Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1067/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dаir mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Ərizəçilər Ərizəçi3 və Ərizəçi1 tərəfindən ver ilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim A.İsmayılov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dаir ərizəsi təmin edilərək, ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 anaları, 1956-cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, xx.xx.2017-ci il tarixdə ölmüş X3 psixi qüsuruna görə 2015-ci ildən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, Ərizəçi2 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (səd rlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov) Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Ərizəçilər Ərizəçi3 və Ərizəçi1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələbl ərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanından şəxsin laliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində vəfat etmiş anaları X3 psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəf indən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ataları Maraqlı şəxs2, anaları X5r. Həmçinin iş materialları ilə müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X1 rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini hədiyyə alan X8 mülkiyyətinə vermişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, ərizəçilərin anaları X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından xx.xx.2018-ci il tarixdə verilmiş “Xəstənin ambulator, stasionar tibbi kartasından görünür ki, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1956-cı il təvəllüdlü X7 xx.xx.2017-ci il tarixdə nevropotoloqun göndərişi ilə psixiatrik müayinəyə gətirilmişdir. Şikayəti-yaddaş zəifliyindən, əhvalın pisləşməsindən və həyəcan hissindən olmuşdur. Obyektiv bələdliyi zamana, məkana və şəxsiyyətinə məhduddur. Kontakta çətin daxil olur. Verilən sualları gec dərk edir. Təfəkkürü ləngdir. Produktiv psixopatoloji simptomatika aşkar olunur. İntellekti enikdir. Kognetiv funksiyalar enmişdir. Emosional labildir. Vəziyyətinə tənqidi münasibəti məhduddur. Zaqatala Mərkəzi Rayon X2 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 1183 saylı ar ayışın surətindən görünür ki, Zaqatala rayonu Yuxan Tala kənd sakini, 1956-cı il təvəllüdlü X7 2003-cü il tarixdən “Şəkərli diabet tip İİ orta ağır” diaqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının Endokrinoloji kabinetində müalicələr almışdır. Xəstə 2015ci ildə “Beyin qan dövranının kəskin işemik tipli pozğunluğu, sol tərəfli hemiplegiya, motor afazıya. Yaddaş və intellektin enməsi. Arterial hipertenziya İİ-İİİ d. Risk İV. Disserkulyator ensefalopatiya. İİİ” diaqnozları ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının Nevroloji kabinetində müalicə almışdır. Aldığı müalicələrə baxmayaraq, o, xx.xx.2017-ci il tarixdə təkrar “Beyin - qan dövranının kəskin işemik tipli pozğunluğu” keçirmiş, müalicələr almışdır. Aldığı müalicələr effekt verməmiş, xx.xx.2017-ci il tarixdə ölüm baş vermişdir. Zaqatal a Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli “məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsinə dair” qərardadı ilə mərhum X3 2015-ci ildən vəfat edənədək psixi vəziyyətinin müəyyən edilməsi üçün onun barəsində məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi qərara alınmış və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası RuhiƏsəb Dispanserinə tapşırılmışdır. Ekspertin qarşısında X3 hər hansı psixi qüsurunun olubolmamsı, psixi qüsurun hansı vaxtdan etibarən meydana gəlməsi, X4 psixi vəziyyətinə görə öz hərəkətinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik olubolmamasına dair suallar qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurları na görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloci) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edi r. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Göründüyü kimi qanunvericiliyin normalarına əsasən məhkəmədə şəxsin psixi qüsuru barədə kifayət qədər məlumat olduqdan sonra onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi məcburi xarakter daşıyır. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, şəxsin psixi vəziyyətinin müəyyən edilməsi üçün onun ekspertiza zamanı iştirakı zəruridir. Lakin birinci instansiya məhkəməsi tərəfindən vəfat etmiş şəxsin psixi vəziyyətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, ekspert tərəfindən rəy verilməsi mümkün olmamışdır. Ona görə də ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi3 və Ərizəçi1 kass asiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1067/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1067/2020
21.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver