Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 2(1-8)-1812/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azәrbaycan Respublikası adından Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә (mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs Siyәzәn bәlәdiyyәsi cәlb edilmәklә) qarşı mülki iş üzrә QƏRARİ (Açar sözlәr: “maneәlәrin aradan qaldırılması”; Mülki mübahisәnin kateqoriyası: Əşya hüquq münasibәtlәrindәn, o cümlәdәn mәnzil, torpaq münasibәtlәrindәn, habelә әmlakdan istifadә, әmlaka sahiblik vә mülkiyyәt hüququnun müdafiәsindәn irәli gәlәn mübahisәlәr; Mülkiyyәtә qәsd vә ya başqa maneәlәrin aradan qaldırılması ilә bağlı tәlәblәr (neqator tәlәb)) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyası, hakimlәr X3 (mәruzәçi), Şamayev Elşad Yaquboviç vә Əliyev Zaur Əli oğlundan ibarәt tәrkibdә iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә qarşı "maneәlәrin aradan qaldırılması" tәlәbinә dair mülki iş üzrә Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının 2026-cı il ## ##### tarixli *(*-*)-**/**** nömrәli qәtnamәsindәn iddiaçı İddiaçı tәrәfindәn kassasiya şikayәti Ali Mәhkәmәnin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrarı qәbul etdi. Işin halları:
1. Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsi ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn İddiaçı 99 il müddәtinә icarәyә verilmiş vә sonuncunun icarә hüquqları ## ### 2014-cü il tarixindә daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınmışdır.
2. Hal-hazırda hәmin torpaq sahәsinin üzәrindәn 6 kVt elektrik hava xәtti keçir.
3. Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi Idarәsi tәrәfindәn ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-***/**** nömrәli mәktubla göndәrilmiş daşınmaz әmlakın texniki vәziyyәtini әks etdirәn müayinә (baxış) aktında, Siyәzәn Bәlәdiyyәsinin ## ##### 2014-cü il tarixli, *-* nömrәli qәrarı ilә İddiaçı (bundan sonra mәtndә-iddiaçı) icarәsinә verilmiş Siyәzәn şәhәrindә yerlәşәn bir tәrәfdәn yol, digәr tәrәflәrdәn boş sahә ilә әhatә edilmiş, hasarlanmamış, tәyinatı üzrә istifadә olunan 0,01 ha torpaq sahәsi ilә bağlı mübahisә olmamaqla, hәmin sahәdә icazәsiz tikililәr mövcud olmadığı qeyd olunmuşdur.
Iş üzrә qәbul edilmiş mәhkәmә aktları
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı cavabdeh “xxxx” ASC-yә (bundan sonra-cavabdeh ASC-yә) qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh ASC tәrәfindәn onun mülkiyyәtindә olan Siyәzәn şәhәri, Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin bir hissәsini qanunsuz olaraq zәbt etmәklә, onun üçün yaratdığı maneәnin cavabdehin hesabına aradan qaldırılması vә ödәnilmiş 100 manat mәblәğindә dövlәt rüsumunun sonuncudan tutulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı iddia әrizәsini belә әsaslandırılmışdır ki, Siyәzәn bәlәdiyyәsinin ## ##### 2014-cü il tarixli, *-* nömrәli qәrarı ilә onun icarәsinә verilmiş Siyәzәn şәhәri, Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsini müәyyәn iqtisadi çәtinliklәr sәbәbindәn tam hasara ala bilmәmişdir. Bu yaxınlarda cavabdeh ASC-nin әmәkdaşları onun icarә hüquqları qeydә alınmış torpaq sahәsinin içәrisindәn yüksәk gәrginlikli elektrik hava xәtti çәkmiş, hәtta bu xәttin bir dayağını sözügedәn torpaq sahәsinin daxilinә basdırmışlar. Cavabdehin bu qanunsuz hәrәkәtlәri barәsindә qonşu torpaq sahәsinin icarәçisi X1 ## ###### 2022-ci il tarixdә yazılı әrizә ilә “xxxx” ASC-yә müraciәt etmiş, hәmin müraciәtә ## ###### 2022-ci il tarixdә verilmiş *-**/**/K-***/***** saylı cavab mәktubunda göstәrilmişdir ki, “ünvan 1 ünvanında yüksәk gәrginlikli elektrik verilişi xәttinin trassasının dәyişdirilmәsi barәdә müraciәtinizә baxılmışdır. Bununla әlaqәdar bildirilmişdir ki, yüksәk gәrginlikli elektrik veriliş xәttinin trassasının dәyişdirilmәsi üçün “ASAN Xidmәt” mәrkәzinә müraciәt etmәyiniz tövsiyә olunur.” Belәliklә, cavabdehin qanunsuz hәrәkәtlәri nәticәsindә onun qanunla qorunan hüquqları pozulmaqla mәnafeyinә ciddi ziyan vurulmuşdur.
4. Iddiaçının nümayәndәsi vә vәkili vәkil2 izahatında göstәrmişdir ki, Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Mәhkәmә Ekspertizası Mәrkәzindәn daxil olmuş rәyә әsasәn, iddiaçının icarә hüquqları qeydiyyata alınmış sözügedәn torpaq sahәsindә elektrik xәttinә aid dayaqlar aşkar olunmasa da, hәmin torpaq sahәsi üzәrindәn 6 kVt elektrik hava xәttinin keçmәsi müәyyәn edilmişdir. Odur ki, iddia әrizәsindә cavabdehin qanunsuz hәrәkәtlәrinә son qoyulması dedikdә, mәhz yüksәk gәrginlikli elektrik xәttinin әrazidәn kәnarlaşdırılmasını nәzәrdә tutmuşlar. Hәmçinin iddiaçı hәmin torpaq sahәsini sahibkarlıq mәqsәdilә almaqla, orada ticarәt obyekti inşa etdirmәk niyyәtindә olmuşdur. Lakin cavabdeh tәrәfindәn yaradılmış maneәlәr nәticәsindә iddiaçı torpaq sahәsindәn tәyinatı üzrә istifadә etmәk imkanından mәhrum olmuşdur. Habelә, o, özü dә Siyәzәn şәhәr sakini olaraq bilir ki, hәmin әrazidәn 1985-ci ildә elektrik xәtti keçmәmiş, bu xәtlәr torpağın icarәsinә dair iddiaçı tәrәfindәn müvafiq sәnәdlәşmәlәr aparıldıqdan sonra çәkilmişdir. Belә ki, hәmin vaxt yüksәk gәrginlikli elektrik xәtti torpaq sahәsinin mühafizә zolağından keçmiş olsaydı, nә bәlәdiyyә, nә reyestr orqanı müvafiq sәnәdlәşmәlәri apara bilmәzdi.
5. Cavabdehin nümayәndәsi nümayәndә1 izahatında göstәrmişdir ki, sözügedәn әrazidә elektrik xәtti 1985-ci ildә quraşdırılmış, habelә hәmin dövrdә “xxxx” ASC mövcud olmamış, tәmsil etdiyi tәşkilat Azәrbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli sәrәncamı ilә yaradılmışdır. Bәlәdiyyә tәrәfindәn qeyd edildiyi kimi elektrik hava xәtti 2018-ci ildә çәkilmiş olsaydı, mütlәq bәlәdiyyә onlara yer ayırmalı idi. Habelә, tәmsil etdiyi “xxxx” ASC-nin X8 etdiyi müraciәtә cavab olaraq, sözügedәn torpaq sahәsindә 1985-ci ildә elektrik hava xәtti çәkilmәklә, köhnә taxta dirәklәrin hazırda da әrazidә mövcud olduğu mәlum olmuşdur. Hәmçinin, әgәr sözügedәn xәtt lәğv edilәrsә, Siyәzәn rayonunun әrazisinin çox hissәsinin elektrik enerjisi ilә tәmin edilmәsi mümkün olmayacaqdır. 6.
7. Azәrbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Sumqayıt Ərazi Idarәsi tәrәfindәn ## ####### 2023-cü il tarixli, 3-21-3-31/2- ****/**** nömrәli mәktubla göndәrilmiş mütәxәssis rәyindәn, elәcә dә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin ## ####### 2023-cü il tarixli, *-**-**/***/**** nömrәli ekspert rәyindәn görünür ki, Siyәzәn şәhәri, Şәhriyar küçәsindә icarә hüquqları ilә İddiaçı mәxsus 0,01 ha torpaq sahәsindәn 6 kVt elektrik xәtti keçir vә torpaq sahәsi bütovlükdә elektrik xәttinin mühafizәsinә düşür. Hәmçinin, sözügedәn torpaq sahәsindә elektrik xәttinә aid dayaq aşkar edilmәmişdir. Bu torpaq sahәsinin üzәrindәn 6 kVt elektrik hava xәttinin keçmәsi müәyyәn edilmişdir.
8. Siyәzәn Rayon Mәhkәmәsinin (bundan sonra-birinci instansiya mәhkәmәsi) # ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrәli (hakim X4) qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş, Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi Idarәsi tәrәfindәn ## ### 2014-cü il tarixdә, 1414007916 nömrә ilә qeydiyyata alınmış hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarışa әsasәn iddiaçının icarәsinә verilmiş Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәttinin cavabdeh “xxxx” ASC-nin hesabına çıxarılması, iddia tәlәbinin qalan hissәdә tәmin edilmәmәsi, iş üzrә aparılmış mәhkәmә tikinti-texniki ekspertiza tәdqiqatının dәyәri 50 manatın 50 %-i, yәni 25 manatın iddiaçıdan, qalan 50 %-i, yәni 25 manatın isә cavabdeh “xxxx” ASCdәn tutularaq Azәrbaycan Respublikasının Dövlәt Büdcәsinә köçürülmәsi, mütәxәssis rәyinin alınması, elәcә dә, iddia tәlәbi üzrә ödәnilmiş cәmi 195 manat mәhkәmә xәrcinin 50%-i, yәni 97,50 manatının cavabdeh ASC-dәn tutularaq, iddiaçı İddiaçı xeyrinә ödәnilmәsi qәt edilmişdir.
9. Birinci instansiyası mәhkәmәsi öz mövqeyini onunla әsaslandırmışdır ki, işin faktiki halları, habelә tәdqiq edilmiş mötәbәr sübutlarla, elәcә dә ekspert rәyi ilә müәyyәn edildi ki, Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsi ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn iddiaçı İddiaçı icarәsinә verildikdәn sonra, ## ### 2014-cü il tarixdә müvafiq çıxarışa әsasәn hәmin torpaq sahәsinin üzәrindә onun icarә hüquqları qeydә alınmış, habelә qeydә alma zamanı sözügedәn torpaq sahәsi ilә bağlı mübahisә olmamaqla, hәmin әrazidә icazәsiz tikililәr, habelә 6 kVt gәrginlikli elektrik hava xәtti mövcud olmamışdır. Lakin Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin üzәrindә iddiaçı İddiaçı icarә hüquqları dövlәt qeydiyyatına alındıqdan sonra, cavabdeh “xxxx” ASC-yә mәxsus 6 kVt gәrginlikli elektrik hava xәttinin hәmin әrazidәn keçmәsi müvafiq ekspert rәyi ilә aşkar olmaqla, hazırkı işin tәkzib olunmaz halıdır. Bununla da, iddiaçı İddiaçı yuxarıda qeyd edilәn qanunun normalarının tәlәblәrinә müvafiq olaraq hәmin torpaq sahәsinә sahiblik vә istifadә hüquqlarını bәrpa etmәk mәqsәdilә mәhkәmә müdafiәsindәn istifadә etmәk qәrarına gәlmәkdә haqlı olmuşdur. Göründüyü kimi iddiaçı İddiaçı dövlәt qeydiyyatına alınmış icarә hüquqları әsasında istifadәsindә olan daşınmaz әmlakdan maneәsiz istifadә hüquqlarından mәhrum olmuşdur. Bu hal onun hüquqlarını mәhdudlaşdırır vә әmlakından istifadә vә sahiblik hüquqlarının hәyata keçirilmәsinә maneәlәr yaradır.
10. Mәhkәmә iddianın “Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin bir hissәsinin qanunsuz olaraq zәbt edilmәsi”nә dair hissәsinә münasibәtdә qeyd etmişdir ki, müvafiq rәylәrә әsasәn, sözügedәn әrazidә cavabdeh ASC-nin elektrik xәttinә aid dayaq aşkar edilmәdiyinә, habelә orada torpaq sahәsinin faktiki zәbt halına rast gәlinmәdiyinә görә iddia tәlәbinin hәmin hissәdә tәmin edilmәsi istisna edilir.
11. Birinci instansiya mәhkәmәsi hüquqi mövqeyini Azәrbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Mәcәllәnin 5.3, 139.1, 152.1, 157.2, 157.4, 157.8-ci, Azәrbaycan Respublikası Torpaq Mәcәllәsinin 55, 66, 67, 68-ci, “Icarә haqqında“Azәrbaycan Respublikası qanununun 15-ci, “Torpaq icarәsi haqqında” Azәrbaycan Respublikası qanununun 22-ci, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1, 14.2, 77.1, 88, 107, 115.0.1, 119.1-ci maddәlәrinә istinadla әsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
12. Cavabdeh apellyasiya şikayәti verәrәk birinci instansiya mәhkәmәsi # ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrәli qәtnamәnin lәğv edilib iddia tәlәbinin rәdd olunması barәdә yeni qәtnamә çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hazırkı mübahisә üzrә iddiaçının mülkiyyәtçisi olduğu torpaq sahәsindә elektrik xәtti çәkilmәsi ilә bağlı şәxsi mәnafeyinin cavabdeh tәşkilat “xxxx” ASC-yә mәxsus vә hәmin әrazidә yerlәşәn xeyli sayda fәrdi yaşayış evlәrini elektrik enerjisi ilә tәchiz edәn elektrik hava xәtlәrinin ictimai әhәmiyyәtli olması onun mәnafeyindәn üstünlüyü iddiaçı tәrәfindәn dәqiq ifadә olunmamışdır. Hazırkı iş üzrә iddiaçı ona mәxsus torpaq sahәsindәn keçәn yüksәk gәrginlikli elektrik hava xәttlәrinin çıxarılmasını (nәzәrә alsaq ki, hәmin xәttlәrin yerinin dәyişdirilmәsi böyük maddi vәsasit tәlәb edir) tәlәb etmәklә mülkiyyәt hüquqlarından suiistifadәyә yol verәrәk, mülkiyyәtindәn cavabdeh ASC-yә ziyan vurmaqla istifadә etmiş vә öz hәrәkәtlәrinin zәrurliyini әsaslandırmamışdır. “Inzibati vә mülki hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә aidiyyәtinә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 2015-ci il ## ##### tarixli, * saylı Qәrarının 13-cü bәndindә göstәrilmişdir ki, elektrik enerjisi, su vә tәbii qaz tәchizatını hәyata keçirәn sәhmdar cәmiyyәtlәrindә sәhmlәrin 100 faizinin dövlәtә mәxsus olmasına, hәmin müәssisәlәrin rәhbәrlәrinin dövlәt orqanı (dövlәt orqanının vәzifәli şәxsi) tәrәfindәn tәyin olunmalarına, habelә hәmin müәssisәlәrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Hәmin cәmiyyәtlәrlә istehlakçılar arasındakı müqavilә münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrә MPM-nin 24-26-cı maddәlәrinә müvafiq olaraq kommersiya mәhkәmәlәri vә ya ümümi mәhkәmәlәr tәrәfindәn mülki mәhkәmә icraatı qaydasında baxılır. Hәmin Qәrarın 14-cü bәndinin tәlәbinә görә isә, tәrәflәrin mülki (öhdәlik) hüquq münasibәtlәrindә olduqları hallardan başqa, tәbii inhisar subyektәrinin ümümi (publik) hüquq sahәsindәki qәrarlarından, hәrәkәt vә ya hәrәkәtsizliyindәn irәli gәlәn mübahisәlәrә IPM-nin 2.1-ci maddәsinә uyğun olaraq inzibati mәhkәmә icraatı qaydasında mәhkәmәlәr tәrәfindәn baxılır. Hazırkı işdәn müәyyәn olunur ki, iddiaçı cavabdeh “xxxx”ASC-nin tәbii inhisar subyekti olaraq, ümümi (publik) hüquq sahәsindә fәaliyyәti nәticәsinә onun hüquqlarına müdaxilә edilmәsini (mülkiyyәtindә olan torpaq sahәsi üzәrindә yüksәk gәrginlikli elektrik hava xәtti çәkmәsini vә hәmin xәttin çıxarılması ilә bağlı hәrәkәtsizlik etmәsini) iddia etmişdir. Belә olan halda Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun qәrarının 14-cü bәndinin tәlәblәrinә әsasәn mülki mühakimә icraatı qaydasında deyil, inzibati mәhkәmә icraatı qaydasında baxılmalıdır. Hazırkı tәlәb cavabdeh ASC tәrәfindәn iddiaçının mülkiyyәtindә olan torpaq sahәsinә müdaxilәnin aradan qaldırılması ilә bağlıdır vә qeyd edilәn iş üzrә mәhkәmә iddia tәlәbinә inzibati mәhkәmә icraatı qaydasında baxılmalı olmasını nәzәrә almamış vә bununla da, prosessual hüquq normaları pozulmuşdur. Mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dәlillәr aşağıdakılardır: Mülki Mәcәllәnin 152.5-ci maddәsinә әsasәn mülkiyyәtçi qanunda vә ya müqavilәdә müәyyәn edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla müәyyәnlәçdirilmiş hәdlәrdә әmlaka (әşyaya) sәrbәst surәtdә sahib ola bilәr, ondan istifadә edә bilәr, hәmin әmlaka başqa şәxslәrin sahibliyinә yol vermәyә bilәr, ona mәnsub әmlak barәsindә öz mülahizәsi ilә istәnilәn hәrәkәtlәri edә bilәr, bir şәrtlә ki, hәmin hәrәkәtlәr qonşuların vә ya üçüncü şәxslәrin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadә olmasın. Amma, hazırkı iş üzrә mәhkәmә nәzәrdәn qaçırmışdır ki, iddiaçı ona mәxsus torpaq sahәsindәn keçәn yüksәk gәrginlikli elektrik hava xәttlәrinin çıxarılmasını (nәzәrә alsaq ki, hәmin xәttlәrin yerinin dәyişdirilmәsi böyük maddi vәasit tәlәb edir) tәlәb etmәklә mülkiyyәt hüquqlarından sui-istifadәyә yol verәrәk, mülkiyyәtindәn cavabdeh ASC-yә ziyan vurmaqla istifadә etmiş vә öz hәrәkәtlәrinin zәrurliyini әsaslandırmamışdır. Eyni zamanda hәmin Mәcәllәnin 152.6-cı maddәsindә o da qeyd edilmişdir ki, hüquqdan sui-istifadә mülkiyyәtdәn başqalarına ziyan vuran şәkildә istifadәdir vu bu zaman mülkiyyәtçinin mәnafe üstünlüyü dәqiq ifadә edilmәmişdir vә onun hәrәkәtlәrinin zәruriliyi әsaslı deyildir. “Inzibati vә mülki hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә aidiyyәtinә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 2015-ci il ## ##### tarixli, * saylı Qәrarının 13-cü bәndindә göstәrilmişdir ki, elektrik enerjisi, su vә tәbbi qaz tәchizatını hәyata keçirәn sәhmdar cәmiyyәtlәrindә sәhimlәrin 100 faizinin dövlәtә mәxsus olmasına, hәmin müәssisәlәrin rәhbәrlәrinin dövlәt orqanı (dövlәt orqanının vәzifәli şәxsi) tәrәfindәn tәyin olunmalarına, habelә hәmin müәssisәlәrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Hәmin cәmiyyәtlәrlә istehlakçılar arasındakı müqavilә münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrә MPM-nin 2426-cı maddәlәrinә müvafiq olaraq kommersiya mәhkәmәlәri vә ya ümümi mәhkәmәlәr tәrәfindәn mülki mәhkәmә icraatı qaydasında baxılır. Lakin, “Inzibati vә mülki hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә aidiyyәtinә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 2015-ci il ## ##### tarixli, * saylı Qәrarının 14-cü bәndinin tәlәbinә görә isә, tәrәflәrin mülki (öhdәlik) hüquq münasibәtlәrindә olduqaları hallardan başqa, tәbii inhisar subyektәrinin ümümi (publik) hüquq sahәsindәki qәrarlarından, hәrәkәt vә ya hәrәkәtsizliyindәn irәli gәlәn mübahisәlәrә IPM-nin 2.1-ci maddәsinә uyğun olaraq inzibati mәhkәmә icraatı qaydasında mәhkәmәlәr tәrәfindәn baxılır. Hazırkı işdәn müәyyәn olunur ki, iddiaçı cavabdeh ASC-nin tәbii inhisar subyekti olaraq, ümümi (publik) hüquq sahәsindә fәaliyyәti nәticәsinә onun hüquqlarına müdaxilә edilmәsini (mülkiyyәtindә olan torpaq sahәsi üzәrindә yüksәk gәrginlikli elektrik hava xәtti çәkmәsini vә hәmin xәttin çıxarılması ilә bağlı hәrәkәtsizlik etmәsini) iddia etmişdir. Belә olan halda Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun qәrarının 14-cü bәndinin tәlәblәrinә әsasәn mülki mühakimә icraatı qaydasında deyil, inzibati mәhkәmә icraatı qaydasında baxılmalıdır. Mәhkәmә onu da nәzәrdәn qaçırmışdır ki, IPMnin 2.1-ci maәddәsinә әsasәn Qanunla başqa aidiyyәt qaydası müәyyәn edilmәmişdirsә, inzibati mübahisәlәrә dair işlәr üzrә mәhkәmә icraatı inzibati mәhkәmәlәr vә inzibati kollegiyalar tәrәfindәn hәyata keçirilir. Lakin mәhkәmә bu normanın tәlәbini pozmuşdur. Belә ki, hazırkı tәlәb cavabdeh ASC tәrәfindәn iddiaçının mülkiyyәtindә olan torpaq sahәsinә müdaxilәnin aradan qaldırılması ilә bağlıdır vә qeyd edilәn iş üzrә iddia tәlәbinә inzibati mәhkәmә icraatı qaydasında baxılmalıdır.
14. Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrәli (hakimlәr – A.Süleymanova (sәdrlik edәn vә mәruzәçi), L.Rәhimli vә F.Mәmmәdov) qәtnamәsi ilә cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmiş, birinci instansiya mәhkәmәsinin # ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsi qismәn - iddianın tәmin edilәn hissәsindә lәğv olunmuş, hәmin hissәdә yeni qәtnamә çıxarılmaqla iddia tәlәbi tәmin edilmәmişdir. Kassasiya instansiyası mәhkәmәsindәki birinci icraat:
15. Qәtnamәdәn narazı qalan iddiaçı Kәrimova Vәsilә Canoğlan qızı qәtnamәdәn kassasiya şikayәti verәrәk, apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi vә işin yenidәn baxılması üçun apellyasiya instansiyası mәhkәmәsinә göndәrilmәsi barәdә yeni qәrar çıxarılmasını xahiş etmişdir.
16. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2(102)-3326/2025 nömrәli (hakimlәr İ.Ə.Şәfiyev (mәruzәçi), Ə.A.Əhmәdov vә V.T. Hәsәnov) qәrarı ilә kassasiya şikayәti tәmin edilmiş, apelyasiya instansiya mәhkәmәsinin Mülki kollegiyasının 2025-ci il ## #### tarixli 2(105)- 407/2025 nömrәli qәtnamәsi tamamilә lәğv edilәrәk, iş yenidәn baxılması üçün hәmin mәhkәmәyә göndәrilmişdir.
17. Kassasiya instansiyası mәhkәmәsi qәbul etdiyi qәrarı onunla әsaslandırmışdır ki, işin düzgün hәlli yәni, iddiaçının icarәsindә olan torpaqdan istifadә etmәk hüququna müdaxilәnin olub-olmaması araşdırılarkәn, torpaq üzәrindә icarә hüququ olan şәxsin torpağın üzәrindә olan hava mәkanına nә kimi hüququnun olması müәyyәn edilmәlidir. Bu mәsәlә Mülki Mәcәllәnin torpağa mülkiyyәt hüququnun xüsusiyyәtlәrindәn bәhs edәn 238-ci maddәsinin müddәaları işığında tәhlil oluna bilәr.
18. Hәmin müddәalar torpaq sahәsi üzәrindә mülkiyyәt hüququnun әhatә dairәsini üç istiqamәtdә müәyyәn edir: mülkiyyәtin üfüqi әhatәsi; mülkiyyәtin şaquli әhatәsi; mülkiyyәtin maddi әhatәsi. Oxşar hüquqi mövqe Ali Mәhkәmәnin Mülki kollegiyasının mәhkәmә tәcrübәsi müәyyәn edәn *(***)-****/**** nömrәli 2025-ci il ## ##### tarixli qәrarında da ifadә olunmuşdur.
19. Mülkiyyәtin maddi әhatәsi torpaq sahәsindә yer alan cismani (fiziki) obyektlәri nәzәrdә tutur. Başqa sözlә, sahәdә yerlәşәn vә torpaqla möhkәm bağlı olan belә obyektlәr tikili, qurğu, çoxillik әkmәlәr vә s. mülkiyyәt hüququnun maddi әhatә dairәsinә daxil olur. Mülki Mәcәllәnin 135.4-cü maddәsindә göstәrilir ki, torpaq sahәlәri, yer tәki sahәlәri, ayrıca su obyektlәri, meşәlәr, çoxillik әkmәlәr, binalar, qurğular vә torpaqla möhkәm bağlı olan (ondan ayrıla bilmәyәn) digәr әşyalar, yәni tәyinatına tәnasübsüz zәrәr vurulmadan yerinin dәyişdirilmәsi mümkün olmayan obyektlәr daşınmaz әşyalardır.
20. Torpağa mülkiyyәt hüququ üfüqi olaraq әrazinin sәrhәdlәri içindә qalan torpaq sahәsinin hәr tәrәfini әhatә edir. Bu sәrhәdlәr daşınmaz әmlakın dövlәt reyestrinin plan vә cizgi sәnәdlәri (koordinatları) ilә müәyyәn olunur (Mülki Mәcәllәnin 238.1-ci maddәsi).
21. Mülkiyyәtin şaquli әhatәsi isә sahәnin üzәrindәki hava boşluğunu vә altındakı torpaq tәbәqәsini özündә ehtiva edir (Mülki Mәcәllәnin 238.3-cü maddәsi). Bu әhatә sahәsi qanunda nәzәrdә tutulan hәdlәrlә vә mülkiyyәtçinin öz hüququndan istifadә etmәk mәnafeyinin ölçüsü ilә mәhdudlaşdır.
22. Nәzәrә alınmalıdır ki, Mülki Mәcәllәnin 158.1.2-ci maddәsinә әsasәn, әmlakdan istifadә hüququ mülkiyyәt hüququ ilә yanaşı әmlak hüququ sayılır.
23. Hәmin Mәcәllәnin 157.8-ci maddәsinә görә mülkiyyәtçi hüquqları mülkiyyәtçi olmasa da, bu Mәcәllәdә vә ya müqavilәdә nәzәrdә tutulan әsasla әmlaka sahiblik edәn şәxsә dә mәnsubdur.
24. Lakin nәzәrә alınmalıdır ki, istifadә hüququnun müdafiәsi yalnız qanunsuz vә әsassız maneәlәrin mövcudluğu halında mümkündür.
25. Iddiaçının torpaqdan istifadә hüququ mütlәq vә mәhdudiyyәtsiz xarakter daşımır vә bu hüquq mövcud qanuni yüklülüklәr, o cümlәdәn servitut xarakterli mәhdudiyyәtlәr nәzәrә alınmaqla hәyata keçirilir.
26. Torpaq Mәcәllәsinin 22 vә 62-ci maddәlәrinә әsasәn, torpaq sahәlәrindәn keçәn mühәndis-kommunikasiya xәtlәri üçün mühafizә zonaları müәyyәn edilir vә bu zonalar torpaqdan istifadәyә müәyyәn mәhdudiyyәtlәr yaradır. Hәmçinin, “Elektroenergetika haqqında” Qanunun müddәalarına görә, elektrik şәbәkәlәri dövlәt vә ictimai әhәmiyyәtli infrastruktura aid olmaqla, onların tәhlükәsiz vә fasilәsiz istismarı tәmin edilir, bununla bağlı mühafizә zonaları müәyyәn edilir. Qanunvericiliklә müәyyәn edilmiş mühafizә zonası çәrçivәsindә yerlәşir, iddiaçının hәyat vә sağlamlığı üçün birbaşa tәhlükә yaratmır, normativ texniki tәlәblәrin pozulması ilә istismar olunmur. Buna görә dә, iddiaçı elektrik xәttinin mühafizә zonasının hüquqi rejimindәn irәli gәlәn mәhdudiyyәtlәr altlndadır.
27. Odur ki, baxılan iş üzrә xüsusi olaraq araşdırılmalı olan hal - torpaq sahәsi üzәrindә iddiaçının icarә hüququ әmәlә gәlәn zaman oradan elektrik xәttinin keçib keçmәmәsidir. Əgәr iddiaçı torpaq sahәsi üzәrindә icarә hüququ әldә edәrkәn, hәmin sahә üzәrindә әvvәldәn mövcud olan mühәndis-kommunikasiya obyektini vә ondan irәli gәlәn mәhdudiyyәtlәri bilmәli idisә vә bilmәsi mümkün olubsa, o halda iddiaçı torpaq sahәsini mövcud yüklülüklәrlә birlikdә qәbul etmiş sayılır. Bu yanaşma Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 255 vә 256-cı maddәlәrindә tәsbit edilmiş servitut hüququnun hüquqi mahiyyәtinә uyğundur vә mülki dövriyyәdә hüquqi sabitliyin tәmin edilmәsinә xidmәt edir.
28. Əksinә, elektrik xәtti icarә hüququ yaranandan sonra çәkilmişdirsә, iddiaçının hüquqları qorunmalıdır.
29. Apelyasiya instansiyası elektrik xәttinin nә vaxt çәkilmәsini müәyyәn edәrkәn cavabdeh ASC-nin “Xaçmaz” RETSI Siyәzәn EŞ-nin ##.##.2022-ci il tarixli, *** nömrәli mәktubunda göstәrilәn mәlumatlara istinad etmәklә hesab etmişdir ki, mübahisәlәndirilәn hava xәtti 1985-ci ildәn hәmin әrazidәn keçәrәk istifadәyә verilmiş, sonradan rekonstruksiya olunmuş, hәmin hava xәtti vasitәsi ilә Balaca Hәmyә kәndinә gәrginlik verilir.
30. Göründüyü kimi apelyasiya instansiyası mәhkәmәsi iş üzrә düzgün nәticәyә gәlmәk üçün hәlledici әhәmiyyәti olan faktı yalnız cavabdehin mәktubu әsasında müәyyәn etmişdir.
31. Mәhkәmә hәmin mәktubda göstәrilәn mәlumatların özünün dә isbata ehtiyac olduğunu nәzәrә almamış, elektrik xәttinin layihәlәndirilmәsi, istismara qәbul edilmәsi vә s. kimi sübutların tәqdim olunmasını tәklif etmәmişdir.
32. Nәzәrә alınmalıdır ki, iş üzrә tәrәflәrin izahatlarının xüsusiyyәti ondan ibarәtdir ki, hәmin mәlumatlar işin nәticәsindә maraqlı olan şәxslәr tәrәfindәn verilir, bu isә mәhkәmәni onlara kifayәt qәdәr ehtiyatlı yanaşmağa mәcbur edir. Çünki mülki prosessual qanunvericiliyә görә, iş üzrә tәrәflәrin (nümayәndәlәrinin) izahatları yalnız başqa obyektiv sübutlarla tәsdiq edildiyi halda mәhkәmә tәrәfindәn qәbul edilә bilәr. Bu baxımdan işdә iştirak edәn şәxslәrin iş üçün әhәmiyyәtli olan vә onlara mәlum olan faktlar barәdә izahatları iş üzrә toplanmış digәr sübutlarla yanaşı әtraflı yoxlanılmalı vә mövcud sübutlarla tәsdiq edilib әsaslandırılmalıdır.
33. Bundan başqa, «elektrik hava xәttinin qanunla nәzәrdә tutulmuş hündürlükdә yerlәşmәsi, iddiaçının icarәsindә olan torpaq sahәsindә heç bir tikilinin olmaması, torpaq sahәsindәn hәr hansı mәqsәdlәr üçün istifadәsi barәdә sübutların olmaması», özlüyündә iddianın rәdd olunması üçün әsas deyildir. Çünki torpaq sahәsi iddiaçıya sahibkarlıq fәaliyyәti mәqsәdi ilә verilib vә orada hәr hansı tikili inşa edәcәyi halda ona qarşı elektrik xәttinin mühafizә zonası rejimindәn irәli gәlәn mәhdudiyyәtlәrin tәtbiq edilmәyәcәyi istisna olunmur.
34. Göründüyü kimi apellyasiya instansiyası mәhkәmәsi hazırkı iş üzrә hәqiqәtә nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitәlәrdәn istifadә etmәmiş, işi hәrtәrәfli vә düzgün araşdırmadan nәticәyә gәlmişdir. Bu isә Konstitusiyada vә mülki prosessual qanunvericilikdә tәsbit olunmuş tәrәflәrin bәrabәrliyi vә çәkişmә prinsiplәrinin mahiyyәti ilә uzlaşmır vә nәticәdә mübahisәli mәsәlә üzrә işin düzgün vә әdalәtli hәll edilmәsini istisna edir.
35. Mәhkәmә kollegiyası izah edib ki, hüquqi müәyyәnlik prinsipi digәr tәlәblәrlә yanaşı, әn ümumi mәnada mövcud hüquqi vәziyyәtә aid aydınlığı vә müәyyәnliyi nәzәrdә tutur. Bu baxımdan, mәhkәmәlәr tәrәfindәn qәbul olunmuş qәrarlarda hәll olunan işә aid bütün zәruri mәsәlәlәrә aydınlıq gәtirilmәli, ziddiyyәtli mәqamlar aradan qaldırılmalıdır. Azәrbaycan Respublikasının adından çıxarılan mәhkәmә aktlarında işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәalar olmamalıdır.
Apellyasiya instansiyası mәhkәmәsindәki ikinci icraat:
36. Cavabdeh ASC-nin nümayәndәsi nümayәndә1 mәhkәmә kollegiyasının iclasında iştirak edәrәk apellyasiya şikayәtini müdafiә etdi vә bildirdi ki, Azәrbaycan Respublikası Kosmik Agentliyi tәrәfindәn verilәn sorğuya cavab mәktubunda da qeyd edilmişdir ki, torpaq sahәsindә şәrti ilә 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-cü ilә aid peyk tәsvirlәrindә aydın müşahidә edilir. Iddiaçı isә qeyd olunan torpaq sahәsinә dair mülkiyyәt sәnәdini 2014-cü ildә әldә etmişdir. Belә olan halda iddiaçının iddiası әsassız hesab edilmәlidir. Göstәrilәnlәrә әsasәn nümayәndә sonda apellyasiya şikayәtinin tәmin edilmәsini, iş üzrә birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi vә iddia tәlәbinin rәdd edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etdi.
37. Iddiaçı mәhkәmә kollegiyasının iclasında iştirak edib vә apellyasiya şikayәtinә etiraz edәrәk bildirdi ki, sorğuda qeyd olunan natamam mәlumatı doğru hesab etmәk olmaz. Belә ki, mübahisәsi gedәn torpaq sahәsini alqı-satqı edәrkәn hәmin torpaq sahәsi boş vәziyyәtdә idi, yәni orada hәr hansı elektrik xәtti keçmirdi. Əgәr belә olsaydı, ümumiyyәtlә torpaq sahәsini almazdı. Hәmin elektrik xәtlәri sonradan quraşdırılmışdır vә bu hal onun mülkiyyәt hüququnu pozur. Ona görә dә mәhkәmәyә müraciәt etmişdir. Göstәrilәnlәrә әsasәn iddiaçı sonda apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etdi.
38. Apellyasiya kollegiyası mübahisәnin obyektiv hәllinin tәmin edilmәsi mәqsәdi ilә Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәttinin hansı tarixdәn inşa edilmәsi barәdә mәlumatların әldә edilmәsi üçün aidiyyәti orqanlara, sonda isә Azәrbaycan Respublikası Kosmik Agentliyinә müvafiq mәzmunda mәhkәmә sorğusu ünvanlamışdır.
39. Tәkrar apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Mәhkәmәsinin sorğusuna cavab olaraq “Xaçmaz” Regional Enerji Tәchizatı vә Satışı Idarәsinin ##.##.2026-cı il tarixli, 86 nömrәli mәktubuna әsasәn, Kәrimova Vәsilә Canoğlan qızının adına olan torpaq sahәsi hal-hazırda Siyәzәn 35/6 kV-luq y/st-dan çıxan * saylı 6 kV hava xәttinin mühafizә zonasındadır. Sözügedәn 6 kV-luq * №-li hava xәtti 2017-ci ilә kimi Siyәzәn 110/35/10 kV y/stdan çıxan 1985-ci ildә istifadәyә verilmiş Kondensator hava xәtti kimi fәaliyyәt göstәrmişdir. Hәmin xәtdәn 2017-ci ilә kimi budaqlanma ilә Balaca Hәmyә kәndinә gәrginlik verilmişdir. 2017-ci ildә “xxxx” ASC Siyәzәn Elektrik Şәbәkәsinә mәxsus yarımstansiya (Siyәzәn 35/6 kV) tikildikdәn sonra yeni yaradılmış * №-li 6 kV-luq hava xәtti mövcud Kondensator hava xәttinә qoşulmuş, Siyәzәn 110/35/6 kV-luq y/st-dan budaqlanmaya qәdәr hava xәtti lәğv edilmiş vә hal-hazırda * №-li hava xәtti kimi fәaliyyәt göstәrir.
40. Mәktuba әlavә olaraq ##.##.1981-ci il tarixli layihәlәndirmә sәnәdi әlavә edilmişdir. Əlavә edilmiş sәnәdin mәzmunundan aydın olur ki, Xaçmaz Elektirk şәbәkәsi Siyәzәn şәhәrindә 6-cı kvartalda yerlәşәn şimal-zadon kondensator zavodunun 980 kv. elektrik tәminatına aşağıdakı şәrtlәrlә etiraz etmir. Qoşulma nöqtәsi p/st 110/35/6 kv. Siyәzәn. p/st 110/35/6 kv-da olan 3Ru-6kB reaktorun kamerasonda yerlәşdirilsin. Obyektin layihәlәndirmәsindәn әvvәl 2 әdәd DOP-6kV Siyәzәn altstansiyada yerlәşdirilsin. Hәr transformatorlardan kabel girişi 6 kB güclәndirmәk 20 mba әlavә mis kabeli/180 vә ya 240 mm2 kәsilişlә Layihәyә uyğun layihәlәndirilәn obyektlә 6/0,4 kB-luq altstansiya quraşdırılsın (i/m 2ci cild sәh.236-237 - Xaçmaz” X6 vә Satışı Idarәsinin ##.##.2026cı il tarixli, ** nömrәli mәktubu vә әlavә sәnәd).
41. Azәrbaycan Respublikası Kosmik Agentliyi tәrәfindәn mәhkәmә sorğusuna verilәn cavab mәktubunda qeyd olunub ki, sözügedәn әrazinin monitorinqi mәqsәdilә 2013–2023-cü illәrә aid mövcud yüksәk ayırdetmәli peyk tәsvirlәri tәhlil edilmişdir. Aparılmış tәhlil zamanı torpaq sahәsinin cәnub vә şimal hissәlәrindә yerlәşәn elektrik dirәklәri şәrti olaraq müvafiq şәkildә 1 vә 2 nömrәlәri ilә işarәlәnmişdir. Tәhlilin nәticәlәrinә әsasәn, sözügedәn torpaq sahәsindәn keçәn hava elektrik veriliş xәttinә aid 1 vә 2 nömrәli dirәklәrin peyk tәsvirlәri üzәrindәn müәyyәn olunma vaxtları fәrqlidir. Belә ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-2023-cü illәrә aid yüksәk ayırdetmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunur. Torpaq sahәsinin şimal hissәsindә yerlәşәn vә şәrti olaraq 2 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi isә yalnız 2023-cü ilә aid peyk tәsvirindә müşahidә edilir. Bu hal 2 nömrәli dirәyin daha sonrakı dövrdә quraşdırılması ilә әlaqәli ola bilәr. Bununla yanaşı, nәzәrә alınmalıdır ki, dirәklәrin ölçü vә konstruktiv xüsusiyyәtlәrindәki fәrqlәr kölgәlәrin tәsvir üzәrindә fәrqli formada müşahidә olunmasına tәsir göstәrә bilir.
42. Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki kollegiyasının iş üzrә ##.##.2026-cı il tarixli *(*-*)-**/**** nömrәli qәtnamәsi ilә (hakimlәr – A.A.Mahmudov (sәdrlik edәn vә mәruzәçi), İ.K.Dәmirov, S.A.Qafari) cavabdeh ASC tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmiş, Siyәzәn Rayon Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli, 2(059)-6/2024 nömrәli qәtnamәsinin lәğv edilmәsi, iddiaçı Kәrimova Vәsilә Canoğlan qızının cavabdeh "xxxx" Açıq Sәhmdar Cәmiyyәtinә qarşı "cavabdehin torpaq sahәsini qanunsuz zәbt etmәklә yaratdığı maneәnin sonuncunun hesabına aradan qaldırılması" tәlәbinә dair iddiasının tәmin olunmaması,Eksper tiza tәdqiqatının dәyәri olan 50 manat pulun iddiaçı Kәrimova Vәsilә Canoğlan qızından alınıb AZ.MEM, VÖEN **********, Dövlәt Xәzinәdarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 hesabına keçirilmәsi qәt edilmişdir.
43. Apellyasiya instansiyası mәhkәmәsi qәbul etdiyi qәtnamәni onunla әsaslandırmışdır ki, mübahisәnin obyektiv hәllinin tәmin edilmәsi mәqsәdi ilә Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәttinin hansı tarixdәn inşa edilmәsi barәdә mәlumatların әldә edilmәsi üçün aidiyyәti orqanlara, sonda isә Azәrbaycan Respublikası Kosmik Agentliyinә müvafiq mәzmunda mәhkәmә sorğusu ünvanlamışdır.
44. Tәkrar apellyasiya icraatı zamanı sorğuya cavab olaraq bildirilmişdir ki, Kәrimova Vәsilә Canoğlan qızının adına olan torpaq sahәsi hal-hazırda Siyәzәn 35/6 kV-luq y/st-dan çıxan * saylı 6 kV hava xәttinin mühafizә zonasındadır. Sözügedәn 6 kV-luq * №-li hava xәtti 2017-ci ilә kimi Siyәzәn 110/35/10 kV y/st-dan çıxan 1985-ci ildә istifadәyә verilmiş Kondensator hava xәtti kimi fәaliyyәt göstәrmişdir. Hәmin xәtdәn 2017-ci ilә kimi budaqlanma ilә Balaca Hәmyә kәndinә gәrginlik verilmişdir. 2017-ci ildә “xxxx” ASC Siyәzәn Elektrik Şәbәkәsinә mәxsus yarımstansiya (Siyәzәn 35/6 kV) tikildikdәn sonra yeni yaradılmış * №-li 6 kV-luq hava xәtti mövcud Kondensator hava xәttinә qoşulmuş, Siyәzәn 110/35/6 kV-luq y/stdan budaqlanmaya qәdәr hava xәtti lәğv edilmiş vә hal-hazırda * №-li hava xәtti kimi fәaliyyәt göstәrir.
45. Mәktuba әlavә olaraq ##.##.1981-ci il tarixli layihәlәndirmә sәnәdi әlavә edilmişdir. Əlavә edilmiş sәnәdin mәzmunundan aydın olur ki, Xaçmaz Elektirk şәbәkәsi Siyәzәn şәhәrindә 6-cı kvartalda yerlәşәn şimal-zadon kondensator zavodunun 980 kv. elektrik tәminatına aşağıdakı şәrtlәrlә etiraz etmir. 1) Qoşulma nöqtәsi p/st 110/35/6 kv. Siyәzәn. 2) p/st 110/35/6 kv-da olan 3Ru- 6kB reaktorun kamerasonda yerlәşdirilsin. 3) Obyektin layihәlәndirmәsindәn әvvәl 2 әdәDOP- 6kV Siyәzәn altstansiyada yerlәşdirilsin. 4) Hәr transformatorlardan kabel girişi 6 kB güclәndirmәk 20 mba әlavә mis kabeli/180 vә ya 240 mm2 kәsilişlә 5) Layihәyә uyğun layihәlәndirilәn obyektlә 6/0,4 kB-luq altstansiya quraşdırılsın (i/m 2- ci cild sәh.236-237 - Xaçmaz” X6 vә Satışı Idarәsinin ##.##.2026- cı il tarixli, ** nömrәli mәktubu vә әlavә sәnәd).
46. Azәrbaycan Respublikası Kosmik Agentliyi tәrәfindәn mәhkәmә sorğusuna cavab mәktubunda qeyd olunub ki, sözügedәn әrazinin monitorinqi mәqsәdilә 2013–2023-cü illәrә aid mövcud yüksәk ayırdetmәli peyk tәsvirlәri tәhlil edilmişdir. Aparılmış tәhlil zamanı torpaq sahәsinin cәnub vә şimal hissәlәrindә yerlәşәn elektrik dirәklәri şәrti olaraq müvafiq şәkildә 1 vә 2 nömrәlәri ilә işarәlәnmişdir. Tәhlilin nәticәlәrinә әsasәn, sözügedәn torpaq sahәsindәn keçәn hava elektrik veriliş xәttinә aid 1 vә 2 nömrәli dirәklәrin peyk tәsvirlәri üzәrindәn müәyyәn olunma vaxtları fәrqlidir. Belә ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-2023-cü illәrә aid yüksәk ayırdetmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunur. Torpaq sahәsinin şimal hissәsindә yerlәşәn vә şәrti olaraq 2 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi isә yalnız 2023-cü ilә aid peyk tәsvirindә müşahidә edilir. Bu hal 2 nömrәli dirәyin daha sonrakı dövrdә quraşdırılması ilә әlaqәli ola bilәr. Bununla yanaşı, nәzәrә alınmalıdır ki, dirәklәrin ölçü vә konstruktiv xüsusiyyәtlәrindәki fәrqlәr kölgәlәrin tәsvir üzәrindә fәrqli formada müşahidә olunmasına tәsir göstәrә bilir.
47. Araşdırılan işin mübahisәsiz hallarından da müәyyәn edilir ki, iddiaçının sahibliyindә (icarәsindә) olan torpaq sahәsi dә mәhz 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin yerlәşdiyi әrazidәdir.
48. Agentlikdәn verilmiş mәlumatdan aydın olur ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-2023-cü illәrә aid yüksәk ayırdetmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunur.
49. Belәliklә, Azәrbaycan Respublikası Kosmik Agentliyinin müvafiq cavab mәktubunda qeyd olunanlardan bir daha aydın olur ki, iş üzrә iddiaçının istifadәsindә olan torpaq sahәsindәn keçәn elektrik hava veriliş xәttinin kölgәlәri hәlә 2013-cü ildәn peyk görüntülәrlә müşahidә edilir.
50. Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsi isә ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn Kәrimova Vәsilә Canoğlan qızına 99 il müddәtinә icarәyә verilmiş vә sonuncunun icarә hüquqları ## ### 2014-cü il tarixindә daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınmışdır.
51. Apellyasiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmişdir ki, mübahisәli elektrik xәttinin layihәlәndirmәsi 1985-ci ildәn, iddiaçı mübahisәlәndirilәn torpaq sahәsini icarәyә götürәrkәn elektrik dirәyi vә hava elektrik xәtti artıq mövcud olmuşdur. Bu isә o demәkdir ki, iddiaçının torpaq sahәsi üzәrindә icarә hüquqları qeydә alınarkәn hәmin torpaq sahәsi elektrik xәtti keçәn hissәdә mühafizә zonası ilә yüklü olmuşdur.
52. Apellyasiya kollegiyası bir daha iş üzrә Ali Mәhkәmәnin Qәrarındakı mövqeyin nәzәrә alınmasını diqqәtә çatdırır ki, istifadә hüququnun müdafiәsi yalnız qanunsuz vә әsassız maneәlәrin mövcudluğu halında mümkündür. Iddiaçının torpaqdan istifadә hüququ mütlәq vә mәhdudiyyәtsiz xarakter daşımır vә bu hüquq mövcud qanuni yüklülüklәr, o cümlәdәn servitut xarakterli mәhdudiyyәtlәr nәzәrә alınmaqla hәyata keçirilir.
53. Torpaq Mәcәllәsinin 22 vә 62-ci maddәlәrinә әsasәn, torpaq sahәlәrindәn keçәn mühәndis-kommunikasiya xәtlәri üçün mühafizә zonaları müәyyәn edilir vә bu zonalar torpaqdan istifadәyә müәyyәn mәhdudiyyәtlәr yaradır. Hәmçinin, “Elektroenergetika haqqında” Qanunun müddәalarına görә, elektrik şәbәkәlәri dövlәt vә ictimai әhәmiyyәtli infrastruktura aid olmaqla, onların tәhlükәsiz vә fasilәsiz istismarı tәmin edilir, bununla bağlı mühafizә zonaları müәyyәn edilir. Qanunvericiliklә müәyyәn edilmiş mühafizә zonası çәrçivәsindә yerlәşir, iddiaçının hәyat vә sağlamlığı üçün birbaşa tәhlükә yaratmır, normativ texniki tәlәblәrin pozulması ilә istismar olunmur. Buna görә dә, iddiaçı elektrik xәttinin mühafizә zonasının hüquqi rejimindәn irәli gәlәn mәhdudiyyәtlәr altlndadır. \
54. Ali Mәhkәmәnin iş üzrә Qәrarının 75-ci bәndindә qeyd olunan istiqamәtdә araşdırmanı tәmin edәn kollegiya vurğulayır ki, iddiaçı torpaq sahәsi üzәrindә icarә hüququ әldә edәrkәn, hәmin sahә üzәrindә әvvәldәn mövcud olan mühәndis-kommunikasiya obyekti mövcud olduğundan, sonuncu torpaq sahәsini mövcud yüklülüklәrlә birlikdә qәbul etmiş sayılır. Bu yanaşma Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 255 vә 256-cı maddәlәrindә tәsbit edilmiş servitut hüququnun hüquqi mahiyyәtinә uyğundur vә mülki dövriyyәdә hüquqi sabitliyin tәmin edilmәsinә xidmәt edir.
55. Yuxarıda qeyd olunan mәktubdan isә konkret olaraq aydın olur ki, mübahisәli torpaq sahәsinin üzәrindәn keçәn 6 kVt elektrik hava xәtti hәlә 2013-cü ildә mövcud olmuşdur. Başqa sözlә, iddiaçının torpaq sahәsinә dair münasibәtinin yarandığı tarixdә (## ### 2014-cü il) torpaq sahәsi qeyd olunan hava elektrik xәtti ilә yüklü vәziyyәtdә olmuşdur.
56. Kollegiya qeyd edir ki, hazırkı vәziyyәtdә belә iddiaçı hüquqlarının mәhdudlaşdırılmasının konkret olaraq nәdә ifadә olunmasını әsaslandırmaqla cavabdeh tәşkilatdan servitutdan irәli gәlәn haqq ödәnilmәsini tәlәb edә bilәr.
57. Mülki Mәcәllәsinin 261.1-ci maddәsinә әsasәn әgәr müqavilәdә ayrı qayda nәzәrdә tutulmayıbsa, servitutla yüklü olan daşınmaz әşyanın mülkiyyәtçisi xeyrinә servitut qoyulmuş ixtiyarlı şәxslәrdәn sahәdәn istifadә üçün haqq tәlәb edә bilәr.
58. Hәmin Mәcәllәnin 261.2-ci maddәsinә görә haqqın miqdarı tәrәflәrin razılaşması ilә, razılaşmaya gәlmәk mümkün olmadıqda isә mәhkәmәnin qәrarı ilә müәyyәnlәşdirilir.
59. Şәrh olunanlara әsasәn mәhkәmә kollegiyası bu nәticәyә gәlmişdir ki, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә işin hәqiqi hallarına uyğun olmamaqla, tәrәflәrin qarşılıqlı münasibәtlәri üzrә düzgün nәticәyә gәlinmәmiş, maddi vә prosessual huquq normalarının pozuntusuna yol verilmişdir.
60. Mәhkәmә kollegiyası AR MPM-in 119.1-ci maddәsinin tәlәbinә әsasәn hesab etmişdir ki, iddia tәlәbi tәmin edilmәdiyindәn, hazırkı iş üzrә 50 manat mәblәğindә ekspertiza xәrci iş üzrә iddiaçı Kәrimova Vәsilә Canoğlan qızından tutularaq, AR Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin hesabına köçürülmәlidir.
61. Mәhkәmә öz mövqeyini Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 139.1, 152.1, 152.5, 157.4, 157.8, 164.1, 164.2, 165.1, 165.2, 166.3, 238.1, 238.2, 238.3-cü maddәlәrinә, Azәrbaycan Respublikasının Torpaq Mәcәllәsinin 22-ci maddәsinin 3-cü hissәsinә, 55-ci maddәsinә, 66-cı maddәsinin 2-ci hissәsinә, 67-ci maddәsinin 3-cü hissәsinә, 68, 82, 84-cü maddәlәrinә, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәnin 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3, 384.0, 385, 420-ci maddәlәrinә istinadla әsaslandırmışdır.
Kassasiya şikayәtinin vә ona qarşı etirazın dәlillәri
Kassasiya şikayətinin dəlilləri:
62. Iddiaçı (vәkil-vәkil1) kassasiya şikayәti verәrәk, Sumqayıt Apellyasiya Mәhkәmәsinin *(*-*)-**/**** saylı ##.##.2026-ci il tarixli qәtnamәsinin lәğv edilmәsi vә iddianın tәmin edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir.
63. Kassasiya şikayәti belә әsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin *(*-*)-**/**** saylı ##.##.2026-ci il tarixli qәtnamәsi maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq olunmaması, o cümlәdәn maddi vә prosessual hüququn tәtbiqi üzrә mәhkәmә tәcrübәsinin vahidliyinin pozulması ilә çıxarıldığından lәğv edilmәli, mülki iş üzrә yekun qәrar çıxarılmalı, iddia tәmin edilmәlidir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası tәkrar apellyasiya icraatı zamanı baxılan iş üzrә xüsusi olaraq araşdırılmalı olan hal - torpaq sahәsi üzәrindә iddiaçının icarә hüququ әmәlә gәlәn zaman oradan elektrik xәttinin keçib keçmәmәsinin müәyyәn edilmәsi mәqsәdi ilә araşdırma aparmış vә kolleqiya tәrәfindәn müәyyәn edilmişdir ki, mübahisәli elektrik xәttinin layihәlәndirmәsi 1985-ci ildәn, iddiaçı mübahisәlәndirilәn torpaq sahәsini icarәyә götürәrkәn elektrik dirәyi vә hava elektrik xәtti artıq mövcud olmuşdur, bu isә o demәkdir ki, iddiaçının torpaq sahәsi üzәrindә icarә hüquqları qeydә alınarkәn hәmin torpaq sahәsi elektrik xәtti keçәn Azәrbaycan hissәdә mühafizә zonası ilә yüklü olmuşdur. Mülki iş üçün bu olduqca mühüm vә hәlledici nәticәyә gәlәrkәn, kolleqiya digәr sübutlarla yanaşı Azәrbaycan Respublikası Kosmik Agentliyinin mәhkәmә sorğusuna verilmiş cavab mәktubuna әsaslanmışdır. Hәmin mәktubda qeyd olunmuşdur ki, “sözügedәn әrazinin monitorinqi mәqsәdilә 2013–2023-cü illәrә aid mövcud yüksәk ayırdetmәli peyk tәsvirlәri tәhlil edilmişdir. Aparılmış tәhlil zamanı torpaq sahәsinin cәnub vә şimal hissәlәrindә yerlәşәn elektrik dirәklәri şәrti olaraq müvafiq şәkildә 1 vә 2 nömrәlәri ilә işarәlәnmişdir. Tәhlilin nәticәlәrinә әsasәn, sözügedәn torpaq sahәsindәn keçәn hava elektrik veriliş xәttinә aid 1 vә * nömrәli dirәklәrin peyk tәsvirlәri üzәrindәn müәyyәn olunma vaxtları fәrqlidir. Belә ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-2023-cü illәrә aid yüksәk ayırdetmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunur. Torpaq sahәsinin şimal hissәsindә yerlәşәn vә şәrti olaraq 2 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi isә yalnız 2023-cü ilә aid peyk tәsvirindә müşahidә edilir. Bu hal * nömrәli dirәyin daha sonrakı dövrdә quraşdırılması ilә әlaqәli ola bilәr. Bununla yanaşı, nәzәrә alınmalıdır ki, dirәklәrin ölçü vә konstruktiv xüsusiyyәtlәrindәki fәrqlәr kölgәlәrin tәsvir üzәrindә fәrqli formada müşahidә olunmasına tәsir göstәrә bilir.” Kolleqiya belә nәticәyә gәlmişdir ki, araşdırılan işin mübahisәsiz hallarından da müәyyәn edilib ki, iddiaçının sahibliyindә (icarәsindә) olan torpaq sahәsi dә mәhz 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin yerlәşdiyi әrazidәdir. Agentlikdәn verilmiş mәlumatdan aydın olur ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti Torpaq olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-2023-cü illәrә aid yüksәk ayırdetmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunduğundan Azәrbaycan Respublikası Kosmik Agentliyinin müvafiq cavab mәktubunda qeyd olunanlardan bir daha aydın olur ki, iş üzrә iddiaçının istifadәsindә olan torpaq sahәsindәn keçәn elektrik hava veriliş xәttinin kölgәlәri hәlә 2013-cü ildәn peyk görüntülәrlә müşahidә edilir.
64. Hesab edirlәr ki, yuxarıda qeyd edilәn nәticәyә gәlinmәsi üçün iş üzrә әldә edilmiş sübutlar kifayәt etmәdiyindәn, qәtnamә әsaslı hesab edilә bilmәz. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ##.##.2022-ci il tarixli 54N-li Qәrarı ilә tәsdiq edilmiş “xxxx” publik hüquqi şәxsin Nizamnamәsindәn göründüyü kimi, tәsvirlәrә izah verilmәsi hәmin qurumun sәlahiyyәtlәrinә aid olmadığından, Aqentlik mәhkәmәnin sorgüsuna әsasәn mübahisәli mәsәlә üzrә yüksәk ayırdetmәli peyk tәsvirlәrinin mәhkәmәyә tәqdim edәrәk, bununla kifayәtlәnmәli idi. Hәmin tәsvirlәr üzrә hәr hansı izahın verilmәsi, şәkillәrin eynilәşdirmәsi, peyk tәsvirlәrindә olan görüntülәrin elektrik dirәklәr vә yaxud başqa obyekt olmasının müәyyәnlәşdirilmәsi xüsusi bilik tәlәb etdiyindәn, mәhkәmә tәrәfindәn şәkillәrin eynilәşdirilmәsi ekspertizası tәyin edilmәklә, bu sahәdә mütәxәssis rәyi әldә edilmәli idi. Mülki Kolleqiyanın hakimlәri dә bu sahәdә mütәxәssis olmadığına görә yüksәk ayırdetmәli peyk tәsvirlәrindә görsәnәn kölgәlәrin elektrik dirәklәr olması barәdә mәhkәmәnin gәldiyi nәticә әsaslı hesab edilә bilmәz.
65. Kassasiya şikayyәtinin hüquqi әsası kimi Azәrbaycan Respublikası Mülki Mәcәllәsi 139.1, 152.1, 152.5.,157.4, 157.8, 164.1, 164.2, 165.1, 165.2, 166.3, 238.1, 238.2, 238.3-cü maddәlәrinә, Azәrbaycan Respublikasının Torpaq Mәcәllәsi 22.3, 55, 66.ll, 67. lll, 68, 82, 84-cü maddәlәrinә, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 14, 77.1, 88, 217.1, 217.2, 217.3, 384-cü maddәlәrinә istinad etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
66. Kassasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır.
Tәtbiq edilәn hüquq:
Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi:
67. Maddә 139.1. Mülkiyyәt hüququ vә daşınmaz әmlaka digәr hüquqlar, bu hüquqların mәhdudlaşdırılması, әmәlә gәlmәsi, başqasına keçmәsi vә xitamı dövlәt qeydiyyatına alınmalıdır. Mülkiyyәt hüququ, istifadә hüququ, ipoteka, servitutlar, habelә daşınmaz әmlaka digәr hüquqlar bu mәcәllәdә vә qanunvericilikdә nәzәrdә tutulan hallarda qeydә alınmalıdır.
68. Maddә 152.1. Mülkiyyәt hüququ subyektin ona mәnsub әmlaka (әşyaya) öz istәdiyi kimi sahib olmaq, ondan istifadә etmәk vә ona dair sәrәncam vermәk üzrә dövlәt tәrәfindәn tanınan vә qorunan hüququdur.
69. Maddә 152.5. Mülkiyyәtçi qanunda vә ya müqavilәdә müәyyәn edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla müәyyәnlәşdirilmiş hәdlәrdә әmlaka (әşyaya) sәrbәst surәtdә sahib ola bilәr, ondan istifadә edә bilәr vә ona dair sәrәncam verә bilәr, hәmin әmlaka başqa şәxslәrin sahibliyinә yol vermәyә bilәr, ona mәnsub әmlak barәsindә öz mülahizәsi ilә istәnilәn hәrәkәtlәri edә bilәr, bir şәrtlә ki, hәmin hәrәkәtlәr qonşuların vә ya üçüncü şәxslәrin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadә olmasın.
70. Maddә 157.4. Əgәr mülkiyyәtә qәsd vә ya başqa maneәlәr әşyanı götürmәdәn vә ya ondan mәhrum etmәdәn törәdilirsә, mülkiyyәtçi qәsd edәndәn bu hәrәkәtlәrә son qoymağı tәlәb edә bilәr. Bu cür hәrәkәtlәr davam etdirildikdә mülkiyyәtçi hәmin hәrәkәtlәrә son qoyulmasını mәhkәmә vasitәsilә tәlәb edә bilәr.
71. Maddә 157.8. Mülkiyyәtçi hüquqları mülkiyyәtçi olmasa da, bu Mәcәllәdә vә ya müqavilәdә nәzәrdә tutulan әsasla әmlaka sahiblik edәn şәxsә dә mәnsubdur.
72. Maddә 164.1. Sahibin iradәsi olmadan sahiblikdәn mәhrumetmә vә onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hәr bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiә üçün güc işlәtmәk ixtiyarı vardır. Bu zaman o, şәraiti nәzәrә almaqla, әsassız güc hәrәkәtlәrindәn çәkinmәlidir.
73. Maddә 164.2. Sahiblikdәn mәhrum olan onun üçün qanunsuz sahibdәn sahibliyin qaytarılmasını tәlәb edә bilәr. Sahiblikdәn mәhrumetmә faktik sahib vә ya onun hüquq sәlәfi barәsindә sәhv addım olduqda vә sahiblik mәhrumetmәdәn әvvәlki ildә әldә edildikdә iddia istisna edilir.
74. Maddә 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilә pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tәlәb edә bilәr. Pozuntuların davam edәcәyindәn ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verә bilәr. Pozucu vә ya onun hüquq sәlәfi üçün sahib qanunsuz olduqda vә sahiblik mәhrumetmәdәn әvvәlki ildә әldә edildikdә bu cür iddia istisna edilir.
75. Maddә 165.2. Qadağan edilmiş özbaşınalıq üzrә iddiaya yalnız o halda yol verilir ki, sahib qәsdin vә tәqsirkarın ona mәlum olmasından dәrhal sonra әşyanın qaytarılmasını vә ya pozuntunun aradan qaldırılmasını tәlәb etsin. Iddia müddәti, hәtta qәsd vә tәqsirkar sahibә sonralar da mәlum olarsa, mәhrumetmә vә ya pozuntu anından başlayaraq bir il tәşkil edir.
76. Maddә 166.3. Yalnız o şәxsin torpaq sahәsinә mülkiyyәt hüququnun vә sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahәsinin daşınmaz әmlakın dövlәt reyestrindә qeydә alınmasından irәli gәlir. Lakin torpaq sahәsinin faktik sahibi sahiblikdәn özbaşına mәhrumedilmә vә ya sahibliyin pozulması barәdә iddia verә bilәr.
77. Maddә 238.1. Daşınmaz әmlak kimi torpaq mülkiyyәt hüququnun obyektidir. Torpaq sahәsinin әrazi sәrhәdlәri daşınmaz әmlakın dövlәt reyestrinin ixtiyarlı şәxsinin mülkiyyәtçiyә verdiyi sәnәdlәr әsasında tәyin edilir.
78. Maddә 238.2. Əgәr qanunla ayrı qayda müәyyәnlәşdirilmәyibsә, torpaq sahәsinә mülkiyyәt hüququ hәmin sahәnin sәrhәdlәri daxilindә yerlәşәn sәth (torpaq) qatına vә qapalı sututarlara, meşәlәrә vә bitkilәrә dә şamil edilir.
79. Maddә 238.3. Torpaq sahәsinin mülkiyyәtçisi, әgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa vә digәr şәxslәrin hüquqlarını pozmursa, hәmin sahәnin üstündә vә altında olan hәr şeydәn istifadә edә bilәr. Əgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa, yerin tәki vә faydalı qazıntılar Azәrbaycan Respublikasının mülkiyyәtidir.
Azәrbaycan Respublikasının Torpaq Mәcәllәsi:
80. Maddә 22.
3. Zona üzrә müәyyәn edilmiş rejimlә, torpaqların tamamilә tәsәrrüfat dövriyyәsindәn çıxarılması nәzәrdә tutulan hallar istisna olmaqla, әrazisindә mühafizә zonası müәyyәn edilәn torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri torpaq sahәsi üzәrindә hüquqlardan mәhrum edilmirlәr. Mühafizә zonasının hüdudlarında torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri bu zonalar üçün tәsdiq edilmiş qaydalara әmәl etmәyә borcludurlar.
81. Maddә 55. Hüquqi vә fiziki şәxslәrin torpaq sahәsi üzәrindә hüquqları: müvafiq icra hakimiyyәti orqanlarının vә ya bәlәdiyyәlәrin qәrarları vә onlarla bağlanan müqavilәlәr; hüquqi vә (vә ya) fiziki şәxslәr arasında bağlanan müqavilәlәr vә torpaqla bağlı digәr әqdlәr; mәhkәmәnin torpaq sahәsi üzәrindә hüququn müәyyәn edilmәsinә dair qәrarı vә ya hökmü; vәrәsәlik hüququ әsasında vә qanunvericiliklә müәyyәn edilmiş digәr yollarla yaranır.
82. Maddә 66.
2. Torpaq üzәrindә hüquqlar (müddәti on bir aydan az olan icarә vә istifadә hüquqları istisna olmaqla) qanunvericiliklә müәyyәn edilmiş qaydada daşınmaz әmlakın dövlәt reyestrindә dövlәt qeydiyyatına alınır vә hәmin reyestrdәn çıxarışla rәsmilәşdirilir.
83. Maddә 67.
3. Dövlәt vә bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәlәrinin alınması ilә yaranan hüquqların, habelә torpaq sahәlәri vә digәr daşınmaz әmlaka dair bağlanılan әqdlәr nәticәsindә әldә edilәn hüquqların dövlәt qeydiyyatına alınması mәcburidir.
84. Maddә 68. Torpaq sahәlәri üzәrindә hüquqlar torpaq sahәlәrinin sәrhәdlәrinin yerdә müәyyәn edilmәsindәn, onların planı vә ölçüsünün tәrtib edilmәsindәn, torpaq sahәlәrinin verilmәsi barәdә müqavilәnin bağlanmasından vә onun müәyyәn olunmuş qaydada dövlәt qeydiyyatından keçirilmәsindәn sonra yaranır.
85. Maddә82. Torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri aşağıdakıları yerinә yetirmәyә borcludurlar: ... başqa torpaq mülkiyyәtçilәrinin, istifadәçilәrinin vә icarәçilәrinin hüquqlarını pozmamaq;...
86. Maddә 84.
1. Torpaq mülkiyyәtçilәrinin, istifadәçilәrinin vә icarәçilәrinin hüquqları qanunla qorunur.
Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsi:
87. Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.
88. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.
89. Maddә 88. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur.
90. Maddә 217.3. Qәtnamә iş üzrә müәyyәn edilmiş hәqiqi hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır.
91. Maddә 217.4 Mәhkәmә (hakim) öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır.
92. Maddә 407.2. Kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir.
93. Maddә 416.1. Kassasiya instansiyası mәhkәmәsi işә şikayәt hәddindә baxır vә kassasiya şikayәtindә irәli sürülmüş dәlillәr üzrә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır.
94. Maddә 418.1. Maddi vә prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması, o cümlәdәn maddi vә prosessual hüququn tәtbiqi üzrә mәhkәmә tәcrübәsinin vahidliyinin pozulması apellyasiya instansiyası mәhkәmәsinin qәtnamә vә qәrardadının lәğv edilmәsi üçün әsasdır.
95. Maddә 418.3. Prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması qәtnamәnin yaxud qәrardadın lәğv edilmәsi üçün o vaxt әsas ola bilәr ki, bu pozuntu düzgün qәtnamә qәbul edilmәmәsi ilә nәticәlәnsin vә ya nәticәlәnә bilsin.
Kassasiya baxışının hәdlәri:
96. Qanunun tәlәbinә görә, kassasiya instansiyası mәhkәmәsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq olunub-olunmamasını yoxlamaq zәrurәtindәn irәli gәlәrәk, iş materiallarında olan, aşağı instansiya mәhkәmәlәri tәrәfindәn qәbul edilәrәk işә әlavә olunmuş, araşdırılmış vә (vә ya) müәyyәn edilmiş sübutlara vә hüquqi faktlara istinad edilmәsi kassasiya instansiyası mәhkәmәsinin faktiki halları araşdırması kimi qiymәtlәndirilmәmәlidir.
97. Hazırkı kassasiya şikayәtindә qәtnamә iddiaçı tәrәfindәn tam mübahisәlәndirildiyindәn apellyasiya instansiyası mәhkәmәsinin aktı bütövlüklә yoxlanılır.
Kassasiya instansiyası mәhkәmәsinin mövqeyi:
98. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn mübahisәli hüquq münasibәtini tәnzimlәyәn maddi hüquq normaları düzgün tәtbiq olunmuşdur. Iş üzrә düzgün qәtnamә qәbul edilmәmәsi ilә nәticәlәnәn prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması halları müәyyәn edilmir. Bu baxımdan apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsinin lәğv olunması vә ya dәyişdirilmәsi üçün әsas yoxdur.
99. Mәhkәmә kollegiyası bildirir ki, sübutları araşdırmaq vә qiymәtlәndirmәk sәlahiyyәtinә malik olan apellyasiya instansiyası mәhkәmәsi işә әvvәl kassasiya qaydasında baxmış mәhkәmә tәrkibinin göstәrişlәrini icra etmiş, sübutları araşdırmış, onlara, elәcә dә kassasiya şikayәtlәrinin dәlillәrindә göstәrilәn hüquqi mәsәlәlәrә mülki prosessual hüquq normalarına әsasәn hüquqi qiymәt vermәklә yuxarıdakı qәnaәtә gәlmiş vә mәhkәmәnin gәldiyi nәticә әsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin iş üzrә gәldiyi nәticә vә әsaslandırma ilә razılaşır.
100. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn işin hallarının araşdırılması üçün tәrәflәrә lazımi şәrait yaradıldığından vә onların dәlillәrinә hüquqi qiymәt verildiyindәn iş üzrә maddi vә prosessual hüquq normaları düzgün tәtbiq olunmuşdur, kassasiya şikayәtinin dәlillәri qәtnamәnin lәğv edilmәsi üçün әsas tәşkil etmir.
101. Yuxarıda qeyd edilәnlәrә görә dә iddiaçı İddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrәli qәtnamәsi dәyişdirilmәdәn saxlanılmalıdır.
102. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 416, 417 vә 419-cu maddәlәrini rәhbәr tutub mәhkәmә kollegiyası
qәrara aldı:
Iddiaçı İddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәsin. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- **/**** nömrәli qәtnamәsi dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.