Məhkəmə qərarları › İş №2(1-8)-518/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-518/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈2(1-8)-518/2026 13.05.2026 ALÏMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı iddiası üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliyin pozulması, ödənişin sifarişçiyə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər̈qızı̈(məruzəçi),̈Əliyev̈Zaur̈Əlïoğlüvə̈Babayev̈ZəkïBabäoğlundan̈ibarəẗtərkibdə, iddiaçı İddiaçı cavabdeh xxxx MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, “xxxx” MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evinin tikilməsi və təmir işlərinin görülməsi üçün podrat müqaviləsi bağlanmış, işlərin qiyməti 39.000 manat müəyyən edilmiş, təmir̈işlərinin̈müddətï2̈aÿmüəyyən̈edilmişdir.

2. Işin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2022-##.##.2022-ci il tarixlərdə ümumilikdə 48.100 manat məbləğində pul vəsaiti ödənilmiş, cavabdeh tərəfindən tikinti və təmir işləri tam başa çatdırılmamış, bağın tikintisi və təmiri sonradan iddiaçının öz vəsaitïhesabınäyekunlaşdırılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin direktoru Qanuni nümayəndə ona qaytarmalı olduğu 25.000 (iyirmi beş min) manatın, tərəfindən ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun, eyni zamanda, ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 (beş min) manat pulun, ümumilikdə 30180 (otuz min yüz səksən) manat məbləğində pulun cavabdeh “xxxx” MMC-nin direktoru Qanuni nümayəndə tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə onunla “xxxx” MMC-nin direktoru Qanuni nümayəndə arasında bağlanmış müqaviləyə əsasən Pirşağı bağ massivində ona məxsus olan bağ sahəsində 39.000 manat dəyərində 2 ay müddətində tikinti və təmir xidmətlərı göstərilməli idi. Lakin Qanuni nümayəndə tərəfindən işlər ləng aparılmış, günlərlə iş dayandırılmış, əksər vaxtlarda iş bir və iki nəfər tərəfindən həyata keçirilmişdir. Işin getməməsi ilə bağlı hər dəfə sual olduqda evin vaxtında təhvil veriləcəyi bildirilmişdir. Bununla yanaşı, yalan vədlər verilməklə müqavilənin tələblərindən kənara çıxılmış, sonda ondan müqavilədə göstərildiyindən 9100 manat artıq, 48.100 manat almasına baxmayaraq, tikinti işləri müqavilədə göstərildiyi kimi 2 ay müddətində, yəni 12 iyunda tamamlanıb təhvil verilməmişdir və bununla da bağ sahəsi tamam yararsız vəziyyətə salınmışdır. Belə ki, qeyd olunan müqavilədə göstərilmədiyi halda MMC tərəfindən mövcud yardımçı tikililər hamam, ayaqyolu və hamam önü sökülmüş, bununla yanaşı müqavilənin tələbləri kobud surətdə pozulmaqla tikilməli olan binanın tikintisi çertyoja uyğun tikilməyərək yarımçıq saxlanmışdır. Tikinti zamanı zəruri olan dəmir-beton işləri düzgün aparılmamış, seysmik kəmər atılmamış, pəncərələrin yeri düzgün qoyulmamış, dam örtüyü əyri vurulmuşdur. Yaranmış mübahisə ilə bağlı tikintiyə çəkilmiş xərclər hesablanmış və tikintiyə cəmi 23.000 manat xərc çəkildiyi müəyyən edilmişdir. Bununla yanaşı, ümumi bağ sahəsi dağıdılaraq yararsız hala salınmaqla MMC tərəfdən ona maddi olaraq 25.000 manat ziyan vurulmuşdur. Bununla yanaşı, ona ailəsi və yaxın qohumları ilə birlikdə yay istirahətinin bağda keçirilməsinin mümkün olmaması səbəbindən mənəvi olaraq 5000 manat ziyan vurulmuşdur. Cavabdehin verdiyi pulun müqabilində görməli olduğu işi tam yerinə yetirməməsi, görmədiyi işə görə ona qaytarmalı olduğu məbləği ona qaytarmaması, ona qarşı etdiyi hərəkətlər, onu müxtəlif üsul və vasitələrlə aldatması, ona qarşı saymazyana münasibət bəsləməsi onu mənən alçaltmış, özünə, etdiyi hərəkətə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdehin ona qarşı etdiyi etinasız hərəkətlər nəticəsində o, həm də mənəvi zərərə məruz qalmışdır. Cavabdehin ona vurduğu mənəvïzərərï5000̈(beş̈min)̈manaẗməbləğində̈dəyərləndirir.

5. Cavabdeh “xxxx” MMC İddiaçı qarşı qarşılıqlı iddia verərək, İddiaçı görülmüş təmirtikinti işlərinə görə 37000 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 202 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını̈xahiş̈etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış “tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında” ## ##### 2022-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC tərəfindən İddiaçı məxsus Pirşağı bağ massivində yerləşən həyətdə söküntü, tikinti və təmir işləri görülməli idi. “xxxx” MMC tərəfindən İddiaçı istəyinə uyğun olaraq ümumilikdə 83000 manatlıq söküntü, tikinti və təmir işləri görülsə də, lakin İddiaçı üzərinə düşən öhdəliyi pozaraq “xxxx” MMC-nə ümumilikdə 83000 manat ödəniş etməli olduğu halda, cəmi 46000 manat ödəniş etmiş, ondan yerdə qalan məbləği tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələr gətirərək, ödənişi etməkdən yayınmışdır. Görülməli işlərin 80 faizdən çox hissəsi tamamlansa da, lakin iddiaçı ödəniş etmədiyinə görə cavabdeh məcburiyyət qarşısında qalaraq̈işlərïdayandırmışdır.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/*** nömrəli ##.##.2023-cü il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmiri tam başa çatmamış tikilinin inşası üçün görülmüş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 27184 manat məbləğində olduğu müəyyən olunur. 2-ci sualda göstərilən məsələ mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyïməsələlər̈dairəsinə̈aid̈olmadığından̈qərardadın̈büsualı̈üzrə̈tədqiqaẗaparılmadı.

8. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində faktiki yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi və bu işlərə sərf olunan tikinti materiallarının qiymətləndirməsinin ümumi hesabatının ##.##.2023-cü il vəziyyətinə uyğun olaraq ümumi məbləği 77504 manat + 20% xidmət haqqı ilə birlikdə 93.000 manat məbləğində müəyyən olunmuşdur.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 **- **/*-**/**** nömrəli ##.##.2024-cü il tarixli əlavə məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli “tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində “xxxx” MMC tərəfindən təmir-tikinti işləri aparılmış və mülki iş materiallarına əlavə olunmuş smetada göstərilən (söküntü, təmir-tikinti, beton işləri və s.) işlərin görüldüyü müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində smeta üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 77362 manat məbləğində olduğu müəyyən olunur. Ilkin ekspertiza və əlavə nəticəsində əmələ gələn qiymət fərqi (77362,0-27184,0) 50178 manat ilkin ekspertiza zamanı gizli və gözə görünməyən (beton armatur torpağın qazılması, tikililərin sökülməsi və s.) işlərin nəzərə alınmaması ilə izah olunur. Ilkin ekspertiza rəydə smeta tərtib olunduğu zaman gizli və gözə görünməyən̈nəzərə̈alınmadığı̈göstərilmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq, iddiaçıdan 29262 manat məbləğində pul vəsaiti və 177,79 manat məbləğində dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pulun tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan̈hissədə̈təmin̈olunmamışdır.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməməsi nəticəsində ona ziyan dəyməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Lakin İddiaçı bu tələbinin əsaslı olmasını təsdiq̈edəcək̈sübutları̈məhkəməyə̈təqdim̈etməmişdir.̈

12. Məhkəmə hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Hazırkı iş üzrə İddiaçı Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmir-tikinti işlərinin görülməsinə görə “xxxx” MMC-nə 48.100 manat məbləğində pul ödəməsinin işin mübahisəsiz halı olmasını, ekspertin gəldiyi nəticələr əsas götürülməklə həmin bağ evində smeta üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin 77.362 manat məbləğində olmasını nəzərə alaraq məhkəmə ##.##.2022-ci il tarixli tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında “xxxx” MMC tərəfindən İddiaçı maddi ziyan dəyməsi öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə̈sübutäyetirə̈bilmədiyïəsası̈ilə̈iddianı̈həmin̈hissədə̈də̈rədd̈etmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 ,752.1, 759-cu, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə̈istinadläəsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv̈edilməsïvə̈iddianın̈təmin̈olunmasınädair̈qətnamə̈çıxarılmasını̈xahiş̈etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı təqdim etdiyi sübutlar, telefon danışıqları, fotoşəkillər, tikintiyə dair smeta xərcləri, hesablamalar və izahatlar nəzərə alınmamışdır. Bununla yanaşı, ##.##.2024-cü il tarixli 2-ci ekspertiza rəyində göstərilmiş nöqsanlara və ##.##.2023-cü il tarixli 1-ci ekspertiza rəyində göstərilmiş eyni işlərlə bağlı müxtəlif qiymətlərin çıxarılması məhkəmənin nəzərinə çatdırılmasına baxmayaraq araşdırma aparılmamış və ziddiyyətlər aradan qaldırılmamışdır. Belə ki, ekspert rəyləri arasında olan ziddiyyətlər və qiymət fərqləri ilə bağlı yenidən ekspertizanın kecirilməsinə və ya ekspertin dəvət edilərək izah verməsinə dair verdikləri vəsatət təmin edilməmiş, yalnız ilkin iddia üzrə cavabdehin təqdim etdiyi smeta əsasında qiymətlər müəyyən edilməklə tam qərəzli olaraq qanunsuz qətnamə qəbul edilmişdir. “xxxx” MMC-nin rəyi iş üzrə cavabdeh Qanuni nümayəndə tərəfindən təqdim edilmiş smeta əsasında hazırlanmış saxta rəydir. Belə ki, həmin rəyin hazırlanması ilə bağlı yarımçıq tikiliyə və həyətə baxış keçirilməmişdir. 93.000 manatın nəyə əsasən müəyyən edildiyi müəyyən deyildir ki, bu da mötəbər sübut kimi qəbul edilə bilməz. Ekspert rəyində qeyd edilən ilkin ekspertiza və əlavə nəticəsində əmələ gələn qiymət fərqi (77362,0- 27184,0) 50178,0 manat ilkin ekspertiza zamanı gizli və gözə görünməyən (beton armatur torpağın qazılması, tikililərin sökülməsi və s.) işlərin nədən ibarət olması, (yəni, hansı işlərlə bağlı beton armaturun torpaq qazılması və tikintinin sökülməsi) ekspertiza tərəfindən açıqlanmır. Belə ki, ilkin ekspertiza rəyindən sonra iddiaçı tərəfindən bağ sahəsində təmir tikinti işləri başqa ustalar tərəfindən davam etdirilmiş, bağ sahəsi üzrə tamet döşənmiş, yarımcıq qalmış ev tam təmir edilərək əlavə olaraq 45.000 manat əlavə xərc qoyulmaqla bütün işlər yekunlaşmış, ümumilikdə bağa 72.000 manat pul xərclənmişdir. Ikinçi ekspertiza (əlavə) ekspertiza kecirilən zaman bağ sahəsi tam təmirli vəziyyətdə olmuşdur. Ekspert bu məqamdan istifadə edərək iddiaçı tərəfdən görülmüş bütün işləri əlavə olaraq yenidən qiymətləndirmiş və ümumi qiymət şişirdilərək 50178,0 manat fərq müəyyən etmişdir. Şişirdilmiş qiymətləri ilkin ekspertiza zamanı gizli və gözə görünməyən (beton armatur torpağın qazılması, tikililərin sökülməsi və s.) işlər adı ilə əsaslandırmışdır. Ekspert tərəfindən onların təqdim etdiyi smetaya isə̈ümumiyyətlə̈münasibəẗbildirilməmişdir.̈

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif Isgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Səadət Səlimova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 10̈639,45 manat (on min altı yüz otuz doqquz manat, qırx beş qəpik) pul vəsaitinin tutulub iddiaçı İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia tələbinin rədd olunması, ekspertiza xərci olan 100 manatın 50 manatı cavabdeh “xxxx” MMC-dən, 50 manatı isə iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, mütəxəssis rəyinin xərci olan 200 manatın 100 manatı cavabdeh “xxxx” MMC-dən,̈100̈manatı̈isə̈iddiaçı̈İddiaçı̈tutularaq̈“xxxx”̈MMC-yə̈ödənilməsïqəẗedilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işin halları üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş̈və̈nəticədə̈yanlış̈qənaətə̈gəlmişdir.̈̈̈

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuş və hazırkı mübahisə də həmin münasibətdən yaranmışdır. Iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 752-ci, 759-cu və s. maddələri çıxış edir. Hazırkı iş üzrə iddiaçının Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmir-tikinti işlərinin görülməsinə görə cavabdehə 48.100 manat məbləğində pul ödəməsi, iddia veriləndən sonra müəyyən işləri iddiaçının özünün yekunlaşdırması işin mübahisələndirilməyən halıdır. Mübahisələndirilən hal cavabdeh tərəfindən müqavilə şərtlərinin pozularaq, təmir-tikinti işlərinin vaxtında başa çatdırılmadığı, işlərin natamam, keyfiyyətsiz görüldüyü, tikintiyə çəkilən xərclərin cəmi məbləği ilə bağlıdır. Işdən göründüyü kimi, iddiaçı cəmi 23.000 manat, cavabdeh isə 83.000 manat dəyərində tikintitəmir işləri görüldüyünü iddia edir. Hazırkı vəziyyətdə mübahisənin düzgün həlli bununla bağlı sübutetmə vəzifəsinin kimin üzərinə düşməsindən və tələbin hansı sübutlarla təsdiq olunmasından̈asılıdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Baxılan iş üzrə birinci instansiyası məhkəməsi iş üzrə verilmiş rəylərdə olan natamamlığı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən yekun qənaətə gəlmişdir.

20. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, **/**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiq olunan ünvanda cavabdeh tərəfindən bir mərtəbədən ibarət fərdi yaşayış evinin inşa edilərək təmir edildiyi, həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin perimetr boyu hasarının suvandığı, mişarlanmış əhəng daşından 8 ədəd sütunun inşa edilərək suvandığı, girişə nisbətdə sağ yan hasarın 2 mişar daşı hündürlüyündə qaldırıldığı, mişarlanmış əhəng daşından 3 ədəd istinad divarının inşa edildiyi müşahidə olunmuşdur. Həmçinin, qeyd olunur ki, baxış zamanı iş üzrə tərəflər fərdi yaşayış evinin müəyyən hissələrinin döşəməsinə vurulmuş metlax işlərini, divarların boyanması və tavana vurulmuş alçipan işlərinin iş üzrə iddiaçı tərəfindən görüldüyünü qeyd etmişlər. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafiq qiymətləndirmə aparılmadığından məhkəmə kollegiyası görülmüş işlərin dəyərinin müəyyən olunması məqsədilə̈müvafiq̈mütəxəssis̈rəyinin̈alınmasınädäzərurəẗgörmüşdür.

21. “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli, ** nömrəli rəyinə əsasən görülmüş bütün işlərə (o cümlədən beton və alçipan işi də daxil olmaqla) ümumilikdə çəkilmiş xərcin dəyəri 30638,55 manat təşkil edir. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən bağ evində beton, armatur, torpağın qazılması, tikililərin sökülməsi və s. ayrı-ayrılıqda dəyəri (iddiaçı İddiaçı tikinti-təmir işlərinin tamamlanması ilə bağlı gördüyü işlər çıxılmaqla) beton, armatur qazılması 6322 manat, tikililərin sökülməsi 500 manat, cəmi 6822 manaẗtəşkil̈edir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bağ evində beton, armatur, torpağın qazılması, tikililərin sökülməsi və s. kimi birbaşa gözlə görünməyən işlərlə bağlı çəkilən xərcin müəyyən olunması birinci instansiya məhkəməsində keçirilən məhkəmə ekspertizalarının tədqiqat predmeti olmamışdır. Ona görə də həmin ekspertlər tərəfindən bu barədə rəy verilməmişdir. Lakin qalan hissədə görülən işlərin dəyəri ilə bağlı ##.##.2023-cü il tarixli ekspert rəyi ilə hazırkı rəy arasında ciddi fərq yoxdur. ##.##.2023-cü il tarixli ekspert rəyində görülən işlərin dəyəri 27184,0 manat, apellyasiya baxışı zamanı alınmış hazırkı rəydə isə 30638,55 manat göstərilmişdir.

23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apellyasiya baxışı zamanı alınmış ## ##### 2025-ci il tarixli ekspert rəyinin və ## #### 2025-ci il tarixli mütəxəssis rəyinin mötəbərliyini qəbul edir. Göründüyü kimi, ekspert və mütəxəssis rəyləri ilə işlərin cavabdeh tərəfindən yerinə yetirildiyi və ümumilikdə görülən işlərə 37460,55 (30638,55+6822) manat sərf edildiyi müəyyən edilir. Tərəflər iddiaçı tərəfindən 48.100 manat ödəniş edildiyini mübahisələndirmirlər. Belə olan halda iddiaçı cavabdehə görülən işlərə görə 10.639,45 manat artıq ödəniş etmiş (48100-37460,55) və cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Onägörə̈də̈cavabdeḧəsassız̈əldə̈etdiyï10.639,45̈manaẗvəsaitïiddiaçıyäqaytarmalıdır.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşısa da, o, istinad etdiyi faktları sübut edə bilməmişdir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

26. Məhkəmə kollegiyası işin araşdırılan və müəyyən edilən hallarına əsasən bu qənaətə gəlmişdir ki, iddiaçı mübahisələndirilən hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirsə də, cavabdeh həmin hissədə tələbə etirazını əsaslandırdığı faktları sübuẗedə̈bilməmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 752.1, 759.1, 759.2-cïmaddələrinə̈istinad̈edərək̈əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

28. “xxxx” MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. xxxx MMC ilə İddiaçı arasında bağlanmış “tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında” ## ##### 2022-ci il tarixli müqaviləyə əsasən xxxx MMC tərəfindən İddiaçı məxsus Pirşağı bağ massivində yerləşən həyətdə söküntü, tikinti və təmir işləri görülməli idi. xxxx MMC tərəfindən İddiaçı istəyinə uyğun olaraq ümumilikdə 83000 manatlıq söküntü, tikinti və təmir işləri görülsə də, lakin İddiaçı üzərinə düşən öhdəliyi pozaraq xxxx MMC-nə ümumilikdə 83000 manat ödəniş etməli olduğu halda, cəmi 46000 manat ödəniş etmiş, ondan yerdə qalan məbləği tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələr gətirərək, ödənişi etməkdən yayınmışdır. Görülməli işlərin 80 faizdən çox hissəsi tamamlansa da, lakin İddiaçı ödəniş etmədiyinə görə xxxx MMC məcburiyyət qarşısında qalaraq işləri dayandırmışdır. İddiaçı məxsus Pirşağı bağ massivində yerləşən həyətdə xxxx MMC tərəfindən görülən tikinti-təmir işlərinin ümumi dəyəri 83000 manat təşkil edir. İddiaçı xxxx MMC-nə ödənilməli olan 83000 manat puldan cəmi 46000 manat ödəniş etmiş, yerdə qalan 37000 manat pulu ödəməkdən imtina edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdı. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini,̈stressləri,̈əzab̈və̈əziyyətlərïnəzərə̈alır.̈

30. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam, hərtərəfli araşdırmamışdır. İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində smeta üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 77362,0 manat məbləğində olduğu müəyyən olunur. Ilkin ekspertiza və əlavə nəticəsində əmələ gələn qiymət fərqi (77362,0 27184,0) 50178,0 manat ilkin ekspertiza zamanı gizli və gözə görünməyən (beton armatur torpağın qazılması, tikililərin sökülməsi və s.) işlərin nəzərə alınmaması ilə izah olunur. Bakı Apellyasiya Məhkəməsi iş materiallarında olan ekspert rəylərinə və qiymətləndirməyə məhəl qoymadan, obyektiv araşdırmanı təmin etmədən, ilkin iddia təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiyäşikayətinə̈qarşı̈etiraz̈daxil̈olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan̈Respublikasının̈MülkïMəcəlləsi

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını̈tələb̈etmək̈hüquqüvardır.̈

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ̈gəlməsïüçün̈onun̈iştirakçıları̈arasındämüqavilə̈olmalıdır.̈

34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi,̈sifarişçïisə̈podratçıyärazılaşdırılmış̈muzd̈ödəməyïöhdəsinə̈götürür.̈

36. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur.̈ Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə̈daxil̈olan̈bütün̈işlərïödənilmiş̈sayılır.

37. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl̈məlumaẗverməlidir.

38. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsïtələb̈edilməyən̈işlər̈ödənilmir.̈

39. Maddə 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə̈tutmağın̈mümkün̈olmadığı̈hallar̈istisnätəşkil̈edir.

40. Maddə 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribïsmetäüzrə̈ödəməyə̈borcludur.

Azərbaycan̈Respublikasının̈MülkïProsessual̈Məcəlləsi

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarınäuyğun̈çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasınäistinad̈etməyə̈yol̈verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən̈maddïvə̈prosessual̈hüquq̈normalarının̈düzgün̈tətbiq̈edilməsinïyoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiyäinstansiyası̈məhkəməsinin̈faktikïhalları̈araşdırması̈kimïqiymətləndirilməməlidir.̈

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası̈məhkəməsinin̈aktı̈bütövlükdə̈yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

46. ̈Məhkəmə̈kollegiyası̈hesab̈edir̈ki,̈kassasiyäşikayətïtəmin̈edilməməlidir.

47. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normadänəzərdə̈tutulan̈pozuntularäyol̈verilməmişdir.̈

48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlara düzgün hüquqi qiymət verilərək müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə yazılı podrat müqaviləsi üzrə sifarişçi öz öhdəliyini tam icra edərək Pirşağı bağ massivindəki bağ evinin tikinti və təmiri üçün müqavilə ilə razılaşdırılmış məbləğdən də artıq-48.100 manat məbləğində vəsaiti podratçıya ödəmiş, podratçı tərəfindən isə öhdəliyin tam icra edildiyi sübutlarla təsdiq edilməmişdir.̈

49. Apellyasiya məhkəməsi faktiki görülmüş işlərin dəyəri ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş qiymətləndirmə rəylərində natamamlıq olduğundan həmin rəyləri mötəbər sübut kimi nəzərə almamış, apellyasiya baxışı zamanı alınmış qiymətləndirmə rəyinə əsasən podratçı tərəfindən görülmüş işlərin dəyərinin 30638,55 manat olduğunu müəyyən edilmiş, məhkəmə bu rəyi əsas götürərək belə qənaətə gəlmişdir ki, podratçının əsassız əldə etdiyï10.639,45̈manaẗvəsaiẗ̈sifarişçiyə̈qaytarılmalıdır.̈

50. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MM-nin 753.1-ci maddəsinə əsasən sifarişçi tərəfindən şərtləşdirilmiş muzd ödənildikdə müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işlər ödənilmiş sayıldığından, hazırkı halda faktiki görülmüş iş həcminin müqavilə ilə razılaşdırılmış işin həcmindən daha artıq olduğunu, podratçıya əlavə işlərin görülməsinin sifariş verildiyini, o cümlədən görülmüş işlərə görə muzdun daha artıq məbləğdə ödənilməsi ilə bağlı razılıq əldə edildiyini sübut etmək vəzifəsi podratçının üzərinə düşdüyü halda podratçı̈bühalları̈sübuẗedə̈bilməmişdir.

51. Kollegiya hesab edir ki, hazırkı halda tərəflər arasında bağlanmış podrat müqaviləsində görüləcək işlərin ümumi qiyməti qeyd edilsə də, podrat müqaviləsi bağlanarkən hər iki tərəfin təsdiq etdiyi smeta olmadığından məhkəmə tərəfindən podratçının faktiki gördüyü işlərə görə ödənilməli olan adi muzdun (işlərin bazar dəyərinin) ekspertiza təyin edilməklə müəyyənləşdirilməsi MM-nin 753.1-ci maddəsinin tələbinə uyğundur.̈̈

52. Işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir. Kassasiya şikayətinin sübutlara düzgün qiymət verilməməsïilə̈bağlı̈dəlillərïkassasiyäbaxışının̈predmetinïtəşkil̈etmir.̈

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və̈419-cümaddələrinin̈tələblərinïrəhbər̈tutaraq̈kassasiyäinstansiyası̈məhkəməsi Qərara aldı:

̈̈̈̈̈̈̈̈̈̈̈̈̈̈Cavabdeḧ̈“xxxx”̈MMC̈tərəfindən̈verilmiş̈kassasiyäşikayətïtəmin̈edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2025-cïil̈tarixlïqətnaməsïdəyişdirilmədən̈saxlanılsın. ̈̈̈̈̈Qərar̈qəbul̈edildiyïandan̈qüvvəyə̈minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar