla mübahisə etdiyi də yalandır, belə bir şəxs heç vaxt mərhum bacısının məslisində olmamış və onu tanımır. Bundan başqa iddiaçı qapını bağlayıb getdiyini qeyd edir. Bacısının Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən evinin qapısı dəmir, seyfli qapıdır. Bacısı vəfat etdikdən sonra evin açarı həmişə onda olmuş, bacısına qulluq edib onun bütün qayğılarını çəkdiyi üçün vəfatından sonra da onun əmlakına özü sahib çıxmışdır. Mübahisə olunan mənzil iki dəfə təmir olunmuş və hazırkı mülkiyyətçisi onun açarlarını dəyişdirmişdir. O, hazırda həmin evdə yaşamır. Çünki evi digər cavabdeh cavabdeh1 hədiyyə etmişdir.
15. Məhkəmə iclasında iştirak edərək cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, cavabdeh cavabdeh2 onun xalasıdır. Hazırda mübahisə olunan evin mülkiyyətçisi ##.##.2024cü ildən etibarən özüdür. X8 övladının olması barədə onun və ailənin digər üzvlərinin iddia ərizəsi ünvanlarına göndərilənə kimi məlumatı olmamışdır. 13-14 il ərzində heç vaxt belə bir şəxsi görməmiş, onun varlığından xəbərsiz olmuşdur. Hazırda mübahisə olunan ev onun xalası cavabdeh2 tərəfindən ona 2024-cü ildə hədiyyə edilmişdir. Həmin vaxta qədər evin qapısı seyfli dəmir qapı və həmçinin açarı eyni olmuş, sonra mənzil təmir edilmiş və açarlarını dəyişmişlər. Qapı əvvəlki qapıdır, köhnə açar da ondadır. İddiaçı isə ərizəsində qeyd edir ki, evə mərhum Miryaqutun ölümündən sonra baş çəkmiş və qapısını bağlayıb getmişdir. İddiaçı mərhumun mərasimlərində də iştirak etməmişdir. İddiaçını nə mərhum xalasının evində, nə də məclisində görən olmamışdır. Onun ərizədə qeyd etdikləri yalan və əsassız iddialardır, heç bir sübutu yoxdur.
16. Məhkəmə iclasında ifadə verən şahid şahid2 İltifat qızı bildirmişdir ki, cavabdeh cavabdeh2 və mərhum Miryaqut Ağayeva onun xalalarıdır. O, Bakı şəhərində yaşayır. Mərhum xalası yataq xəstəsi olduğu üçün ona bacısı Seyidxanım baxıb qulluq etmişdir. O, və digər yaxın qohumlar isə tez-tez ona baş çəkməyə gəlmiş və maddi dəstək göstərmişlər. Lakin Ramid və ya Akif adlı şəxsləri tanımır, onlar barəsində heç vaxt eşitməmiş, mərhum xalasına sağlığında, xəstə olduğu vaxtlarında nə maddi, nə də mənəvi dəstək olmamışlar. Mərhum xalasının ailəli olması və onun övladlıq uşaq götürməsindən məlumatı yoxdur. Çünki, o, həmişə X8 nikahının və ya nikahdan kənar ailəsinin olmadığını bilmişdir. Özü də heç vaxt övladlığa uşaq götürməsi və ya ailəli olması barədə bir söz deməmişdir. Xalasının ölümündən sonra da mərhumdan qalan mənzilə Seyidxanımın gediş-gəlişi olmuşdur. Ramid onun oğlu olduğunu qeyd etsə də, xəstə olduğu vaxt ən azından anasına telefonla zəng edə bilər, onun dəfnində və yas mərasimlərində iştirak edərdi. Xalası Seyidxanım ona və digər yaxın qohumlara məhkəmədən ərizə göndərildiyini və ərizədə mərhumun Ramid adlı oğlu olduğunun yazılmasını deyəndə hamı təəccüblənmişdir. Mərhum xalası Miryaqut dünyasını dəyişdikdən sonra ondan qalan ev xəstə vaxtlarında ona qulluq edən xalası cavabdeh2 tərəfindən vərəsəsi kimi qəbul edilmiş və onun tərəfindən də cavabdeh1 bağışlanmışdır. Evin əvvəldən seyfli dəmir qapısı olmuş və hazırda da həmin qapı istifadədədir.
17. Məhkəmə iclasında ifadə verən şahid şahid1 bildirmişdir ki, o, mərhum Miryaqut Ağayeva ilə həm yaxın qonşu, həm də ən yaxın rəfiqə, həm də iş yoldaşı olmuşlar. Poçtda işləmişlər və mübahisə olunan mənzil dövlət tərəfindən verilmişdir. Onunla bir-birinin evlərinə gediş-gəlişləri olmuş və cavabdeh2 ona qulluq etdiyini, həmin evə gəlib-getdiyini təsdiq edir. Mərhum Miryaqut heç vaxt Ramid adlı övladının olması barədə ona bir söz deməmişdir. Həmçinin mərhumun Akif adlı həyat yoldaşı olmayıb və o, belə bir şəxsi tanımır.
18. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Anar Pənahov) iddia tələbi təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50,2 kv.m, yaşayış sahəsi 29,4 kv.metr, yardımçı sahəsi 20,8 kv.metr olan 2 otaqlı mənzil cavabdeh cavabdeh1 mərhum xalası və cavabdeh cavabdeh2 mərhum bacısı Miryaqut Ağayevanın mülkiyyətində olmuşdur. Miryaqut Ağayeva ##.##.2011-ci ildə vəfat etmiş və ondan miras qalan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50,2 kv.m, yaşayış sahəsi 29,4 kv.metr, yardımçı sahəsi 20,8 kv.metr olan 2 otaqlı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh cavabdeh2 adına rəsmiləşdirilmiş və sonra da cavabdeh2 tərəfindən digər cavabdeh cavabdeh1 bağışlanmış və həmin daşınmaz əmlak hazırda onun xüsusi mülkiyyətindədir.
20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
21. İşin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50,2 kv.m, yaşayış sahəsi 29,4 kv.metr, yardımçı sahəsi 20,8 kv.metr olan 2 otaqlı mənzil miras əmlak kimi qəbul edilmiş, əmlak üzərində miras qoyan öldükdən sonra yalnız cavabdeh cavabdeh2 oraya sahiblik etmiş, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun tərəfindən Lənkəran rayon notariusunun verdiyi ## ### 2012-ci il tarixli, *-V-***/** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 0# ###### 2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi, cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, 802011000113- 05101-****** reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və X8 varisi kimi Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən miras əmlakdan tam pay alması ilə bağlı hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.
22. Həmçinin iddiaçının iddia etdiyi mərhum X7 mirası qanunla müəyyən edilmiş müddətdə faktiki olaraq və ya sənəd üzrə qəbul etməsi halları, habelə iddiaçının həmin müddətdən sonrakı dövrdə mərhum X7 mirası faktiki olaraq qəbul etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi halları aşkar olunmadığı kimi, iddiaçının mirası faktiki qəbul etmiş olması halları hazırkı məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.
23. Eyni zamanda, məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı İddiaçı tərəfindən sözügedən mirasın qəbul edilməsi ilə əlaqədar aidiyyəti notariat orqanına müraciət də edilməmişdir.
24. Halbuki iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində “anası vəfat etdiyi zaman o, Rusiya Federasiyasında olmuş və onun 40 mərasiminə özünü çatdırsa da, hazırkı iş üzrə cavabdeh olan xalası ilə mübahisəsi yarandığı üçün onun yas mərasimində iştirakına imkan verməmişdir.” ifadəsini bildirməklə X7 miras qalmış əmlakın qaldığını və vərəsəliyə çağırıldığını bildiyini ifadə etmişdir.
25. Məhkəmə araşdırdığı faktlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək iddiaçının hüquqlarının pozulması hallarının aşkar edilmədiyi, onun dəlillərinin heç bir sübutla təsdiqini tapmayan və hüquqi əsasa söykənməyən formal mülahizələrdən ibarət olduğu qənaətinə gəlmişdir.
26. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145, 1243.1, 1243.2, 1243.3, 1256-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 78.1, 217.2, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
27. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
29. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən, məruzəçi Əsədov İlham və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin göründüyü kimi miras qoyaniddiaçının anası olmuş X8 ##.##.2011-ci il tarixdə ölməsindən asılı olmayaraq həmin şəxsin vəfatından sonrakı 6 ay ərzində iddiaçı İddiaçı tərəfindən miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi üçün hər hansı bir tədbir görülməmişdir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən mirasın qəbul üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mirası qəbul etmə hüququnu itirmişdir.
32. İddiaçı İddiaçı miras əmlakı qəbul etmək üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Belə ki, iddiaçı Miryaqut Ağayevanın vəfat etməsindən xəbərdar olmuş və anasının vəfatından sonra Rusiya Federasiyasında olmuşdur. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin buna baxmayaraq iddiaçı İddiaçı tərəfindən miras açıldıqdan sonra həmin iradə hər hansı bir formada ifadə edilməmişdir. İddiaçı İddiaçı miras açıldığı vaxtdan miras əmlakdan istifadə etməmiş, əmlakı idarə etməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı belə iradə ifadələrini bildirməmişlər.
33. Göründüyü kimi, iddiaçı İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı mane mövcud olmamışdır. İddiaçı İddiaçı anasının vəfatından sonra miras əmlakı faktiki qəbul etdiyini sübut edə bilməmiş, beləliklə mirasın qəbul edilməsi üçün hər hansı bir hüquqi hərəkət etmədiyi üçün, mirasın qəbul edilməsi müddətini ötürmüşdür və bununla da miras əmlakdan pay almaq hüququnu itirmişdir.
34. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən miras əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Yəni mirasın qəbul edilməsinin qeyriformal üsulla olur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyri-formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, yəni iddiaçı İddiaçı miras açıldıqdan xeyli müddət əvvəl və miras açılan zaman miras əmlakda yaşamaması, onun həmin əmlakı qeyri-formal üsulla da qəbul etməməsini göstərir və belə olan halda məhkəmə hesab edilməlidir ki, iddiaçı İddiaçı tərəfindən miras əmlak heç faktiki olaraq da qəbul edilməmişdir.
35. Məhkəmə kollegiyası iddiaçı İddiaçı mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Göründüyü kimi, miras qoyan vəfat etdiyi anda və sonra, miras qalmış fərdi yaşayış evində miras qoyanın ikinci növbəli vərəsələrindən məhz bacısı-cavabdeh cavabdeh2 miras əmlakı qəbul etmişdir. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat orqanına hər hansı bir ərizə verməmiş, həmçinin miras əmlak olan evdə də yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişdir.
36. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2020-ci il tarixli Qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.
37. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
38. Göründüyü kimi, hazırkı mübahisə yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1426, 1248.1-ci, Mülki Prosessual Məcəllənin14.2, 77.1, 88, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
40. Qətnamədən iddiaçı (vəkil vəkil1 Oqtay oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə onun vərəsəlik hüququ pozulmuşdur.
42. İddiaçının mövqeyinə görə, ## ### 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz verilmişdir. Belə ki, miras qoyanın ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamə yalnız ## ###### 2024-cü il tarixində rəsmiləşdirildiyi halda, notariat orqanı 2012-ci ildə ölüm faktını hansı hüquqi əsasla müəyyən edərək vərəsəlik işi açdığına və şəhadətnamə verdiyinə dair hər hansı əsaslandırma təqdim etməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən miras qoyanın ölüm faktını və mirasın açılma vaxtını təsdiq edən əsas sənəd ölüm haqqında şəhadətnamədir.
43. Bundan başqa, Mülki Məcəllənin 1322-ci maddəsinin tələbləri də pozulmuşdur. Vərəsəlik şəhadətnaməsi mirasın açılmasından altı ay keçmədən verilmiş, bunun üçün qanunda nəzərdə tutulmuş istisna halın – başqa vərəsələrin olmaması barədə notariat orqanında etibarlı məlumatın mövcudluğu – iş materialları ilə təsdiq edilməmişdir.
44. Notariat orqanı vərəsələrin tam dairəsini müəyyən etmək üçün qanunla üzərinə düşən vəzifələri yerinə yetirməmiş, aidiyyəti dövlət orqanlarına sorğu göndərməmiş və nəticədə birinci növbə vərəsənin mövcudluğu araşdırılmamışdır. Halbuki iş materiallarında övladlığa götürmə aktı və doğum haqqında şəhadətnamə kimi sənədlər mövcud olmuş, həmin sənədlərdən birinci növbə vərəsənin olduğu müəyyən edilmişdir. Bu isə Mülki Məcəlləyə əsasən sonrakı növbə üzrə vərəsələrin vərəsəlik hüququnu istisna edən haldır.
45. Cavabdeh notariat orqanına müraciət edərkən özündən başqa vərəsənin olmadığını göstərmiş, notariat orqanı isə bu məlumatın düzgünlüyünü yoxlamadan və digər mümkün vərəsələrin müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmədən vərəsəlik şəhadətnaməsi vermişdir. Bunun nəticəsində iddiaçının vərəsəlik hüququ pozulmuş və o, miras payından məhrum edilmişdir.
46. Cavabdehlərin və şahidlərin izahatları da işin faktiki hallarına uyğun gəlmir. Çünki iddiaçının vərəsəlik hüququ məsələsi qaldırıldıqdan sonra miras əmlakının digər şəxsə bağışlanması cavabdehlərin iddiaçının hüquqlarından xəbərdar olduqlarını göstərən mühüm hal kimi qiymətləndirilməlidir.
47. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına istinad edərək bildirilməlidir ki, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş hesab olunur. İddiaçı mirasdan imtina etmədiyindən, onun vərəsəlik hüququ qanunla qorunmalı, miras əmlakındakı payı isə Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq mirasın açıldığı gündən onun mülkiyyəti hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
48. Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
49. Maddə 29. VII hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
51. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
52. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
53. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
54. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
55. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
56. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
57. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
58. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
59. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
60. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (## #### 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada)
61. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (## ###### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada)
62. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. (## #### 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada)
63. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarı.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
64. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
67. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
68. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
74. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
75. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
81. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyasının da qeyd etdiyi kimi iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı mane mövcud olmamışdır. İddiaçı anasının vəfatından sonra miras əmlakı faktiki qəbul etdiyini sübut edə bilməmiş, beləliklə mirasın qəbul edilməsi üçün hər hansı bir hüquqi hərəkət etmədiyi üçün, mirasın qəbul edilməsi müddətini ötürmüşdür və bununla da miras əmlakdan pay almaq hüququnu itirmişdir.
82. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə Mülki Məcəllənin 1160-cı maddəsində əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğunun sonrakı növbənin vərəsəliyini istisna etməsi nəzərdə tutulsa da, həmin norma ilə müəyyən olunan növbəlilik prinsipinə əsasən miras əmlak növbəti növbəyə yalnız ondan əvvəlki növbədən heç bir vərəsə olmadıqda, onlar mirası qəbul etmədikdə və ya vərəsəlik hüququndan məhrum edildikdə keçir.
83. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
84. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
85. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
86. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
87. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
88. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
89. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.