Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3123/2026 29.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı “miras əmlakından payın ayrılması” tələbinə dair iş üzrə QƏTNAMƏSI (Açar sözlər: miras əmlakından payın ayrılması) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı qız tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı miras əmlakından payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X2 ölümündən sonra onun vərəsəsi kimi tanınmağı və ondan qalan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, ev 1A miras əmlakdan payın ayrılması öhdəliyinin cavabdeh Bakı şəhəri * saylı Notariat Ofisinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası - X2, anası - X9r. Həmçinin Eldar adlı qardaşı və Rəna adlı bacısı vardır. Iddiaçı ailə həyatı qurana qədər, atasının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (Proletar) küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evində (bundan sonra miras əmlak) yaşamışdır. ##.##.1992-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra, həyat yoldaşının qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvana gəlin köçmüşdür. Bir müddət sonra həmin ünvana pasport qeydiyyatına alınmışdır. Atası ##.##.2013-cü il tarixdə baş beyin qansızması səbəbindən dünyasını dəyişmişdir. Onun ölümündən sonra adına olan daşınmaz əmlak Cavabdeh dövlət notariusu X6 tərəfindən 2 ’’V”-1/147 nömrə ilə reyetrdə qeyd edilərək, 77/23-10-2013 (№iıs. ##.##.2013) vərəsəlik işinin nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının xəbəri olmadan, anası, bacısı və qardaşı hər biri bərabər payda (hər biri 1/3 hissə) mirasdan irs almışlar. Vərəsəlik işi açıldığı zaman iddiaçıya nə Cavabdeh, nə də ailə üzvləri bu barədə heç bir məlumat verməmişlər. Onsuz miras qalmış əmlakı üç nəfər arasında bərabər şəkildə hissələrə bölmüşlər. Anası ##.##.2023-cü il tarixdə durğunluq ürək çatışmazlığı səbəbindən dünyasını dəyişdi. Anasının ölümündən sonra 2024-cü ilin əvvəlində Cavabdeh tərəfindən iddiaçı notariat kontoruna dəvət edilərək, miras qalmış, yuxarıda qeyd ünvana iddiaçı vərəsədir. Həmin vaxt iddiaçıya müvafiq sənədlərə imza çəkdirdilər. Hüquqi savadı olmadığı üçün, imza çəkdiyi sənədlərin nədən ibarət olduğunu bilməmişdi. ##.##.2024-cü il tarixdə iddiaçı * saylı “ASAN xidmət” mərkəzindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldı. Sonradan ona məlum oldu ki, 2013-cü il tarixdə atası dünyasını dəyişəndən sonra, anası Firəngiz, bacısı Rəna və qardaşı Eldar arasında hər biri bərabər payda (hər biri 1/3 hissə) mirasdan hər biri özünə çıxarış almışlar. Iddiaçıya isə anasının adına olan mirasdan 1/3 hissəsi ayrılmışdır. Buradan da görünür ki, atasından qalan miras əmlak paylara bölünəndə Bakı şəhəri * saylı Notariat Kontoru iddiaçını nəzərə almamışdır. Bu barədə iddiaçı ##.##.2024-cü il tarixdə rəsmi qaydada vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət etdikdə, notariat ofisinin *** nömrəli, ##.##.2024-cü il tarixli cavabı ilə atasının adına Bakı şəhəri * saylı notariat ofisində açılmış ##.##.2013-cü il tarixli vərəsəlik işi üzrə müəyyən edilmiş vərəsələr dairəsinə müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyini, qeyd olunan iş üzrə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciətinin və miras əmlakdan iddiaçıya payın ayrılması müəyyən edilmədiyi, miras əmlakdan payın ayrılmasına dair müvafiq məhkəməyə müraciət etməyinin zəruri olduğu tövsiyyə edilmişdir. Iddiaçı da məcburiyyət qarşısında qalıb, notariat kontorunun müvafiq məktubunu nəzərə alıb, atasının vərəsəsi kimi tanınmağı və ondan qalan miras əmlakdan payın ayrılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldu.
3. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim - Müseyib Bayramov) ilə iddia təmin edilməmişdir.
4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
5. Iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozularaq qəbul edilmişdir. Rayon məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.Əliyev apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. məhkəməyə ünvanladığı məktubla işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
9. AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.1968-ci ildə anadan olmuş, atası X2, anası X9r.
10. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, X2 və X13 nikahı haqqında ##.##.1967-ci il tarixdə 345 №li akt qeydi tərtib olunmuşdur.
11. Sabunçu Rayonu VVADQ Şöbəsinin AZ-İ seriyalı ****** nömrəli ″Ölüm haqqında şəhadətnamə″nin surətindən görünür ki, X2 ##.##.2013-cü ildə vəfat etmişdir.
12. Sabunçu Rayonu VVADQ Şöbəsinin AZ-II seriyalı ****** nömrəli ″Ölüm haqqında şəhadətnamə″nin surətindən görünür ki, X9 ##.##.2023-cü ildə vəfat etmişdir.
13. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2013-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, «14» iyun 2013-cü ildə vəfat etmiş X2 vərəsələri olan Bakı səhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, ev 1Ada qeydiyyatda olan arvadı - X9, oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və qızı- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hər biri bərabər payda (hər biri 1/3 hissə) mirasdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: tam mülkiyyət hüququ əsasında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (Proletar) küçəsində yerləşən ümumi sahəsi 82,3 kv.m, yaşayış sahəsj 47,3 kv.m və yardımçı sahəsi 35 kv.m olan üç otaqlı *A saylı fərdi yaşayış evindən (əsas Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X16 Icraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma Idarəsi yanında Şəhər Uçot - Müxəlləfat bürosu tərəfindən yerilmiş kitab 1, səhifə 86 olan ##.##.1968-ci il tarixli Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarış və ##.##.2013-cü il tarixli, 05/2806 çıxış nömrəli arayış) ibarətdir.
14. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2024-cü il tarixli *V-*** nömrəli şəhadətnamənin surətindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən ##.##.2020-ci il tarixdə X9 verilmiş 005013037268-***** reyestr nömrəli. ********** qeydiyyat nömrəli dölət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə Bakı, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X3, Ev 1a Yeni Qaydalarla: Az 1034, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 107,4 kv/m olan fərdi yaşayış evindən və yerləşdiyi 0.06188 ha oları torpaq sahəsinin ona məxsus olan 1/3 hissəsindən ibarətdir.
15. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2024 tarixli qeydiyyat nömrəsi 0406051239YG30504 olan arayışa əsasən vərəsəlik hüququ haoqında şəhadətnamə verilənədək Bakı Şəhəri, Sabunçu Rayonu, Sabunçu Qəsəbəsi, X3. Ev 1a Yeni Qaydalarla: Az Bakı Şəhəri. Sabunçu Rayonu Sabunçu X5 Küçəsi. 31 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06183 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 1/3 hissə payı açıq saxlanıldı.
16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, 1/3 hissədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və 1/3 hissədə isə X9 mülkiyyət hüququ əsasında məxsusdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
18. 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
19. 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
20. 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
21. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
22. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
23. 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
24. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
25. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
27. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
33. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
37. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
42. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Hazırkı mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər bacı-qardaşdır, ataları ##.##.2013-cü ildə vəfat etmişdir. Ondan qalan miras əmlak fərdi yaşayış evindən ibarətdir. Iddiaçının anasının, bacısının və qardaşının adına ##.##.2013-cü il tarixli ″Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Daha sonra anaları ##.##.2023-cü il tarixdə vəfat etmişdir və iddiaçının adına ##.##.2024-cü il tarixli ″Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Yəni iddiaçı atası vəfat etdikdən sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almamış, anası vəfat etdikdən sonra anası və bacı-qardaşı arasında bölünmüş əmlakdan anasına düşən hissədən 1/3 hissədə pay almışdır.
44. Məhkəmə ilk olaraq qeyd edir ki, rayon məhkəməsi maddi hüquq normasını düzgün tətbiq edərək, hazırkı mübahisə üzrə vərəsəlik hüquq münasibətlərinin Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarının qanuni qüvvəyə minməsindən əvvəl yaranmasını və iddia ərizəsinin həmin Plenum Qərarı qəbul edildikdən sonra məhkəməyə verilməsini nəzərə almış, haqlı olaraq, Mülki Məcəllənin 1246-cı maddəsini tətbiq etmişdir. Tərəflər arasında vərəsəlik hüquq münasibətləri yaranan zaman qüvvədə olan həmin maddənin məzmununa görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
45. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
46. Hazırkı işin hallarından müəyyən olur ki, iddiaçı atası vəfat etdikdən sonra notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmişdir. Eləcə də iddiaçı miras əmlakı qəbul etməsi, ona sahiblik etməsi, faktiki idarə etməsinə dair sübutlar verə bilməmişdir.
47. Iddiaçı apellyasiya şikayətində ##.##.1992-ci il tarixdə nikaha daxil olaraq ərinin qeydiyyatda olduğu və yaşadığı ünvana köçdüyünü, daha sonra həmin ünvanda qeydiyyata alındığını qeyd etmişdir. Eyni zamanda 2013-cü ildə atası vəfat etdikdən sonra miras əmlakda anasının tək yaşadığını qeyd etsə də, 2018-ci ildə bacısı Rənanın ailə həyatı quraraq ölkə xaricinə köçdüyünü, bundan sonra anasını əri ilə birlikdə yaşadığı ünvana gətirərək, burada yaşadıqlarını bildirmişdir. Eyni zamanda 2020-ci ildən miras əmlakda onların icazəsi ilə başqa şəxsin yaşadığını qeyd etmişdir.
48. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi - əri də apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, qeyd edilənləri təsdiqləmişdir. Göründüyü kimi iddiaçı ##.##.1992-ci il tarixdə miras əmlakın yerləşdiyi ünvandan çıxmış, bir daha orada yaşamamış, deməli atası vəfat etdikdən sonra miras əmlakı nə yazılı, nə də faktiki qəbul etməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
49. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
51. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
52. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
53. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
54. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, rayon məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
56. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
57. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından MPM-in 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.