Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3079/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, vəkil Rüstəmov Taleh Bəxtiyar oğlunun, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Aydınbəyov Xanlar Mustafa oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair ilkin və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıx arılma və torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)11130/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)59/2019 saylı qətnaməsi ilə (hakim R.N.Quliyev), ilkin iddia qismən təmin edilərək, Cavabdeh3 105.000 manat, Cavabdeh1 isə 9192 manat pulun İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia təmin edilərək, İddiaçı Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, qətnamənin 9.192 manat pulun Cavabdeh1 tərəfindən qaytarılması ilə Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən İddiaçı çıxarılması və torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11130/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və İ.Ə.Kərimli), ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsinin qismən, yəni İddiaçı ilkin iddiası üzrə torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 9.192 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, İddiaçı ilkin iddiasının torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzinin tutulması hissəsində qismən təmin edilməsi, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 121.300 (bir yüz iyirmi bir min üç yüz) manat məbləğində pulun tutularaq İddiaçıya ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsinin mübahisələndirilən qalan hissələrdə (ilkin iddianın təmin olunmamış qalan hissələrində və qarşılıqlı iddianın təmin olunması hissəsində) verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş təkrar məhkəmə ekspertizasının dəyəri olaraq Cavabdeh1 300 (üç yüz) manat məbləğində pulun tutularaq “xxxx” MMC-nin hesabına (H/h AZ34AZEG**********5171300001, VÖEN 130608661, “xxxx” ASC, Kod 505817, VÖEN 990019651, Müxbir hesab AZ75NABZ********************, S.W.İ.F.T. AZEGAZ22) ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 110.000 manat pul məbləğinin, torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş 150.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 260.030 manat pulun müştərək qaydada cavabde hlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 noyabr 2014-cü il tarixdə Cavabdeh1 adından etibarnamə əsasında nümayəndə qismində hərəkət edən X3 iştirakı ilə 99 il icarə müddətinə verilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş 10 iyul 2008-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 məxsus olan ümumlikdə 1 ha torpaq sahəsi üzrə olan icarə hüququnun satın alınması haqqında müqavilə bağlamış və müqavilə üzrə satış qiyməti müəyyənləşdirilmiş 110.000 manat pul məbləğini nümayəndə X4 ödəmişdir. Bundan sonra bu torpaq üzərində müxtəlif hərəkətlər apararkən ondan bəhər götürmək üçün istifadəsinə başlamışdır. Tərəfi ndən torpaq sahəsinin üzərində müxtəlif işlər görülmüş və qiymət baxımından bahalı, keyfiyyətli yaxşılaşdırma işləri də görülmüşdür. Bu vaxtdan etibarən torpağa bu günə kimi külli miqdarda pul xərcləmişdir. Lakin Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 iddiaları əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə bağladığı alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, nəticə olaraq apelyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Aralarında olan müqavilə etibarsız hesab olunaraq ləğv olunsa da, pulun iddiaçıya qaytarılması məsələsi iddia predmeti olmadığına görə baxılmamışdır. Cavabdehlər pulunu mənimsəyərək onu qaytarmaqdan boyun qaçırırlar. Ona, bu vicdansızlıq nəticəsində külli miqdarda maddi ziyan, eləcə güclü mənəvi zərbə vurulmuşdur. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarış əsasında 19 noyabr 2004-cü il tarixdən başlayaraq 99 il müddətinə Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha. torpaq sahəsindən İddiaçı çıxarılması və torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 iddia tələbləri qismən təmin olunaraq, Bakı şəhəri 09 saylı Notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən 01 noyabr 2014- cü il tarixdə təsdiqlənərək reyest rdə 3-M-İ 1/3278 nömrə ilə qeyd edilmiş, Cavabdeh1 adından hərəkət edən X6 ilə İddiaçı arasında bağlanmış Cavabdeh1 məxsus olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin 19 noyabr 2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarının tam İddiaçı 110.000 manata satmasına dair müqavilə etibarsız hesab edilmiş və Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi üzərində Cavabdeh1 19 noyabr 2004-cü ildən başlayaraq 99 il müddətinə icarə hüquqları bərpa olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2017-ci il tarixli qətnaməsi, daha sonra isə Azərbaycan Respublikası Ali Məhkəmənin 17 oktyabr 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şə həri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi artıq icra edilmiş və torpaq üzərində Cavabdeh1 icarə hüquqları dövlət qeydiyyatı bərpa edilmişdir. Qanuni qüvvədə olan həmin qətnamənin tam icra olunması üçün İddiaçı qeyd olunan 1 ha torpaq sahəsindən məhkəmə qətnaməsi əsasında çıxarılması zəruridir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən ləğv edilib Hacıyev Əİəddin Əli oğlunun torpaqda yaxşılaşdırma işlərinin dəyəri kimi 150.000 manat, el əcə də ödədiyi 30 manat dövlət rüsumunun müştərək qaydada tutulmasına dair iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Aydınbəyov Xanlar Mustafa oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının nümayəndəsinin əsassız vəsatətini təmin edərək iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq və əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizaları təyin etmiş, ekspertizanın aparılmasını da dövlət qurumu olmayan “xxxx” MMC-nin ekspertlərinə həvalə etmiş, “xxxx” MMC-nin 12/963 №-li ekspert rəyini tədqiq etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları na düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, ekspert rəyi obyektiv qiymətləndirilməmiş nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Abdınbyov Xanlar Mustafa oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı və vəkil Rüstəmov Taleh Bəxtiyar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının ye ri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Abdınbyov Xanlar Mustafa oğlunun, ilkin iddia üzrə İddiaçı, vəkil Rüstəmov Taleh Bəxtiyar oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 kassasiya şikayəti q ismən təmin olunmalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi Cavabdeh3 Xanlar oğlundan pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, qətnamə digər hissədə ləğv olunmaqla yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası m əhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayəti ilə mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. “Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdehlərin məhkəmə qətnaməsindən apelyasiya şikayətinin verilməməsi, onların mübahisəli torpağın yaxışlaşdırılması məqsədi ilə aparılmış xərclərin kompensasiya edilməli olması və həmin kompensasiyanın 9.192 manat həddində olması ilə razılıqlarını ifadə edir. Bu səbəbdən məhkəmə kollegiyası həmin tələbə göstərilən istiqamətdə əlavə hüquqi qiymət verilməsinə zərurət bilmir. Həmin tələblə əlaqədar hazırda mübahisələndirilən məsələ kompensasiyanın məbləği ilə əlaqədardır. İlkin iddia üzrə iddiaçı torpağın yaxşılaşdırmasını 150.000 manata qiymətləndirmiş və həmin pul vəsaitinin cavabdehdən tutulmasını apelyasiya şikayətində xahiş etmişdir. Mübahisəli torpağa çəkilmiş xərclə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı sübutlar toplanılmışdır: - “xxxx” ASC-nin “xxxx” İnstitutu MMC tərəfindən tərtib edilmiş Toplu və lokal smetalardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən həyətyani sahənin abadlaşdırılması üçün 1991-ci il qiymətlərinə əsasən tikintinin toplu smetanın ümümi qiyməti – 60.732 ma nat, o cümlədən, tikintiquraşdırılma işləri – 59.837 manat təşkil edir. - birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 avqust 2018-ci il tarixli, 9384 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən Cavabdeh1 məxsus torpaq sahəsinin abadlaşdırılması, orada yerləşən tikililərin inşa olunması üçün çəkilən xərclərin ümumi dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün deyildir. -keçirilmiş təkrar məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 aprel 2019-cu il tarixli, 31833 saylı rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən həyətyanı sahədə aparılmış tikinti-quraşdırma işlərinin ümumi dəyəri təqri bən 9192 manat məbləğində müəyyən olunur. - “xxxx” MMC-nin 05 mart 2018-ci il tarixli, ƏEM/M 18-259/18 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisində İddiaçı istifadəsində olan 1.0 ha torpaq sahəsində yerləşən tikili və qurğuların tikinti-təmir xərclərinin (əmək haqqıvə tikinti haqqı nəzərə alınmaqla) 05 mart 2018-ci il tarixə dəyəri 120307 manat təşkil etmişdir. İş materiallarında olan ekspert və mütəxəssis rəylərində mübahisəli torpaq sahəsində mövcud olan tikililərin və aparılmış yaxşılaşdırmaların dəyəri ilə əlaqədar kəskin fərq mövcud olduğundan apelyasiya araşdırılması zamanı təkrar məhkəmə-əmtəəşünaslıq və əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizaları təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-nin ekspertlərinə həvalə edilmişdir. “xxxx” MMC-nin 13 noyabr 2019-cu il tarixli, MB 12/963 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin abadlaşdırılmasının, bina və qurğuların 13 noyabr 2019-cu il tarixinə hesablanmış tikinti xərci 121300 manat təşkil edir. 1.0 ha. torpaq sahəsinin və üzərində yerləşən tikililərin 13 noyabr 2019-cu il tarixə hesablanmış bazar dəyəri isə 280000 manat təşkil edir. Məhkəmə kollegiyası mübahisələndirilən torpaq sahəsi üzərində tikililərin mövcud olmasının mübahisələndirilməməsini və onların dəyərinin cəmi 9192 manat təşkil etməsini ağlabatan və inandırıcı olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 88, 101.3 və 103.2-ci maddələrinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən keçirilmiş təkrar məhkəmə ekspertizasının rəyini mötəbər sübut qismində qiymətləndirir və hesab edir ki, torpaq sahəsində aparılmış tikinti-quraşdırma işlərinin əvəzi kimi həmin torpaq sahəsinin sahibi olan Cavabdeh1 tutulan məbləğ 121300 manat müəyyən edilməlidir”. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu həmin nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 121.300 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsinə dair maddi hüquq normasına istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən “Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı s ahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər”. İş materiallarından göründüyü kimi İddiaçı iddia tələbinin hazırkı iş üzrə mübahisələndirilən hissəsi torpaqda yaxşılaşdırma işlərinə çəkilmiş xərclərin əvəzinin Cavabdeh1 tutulması ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar 121.300 manat pulun tutulmasına görə “xxxx” MMC-nin 13.11.2019-cu il tarixli, MB 12/963 saylı ekspert rəyinə istinad etmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin abadlaşdırılmasının, bina və qurğulara çəkilmiş xərclər müəyyən olunmuşdur. Lakin bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi MM-nin 157.7-ci maddəsinin tələbləri baxımın dan ayrıla bilən yaxşılaşdırmaların (məsələn, İstixananın qurulması üzrə materialların, metal su çəninin və digər ayrıla bilən yaxşılaşdırmaların) müəyyən edilməsi üzrə müvafiq araşdırma aparmamışdır. Bundan əlavə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaqda yaxşılaşdırma işlərinin dəyərinin 9.192 manat müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olsalar da, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həmin yaxşılaşdırmaların 121.300 manat məbləğində müəyyən edilməsi onların mühüm mənafeyinə toxunduğundan, hazırda qeyd olunan yaxşılaşdırmaların qanuni əsaslarla aparılıb-aparılmamasını mübahisələndirirlər. Buna görə işə yenidən apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən həmin yaxşılaşdırmaların qanuni əsaslarla aparılıb-aparılmamasına Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından da hüquqi qiymət verilməlidir. Bundan əlavə, işə yenidən apelyasiya qaydasında baxılarkən torpaqda edilmiş yaxşılaşdırmalara görə birinci instansiya məhkəməsinin istinad etdiyi rəylə, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəylər arasındakı kəskin fərqlərə yenidən hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Ali Məhkəmənin Mülki Kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 Xanlar oğlundan pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, qətnamə digər hissədə ləğv olunmaqla iş yeni apelyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə və AR MPM-nin 417.1.3-cü və 419-cu maddələrinin tələbinə əsasən Ali Məhkəmənin Müki Kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11130/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 Xanlar oğlundan 105.000 manat məbləğind ə pulun İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə digər hissədə ləğv olunsun və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3079/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3079/2020
25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver