Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1430/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-10822/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev, iş № 2(005)-7643/2018) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbin ə dair iddiası təmin edilərək “xxxx” ASC-dən İddiaçı xeyrinə 30.000 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması və eləcə də 30.000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.Ə.Kərimli və A.Q.Hüseynov) bankın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2016-cı il tarixdən “xxxx”nın Gəncə filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçısı vəzifəsində işləyən X4 qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edərək aldatma yolu ilə Gəncə şəhər sakini İddiaçı N oğlunun şöbədə olan depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan xx xxx 2017-ci il tarixdə 30.000 manat və 30.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 51.075 manat olmaqla cəmi 81.075 manat məbləğində pul vəsaitini bankın Yeni Gəncə şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləmiş, lakin həmin pul məbləğinin İddiaçı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün rəsmi sənəd sayılan xx xxx 2017-ci il tarixli eyni, yəni 500 nömrəli 2 ədəd bank mədaxil qəbzlərini hazırlayaraq imzalı və şöbənin möhürü ilə təsdiq edib İddiaçı təqdim etmişdir. Həmin hərəkətlə və digər şəxslərə qarşı törətdiyi cinayət əməllərinə görə X2 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə CM-nin 178,179, 308, və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri etməkdə təqsirli bi linərək məhkum olunmuşdur. 2019-cu ilin aprel ayında İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankda əmək müqaviləsi əsasında fəaliyyət göstərən X3 iddiaçıya öz qulluq mövqeyindən sui-istifadə etməklə maddi zərər vurmasını əsas göstərməklə Mülki Məcəllənin 1096, 1099-cu maddələrinə əsasən ona dəymiş 81.105 manat məbləğində zərərin bankdan tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək bankda İddiaçı adına hər hansı bir hesabın açılmamasını, N tərəfindən iddiaçıdan bankdan kənar qaydada pul alınmasını, N tərəfindən iddiaçıya verilmiş saxta qəbzə görə bankın məsuliyyət daşı mamasını, iddiaçı ilə bank arasında yazılı əmanət müqaviləsinin olmamasını, halbuki, Mülki Məcəllənin 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsinin yazılı formada bağlanmalı olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya dəymiş zərərin bankdan tutulmasını əsaslı hesab edərkən bankın baş mütəxəssis-əməliyyatçısı işləyən N banka yerləşdirmək üçün iddiaçıdan pulu bankın inzibati binasında öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə etməklə almasını və iddiaçıya bankın möhürü ilə təsdiq olunmuş iki ədəd mədaxil qəbzlərini verməsini əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Mülki Məcəllənin 21, 1096, 1097 və 1108.1-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə həmin n əticəyə sübutlara düzgün qiymət vermədən və qanunun qüvvəsini düzgün tətbiq etmədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçı tərəfindən pul məbləği bankın işçisi olan Nə verilsə də, bankla iddiaçı arasında bank əmanəti müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944-cü maddəsinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. (944.1) Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə k i, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. (944.2) Həmin Məcəllənin 946-cı maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. (946.1) Bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyy ətsizdir. (946.2) Mülki Məcəllənin 947.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Müqavilədə əmanətlərin qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə də qoyulması nəzərdə tutula bilər. Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Tərəflər arasında müqavilə bağlanmadığı kimi müqavilənin şərtləri də müəyyən olunmamışdır. İddiaçı tələb etdiyi pul məbləğini Nə verərkən bankla müqavilə bağlamağa səy göstərməmiş, onunla müqavilənin bağlanmayacağını bilmiş və bununla razılaşmışdır. N isə aldığı pul məbləğini öz ehtiyaclarına sərf etmiş, yalnız pulun iddiaçının depozit hesabına qoyulması görüntüsü yaratmaq üçün bankdan xəbərsiz bankın möhüründən istifadə etməklə iddiaçıya yalançı qəbzlər təqdim etmişdir. N həmin hərəkəti ilə nəinki iddiaçını, həm də bankı aldatmış, öz şəxsi məqsədləri üçün bankın adından istifadə etmişdir. İddiaçı da Nin həmin hərəkətləri ilə razılaşmış və bankla heç bir münasibətini rəsmiləşdirməmişdir. Bankın işçisi olsa da iddiaçını aldadıb pulunu ələ keçirməklə bağlı Nin hərəkətləri bankın fəaliyyəti ilə bilavasitə bağlı olmamışdır. Nin dələduzluğu nəticəsində iddiaçıya dəymiş ziyanın ödənilməsinin yalnız onun bankın işçisi olma sı əsasına görə bankın üzərinə qoyulması əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi mübahisəni Mülki Məcəllənin 1096, 1097 və 1099-cu maddələrinin qüvvəsini tətbiq etməklə həll edərkən belə hesab etmişdir ki, bankın işçisi olmuş N mülki hüquq pozuntusu törətmiş və bank öz işçisinin törətdiyi pozuntu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 1099-cu maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. (1099.1) Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvaf iq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. (1099.2) Nin İddiaçı əmək vəzifələrinin icrası ilə bağlı ziyan vurması iş materialları ilə sübuta yetirilməmişdir. Onun iddiaçıdan banka qoymaq adı ilə pul alması və mənimsəməsi onun işəgötürən (bankın) tapşırığı əsasında yerinə yetirdiyi əmək funksiyasının icrası ilə bağlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsi isə ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət müəyyən etdiyindən, kollegiya həmin normanın qüvvəsinin hazırkı işə tətbiq edilməsini qanunsuz sayır. Kollegiya hesab edir ki, qətnamə işin yuxarıda göstərilən halları nəzərə alınmadan, onlara qanunun tələblə rinə uyğun qiymət verilmədən çıxarıldığından maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1430/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1430/2020
27.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver