Məhkəmə qərarları › İş №2(102)-1078/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1078/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1078/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında çörək bişirmə sobasının alqı-satqısına dair şifahi müqavilə bağlanmışd ır. Cavabdeh əşyanı iddiaçıya təhvil vermiş, sonuncu isə onun dəyərini ödəmişdir.

2. İddiaçı ona müvafiq göstəricilərə uyğun mal verilmədiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 26.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, uzun müddətdir ki, sahibkarlıq faəliyyəti ilə məşğuldur. Gəncə şəhəri, Gülüstan qəsəbəsində “Üç Qardaş” adlı mağazanı işlədir. Həmin mağazanın zirzəmisində çörəkbişirmə sexi vardır. İlk dəfə x x və Cavabdeh2 vasitəsi ilə cavabdehdən 30.000 manatlıq soba alanda heç bir problem olmamış dır. Daha sonra işini böyütmək qərarına gəlmişdir və sexə ikinci soba almaq istəmişdir. Odur ki, bunun üçün yenə cavabdehə müraciət olunmuşdur. İkinci soba almaq üçün mağazasının sənədlərini girov qoyaraq bankdan 90.000 manat kredit götürmüşdür. İşıq idarəsindən Sahib adlı elektrik çağırtdıraraq məsləhət almış və elektrik ona 50 kilovatlıq soba gətirməsini məsləhət görmüşdür. Odur ki, Yadigara 50 kilovatlıq təzə soba sifariş etmiş və bunun müqabilində ona cəmi 25.000 manat pul ödəmişdir. Aralarındakı razılaşmaya tam əməl edərək alacağı soba müqabilində əşyanın dəyərini tam olaraq ödəmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək ona 70 kilovatlıq köhnə soba satmışdır. Odur ki, onlar cavabdehin gözü qarşısında sobanı qoşarkən partlayış baş vermiş və elektrik xətti ərimişd ir. Bundan sonra o, Yadigardan sobanı geri qaytarmasını və ödədiyi pulu ona verməsini tələb etmiş, lakin cavabdeh ona bunun üçün məsuliyyət daşımadığını bildirmişdir. Cavabdeh soba üçün bir il şifahi şəkildə qarantiya vermişdir. Bundan başqa o, cavabdehə 1000 manat dəyərində avadanlıq almaq üçün pul göndərsə də, avadanlıq ona verilməmişdir. Sobada hazırda çörək bişirmək mümkün deyil. Belə ki, Rəşad x onun keçmiş işçisi olmuş və bu hadisələr zamanı işdən çıxarılmışdır. X9 adlı elektrik ustası qoşmuşdur.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, avadanlıqların təmiri sexində işləyir, iddiaçı iki dəfə ondan vasitəçilər vasitəsilə soba almışdır. Birinci sobanı internet vasitəsi ilə sifariş etmişlər. Birinci sobanı iddiaçıya 9300 ABŞ dollarına satmışdır və heç bir problem olmamışdır. Daha sonra iddiaçı X vasitəsi ilə ikinci soba sifariş etmiş, lakin sifariş verərkən köhnə soba sifariş etmişlər. İkinci sobanı iddiaçıya 24.800 manata satmışdır. Belə ki, iddiaçı x, Xvə Xr vasitəsi ilə ona 10.000 manat beh vermişdir, daha sonra isə iddiaçı Samir vasitəsi ilə 5000 manat, Xl vasitəsi ilə isə ona 9800 manat pul vermişdir. Sobanı təhvil verəndə layihəsini də təqdim edir və izah edir. Belə ki, o, iddiaçıya sobanı təhvil verərkən izah etmişdir ki, oraya 25 kilovatlıq kabel lazımdır. Sobanı təhvil verib gedəndə heç bir problem yox idi. İddiaçıya şifahi şəkildə satdığı soba üçün 1 il zəmanət vermişdir. Satdığı soba 70 kilovatlıq olsa da, o, sobanı 50 kilovatlığa çevirmişdir. Sobada problem olduğunu iddiaçı dərhal bildirməmişdir. İddiaçını k irayə çörək sexindən sexin sahibi kirayə pulunu ödəmədiyi üçün çıxartmışdır. Odur ki, soba 8 ay çöldə yağışın altında qalaraq məhv olmuşdur.

6. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 14 fevral 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 24.800 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 24.830 manatın tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçıya satdığı sobanın cavabdehə verildiyi məqamda keyfiyyət tələblərinə uyğun gəlməsi əsas götürülür. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsinin keyfiyyət tələblərinə uyğun olmayan, yararsız, qüsurlu soba satılması barədə mülahizələr əsaslıdır. Cavabdeh məhkəməyə sobanın mə hz iddiaçı tərəfindən yararsız vəziyyətə salındığı barədə sübutlar təqdim edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 20 avqust 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tаrixli, x saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 24.800 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 24.830 (iyirmi dörd min səkkiz yüz otuz) manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəmə si mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə nisyə alğı-satqı müqaviləsi ilə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmiş, əvəzində ümumi alğı-satqı ilə bağlı və İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun normalarını tətbiq edərək mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Çünki tərəflər arasında soba alğı-satqısına dair şifahi şəkildə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı i ştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verib. Qətnamədən göründüyü kimi, apellyasiya məhkəməsi tərəflər arasında mübahisəli sobaya dair şifahi şəkildə nisyə alğı-satqı müqaviləsi bağlandığını qeyd edərək, Mülki Məcəllənin 600-cü maddəsinə istinad edib. Nə iddia ərizəsində, nə iddia ərizəsinə etirazda, nə apellyasiya şikayətində nə də birinci və apellyasiya instansiyalarında məhkəmə baxışında iş üzrə tərəflər və şahidlərin izahatlarında nisyə alqı-satqı müqaviləsi ilə bağlı tək bir cümlə belə qeyd olunmayıb. İş materiallarında apellyasiya mə hkəməsinin qətnaməsindən başqa heç bir sənəddə nisyə alqı-satqı müqaviləsi sözü mövcud deyil. Məhkəmə prosseslərində müzakirə olunmadığı, mübahisələndirilmədiyi və işin hallarına uyğun olmadığı halda apellyasiya məhkəməsinin tərəflər arasında nisyə alqı-satqı müqaviləsi olması qənaətinə necə gəlinməsi anlaşılan deyil. Belə ki, iddia ərizəsində iddiaçı birmənalı olaraq qeyd edir ki, sobanın quraşdırıldığı gün (elə həmin anda) son qalan 10.000 (on min) manatı da pulu cavabdehə ödəyib, bununla da sobanın dəyəri tam ödənilib. Həmçinin iş üzrə şahidlər, yəni iddiaçının işçisi - Cavabdeh2 və iddiaçının oğlu X1 tam dəyərinin ödənildiyini öz izahatlarında qeyd ediblər. Hətta cavabdeh də apellyasiya şikayətində bu halı təsdiq edərək edib ki, soba quraşdırılan gün son qalan 10.000 (əslində 9.800) ma nat məbləğ ona ödənilib. Məhkəmənin bu əsaslandırması Mülki Məcəllənin 600.1-ci maddəsinə ziddir. Həmin maddədən aydın olur ki, əşyanın alıcıya verildikdən müəyyən müddət sonra haqqının ödənilməsi əşyaların nisyə satışı hesab edilir. Hazırkı mübahisədə isə işin hallarından göründüyü kimi, soba quraşdırılıb təhvil verilən zaman sobanın dəyərinin tam ödənilmiş olması işin mübahisəsiz halıdır. Tərəflər bu halı heç bir zaman mübahisələndirməyiblər. Nəticə etibarilə tərəflər arasında nisyə alğı-satqı müqaviləsi deyil şifahi alğı-satqı müqaviləsi olub. Ona görə də apellyasiya məhkəməsinin qətnamənin hüquqi əsası kimi Mülki Məcəllənin 600-cü maddəsinə istinad etməsi tamamilə əsassızdır. Məhkəmə, işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və təqdim edilən sübutlara heç bir qiymət verməmiş dir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə və təqdim etdiyi sübutlara münasibətdə məhkəmə qətnamədə tək bir cümlə ilə münasibət bildirərək qeyd edir ki, mübahisənin predmeti yanğının, partlayışın, qısa qapanmanın baş verib-verməməsi deyil, sobanın sifariş edildiyi kimi 50 kilovatlıq əvəzinə 70 kilovatlıq olmasıdır. Halbuki, məhkəmənin bu mövqeyi də tamamilə əsassızdır. Belə ki, mübahisənin əsas predmeti məhz yanğının, partlayışın, qısa qapanmanın baş verib-verməməsidir. İddiaçı guya elə yanğın baş verdiyi üçün belə iddia qaldırıb. O, bu barədə iddia ərizəsində və izahatlarında dəfələrlə və israrla qeyd edib. Əgər belə olmasaydı iddiaçı yanğının baş verdiyini sübut etmək üçün məhkəməyə 4 nəfər şahid (şahidlər-X8, Cavabdeh2, X3, X4) çağırmazdı. İddiaçı iddia ərizəsində q eyd edir ki, guya onun çörək sexinin kabelləri 50 kv-lıq olduğu üçün həmin gücdə elektrik sobası sifariş edib, cavabdeh isə ona 70 kv-lıq elektrik sobası satıb, bu sobanın quraşdırılması nəticəsində yanğın (partlayış) baş verib. İddiaçı şahid ifadələri ilə yanğının baş verdiyini “sübut etməyə” çalışaraq, dolayısı ilə göstərməyə çalışırdı ki, guya o, 50 kv-lıq elektrik sobası sifariş edib (iddiaçının özünün məhkəməyə çağırdığı iki şahid yanğın baş vermədiyini qeyd ediblər). Bundan başqa, hesab edilsə ki, mübahisənin predmetini məhz sobanın 50 kv-lıq olması təşkil edir, yenə də iddiaçının bu iddiasının əsassız olduğunu müəyyən etmək olar. Belə ki, iş materiallarında iddiaçının 50 kv-lıq elektrik sobası sifariş verməsini təsdiq edən heç bir sübut yoxdur. Onun 50 kv gücündə elektrik sobası sif ariş verməsi ilə bağlı yeganə arqumenti ondan ibarətdir ki, xəyali varlıq olan “Sahib” adında bir şəxsin ona 50 kv gücündə elektrik sobası məsləhət görməsidir. Müqavilənin tərəfi olmayan, elektrik sobasının sifariş verilməsində, quraşdırılmasında iştirak etməyən, ümumiyyətlə nə işlə məşğul olduğu və kim olduğu bilinməyən xəyali bir şəxsin qeyri-müəyyən məsləhəti. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin əsil və həqiqi halı odur ki, iddiaçı özü də iddia ərizəsində sobanı öz işçisi Cavabdeh2 vasitəsi sifariş verdiyini qeyd edib. Yəni başqa sözlə soba quraşdırıldığı zamana kimi iddiaçı ilə cavabdeh biri-birilərini görməyiblər. İddiaçı tərəfindən sobanın sifariş edilməsi Cavabdeh2 tapşırılm ış, o da öz növbəsində cavabdehə 70 kv-lıq elektrik sobası sifariş edib. İddiaçı elektrik sobasını qəbul edərkən onun işlənmiş və 70 kilovatlıq olduğunu bilirdi (çünki iddiaçı öz işçisi Cavabdeh2 vasitəsi ilə həmin göstəricilərə malik soba sifariş verib). Qətnamədə qeyd edildiyi kimi, iş materiallarında olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi “Üç qardaş” mağazasının proformasından da görünür ki, 1 il qarantiyaya malik, 70 kilovatlıq işlənmiş elektrik sobası 24.800 manat Cavabdeh1 ödənilməklə alınmışdır. Göründüyü kimi, iş materiallarında iddiaçının 50 kv-lıq soba sifariş verməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. İddiaçı ərizəsində qeyd edir ki, çörək sexindəki elektrik kabelləri (“Sahib”in məsləhəti üzrə) 50 kv-lıq olduğundan oda o gücdə elektrik sobası sifariş edib. Cavabdeh tərəfi ndən 70 kv-lıq soba quraşdırıldığı üçün yanğın baş verib. Halbuki, iddiaçının 50 kv-lıq soba sifariş verməsi ilə bağlı irəli sürdüyü iki arqumenti də (yanğın baş verməyi və çörək sexində elektrik xətlərinin 50 kv gücündə olması) müvafiq dövlət orqanları tərəfindən verilmiş arayışlarla yalan olduğu məlum olur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi, Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə Regional X6 İdarəsi, X10 X12 İdarəsi Gəncə Elektrik Şəbəkəsi və “xxxx” ASC tərəfindən vəkil sorğusuna verilən cavablardan məlum olur ki, “Üç Qardaş” mağazasında (Gəncə şəhəri, Antalya yaşayış məntəqəsinin arxası, polis binasının baş tərəfi) 15.12.2018 və 16.12.2018-ci il tarixlərdə heç bir yanğın, partlayış və qısa qapanma baş verməyib. Həmçinin iddiaç ı tərəfin özünün məhkəməyə gətirdiyi şahidlərin izahatları da bunu təsdiq edir. İddiaçının çörək sexində elektrik xətlərinin 50 kv-lıq olduğu üçün o gücdə elektrik sobası sifariş verməsi arqumenti də əsassızdır. Belə ki, X10 X12 İdarəsi Gəncə Elektrik Şəbəkəsi və “xxxx” ASC tərəfindən vəkil sorğusuna verilmiş cavab məktublarından məlum olur ki, iddiaçı həmin ticarət obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda əhali kimi qeydiyyata alınıb və onun istifadə etdiyi sayğac cəmi 13 kv gücündədir. İşə baxan apellyasiya məhkəməsi X10 X12 İdarəsi Gəncə Elektrik Şəbəkəsi və “xxxx” ASC tərəfindən verilmiş bu cavab məktublarına (yəni iddiaçının istifadəsində olan sayğacın 13 kv-lıq gücdə olmasına) məqsədli olaraq heç bir münasibət bildirməyib. Beləliklə, iddiaçının “Sahib”in məsləhəti üz rə 50 kv güc də elektrik sobası sifariş verməsi barədə irəli sürdüyü bütün arqumentlər”inin boş olduğu üçün işin əsil halları ilə uyğun gəlmir. Cavabdeh1 iddiaçının işçisi Cavabdeh2 sifarişi əsasında 70 kv-lıq elektrik sobasını quraşdırıb iddiaçıya təhvil verib. Soba quraşdırılarkən heç bir yanğın və ya partlayış baş verməyib. Soba quraşdırıldıqdan sonra iddiaçı sobanı təhvil alıb, həmçinin iddia ərizəsində qeyd etdiyi kimi, soba quraşdırılan gün 10.000 manat məbləğində cavabdehə ödəyib. Xeyli müddət də həmin sobadan çörəkbişirmə məqsədilə istifadə edilib. Əslində iddiaçı elektrik sobasını ona görə qaytarmaq istəyir ki, aldığı elektrik sobası, onun icarə götürdüyü obyektə 2018-ci ilin dekabr ayında quraşdırılıb. İddiaçı həmin dönəmlərdə icarə haqqını ödəyə bilmədiyindən obyekt sahibi onu i carəyə götürdüyü sahədən 2019-cu ilin yanvar ayından çıxarıb. Bununla bağlı iddiaçı hətta cavabdehdən sobanın həmin obyektdən çıxarılaraq ona məxsus digər sexə aparılmasında köməklik göstərməyini xahiş edib. Onun bu xahişini və istəyini nəzərə alan Cavabdeh1 elektrik sobalarının quraşdırılması və daşınması üzrə tanışı X2 xahiş edib ki, Bakıdan Gəncəyə gedərək elektrik sobasını digər sexə daşınıb quraşdılmasında iddiaçıya köməklik etsin. xda öz növbəsində Gəncəyə gedib elektrik sobasının daşımasına kömək etsə də, digər sexin ölçüləri uyğun olmadığından onu yerində quraşdıra bilməyiblər. Buna görə də sobanı sexin yaxınlığındakı marketin qabağına qoyublar. Beləliklə, qeyd edilənlərdən açıq görünür ki, iddiaçının “yanğın-partlayış və sobanın 50 kilovatlıq olması” ilə bağlı irəli sürdüyü bütü n fikirlər elektrik sobasının onun digər sexinə yerləşmədiyi üçün uydurduğu yalanlardır. Bu yalanı reallığa çevirmək üçün iddiaçı polisə, məhkəməyə müraciət edərək elektrik sobasını qaytarmaq üçün hər vasitədən istifadə edir. Lakin onun icarəyə götürdüyü sahədən çıxarılması və ya elektrik sobasının onun digər sexinə yerləşməməsi cavabdehin təqsiri deyil. Belə bir hal nə Mülki Məcəllədə, nə də işgüzar adətlərdə müqavilənin ləğvi üçün əsas deyil. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehə qarşı konkret məbləğdə pul tələbinə dair iddia qaldırıb. Tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin olması işin mübahisəsiz halıdır. Belə olan halda, iddiaçı cavabdehə qarşı ilk növbədə müqavilənin ləğvinə və ya etibarsızlığına dair iddia qaldırmalı idi. Bu iddia tələbi təmin olunduğu halda h ər iki tərəf müqavilə üzrə aldıqlarını geri qaytara bilərdi. Tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin ləğvi və ya etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilmədiyi təqdirdə hazırkı mübahisənin həlli mümkün deyil. Elektrik sobasının cavabdehə qaytarılacağı yoxsa iddiaçıda qalacağı bu qətnamə ilə müəyyən edilməli idi. Lakin bu müəyyən edilmədiyindən qətnamənin icrasını gələcəkdə mümkünsüz və tərəflər arasında elektrik sobasının kimə məxsusluğuna dair əlavə mübahisələrin yaranmasına səbəb olacaq. Qeyd edilən faktlardan görünür ki, işə baxan məhkəmə qətnamə qəbul edərkən nə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmayıb, nə də cavabdehin istinad etdiyi faktiki və hüquqi əsasları rədd etmək üçün heç bir dəlil gətirməyib. Həmçinin həqiqət i müəyyən etmək üçün iş üçün əhəmiyyətli olan halların heç birini aydınlaşdırmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

16. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

17. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

18. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda h əmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

19. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

20. Maddə 347.2.1, 347.2.2 və 347.2.3. Şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əs ası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılmadır.

21. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

22. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn ə şya verməyə borcludur.

24. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

25. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün öz ünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin.

26. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə, alğısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

27. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

28. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanun i əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.

34. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır.

39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasın a ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında sobanın alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsi bağlanmış, satıcı (avabdeh) əşyanı alıcıya (iddiaçıya) təhvil vermiş, sonuncu isə malın dəyərini ödəmişdir.

44. Bu hallar alqı-satqı müqaviləsinin tərəflərinin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdiklərinə dəlalət etdiyi üçün apellyasiya məhkəməsi tərəfindən mübahisəyə Mülki Məcəllənin 600-cü maddəsinin tətbiq edilməsi düzgün olmamışdır. Ona görə də, mübahisəyə maddi hüquq normasının səhv tətbiq edilməsi haqqında kassatorun dəlili əsaslıdır.

45. Hazırkı işdə iddiaçı bildirir ki, cavabdehlə onun istifadə məqsədinə yarayan 50 kilovatlıq sobanın alqı-satqısı barədə razılaşmışlar, lakin sonuncu ona 70 kilovatlıq soba satmışdır. Həmin sobanı elektrik cərəyanına qoşarkən partlayış baş vermiş və elektrik xətti ərimişdir.

46. Beləliklə, İddiaçı iddia edir ki, o, müqavilə bağlanarkən əşyanı əldə etməsinin məqsədi barədə cavabdehə məlumat verməsinə baxmayaraq, cavabdeh ona bu məqsədə yarayan əşya verməmişdir. Bu iddia həm də alınmış əşyanın keyfiyyəti barədə alıcının yanılmaya düşməsinə və ya aldadılmasına dəlalət edə bilər.

47. Ona görə də, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin lazımi keyfiyyəti olmayan əşyanın verilməsinin nəticələrinə dair 587-ci maddəsi, aldatma və ya yanılma nəticəsində etibarsız olan əqd üzrə verilən pulun geri tələb edilməsinə dair həmin Məcəllənin 337.5, 339, 347 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.

48. Məlum olduğu kimi, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur, müqavilədə əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməlidir. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur (§ 23-24).

49. Yanılmaya dair hüquq normalarının məzmunundan görünür ki, əgər əqd bağlanarkən şəxsin açıqladığı iradə bəyanı düşündüyünə uyğun deyilsə bu açıqlamada yanılma, əgər şəxs iradənin təşəkkül tapmasına təsir edən amillərdə yanılmışsa bu, qənaətdə yanılma sayılır (§ 19-20). Qanunverici hər yanılmaya görə deyil, məhz vacib əhəmiyyətli yanılmaya görə əqdin etibarsılığı imkanını nəzərdə tutulmuşdur. Yanılma o zaman hüquqi əhəmiyyətli sayıla bilər ki, o, ya əqd bağlanarkən mövcud olan, ya da keçmişdəki bir məsələ ilə bağlı olsun. Gələcəkdə baş verəcək bir məsələ ilə bağlı yanılmanın hüquqən əhəmiyyəti yoxdur.

50. Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı (§ 18).

51. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı, alqı-satqı müqaviləsi üzrə ona lazımi keyfiyyəti olmayan əşya verilməsinə, aldığı əşyanın göstəricilərinə münasibətdə aldadılmasına və ya yanılmaya düşməsinə istinadən tələb irəli sürürsə, həmin halları sübuta yetirmək yükü onun üzərinə düşür. Başqa sözlə, iddiaçı, satıcının (cavabdehin) razılaşdırılmış keyfiyyətdə mal verdmədiyini, yaxud bağladığı alqı-satqı müqaviləsinin aldatma və ya yanılma səbəbilə etibarsız olduğunu, habelə bu əqdi qanunla müəyyən edilmiş müddətdə mübahisə etməklə etibarsız hala gətirdiyini sübuta yetirməklə ödədiyi pulun geri qaytarılmasını tələb edə bilər (§ 14-17, 21, 2931).

52. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 33).

53. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

54. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə ba ğlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

55. Baxılan işdə iddiaçı, cavabdehlə məhz 50 kilovatlıq sobanın alqı-satqısı barədə bağladığı yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə olan halda, tərəflər arasındakı şifahi razılaşmada həmin şərtin olması və cavabdehin bu na uyğun mal verməməsi, kilovat uyğunsuzluğuna görə partlayış (yanğın) baş verməsi və ya cavabdeh tərəfindən aldadılması, yaxud əşyanın göstəricisi barədə yanılmasına dair iddialar mötəbər, şübhədən kənar və kifayətedici sübutlarla təsdiq olunmalıdır.

56. İddiaçı bu xüsuatlarla bağlı şahid ifadələrinə istinad etsə də, cavabdehin təqdim etdiyi məlumat və sənədlərdən (Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 06.07.2020-ci il tarixli, Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə Regional X6 İdarəsinin 24.07.2020-ci il tarixli, X10 X12 İdarəsi Gəncə Elektrik Şəbəkəsinin 09.07.2020-ci il tarixli və “xxxx” ASC-nin 11.08.2020-ci il tarixli məktublarından) görünür ki, “Üç Qardaş” mağazasında 15.12.2018 və 16.12.2018-ci il tarixlərdə yanğın, partlayış və qısa qapanma qeydə alınmay ıb, istehlakçının istifadə etdiyi sayğac cəmi 13 kvt gücündədir.

57. Apellyasiya məhkəməsi həmin məlumatları mübahisənin predmetinə aid olmayan sübutlar kimi qiymətləndirmişdir. Kollegiya bu mövqe ilə razılaşmır, ona görə ki, iddiaçı, tələbinin əsasında duran faktiki halları (ona sifariş etdiyi kilovat göstəricisinə uyğun mal verilmədiyini) sübuta yetirmək məqsədilə partlayış (yanğın) faktına istinad etdiyi halda, bu dəlilləri təkzib etmək üçün cavabdehin təqdim etdiyi məlumatlar (dövlət orqanlarının məktubları) işə aid olan sübutlardır.

58. Odur ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi qeyd edilən məlumat və dəlilləri, eləcə də iddia tələbinin və ona etirazın əsasında duran digər halları araşdırıb onlara düzgün hüquqi qiymət verməmiş, tərəflərin izahatlarını, top lanmış sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, qətnamənin işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 32-34-37).

59. Yuxarıda qeyd olunanlar iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmamasına dəlalət edir. Bu hallar isə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§ 39).

60. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar