Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1823/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə) qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə) qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, *** nömrəli qərarına əsasən, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, ** saylı yaşayış binasının yanında öz vəsaiti hesabına inşa edərək istifadə etdiyi tikilinin altındakı 15 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün vətəndaş X1 (hər kv.m. üçün YAN ilə 2 manat ödəmək şərti ilə) icarəsinə verilmişdir.
2. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə X1 arasında ##.##.2008-ci il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətinə əsasən, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında yerləşən 15 kv.m. torpaq sahəsi 49 il müddətinə sonuncunun icarəsinə verilmişdir.
3. Cavabdeh ilə İddiaçı arasında ##.##.2021-ci il tarixdə bağlanmış ilkin müqavilənin surətinə əsasən, müqavilənin 1-ci bəndinə əsasən tərəflər ##.##.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv. metr torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12200 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh satılacaq torpaq sahəsinin üzərində icarə hüququnu 12200 manata qiymətləndirir və torpaq sahəsinin üzərində icarə hüququnu həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə həmin torpaq sahəsinin üzərində icarə hüququnu 12200 manata almağı öhdəsinə götürmüşdür. İddiaçı satış məbləğindən 12000 manatını nəğd şəkildə Cavabdeh ödəyir, satış qiymətindən qalan 200 manatını isə torpağın üzərində icarə hüququnun alqı-satqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh ödəməyi öz öhdəsinə götürmüşdür.
4. Cavabdeh tərəfindən İddiaçı ##.##.2021-ci il tarixdə verilmiş etibarnamənin surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikili altına ona icarəyə verilmiş 15 kv. metr torpaq sahəsinin istifadəsi ilə bağlı müvafiq dövlət orqanları, bələdiyyələr, fiziki və hüquq şəxslər qarşısında onu təmsil etməyi və sair hərəkətləri etməyi İddiaçı etibar etmişdir.
5. Cavabdeh Bakı şəhəri ** saylı notariat kontoruna ünvanladığı ##.##.2021-ci il tarixli ərizəsinin surətinə əsasən, Bakı şəhəri X4 tərəfindən icarəsinə verilmiş 15 kv. metr torpaq sahəsinin istifadəsinə ehtiyacı yoxdur və həmin torpaq sahəsindən imtina edir və həmin icarə müqaviləsinin pozulması ilə əlaqədar qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. X4 ilə aralarında bağlanmış müqavilə pozulduqdan sonra həmin 15 kv. metr torpaq sahəsinə dair icarə müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı adına rəsmiləşdirilməsinə razıdır.
6. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** saylı qərarının surətinə əsasən, iddiaçı Cavabdeh cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2020-ci il tarixli, BRB/b-** saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin ##.##.2008-ci il tarixli, *** saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X7 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsi barədə” iddiası təmin edilməmişdir.
7. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, *** saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikili altında olan 15 kv.m torpaq sahəsi X1 icarəyə verilmişdir. Cavabdeh ##.##.2020-ci il tarixində müraciət edərək X1 ölümündən sonra torpaq sahəsi üzərində icarə hüquqlarının onun adına keçirilməsini xahiş etmişdir. Bələdiyyə müraciətin icrasından imtina etmişdir. Vətəndaş Cavabdeh Bakı Inzibati Məhkəməsinə ərizə ilə müraciət edərək Bələdiyyənin ##.##.2008-ci il tarixli, *** saylı qərarı ilə Dərnəgül qəsəbəsi, Ağ.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında X1 adına icarəyə verilmiş 15 kv.m torpaq sahəsinə icarə hüququnun davam etdirilməsi ilə icarə hüququna dair müqavilənin Cavabdeh ilə bağlanmasına dair öhdəliyin Binəqədi Bələdiyyəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ##.##.2020-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilmiş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, *** saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında mərhum X1 adına ayrılmış 15 kv.m torpaq sahəsinə dair icarə hüquqlarına dair müqavilənin iddiaçı Cavabdeh ilə bağlanması öhdəliyi Binəqədi Bələdiyyəsinə həvalə edilmişdir. Binəqədi Bələdiyyəsi ##.##.2021-ci il tarixli, ** saylı iclas protokolunun ** nömrəli qərarı ilə Binəqədi Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, *** saylı qərarı ilə Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikili altında olan 15 kv.m torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmiş və Cavabdeh ilə Binəqədi Bələdiyyəsi arasında ##.##.2021-ci il tarixli, ** nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. “xxxx” MMC-nin direktoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2023-cü il tarixində məhkəməyə ərizə təqdim edərək Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2020-ci il tarixli Qərarının ləğv edilməsi və “xxxx” MMC-nin üçüncü şəxs kimi cəlb edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə qəbul edilmiş ##.##.2020-ci il tarixli, *-*(***)-****/**** saylı qərar ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və “xxxx” MMC iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin iş üzrə təzələnmiş icraat üzrə ##.##.2024-cü il tarixli *-*(***)-**/**** saylı Qərarı ilə Cavabdeh cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı Bələdiyyənin ##.##.2008-ci il tarixli, *** saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında X7 adına ayrılmış 15 kv.m torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisəs predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə aralarında ## #### 2021-ci il tarixində bağlanmış müqavilə üzrə onun tərəfindən ödənilmiş 12.000 manat məbləğində pulun və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikinti altında 15 kv.m qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manat məbləğində vəsaitin, cəmi 15.200 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə aralarında ## #### 2021-ci il tarixində müqavilə imzalanmışdır. Həmin müqavilə Bakı şəhəri ** saylı notariat ofisində təsdiqlənmışdır. Müqavilənin 1-ci bəndində göstərilir ki, “tərəflər ##.##.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv.m torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12.200 manata “Ikinci tərəf” İddiaçı satılması barədə gələcəkdə alqısatqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar.” Həmin müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, “Cavabdeh satılacaq torpaq sahəsinin üzərində icarə hüququnu 12.200 manata qiymətləndirir və torpaq sahəsinin üzərində icarə hüququnu həmin qiymətə “Ikinci tərəf” İddiaçı satmağı, “Ikinci tərəf” İddiaçı isə həmin torpaq sahəsinin üzərində icarə hüququnu 12.200 manata almağı öhdəsinə götürür. “Ikinci tərəf” İddiaçı satış məbləğindən 12.000 manatını nəğd şəkildə “Birinci tərəf” Cavabdeh ödəyir, satış qiymətindən qalan 200 manatını isə torpağın üzərində icarə hüququnun alqı-satqısına dair əsas müqavilə bağlanarkən “Birinci tərəfə” ödəməyi öhdəsinə götürür”. O, müqavilədə göstərilən və üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və satış məbləğindən 12.000 manatını nəğd şəkildə cavabdeh Cavabdeh ödəmişdir. Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikinti altında 15 kv.m qeyriyaşayış sahəsinin təmirinə 3200 manat məbləğində vəsait xərcləmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2020-ci il tarixli, BRB/b-** saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin ##.##.2008-ci il tarixli, *** saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X7 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması” barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbləri təmin edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən ## #### 2021-ci il tarixində bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv.m torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir. Hesab edir ki, cavabdeh Cavabdeh ## #### 2021-ci il tarixində bağlanmış müqavilə üzrə öz öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Beləliklə, onun tərəfindən həmin müqavilə üzrə ödənilmiş 12.000 manat məbləğində pulun və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikinti altında 15 kv.m qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manat məbləğində vəsaitin, cəmi 15.200 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qanuna müvafiqdir.
10. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
11. ##.##.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddianı qəbul etməyərək bildirmişdir ki, həmin obyekt 1992ci ildən ona məxsusdur. Obyekti məcburi köçkün tərəfindən zəbt olunmuş, sonradan ona məlum olmuşdur ki, Cavabdeh qanunsuz yollarla onun obyektini ələ keçirərək, obyekti iddiaçıya icarəyə vermişdir. O, Bakı Inzibati Məhkəməsinə müraciət edərək həmin qərarı ləğv elətdirmiş və iddiaçıya dəfələrlə obyektin ona məxsus olması barədə məlumat vermişdir. Lakin iddiaçı onun sözünə qulaq asmamışdır. Hazırda obyekt ondadır, obyekti başqa şəxsə icarəyə vermişdir.
12. ##.##.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndələri bildirmişdirlər ki, hazırda tikili və torpaq başqa şəxslərə məxsusdur. Tikili ilə bağlı Cavabdeh icarə müqaviləsini bağlamaq üçün onlara müraciət etmiş, lakin icarə müqaviləsini bağlamaqdan onlar imtina etmişlər. Torpaq isə hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsusdur. Lakin heç bir torpaq vergisini ödəmir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxslər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim - Rəşad Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət etmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2021-ci il tarixdə ilkin müqavilə bağlanmış, iddiaçı həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, müəyyən olunur ki, tərəflər ##.##.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv. metr torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12200 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər, müqavilə üzrə iddiaçı cavabdehə satılacaq torpaq sahəsinin üzərində icarə haqqı 12200 manat məbləğindən 12000 manatı ödəmişdir. Cavabdeh daha sonra Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında tikinti altında ona icarə hüququ əsasında ayrılmış 15 kv. metr torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, bu mümkün olmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklər icra edilməmişdir. Belə olan halda da, məhkəmə hesab etmişdir ki, iddia tələbi 12000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və iddia bu hissədə təmin edilməlidir.
16. Həmçinin, məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manatın alınması hissəsində hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manat məbləğində pulun tutulmasını tələb etsə də, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, onun tərəfindən qeyri-yaşayış sahəsinin təmirinə 3200 manat məbləğində vəsaitin xərclənməsini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir.
17. Məhkəmə belə olan halda hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 12000 manat məbləğində vəsait iddiaçı İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 445.2, 448.1, 1091.1, 1091.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirmiş, bildirmişdir ki, müqavilə öhdəliyinin yerinə yetirilməməsi onun təqsiri ucbatından olmamışdır, o, bələdiyyə ilə müqavilənin iddiaçı ilə bağlanmasına razıdır.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, şikayət tamamilə əsassızdır, belə ki, cavabdeh həmin sahənin ona məxsus olmasını bildirmiş, 2021-ci ildə həmin müqavilə bağlanmış, sonra Vasif adlı bir şəxs gəlib dedi ki, bu sahə onlarındır, o da bunu cavabdehə bildirmiş, cavabdeh də bunu həll edəcəyini demiş, sonra isə məlum olmuşdur ki, Bakı Inzibati Məhkəməsində onun iddiası təmin olunmadı. O, həmin obyektdə təmir işləri də aparmış, lakin buna dair sənədləri təqdim edə bilməmiş, ona görə də iddiası həmin hissədə təmin edilməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh saxta sənədlərlə bu müqavilənin bağlanmasına nail olmuşdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.
23. Kollegiya qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, müqavilə öhdəliyinin icra edilməməsi onun təqsiri ucbatından baş verməmişdir.
24. Məhkəmə hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır:
25. Bakı Inzibati Məhkəməsinin iş üzrə təzələnmiş icraat üzrə ##.##.2024-cü il tarixli *- *(***)-**/**** saylı qərarı ilə iddiaçı Cavabdeh cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı Bələdiyyənin ##.##.2008-ci il tarixli, *** saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında X7 adına ayrılmış 15 kv.m torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməmişdir.
26. Göründüyü kimi, cavabdeh ona məxsus olmayan torpaq barəsində iddiaçı ilə müqavilə bağlamışdır. Cavabdeh ilkin alqı-satqı müqaviləsi ilə torpaq sahəsinə icarə hüququnu 12.000 manat qarşılığında iddiaçıya satmağı öhdəsinə götürmüş, lakin onun həmin torpaq sahəsinə icarə hüququ olmamışdır. Yəni cavabdehin iddiaçı ilə həmin torpaq sahəsi barədə belə bir müqavilə bağlamağa, ümumiyyətlə, səlahiyyəti olmamış, iddiaçı isə bu müqavilə üzrə cavabdehə 12.000 manat ödəmişdir ki, bu da hazırkı işin mübahisəsiz halıdır.
27. Hazırkı iddia tələbinin qanuni əsasını MM-in 1091.1 və 1092.1-ci maddələri təşkil edir. MM-in 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. MM-in 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
29. Hazırkı halda, cavabdeh ona məxsus olmayan torpaq sahəsinə icarə hüququnu 12.000 manat qarşılığında iddiaçıya satmağı öhdəsinə götürmüş, onun həmin torpağa icarə hüququ olmadığından, bu hal cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına 12.000 manat əldə etməsinə, yəni hüquqi əsas olmadan əsassız varlanmasına səbəb olmuşdur. MMin 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
30. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.
31. Odur ki, rayon məhkəməsi də iddia tələbini təmin edərək, əsassız əldə edilmiş 12.000 manatı cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur, apellyasiya şikayəti isə əsassızdır və təmin edilməməlidir.
32. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməni ləğv edərək, işin baxılmaq üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2-ci, MPM-in 4, 8, 14.1 və 217.11-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini əsaslandırarkən hazırkı mübahisəyə MM-nin 1091.1 və 1091.2-ci maddələri tətbiq edərək iddianın təmin edilməsini əsaslı saymışdır. Halbuki Cavabdeh İddiaçı ilə müqavilə bağlayarkən Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ##.##.2020-ci il tarixli Qərarı əsasında Binəqədi Bələdiyyəsi arasında ##.##.2021-ci il tarixli, ** nömrəli torpaq icarə müqaviləsi var idi. Həmin müqavilə yalnız 2024-cü ildə Bakı Inzibati Məhkəməsinin iş üzrə təzələnmiş icraat üzrə ##.##.2024-cü il tarixli *-*(***)-**/**** saylı Qərarı əsasında qüvvəsini itirmişdi. Qeyd edək ki bu zaman Cavabdeh müqavilə bağlanan zaman qanuni qüvvədə olmuş və icra edilmiş məhkəmə qərarına əsaslanmışdır. Yəni Cavabdeh İddiaçı iləmüqavilə bağlayarkən Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ##.##.2020-ci il tarixli Qərarı əsasında Binəqədi Bələdiyyəsi arasında ##.##.2021-ci il tarixli, ** nömrəli torpaq icarə müqaviləsinə əsaslanmışdır. Məhkəmə bu kimi halları nəzərə almamışdır.
35. Bundan başqa məhkəmə qərarını əsaslandırmaq üçün Avropa Məhkəməsinin Qərarlarına əsaslanmaq istəmişdir: Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
36. Halbuki Bakı Apellyasiya Məhkəməsi qərarını doğrudan da Avropa Məhkəməsinin bu işlə bağlı qərarına əsaslandırmaq istəsəydi o zaman Axverdiyev Azərbaycana qarşı (*****/** №-li ərizə) ## ###### 2015-ci il qərarının müddəalarını bu mübahisəyə tətbiq edərdi. Çünki Cavabdeh İddiaçı ilə müqavilə bağlayarkən Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ##.##.2020-ci il tarixli Qərarı əsasında Binəqədi Bələdiyyəsi arasında ##.##.2021-ci il tarixli, ** nömrəli torpaq icarə müqaviləsi olduğu üçün o “gözlənilən əmlak” hüquqlarının sahibi idi. Beləliklə məhkəmə hazırkı mübahisəyə MM-nin 1091-ci maddəsini tətbiq etməklə MPMnin 386-cı maddəsində göstərilən pozuntunu etmişdir.
37. Məhkəmə kollegiyası tərəfindən verilmiş vəsatətlə bağlı müvafiq sənədlər təqdim edilmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki məhkəmə işi və apellyasiya şikayətini araşdırmaq üçün heç bir təşəbbüs göstərməmiş, qanunun aliliyini deyil, iddiaçının maraqlarını əsas tutmuş, bununla da “ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi”ni pozmuşdur.
38. Bakı Inzibati Məhkəməsinin iş üzrə təzələnmiş icraat üzrə ##.##.2024-cü il tarixli *- *(***)-**/**** saylı qərarı ilə iddiaçı Cavabdeh cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı Bələdiyyənin ##.##.2008-ci il tarixli, *** saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ** saylı yaşayış binasının yanında X7 adına ayrılmış 15 kv.m torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Və nəticədə (Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə) “cavabdeh ona məxsus olmayan torpaq barəsində iddiaçı ilə müqavilə göründüyü kimi, cavabdeh ona məxsus olmayan torpaq barəsində iddiaçı ilə müqavilə bağlamışdır.” Yəni göründüyü kimi məhkəmə qəsdən xronoloji yerdəyişmə edərək Bakı Inzibati Məhkəməsinin iş üzrə təzələnmiş icraat üzrə ##.##.2024-cü il tarixli *-*(***)-**/**** saylı qərarına əsasən Cavabdeh İddiaçıla müqavilə bağlayarkən “Bakı Inzibati Məhkəməsinin iş üzrə təzələnmiş icraat üzrə ##.##.2024-cü il tarixli *-*(***)-**/**** saylı qərarı”na əsasən özünə məxsus olmayan torpaq barədə müqavilə bağlamasını yazır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
43. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.