Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1434/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 nömrəli Uşaq Poliklinikasına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1434/21 (Açar sözlər: işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqı, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmaması, sertifikasiyanın qeyri-məqbul hesab edilməsi) Bakı şəhəri, 19 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı xx x cavabdeh xxx qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5741/2020 nömrəli 01 sentyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 01.06.2007-ci ildə 15 nömrəli Uşaq Poliklinikasına “məktəb tibb bacısı” vəzifəsinə işə götürülüb. 02.07.2007-ci il tarixində “sahə tibb bacısı” vəzifəsinə keçirilib. 2019-cu ilin noyabr ayınadək həmin poliklinikada “sahə tibb bacısı” vəzifəsində çalışıb.
2. İddiaçı İddiaçı 15 nömrəli Uşaq Poliklinikasının baş həkiminin 29.11.2019-cu il tarixli, 267-k nömrəli əmrinə əsas ən Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi ilə işdən azad edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 nömrəli Uşaq Poliklinikasına qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək, 15 nömrəli Uşaq Poliklinikasının baş həkimi xxx 29.11.2019-cu il tarixli, 267-k nömrəli əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2003-cü ildə 1 saylı tibb məktəbinə qəbul olaraq 2005-ci ildə həmin təhsil müəssisəsini “tibb bacısının işi” ixtisası üzrə bitirib.
5. İddiaçı 01.06.2007-ci ildə 15 nömrəli Uşaq Poliklinikasına “məktəb tibb bacısı” vəzifə sinə işə götürülüb, 02.07.2007-ci il tarixində isə “sahə tibb bacısı” vəzifəsinə keçirilib. 2019-cu ilin noyabr ayınadək həmin vəzifədə çalışıb.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən 09.09.2019-cu il tarixində keçirilmiş “Tibb bacısı” ixtisası üzrə imtahandan müəyyən edilmiş 40 keçid balından iddiaçı 37 bal toplayıb. Bu səbəbdən iddiaçı təkrarən Sertifikasiya Komissiyasına müraciət edərək imtahanlarda iştirak etməyə buraxılmasını xahiş etmişdir.
7. İddiaçı 29.11.2019-cu il tarixində yenidən “Tibb bacısı” ixtisası üzrə imtahandan keçərkən keçid balını toplaya bilməyib.
8. İddiaçı ailə vəziyyətindəki problemlərlə bağlı psixoloji sıxıntılarından dolayı imtahanlarda yaxşı nəticə göstərə bilmədiyi üçün təkrar imtahanlara buraxılmasını xahiş edib. A zərbaycan Respubilkası Səhiyyə Nazirliyinin Sertifikasiya Momissiyası tərəfindən 26.12.2019-cu il tarixində keçirilmiş “Tibb bacısı” ixtisası üzrə imtahandan məqbul bal toplayaraq ATN № 057402 nömrəli “Sertifikasiya Şəhadətnaməsi” almışdır.
9. İddiaçı Şəhadətnaməni aldıqdan sonra iş yerinə gələrək surətini təqdim etdikdə, ona bayramdan sonra gəlməsini bildirmişlər. 2020-ci ilin ilk iş həftəsi iddiaçı iş yerinə gedərkən baş həkim iddiaçıya artıq işdən azad olunduğunu bildirmişdir.
10. İddiaçı bu barədə əmri istəsə də, ona işdən çıxarılması barədə əmri təqdim etməyiblər.
11. Vəkil sorğusu vasitəsi ilə sənədləri əldə etdikdə iddiaçıya məlum olub ki, 15 nömrəli Uşaq Poliklinikasının baş həkimi Rauf Mahmudovun 29.11.2019-cu il tarixli, № 267-nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ c” bəndinə əsasən işdən azad edilmişdir.
12. İddiaçı hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğu üçün məhkəmə qaydasında ləğv edilməli, pozulmuş hüquqları bərpa edilərək öz iş yerinə qayıtmalıdır.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 68, 69, 70, 73-75 və 83cü maddələrinə istinad etmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 nömrəli Uşaq Poliklinikasının nümayəndəsi (baş həkim) iddia tələbinə etiraz edərək, göstərib ki, iddia ərizəsində göstərilənlər tam həqiqətə uyğun deyil.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli 108 №-li “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası haqqında” Qərar və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna müvafiq olaraq İdd iaçı sertifikasiyaya cəlb edilmişdir.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının aparat rəhbərinin Səbail rayonu 15 nömrəli uşaq poliklinikasına ünvanladığı Sertifikasiya ilə bağlı 09.09.2019-cu il tarixli bildirişdə İddiaçı imtahandan 37 bal toplamaqla, onun topladığı balın sayı qeyri-məqbul hesab edilməsi göstərilmişdir. Bu səbəbdən iddiaçıya bƏmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət etməli olduğu bildirilmişdir.
17. Bu barədə verdikdən sonra məlumat verdikdən sonra İddiaçı yenidən Sertifikasiya şöbəsinə müraciət etmiş və 27.11.2019-cu il tarixində keçirilən imtahanda iştirak etdiyini bildirmişdir.
18. Azərbaycan Respublikası Səhiyyə Na zirliyinin Sertifikasiya Komissiyasının aparat rəhbərinin poliklinikaya ünvanladığı 29.11.2019-cu il tarixli Sertifikasiya ilə bağlı bildirişə əsasən Sertifikasiyadan təkrarən keçə bilməyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermək lazım olduğu bildirilmişdir.
19. Bütün bunları nəzərə alaraq 29.11.2019-cu il tarixli 267-k saylı əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir və bu haqqda iddia ərizəsində qeyd edildiyi kimi 2020-ci ilin ilk iş həftəsində deyil, 29.11.2019-cu il tarixində iddiaçı məlumat verilmişdir.
20. İddiaçı baş həkimdən poliklinikada hər hansı bir işlə şəxsini təmin etməsini xahiş e tdikdə, baş həkim bildirib ki, iddiaçı yenidən Sertifikasiya şöbəsinə müraciət edib imtahan versin, imtahandan keçdiyi təqdirdə onu yenidən işə qəbul etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı olan “Tibb qəzeti”ndə elan verəcəkdir. Çünki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli 143 nömrəli və 15.12.2009-cu il tarixli 170 nömrəli əmrlərinə əsasən tibb işçilərinin işə qəbulu Səhiyyə Nazirliyinin orqanı olan “Tibb qəzeti”ndə dərc olunan elana əsasən müsabiqə yolu ilə aparılır.
21. Bundan sonra İddiaçı 26.12.2019 cu il tarixində yenidən Sertifikasiya imtahanına cəlb edilmiş lazımi balı toplayıb AT№ 057402 “Sertifikasiya Şəhadətnaməsini almışdır.
22. İddiaçı imtahandan keçməsi il bağlı 27.12.2019-cu il tarixində baş həkimə müraciət etmiş, baş hək im iddiaçıdan Sertifikat Şəhadətnaməsinin surətini alıb, 29.12.2019-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı olan “Tibb qəzeti”ndə elan vermək üçün Nazirliyə məktubla müraciət etmişdir.
23. Lakin Azərbaycan Respublikasi Prezidentinin müvafiq Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən tibb müəssisələri, o cümlədən 15 nömrəli uşaq poliklinikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyinə verilmişdir. Məhz bu səbəbdən elanla bağlı müraciətə baxılmamış və elan “Tibb qəzeti”ndə dərc edilməmişdir.
24. İddiaçı 2020-ci ilin ilk iş həftəsində poliklinikaya müraciət etdikdə, baş həkim elanın çıxmadığı barədə məlumat vermiş və gözləməsini tövsiyyə etmişdir.
25. Ca vabdehin nümayəndəsi qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.
26. Cavabdehin nümayəndəsi həmçinin mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.
27. Səbail rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(009)-670/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdur. (hakim Şəhla Süleymanov)
28. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları qiymətləndirib müəyyən etmişdir ki, 27.11.2019-cu il tarixli Sertifikasiya ilə bağlı bildirişinə əsasən Sertifikasiyadan təkrarən keçə bilməyən X1 Məmmədova Xudarəhim qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuni olduğu üçün cavabdeh 15 nömrəli Uşaq Poliklinikasının 29.11.2019-cu il tarixli, 267-k nömrəli əmrinin ləğv edilməsi üç ün əsaslar yoxdur.
29. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, cavabdeh tərəfindən iddiaçıya işdən çıxarılma barədə əmrin surəti barədə məlumat verilsə də, iddiaçı əmri götürməkdən imtina etmiş, bu barədə 29.11.2019-cu il tarixdə akt tərtib edilmiş, iddiaçı Əmək kitabçasını Sertifikasiya ilə bağlı müəssisədən götürmüş, kurs bitdikdən sonra dəfələrlə edilən xəbərdarlığa baxmayaraq müəssisəyə təhvil verməkdən imtina etmişdir, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 30.01.2020-ci il tarixdə müraciət etməklə, 1 aylıq iddia müddətini də ötürmüşdür.
30. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 67-ci maddəsinin birinci hissəsi, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “c” bəndi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiya sı məhkəməsindəki icraat
31. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə iddia müddətinin buraxılmaması ilə bağlı dəlil kimi işdən azad edilməsinin iddiaçıya 2020ci ilin yanvar ayının ilk iş həftəsində məlum olmasına istinad edilmişdir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-5741/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-670/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev)
34. Apellyasiya məhkəməsi də işdəki sübutlara əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının 27.11.2019-cu il tarixli sertifikasiya ilə bağlı bildirişinə əsasən sertifikasiyadan təkrarən keçə bilməyən 15 nömrəli Uşaq Poliklinikasının 3-cü Pediatriya şöbəsinin sahə tibb bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 15 nömrəli Uşaq Poliklinikası üzrə 29.11.2019-cu il tarixli, 267-K saylı əmrə əsasən Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Həmin əmrinin ləğv edilməsi üçün qanuni əsaslar yoxdur.
35. Həmçinin apellyasiya məhkəməsi iddia müddətinin keçməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də işin müəyyən edilmiş hallarına əsasən düzgün hesab etmişdir. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edib.
37. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
39. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 67, 1-ci hissə. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 70, “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 296, 2-ci hissə. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməy ə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kass asiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
45. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyiniə istinad et mişdir.
46. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
47. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyi pozulmayıb, əksinə, müəyyən edilib ki, iddiaçı tibb bacısı vəzifəsində işləmək üçün sertifikasiyaya cəlb edilmiş, 27.11.2019-cu il tarixdə keçid balı olan 40 baldan az bal toplayaraq, təkrarən müvafiq sertifikasiyadan keçə bilməyib və bunun nəticəsi olaraq 29.11.2019-cu il tarixli, 267-K saylı əmrə əsasən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin Məcəllənin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir.
48. Göründüyü kimi, apel lyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
50. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
51. Kassasiya şikayətində istinad edilən dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına və həmin dəlillərə qiymət verilib. Həmçinin işin faktiki halları kassasiy a məhkəməsi tərəfindən araşdırılmır.
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5741/2020 nömrəli 01 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.