Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1414/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən), məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6205/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.1994-cü il tarixdən İmişli rayonu, Buludlu kənd uşaq bağçasında tərbiyəçi vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci ildən isə həmin uşaq bağçasının müdiri vəzifəsinə keçirilmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili X14 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (bundan sonra cavabdeh, yaxud Dövlət Agentliyi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi, mediasiya, poçt və hüquqi yardım üçün ödənilmiş 360 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildən İmişli rayonu, Buludlu kənd uşaq bağçasında tərbiyəçi vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci il tarixdən isə həmin uşaq bağçasının müdiri vəzifəsinə keçirilmişdir. İddiaçı müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Cavabdeh Dövlət Agentliyinin xx.xx.2024cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öh dəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı bu əmrdə göstərilən səbəblərlə qətiyyən razılaşmır və işəgötürənin onu sözügedən əsasla işdən çıxarmasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı bağçaya rəhbərlik etdiyi 19 il ərzində heç bir nöqsana yol verməmiş, barəsində hər-hansı bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Əmrə əsasən iddiaçının işdən çıxarılmasına səbəb 2024-cü ilin mart ayının 11-da bağçaya gəlmiş Mil-Muğan Təhsil İdarəsinin əməkdaşlarının bağçada apardıqları monitorinq zamanı aşkar olunan nöqsanlar və bununla bağlı tərtib edilmiş akt olmuşdur. İddiaçı həmin aktda göstərilən nöqsanlar ilə tanış olmamışdır. Həmin aktı iddiaçı yalnız xx.xx.2024-cü ildə Mil-Muğan Təhsil İdarəsinə müraciət etdikdən sonra, yəni barəsində verilmiş əmrdən 1 ay 5 gün sonra almışdır, aktda iddiaçının rəhbərlik etdiyi bağçanın yox, İmişli rayonu, Sarxanlı kənd uşaq bağçasının möhürü vurulmuşdur. Həmin aktı tərtib etdikdən sonra Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları iddiaçını İdarəyə dəvət edərək, işdən çıxarılacağını bildirmiş, veriləcək hesaba 2.500 manat ödəniş edildiyi təqdirdə işdən çıxarılmayacağını və əmək fəaliyyətinə davam edəcəyini bildirmişlər. İddiaçı isə yekun qərarın ona təqdim edilməsini və əgər maddi ziyan vurmuşdursa veriləcək hesaba ödəniş etməyə hazır olduğunu bildirmiş, orada olan əməkdaş tərəfindən ona hədə qorxu gəlinərək işinin prokurorluğa veriləcəyi bildirilmişdir. Bundan sonra, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə sektorunun Atakişi adlı əməkdaşı iddiaçıya zəng edərək, onu Kərim müəllim ilə görüşə çağırmış və görüş zamanı 2.500 manat ödəyəcəyi təqdirdə vəzifədə qalacağı iddiaçıya bildirilmişdir. İddiaçı isə İdarədə bildirdiyi kimi, qərarın ona təqdim edilməsini və bundan sonra ödəniş edəcəyini bildirmişdir. Ödəniş etmədiyi üçün ona qərəzli münasibət göstərilmiş, nəticədə cavabdeh Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1318K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı tərəfindən bağçada işlədiyi 30 ildən artıq müddətdə ciddi nöqsanlara yol verilməmiş, aktda göstərilən nöqsanların bir çoxu obyektiv səbəblərdən baş vermişdir. Belə ki, uşaq bağçası ayrıca binada deyil, orta məktə bə aid uyğunlaşdırılmış binada (idman zalı olub) fəaliyyət göstərir, bağça icra hakimiyyətinə tabe olduğu dövrdə çarpayı verilmişdir ki, onlar da artıq köhnəlmişdir, Təhsil Nazirliyinə tabe olduğu dövrdə bağçaya cəmi 5 ədəd çarpayı verilmiş, bağçada olmasına baxmayaraq 2 ədəd 2 mərtəbəli çarpayı yoxlayıcılar tərəfindən qərəzli şəkildə qeyd olunmamışdır. Bağça istilik sistemi və müasir avadanlıqlarla təchiz olunmamışdır. Bu nöqsanların baş vermə səbəb və şəraiti araşdırılmadan iddiaçının ciddi nöqsanlara yol verməsi səbəb göstərilərək onunla bağlanılmış əmək müqaviləsi qanunsuz və əsassız olaraq ləğv edilmişdir. İddiaçı işlədiyi müddətdə kollektiv arasında hörmət qazanmış, əmək funksiyalarını yüksək səviyyədə icra etmiş, iş yerində daim intizamlı müdir kimi tanınmış, saysız-hesabsız uşağın cəmiyyətdə yararlı insan kimi yetişməsində böyük rolu olmuş, heç bir zərərli vərdişi olmayan şəxsdir. İddiaçının mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tənzimlənməsi cəhdləri heç bir səmərə verməmişdir. Bakı Şəhəri 14 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2024-cü il tarixli MŞB/14/2024-00294 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda qeyd edilir ki, ikinci tərəf cavabdeh Dövlət Agentliyi ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
5. Cavabdeh Dövlət Agentliyinin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazında bildirmişdir ki, iddiaçı Agentliyin xx.xx.2024-cü il tarixli 3 29-69/3-1-318K/2024 saylı Əmri ilə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etd iyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Həmin Əmrin əsası kimi Mil-Muğan Regional Təhsil İdarəsinin əsaslandırması, Azərbaycan Təhsil İşçiləri X8 Mil-Muğan Regional Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 05 aprel 2024-cü il tarixli, 14 nömrəli Protokolundan çıxarış, İddiaçı izahatı və müvafiq sənədlər göstərilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində Mil-Muğan Təhsil İdarəsinin əməkdaşlarının bağçada apardıqları monitorinq zamanı aşkar olunan nöqsanlar və bununla bağlı tərtib edilmiş aktla iddiaçı yalnız xx.xx.2024-cü ildə Mil-Muğan Təhsil İdarəsinə müraciət etdikdən sonra, yəni barəsində verilmiş əmrdən 1 ay 5 gün sonra almışdır. xx.xx.2024-cü il tarixində İmişli rayonu Buludlu kənd uşaq bağçasında aparılmış monitorinqin nəticələrinə dair Akt MilMuğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri X5, həmin İdarənin Sabirabad Rayon Təhsil Sektoru üzrə mühasibi X15, həmin İdarənin İmişli rayon Mərzəli kənd tam orta məktəbin təşkilatçısı X9, iddiaçı və İmişli rayonu Buludlu kənd uşaq bağçasının aşpazı X10 tərəfindən imzalanmış, akta qoşma kimi həmin bağçanın müdiri və əməkdaşlarının izahatları əlavə edilmişdir. Aktın ikinci səhifəsinə iddiaçı şəxsən imza etmiş və aktda göstərilən nöqsanları təsdiq etmişdir. Yəni, iddiaçının nümayəndəsinin bu barədə iddiası tamamilə əsassızdır. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, aktda iddiaçının rəhbərlik etdiyi bağçanın yox, İmişli rayonu, Sa rxanlı kənd uşaq bağçasının möhürü vurulmuşdur. Qeyd edilən halla bağlı araşdırma aparılmış, Mil-Muğan Regional Təhsil İdarəsi, İmişli rayonu Sarxanlı və Buludlu kənd uşaq bağçaları ilə əlaqə saxlanılmış və məlum olmuşdur ki, səhvən İmişli rayon Sarxanlı kənd uşaq bağçasının möhürü Buludlu kənd uşaq bağçasına, Buludlu kənd uşaq bağçasının möhürü isə Sarxanlı kənd uşaq bağçasına verilmişdir. Qeyd edilən hal həmin bağçalarda müxtəlif dövrlərdə hazırlanmış rəsmi sənədlərə vurulmuş möhürlərdə də öz əksini tapmışdır. Məsələn, İmişli rayonu Sarxanlı kənd uşaq bağçasının “xx.xx.2024 tarixdə qruplar üzrə faktiki uşaq sayı əsasında anbardan qida məhsullarının buraxılması üçün Sifariş”indən görünür ki, Məktəbəqədər Təhsil Müəssisəsi hissəsində Sarxanlı kənd uşaq bağçasının adı yazılsa da, həmin sənə d İmişli rayonu Buludlu kənd uşaq bağçasının möhürü ilə təsdiq edilmişdir. Eləcə də İmişli Rayon Təhsil Sektorunun tabeliyində olan Sarxanlı kənd uşaq bağçasının müdiri X11 tərəfindən xx.xx.2024-cü il tarixində Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevə ünvanlanmış izahatında göstərmişdir ki, 06 mart 2024-cü il tarixdə mərkəzləşdirilmiş mühasibatlıqda sənədləri möhürləyərkən möhürlər yanaşı olduğundan səhvən Buludlu kənd uşaq bağçasının möhürü ilə Sarxanlı kənd uşaq bağçasının möhürünü dəyişik salıb. 06 mart 2024-cü il tarixindən 14 mart 2024-cü il tarixinədək bütün rəsmi sənədlər Buludlu uşaq bağçasının möhürü ilə möhürlənmişdir. Bu hal sifariş sənədlərinə möhür vurarkən mühasibatlığın mühasibi X4 tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq eyni məzmunlu və tarixli izaha tı iddiaçı şəxsən yazmış və imzalamışdır. Bu səhv barədə adları qeyd edilən və digər əlaqəli sənədlər qoşmaya əlavə edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, həmin aktı tərtib etdikdən sonra Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları iddiaçını İdarəyə dəvət edərək, işdən çıxarılacağını bildirmiş, veriləcək hesaba 2.500 manat ödəniş edildiyi təqdirdə işdən çıxarılmayacağını və əmək fəaliyyətinə davam edəcəyini bildirmişlər. İddiaçı isə yekun qərarın ona təqdim edilməsini və əgər maddi ziyan vurmuşdursa veriləcək hesaba ödəniş etməyə hazır olduğunu bildirmiş, orada olan əməkdaş tərəfindən ona hədəqorxu gəlinərək işinin prokurorluğa veriləcəyi bildirilmişdir. Bundan sonra, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə sektorunun Atakişi adlı əməkdaşı iddiaçıya zəng edərək, onu Kərim müəllim ilə görüşə çağırmış və görüş zamanı 2.500 manat ödəyəcəyi təqdirdə vəzifədə qalacağı iddiaçıya bildirilmişdir. İddiaçı isə İdarədə bildirdiyi kimi, qərarın ona təqdim edilməsini və bundan sonra ödəniş edəcəyini bildirmişdir. Ödəniş etmədiyi üçün ona qərəzli münasibət göstərilmiş, nəticədə cavabdeh Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Qeyd edilən halla bağlı aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq müəyyən edilmişdir ki, iddiaçı idarəyə öz təşəbbüsü ilə gəlmiş, qeyd edilən əməkdaşlarla söhbəti işdən çıxarılmaması barədə xahişi üzərində qurulmuş, 2.500 manat pulu Mil-Muğan Regional Təhsil İd arəsinin əməkdaşları iddiaçıdan tələb etməmiş, aparılmış söhbət zamanı pul məsələsi olmamış, iddiaçı onunla bağlanılmış əmək müqaviləsi ləğv edildiyindən müvafiq Regional Təhsil İdarəsinin əməkdaşlarına və cavabdeh Agentliyə böhtan atır. Eləcə də iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilən hallarla bağlı sübut təqdim etmədiyindən, iddia ərizəsi həmin hissədə də əsassızdır. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, aktda göstərilən nöqsanların bir çoxu obyektiv səbəblərdən baş vermişdir. Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinin müavini X3 xx.xx.2024-cü il tarixli 41(1)-17 nömrəli “Xidməti məlumatı”ndan görünür ki, İmişli rayonu Buludlu kənd uşaq bağçasında 11 mart 2024-cü il tarixlərində keçirilmiş monitorinq zamanı aşağıdakılar müəyyən edilmişdir: 1) İşçilərin əmək intizamı yoxlanılarkən, işçilərin işdə olduğu müəyyən edildi; 2) Uşaqların davamiyyəti yoxlanılarkən 3-4 yaşlılardan ibarət qrupda 15 uşaqdan 13 nəfər, 4-5 yaşlılardan ibarət qrupda 17 uşaqdan 13 nəfər olmaqla, iki qrup üzrə ümumilikdə 32 nəfər uşaqdan 26 nəfər uşağın bağçada olmadığı (saat 12 radələrində 2 nəfər uşağın gəldiyi), bir nəfər uşağın (Rəcəb adlı) MTİS-dən kənar uşağın olduğu müəyyən edilmişdir. Rayon Təhsil Sektoru tərəfindən bir neçə dəfə bağçada uşaqların davamiyyəti ilə bağlı monitorinq keçirilib, bu zaman da uşaqların sayı bağçada 6-8 nəfər olub. 3) Bağçanın əmr kitabı 23 oktyabr 2023-cü il tarixdən 11 mart 2024-cü il tarixədək yazılmamışdır. Yazılmış əmrlərin səthi olduğu, cari tədris ilinin əvvəlində qrupların komplektləşdirilməsi, qrupların tərbiyəçilərə həvalə olu nması, bağçaya qəbul və xaric edilən uşaqlar barədə əmrlərin verilmədiyi müəyyən edilmişdir. 4) Bağçanın Pedaqoji şuranın protokolu kitabı olmadığı üçün təqdim edilmədi. Ümumiyyətlə bağçada pedaqoji şura keçirilməmişdir. Bağçanın fəaliyyət planı, müdirin fəaliyyət planı, pedaqoji şuranın fəaliyyət planı, bağçanın gün rejimi, tədris planına uyğun məşğələ cədvəlinin, tərbiyəçilərin illik perspektiv planı proqramının olmadığı, qrup jurnallarında tədris ili ərzində hər hansı bir məşğələ barədə keçirilən mövzuların yazılmadığı müəyyən edildi. 5) Uşaqların şəxsi işlərinə baxarkən bağça üzrə 32 uşaqdan heç birinin sağlamlıq haqqında arayışının olmadığı, 10 nəfər uşağın sağlamlıq haqqında arayışından başqa digər sənədlərin yerində olduğu, 22 nəfər uşağın isə şəxsi işi təqdim olunmadı. 6) İşçilər in şəxsi işlərinə baxış keçirilərkən şəxsi işlərinin natamam olduğu müəyyən edildi. Belə ki, əmək müqavilələri bağlandığı halda işçi haqqında məlumatlar, əmək funksiyası haqqında məlumatlar yazılmamış, tərcümeyi-hal, foto şəkilin olmadığı, kadr anketlərin yazılmadığı, yenilənmədiyi və s. çatışmazlıqlar mövcud idi. 7) Bağça üzrə 32 uşaq olsa da, uşaqların yatması üçün nəzərdə tutulmuş otaqda 13 çarpayının olduğu müəyyən edildi. Digər otağda 5 çarpayı olsa da, həmin otaqdan uşaqların yatması üçün istifadə edilmədiyi bildirildi. Bağçanın gözətçilərin əmək müqaviləsi üzrə iş saatlarının bilmədikləri, iş vaxtını öz aralarında şəxsi razılıqları ilə bölüşdürdükləri müəyyən edildi. İş vaxtı barədə əmr kitabında hər hansı bir qeydin, əmək müqaviləsində iş vaxi ilə bağlı öhdəlik götürülməmişdir. 8) Uşaqların qidalanması, qida normalarına riayət edilməsi vəziyyəti, ərzaq məhsullarının saxlanma qaydalarına əməl olunma vəziyyəti yoxlanılarkən ərzaq məhsullarının saxlanma şəraitinin normalara uyğun olmadığı, ərzağın hər gün ancaq bağça müdiri tərəfindən aşpaza verildiyi, 01 yanvar 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan dövr üçün menyu tələbnamənin olmadığı, çörəklərin bağça müdiri tərəfindən evdə bişirildiyi, cari ilin mart ayı ərzində menyunun bağça müdiri tərəfindən yazılmadığı müəyyən edilmiş, sərf olunmuş ərzaq barədə məxaric sənədi olmadığı üçün təqdim edilməmişdir. Bağçaya müntəzəm olaraq 6-10 nəfər uşağın gəldiyi halda əvvəlki aylarda ərzağın 20 nəfərə qədər uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi müəyyən edilmişdir. Bununla da 01 sentyabr 202 3-cü il tarixdən 10 mart 2024-cü il tarixədək olan dövr ərzində dövlət büdcəsindən əsassız xərclərin yaranmasına, dövlət büdcəsinə zərər vurulmasına əsaslı şübhələr yaranmışdır. Qeyd edilən “Xidməti məlumat”a əsasən müvafiq tarixdə bağçada aparılmış yoxlama nəticəsində müəyyən edilmiş qüsurlar iddiaçının nümayəndəsinin iddia ərizəsində göstərdiyi kimi obyektiv səbəblərdən baş verməsi mümkün olmayan hallardır. Belə ki, uşaqların davamiyyətinin əhəmiyyətli dərəcədə aşağı olması, uşaqların bağçaya gəlməməsi yalnız direktorun bağçaya lazımi qaydada rəhbərlik edə bilməməsi və bağça əməkdaşlarının uşaqların rahatlığı üçün lazımi şərait yarada bilməməsi səbəbindən qaynaqlana bilər. Həmçinin bağçanın əmr kitabının uzun müddət ərzində yazılmaması və əmrlərin verilməsi bağçaya rəhbərliyi həyata keçi rən direktorun məsuliyyətsizliyinə və əmək funksiyalarını lazımi qaydada icra etməməsinə işarə edir. Eləcə də, bağçanın Pedaqoji şuranın protokolu kitabı olmaması, bağçada pedaqoji şuranın keçirilməməsi və yuxarıda göstərilən tərtibi məcburi olan sənədlərin hazırlanmaması da iddiaçının lehinə təfsir edilə, obyektiv səbəb kimi qiymətləndirilə bilməz. Əlavə olaraq, uşaqların sağlamlıq haqqında arayışlarının olmaması bu arayışların onların valideynlərindən tələb edilməməsindən və ya hər hansı digər formada vəzifə funskiyalarına (öhdəliklərinə) biganə yanaşmaqdan irəli gəlir. İşçilərin şəxsi işlərinin natamamlığı, bağçanın gözətçilərinin əmək müqaviləsi üzrə iş saatlarının bilməməsi, iş vaxtını öz aralarında şəxsi razılıqları ilə bölüşdürməsi, iş vaxtı barədə əmr kitabında hər hansı bir qeydin olmaması, əmək müqaviləsində iş vaxtı ilə bağlı öhdəliyin götürülməməsi də eyni qəbildən olan hallar sırasına daxildir. Xüsusi olaraq qeyd etməyi zəruri hesab edirik ki, uşaqların qidalanması, qida normalarına riayət edilməsi vəziyyəti, ərzaq məhsullarının saxlanma qaydaları barədə aşkarlanmış yuxarıda (8-ci bənddə) qeyd edilən nöqsanlar bilavasitə iddiaçının hərəkətləri və göstərişləri əsasında, onun iradəsinə uyğun olaraq həyata keçirildiyindən həmin halların obyektiv xarakter daşıması istisna edilməlidir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, aşpazlara mart ayı ərzində menyunu şifahi şəkildə bildirdiyindən gündəlik menyu hazırlanmamışdır. Müəssisə daxilində bağçaya inzibati rəhbərliyi həyata keçirən direktor İddiaçı öz imzası ilə təsdiq etdiyi izahatında özü etiraf etmişdir ki, sənədləşmə proseduruna məhəl qoymamış, müvafiq göstərişləri şifahi şəkildə verməklə kifayətlənmişdir. Bu hal isə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiyi kimi “obyektiv” xarakterli deyil, məhz iddiaçının iradəsindən asılı subyektiv hal olduğundan onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi çıxış etməsi hüquqa və qanuna uyğundur. İddiaçı öz tələbində bildirişdir ki, “Mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə onu imzalayan işəgötürənin atasının adı göstərilməmiş, habelə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan müəssisə həmkarlar ittifaqı təşkilatının qərarı əmrin məzmununa daxil edilməmişdir”. Bu arqumentə münasibət bildirərək qeyd edirik ki, əmr gücləndirilmiş elektron imza vasitəsilə imzalanmış və əm rdə QR kod mövcuddur. Elektron imza və sənəd haqqında Qanunun 6.1-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Bu zaman əmrdə onu imzalayan işəgötürənin atasının adı qeyd edilməyə bilməz. Bununla da, iddiaçının “əmrdə onu imzalayan işəgötürənin atasının adı göstərilməmişdir” arqumentini həqiqəti əks etdirmədiyi sübut edilir. İkinci arqument isə “həmkarlar ittifaqı təşkilatının qərarı əmrin məzmununa daxil edilməmişdir” fikridir. Bu məsələyə münasibət bildirərək qeyd edir ki, əmrin əsaslandırıcı hissəsində açıq-aşkar ATİAHİ-nin Mil-Muğan Regional Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 05 aprel 2024-cü il tarixli 14 nömrəli protokolundan çıxarışa istinad edilmişdir. Bu zaman əmrin mətnindən bir növ blanket norma kimi həmin hüquqi akta istinad edilir. Əmr anlaşıqlı və aydın olmalıdır, bu səbəbə görə hüquq texnikası baxımından istinadın edilməsi tamamilə hüquqa uyğun və məntiqlidir. İddiaçı tərəfin göstərdiyi bütün arqumentlərin hüquqi və məntiqi şərhi etirazda öz əksini tapmışdır, və qarşı tərəfin işə bərpa barədə iddiası formallıqdan o yana keçə bilməmişdir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin cavabdehin etirazına münasibətdə bildirmişdir ki, cavabdeh etirazında iddiaçının ondan 2.500 manat pulun tələb edilməsini qeyd etməsinə böhtan kimi yanaşsa və təkzib etsə də, elə cavabdehin nümayəndəsi izahatında iddiaçıdan vurulmu ş maddi zərərə görə 1.600 manat pul istənilməsini etiraf etmişdir. Həmçinin etirazda uşaqların davamiyyətinin aşağı olduğu qeyd olunur ki, bu da iddiaçıdan asılı olmayan səbəbdən həmin dövrdə həmin bölgədə “qızılca” xəstəliyinin geniş yayılması və valideynlərin bu səbəbdən öz övladlarını bağçaya gətirməkdən çəkinmələri səbəbindən baş vermişdir. Etirazda bağçanın əmrlər kitabında 23 oktyabr 2023-cü il tarixdən əmrlərin qeydiyyatının aparılmadığı göstərilsə də, cavabdehin nümayəndəsi də məhkəmə iclasında həmin tarixdən sonra hər hansı əmrin verilmədiyini təsdiqləmişdir. Aydındır ki, əmr olmadığı üçün də kitabda qeydiyyat olmamışdır. Etirazda bağçada 32 uşaq üzrə 13 çarpayı olduğu qeyd olunmuşdur. Halbuki çatışmayan çarpayılar bağça müdirinin şəxsi maddi dəstəyi ilə deyil, cavabdeh agentlik t ərəfindən təmin olmalıdır. Agentlik isə özünün təmin etməli olduğu halda yol verdiyi nöqsana görə iddiaçını işdən çıxardır. Həmçinin etirazda bağçada ərzaq məhsullarının sanitariya şəraitinin olmadığı qeyd olunur. Halbuki bağçanın maddi texniki təminatı görə cavab olan şəxs iddiaçı deyil agentlikdir. Etirazda uşaqların davamiyyətinin aşağı olmasına baxmayaq əvvəlki aylar üçün daha çox uşaq sayına uyğun ərzağın sərf olunduğu, bununla da dövlət büdcəsinə zərər vurulduğu qeyd olunur. Halbuki yoxlamanın xx.xx.2024-cü il tarixdə keçirildiyi aydındır. Belə olan halda heç bir əsaslandırma olmadan əvvəlki aylar üçün uşaqların davamiyyəti barədə aktda qeyd olunanlar cavabdehin əsassız mülahizəsidir. Etirazda iddiaçının yol verdiyi əməldə cinayət tərkibinin olmasına görə hüquq mühafizə orqanlarına m üraciət edildiyi bildirilir. Nəzərə alınmalıdır ki, cavabdeh hər hansı şəxsin hərəkətinin cinayət tərkibi daşımasını müəyyən edən orqan deyil. Qeyd etdiyi müraciətin edilməsi də əməlin baş verməsinin təsdiqi deyil. Həmçinin nəzərə alınmalıdır ki, bağçada hər hansı audit yoxlaması və ya digər ixtisaslaşdırılmış yoxlama keçirilmədən bağçaya iddiaçı tərəfindən 1.600 manat zərərin dəydiyini öz mülahizələrinə əsasən müəyyən etmişlər və bu məbləği iddiaçıdan tələb etmişlər. Aktı tərtib edən şəxsin müvafiq sahədə ixtisaslaşmış olması müəyyən edilməmişdir, onların maliyyə sahəsində biliklərinin olması qaranlıq məqam olaraq qalır. Hətta etirazda bağça müdirinin çörəyi evdə bişirdiyi qeyd olunur ki, cavabdeh özü bunun üçün hər hansı avadanlıqla bağçanı təmin etməmiş, yalnız un məmulatını verməklə ki fayətlənmişdir. Məhz iddiaçı öz kommunal sərfiyyat hesabına cavabdehin yol verdiyi nöqsanı aradan qaldırmağa çalışmış və ərzağın hazırlanmasını təmin etmişdir. Eyni zamanda iddiaçının işəgötürənin Mil-Muğan Təhsil İdarəsi olmasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə cavabdeh agentliyin əmri ilə xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir.
7. Məhkəmə iclasında cavabdeh Dövlət Agentliyinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Agentliyin əsasnaməsinə əsasən ümumtəhsil məktəblərinin direktorlarını, məktəbəqədər təhsil müəssisələrinin müdirlərini agentliyin sədri vəzifəyə təyin edir və vəzifədən azad edir. Həmçinin iddiaçıya vurulmuş zərərə görə ödəniş edilməsi təklif olunmuşdur. Lakin həmin məbləğ 2.500 manat olmamışdır. Eyni zamanda, iddiaçının əməlinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(005)-2525/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın təmin edilməsi, cavabdeh Dövlət Agentliyinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmrinin ləğv edilməsi, iddiaçının İmişli rayonu Buludlu kənd uşaq bağçasının direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə uşaq bağçasında aparılan yoxlamalar zamanı aşkar edilmiş sözügedən nöqsanlar iddiaçının deyil, məhz cavabdehin vəzifə funksiyalarına daxil olan hallar olmuşdur. Yoxlamanın məhz xx.xx.2024-cü il tarixdə keçirildiyi halda hansı əsaslardan əvvəlki tarixlər üçün uşaqların davamiyyətinin göstərilən dərəcədə aşağı olmasının əminliklə qeyd edilməsinə cavabdeh tərəfindən hər hansı aydınlıq gətirilməmişdir. Xidməti məktubun əvvəlki abzaslarının birində daha əvvəlki tarixlərdə də yoxlamanın keçirildiyi qeyd olunsa da, həmin yoxlamaya dair heç bir təsdiqedici sənəd mövcud deyil. Məhz səthi olaraq xidməti məktubu tərtib edənin müstəqil mülahizəsi əsasında qeydlər aparılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş izahatların birində də qəti nəticəyə gəlinməsi üçün dəqiq say göstərilməsə də, uşaqların davamiyyətinin daha yuxarı olduğu qeyd olunmuşdur.
10. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdehin mülahizəsinə əsasən iddiaçının yol verdiyi nöqsanların dərəcəsinin ciddiliyi görüntüsü yaradılması üçün prokurorluq orqanına iddiaçının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müraciət edilmiş, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclaslarında bu hala bir neçə dəfə istinad edilmişdir. Halbuki iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan respublikasının Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda müvafiq araşdırma aparılması üçün zəruri məlumatların olmadığı bildirilmişdir. Məhkəmə gələcəkdə iddiaçının hərəkətlərində inzibati və ya cinayət hüquqi xarakterli əməlin əlamətlərini n ola bilməsi ehtimalına əsaslanaraq cavabdehin etirazının müvafiq hissədə əsaslı olması qənaətinə gələ bilməz.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli yoxlamanın nəticələrinə dair tərtib edilmiş aktda bağçanın əmrlər kitabının 23 oktyabr 2023-cü il tarixdən etibarən yazılmadığı qeyd olunsa da, bu tarixdən sonra hansısa əmrin olması halı araşdırma zamanı cavabdehin nümayəndəsi tərəfindən sübuta yetirilməmiş, iddiaçın vəkilinin belə bir əmrin olmamasına dair izahatına cavabdeh tərəfindən heç bir etiraz olmamışdır.
12. Eləcə də məhkəmə tərəfindən qeyd olunmuşdur ki, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi işçi iddiaçının öz vəzifə funksiyalarını lazımınca icra etməsi üçün zəruri şəraiti yaratmadığı halda təşkil e tdiyi yoxlamaların nəticəsi olaraq bu halı işçinin yol verdiyi nöqsan olaraq göstərməsini ağlabatan deyil.
13. Məhkəmənin qənaətinə görə xx.xx.2024-cü il tarixli aktda aparılan yoxlama zamanı bir sıra sənədlərin olmaması və ya təqdim edilməməsi barədə qeyd olunanlarla bağlı iddiaçıya münasibətdə əsaslı şübhədən kənar sübut prinsipini tətbiq etdiyi halda cavabdehin sənədlərinə də eyni prinsipdən yanaşmalıdır. Belə ki, aktı tərtib edən şəxslərin yoxlama qrupunun üzvləri olması səbəbindən onlar tərəfindən heç bir başqa vasitə ilə təsdiq edilmədən hər hansı sənədin yoxlama zamanı yerində olmaması və ya təqdim edilməməsini yazmaları birmənalı, mötəbər sübut kimi qəbul edilə bilməz.
14. Məhkəmə aktla bağlı qeyd etmişdir ki, aktda yoxlama komissiyasının üzvlərindən başqa uşaq bağçasının işçi he yətindən yalnız bağçanın aşpazı tərəfindən imzalanmışdır ki, həmin şəxs aktda qeyd olunan və yoxlamalar aparılan bir çox məsələ üzrə səlahiyyətli şəxs olmayıb, bu sahədə zəruri biliklərə malik olması da ağlabatan deyil. Onun aktda qeyd olunan bir çox sənədlərin qaydalara uyğun olmaması barədə təsdiq imzası bu sənədlərin həqiqətən də düzgün tərtib edilməməsinə dəlalət etməməlidir.
15. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut etmək vəzifəsi daşısa da, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncam verici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Bu baxımdan heç bir sübutla təsdiq olunmadan arayışda qeyd edilən halların həqiqiliyi iş materialları ilə müəyyən olunmamışdır.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində işəgötürən tərəfindən veriliş əmrdə iddiaçı tərəfindən dövlə t büdcəsinə maddi zərər vurduğuna istinad edilmiş, lakin bu hal sübuta yetirilməmişdir. Cavabdehin tərəfin müvafiq araşdırma aparılması üçün müraciət etməsini iddiaçının əməlinə hüquqi qiymət verilməsinə bərabər tutması və əmrdə bu hala istinad etməsi absurddur. Əmrin qoşmasında “ATİAHİ-nin Mil-Muğan Regional Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 05 aprel 2024-cü il tarixli, 14 nömrəli protokolundan çıxarış” qeyd edilsə də, əmrin məzmununda bu halla bağlı heç bir məlumat öz əksini tapmamış, protokol məhkəməyə təqdim edilmədiyindən araşdırılmamış və əmrdə protokol üzrə hər hansı məqama istinad edilməmişdir.
17. Məhkəmə yekunda qeyd etmişdir ki, iş materiallarında olan sübutlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veri lməsinin yeganə yetərli əsası kimi çıxış edə bilməz. Belə ki, aktın bütün bəndləri məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri yazılı sübutlar və onların izahatları ilə araşdırılmışdır. İddiaçının işdən çıxarılmasına əsas təşkil edən yoxlama aktında pozuntu kimi göstərilən yuxarıda göstərilən hallardan bəziləri iddiaçıdan asılı olmayan hallar olmuş, digərləri məhkəmə iclasında sübuta yetirilməmiş, qalan hallar isə işçiyə ən ağır tənbeh tədbirinin verilməsi üçün yetərli olmamışdır.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 70, 71, 72, 83, 287, 288, 292, 300, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnam ədən cavabdeh Dövlət Agentliyinin nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları araşdırarkən və sübutları qiymətləndirərkən obyektiv yanaşmamış və bu qeyri-obyektivlik məhkəmə qətnaməsinin yazılış üslubundan da özünü biruzə verir. Məhkəmə iş materiallarında olan aktda, xidməti məlumatda, izahatlarda və Agentlik tərəfindən təqdim edilən etirazda qeyd olunan faktları yanlış yorumlamış və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan monitorinqin nəticələrinə dair materiallardan uşaq bağçasının şəraitsiz olması iddiaçının nöqsanı kimi qeyd olunmamışdır. Nöqsan olaraq qeyd olunmuşdur ki, bağçaya müntəzəm olaraq 6-10 nəfər uşağın gəldiyi halda əvvəlki aylarda ərzağın 20 nəfərə qədər uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi müəyyən edilmişdir. Çarpayı sayının az olması onu sübut edir ki, bağçaya uşaqların davamiyyəti 13 nəfərdən aşağıdır və belə olan halda iddiaçı tərəfindən 20 nəfərə qədər uşaq üçün ərzaq götürülmüşdür. Aktda, xidməti məlumatda, izahatlarda, cavabdehin təqdim etdiyi etirazda qeyd edilmişdir ki, bağça üzrə 32 uşaq olsa da, uşaqların yatması üçün nəzərdə tutulmuş otaqda 13 çarpayının olduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, bağçada çarpayı sayı azdır. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən yalan məlumatlar təqdim edərək ərzağın 20 nəfərə qədər (“Ərzaq məhsullarının hərəkəti nə dair” cədvəldən görünür ki, bəzi aylarda daha çox) uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi müəyyən edilmişdir. Məhkəmə qətnaməsində qeyd olunan hallardan fərqli olaraq bildirilir ki, əvvəlki tarixlər üçün uşaqların davamiyyətinin göstərilən dərəcədə aşağı olmasının əminliklə qeyd edilməsinə cavabdeh tərəfindən həm məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən, həm də monitorinqin nəticələrinə dair sənədlərdə aydınlıq gətirilmişdir. Yerli təhsili idarəetmə orqanları tabeliklərində olan təhsil müəssisələrində, o cümlədən məktəbəqədər təhsil müəssisələrində müşahidə, araşdırma, monitorinq və sair tədbirlər həyata keçirirlər. Əvvəlki müşahidələr nəticəsində uşaq davamiyyətinin az, götürülən ərzaqın çox olmasının müəyyən edilməsi əsaslı şübhələr yaratmış və hazır kı monitorinq keçirilməsinə səbəb olmuşdur. Məhkəmə qərəzli olaraq qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclaslarında prokurorluq orqanına iddiaçının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müraciət edilməsinə bir neçə dəfə istinad edilmişdir. Bu qeyd əsassızdır. Əksinə iddiaçının nümayəndəsi və vəkili tərəfindən dəfələrlə məhkəməyə bildirilmişdir ki, iddiaçı haqqında cinayət işi başlanılmamış və ona görə də iddia ərizəsi əsaslıdır. Qətnamədə qeyd olunan digər arqumentlərə münasibətdə bildirir ki, iddiaçı təqdim etdiyi izahatda da bildirir ki, bağçanın əmrlər kitabını 23 oktyabr 2023-cü il tarixdən etibarən yazmamışdır. İddiaçı izahatında həmin nöqsanı qəbul etmişdir. Əmrlər kitabına baxış keçirilərkən cari tədris ilinin əvvəlində qrupların komlektləşdirilməsi, qruplar ın tərbiyəçilərə həvalə olunması, bağçaya qəbul və xaric edilən uşaqlar barədə əmrlərin verilmədiyi müəyyən edilmişdir. Yekun olaraq, Monitorinqin nəticələrinə dair materiallarda bağçanın fəaliyyət planı, müdirin fəaliyyət planı, pedaqoji şuranın fəaliyyət planı, bağçanın gün rejimi, tədris planına uyğun məşğələ cədvəlinin, tərbiyəçilərin illik perspektiv planı və proqramının olmadığının, qrup jurnallarında tədris ili ərzində hər hansı bir məşğələ barədə keçirilən mövzuların yazılmadığının müəyyən edildiyi qeyd edilmişdir. Qeyd olunan tədbirlər müvafiq əmrlə rəsmiləşdirilməli olduğu halda əmr verilməmişdir. İddiaçı izahatında bu faktları təsdiq etmişdir. Monitorinqin nəticələrinə dair materiallarda bağçanın Pedaqoji şuranın protokolu kitabının olmadığı və olmadığı üçün də təqdim edilmədiyi, ümumiyyətlə bağçada pedaqoji şuranın keçirilmədiyi qeyd edilmişdir. Pedaqoji şurada qəbul edilən qərarlar əmrlə rəsmiləşdirilir. Lakin pedaqoji şura üçün (keçirilməli olduğu halda) keçirilmədiyi bununla əlaqədar əmrlər də verilməmişdir.
21. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İmişli rayon prokurorluğu ilə əlaqə saxlamış, sonuncu tərəfindən onlara cavabdehdən müəyyən sənədlər istənildiyi və onların bir qisminin hələ təqdim edilmədiyi bildirilmişdir. İddiaçının korrupsiya cinayəti törətməsi heç nə ilə təsdiq olunmur. Pedaqoji şuranın protokol dəftərinin olmaması şəxsin bu əsasla işdən çıxarılmasına əsas deyil.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-6205/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsi qət olunmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aparılmış monitorinq nəticəsində uşaqların davamiyyətinin hədsiz aşağı olması, bağçanın əmr kitabı 23 oktyabr 2023-cü il tarixdən 11 mart 2024-cü il tarixədək yazılmaması, yazılmış əmrlərin səthi olduğu, cari tədris ilinin əvvəlində qrupların komplektləşdirilməsi, qrupların tərbiyəçilərə həvalə olunması, bağçaya qəbul və xaric edilən uşaqlar barədə əmrlərin verilmədiyi, bağçanın Pedaqoji şuranın protokolu kitabı olmadığı və ümumiyyətlə, şuranın keçirilmədiyi, uşaqların şəxsi işlərinə baxarkən bağça üzrə 32 uşaqdan heç birinin sağlamlıq haqqında arayışının olmaması, bəzi uşaqların və işçilərin şəxsi işlərinin natamam olması, uşaqların yatması üçün kifayət qədər yatağın olmaması, ərzaq məhsullarının saxlanma şəraitinin normalara uyğun olmadığı, bağçaya müntəzəm olaraq 6-10 nəfər uşağın gəldiyi halda əvvəlki aylarda ərzağın 20 nəfərə qədər uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi və digər pozuntuların törədilməsi aşkar olunmuş, bununla bağlı işçinin izahatları alınmış və bu pozuntuların bir qismini etiraf edərək sadəcə ondan asılı olmayan səbəbdən baş verdiyini bildirmişdir. Belə olan halda kollegiyanın qənaətinə görə iddia çının əmək qanunvericiliyinin əsas prinsip və tələblərini pozması, aparılmış yoxlama nəticəsində qanunla müəyyən edilmiş qaydalara riayət edilmədiyi aşkar olunduğundan işəgötürən tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tam qanuni və əsaslıdır.
24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubun məzmunundan da göründüyü kimi iddiaçının əməllərində cinayət hüquqi xarakterli əməlin əlamətlərinin olubolmamasının müəyyən edilməməsinə səbəb müvafiq sənədlərin hələ ki, tam formada istintaq orqanına təqdim olunmamasıdır və bu hal iddiaçının nümayəndəsi və vəkilinin məhkəmədə verdiyi izahatla da təsdiq olunur.
25. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, ha zırki işin mahiyyəti tərəflər arasındakı əmək münasibətlərindən irəli gəlməklə iddiaçının əməllərindəki pozuntuya da məhz əmək qanunvericiliyinə əsasən tərəflərin öz vəzifələrinə nə dərəcədə düzgün riayət edib-etməməsinin araşdırılmasından ibarətdir. Mülki prosessual qanunvericiliyin bu barədə olan normalarına əsasən də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Nəzərə alınsa ki, hazırki mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı da mövcud deyildir, bu halda prokurorluq orqanı tərəfindən aparılan araşdırmanın da hazırki mübahisəni n həllinə hansısa formada aidliyi yoxdur.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sadalanan pozuntular xx.xx.2024-cü il tarixində Mil-Muğan Təhsil İdarəsinin əməkdaşlarının bağçada apardıqları monitorinq zamanı aşkar olunmuş, iddiaçıdan həmin gün izahatlar alınmışdır. Bununla da həmin gün iddiaçının əmək intizamının pozması cavabdeh tərəfindən aşkar edilmiş və xx.xx.2024-cü il tarixində onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi işəgötürən tərəfindən intizam tənbehinin verilməsi üçün qanunla müəyyən olunan 1 aylıq müddət də ötürülməmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişd ir.
28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 70, 71, 83, 186.2, 287, 288, 292, 300-cü, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 30, 33-cü, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16, 18-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi”nin 3, 5, 6cı maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahi ş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı öz verdiyi izahatda da baş vermiş bəzi pozuntuların ondan asılı olmayan, yəni subyektiv olmayan səbəblərdən baş verdiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutlara birtərəfli qaydada qiymət verilmişdir. Məhkəmə tərəfindən təqdim edilən sübutlara düzgün qiymət verilməmiş, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməyən sübutları apellyasiya instansiyasında araşdırmışdır. Cavabdeh isə həmin sübutları niyə birinci instansiya məhkəməsinə təqdim etmədiyini izah etməmişdir. Məhkəmə müqaviləyə hansı səbəbdən xitam verilməsi hallarını, Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları t ərəfindən iddiaçıdan işdən çıxarılmaması üçün veriləcək hesaba 2.500 manat ödəniş etməsinin istənməsi faktını tam və hərtərəfli araşdırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
31. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
32. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
33. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, k ollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
34. Maddə 35.2 (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
35. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
36. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
37. Maddə 71 (2-ci hissə). Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
38. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
39. Maddə
83. Əmək m üqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
40. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.
41. Maddə 186.2 (“ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsi ni bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.
42. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
43. Maddə 288 (“a” bəndi). Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
44. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozu lduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu.
45. Maddə 30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.
46. Maddə 30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.
47. Maddə 33.3.5-1. Daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək təhsilverənlərin vəzifəsidir. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublik ası Qanunu.
48. Maddə 16.03-16.04. Təhsil müəssisəsinin rəhbəri və təhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar məktəbəqədər təhsil prosesinin iştirakçılarıdırlar.
49. Maddə
18. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri: 18.1. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır: 18.1.1. təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq; 18.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək; 18.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 18.1.4. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək; 18.1.5. mükafatlandırılmaq və təltif olunmaq.
50. Maddə 18.2. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: 18.2.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 18.2.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və sertifikatlaşdırmadan keçmək; 18.2.3. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək; 18.2.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək; 18.2.5. təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək; 18.2.6. uşaqların şərəf və ləyaqətinə hö rmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 18.2.7. uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq; 18.2.8. uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək; 18.2.9. təhsilalanları müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq; 18.2.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi.”
51. Maddə 3.9. Məktəbəqədər təhsil müəssisəsinin iş rejim i ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirilir.
52. Maddə 3.16. Uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir.
53. Maddə 5.6.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək təhsilverənin vəzifəsidir.
54. Maddə 6.6.5. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti barədə təsisçiyə hesabat vermək məktəbəqədər təhsil müəssisəsi müdirinin vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin həd lərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müda fiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
71. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görədə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Həmçinin irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
72. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Ona görə ki, işdə olan sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur.
73. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
74. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, həmin halların kobud pozuntu olması aydınlaşdırılmalıdır.
75. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni hazırkı qərarın 23-27-ci paraqraflarında əsaslandırmışdır.
76. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
77. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəb ər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 78. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyy ətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
79. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan h alların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
81. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qə bul etmişdir.
83. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6205/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.