Məhkəmə qərarları › İş №2(102)-4213/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4213/2023

28.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4213/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaqdan istifadəyə maneələrin aradan qaldırılması, ekspertizanın keçirilməsinə mane olma, mütəxəssisə etiraz verilməsi, vəsatətlərin həlli, məhkəmə qərardadının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*7)-63/2*23 nömrəli, 13 iyul 2 *23-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən *.31*4 ha torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində MH ***6237 saylı çıxarışla İddiaçı (bundan sona – iddiaçı) adına 21.*1.2**9-cu il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməməsi səbəbindən faktiki olaraq mülkiyyətindən istifadə hüququ məhdudlaşdırılmışdır.

4. Cavabdeh iddia ərizəsinə etiraz olaraq bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində gedən gediş-gəliş yolunu zəbt etməmişdir. Həmin yol və ətrafdakı torpaq sahələri onun faktiki istifadəsindədir. Göyçay-Qaraməryəm yolunun kənarında sağ tərəfdə darvaza qoymaqla həmin ərazini bağlamış, hazırda ərazidən istifadə edir.

5. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*46)-18/2*22 nömrəli, 16 may 2*22-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilmiş, cavabdeh tərəfindən darvaza qoyulmaqla magistral yol tərəfdən bağlanmış, iddiaçının mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən *.31*4 ha torpaq sahəsinə suvarma arxının kə narından gedən gediş-gəliş yolunun cavabdehin hesabına açılması qət edilmişdir.

6. Birinci instansiyası məhkəməsi mövqeyini onun əsaslandırmışdır ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, müvafiq rəylər alınmış, torpaq sahəsinə tərəflərin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin (bundan sonra – Ucar ərazi idarəsi) Yerqulurluşu mühəndisi X1 iştirakı ilə yerli baxış keçirilmişdir. GPS vasitəsi ilə torpaq sahəsinin plan sxeminin koordinatlarına uyğun ölçmə işləri aparılmış, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinə gedişgəliş yolu magistral yol tərəfdən və həmin torpaq sahəsindən keçən suvarma arxının magistral yol tərəfdən başlanğıcından cavabdeh tərəfindən darvaza qoyulmaqla bağlanmış, iddiaçıya məxsus torp aq sahəsinə qədər olan məsafə cavabdeh tərəfindən çəpərlənmişdir. İddiaçıya məxsus torpaq sahəsini yarıya bölərək həmin torpaq sahəsindən keçən su arxının kənarından iddiaçı yol kimi istifadə edə bilər. Hazırkı vəziyyətdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu olmadığından istifadə edə bilmir. Cavabdeh isə iddiaçıya suvarma arxının kənarından yol kimi istifadə edilməsinə imkan vermir.

7. Belə olan halda iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolu açılmalı və həmin gediş-gəliş yolundan iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152 və 157-ci maddələri, Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə dair ərazinin koordinatları mütəxəssis rəyinə əlavə olunmadığı, torpaq sahəsinə dair verilmiş baza məlumatları (kompleks yerquruluşu xəritələri) ortofoto üzərində aydın göstərilmədiyi üçün ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Mütəxə ssis və ekspert rəyləri iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolun onun tərəfindən tutulmaması barədə nəticəyə gəlsələr də qətnaməyə əsasən iddia təmin edilmişdir.

11. Apellyasiya baxışı zamanı yenidən məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, mübahisəli məsələnin həlli üçün suallar qoymuş, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmişdir. 16 saylı Ucar ərazi idarəsi tərəfindən məhkəməyə ünvanlanmış *9.*1.2*23-cü il və 11.*1.2*23-cü il tarixli məktublarda göstərilmişdir ki, cavabdeh baxışda iştirak etməsi üçün ona məhkəmədən xəbərdarlıq məktubunun təqdim edilmədiyini bildirərək, baxışda iştirak etməkdən imtina etmiş və baxışın keçirilməsi mümkün olmamışdır. Bununla bağlı *6.*1.2*23-cü il tarixli akt qoşma kimi məktuba əlavə edilmişdir.

12. Məhkəmə İdarəyə yenidən müraciət ünvanlayaraq, qərardadın icrası üçün mütəxəssis rəyinin verilməsini xahiş etmiş, İdarədən məhkəməyə ünvanlanmış *1.*2.2*23cü il tarixli məktubda cavabdehin baxışda iştirak etməkdən imtinası səbəbindən baxışın keçirilməsinin mümkün olmadığı bildirilmişdir.

13. İddiaçı apellyasiya instansiyası məhkəməsinə *7.*4.2*23-cü il tarixdə daxil olmuş yazılı etiraz ərizəsində qərardadın Reyestr xidmətinin 16 saylı Ucar ərazi idarəsi və həmin idarənin əməkdaşları tərəfindən icra edilməsinə etiraz etdiyini, qərarın icrasının birbaşa Reyestr xidmətinə həvalə edilməsini, məhkəmə qərarının icra etməkdən boyun qaçırdığı üçün cav abdehin və 16 saylı Ucar ərazi idarəsinin barəsində məsuliyyət məsələsinə baxılmasını xahiş etmişdir.

14. Eyni tarixdə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, təyin edilmiş ekspertizanın cavabdehin maneçiliyi səbəbindən 4 dəfə keçirilməsinin mümkün olmadığını, torpaqdan istifadə hüquqlarının pozulmasının davam etdiyini, məhkəmədən baxışın ədalətli keçirilməsi üçün başqa rayonun mütəxəssislərinin cəlb olunmasını xahiş etmişdir. 1*.*4.2*23-cü il tarixdə məhkəməyə iddiaçının oxşar məzmunlu başqa ərizəsi daxil olmuşdur.

15. Torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisləri tərəfindən sonradan da bir neçə dəfə vaxt təyin olunmuş, iddiaçı həmin baxışlarda iştirak etməmiş, məhkəməyə əvvəlki məzmunda teleqramlar göndərmiş, *7.*6.2*23-cü il tarixli teleqramd a isə işin məhkəməyə qaytarılaraq, rəy verilməsinin başqa rayonun mütəxəssislərinə həvalə olunmasını xahiş etmişdir (i.v.126, 135).

16. İddiaçı iştirak etməkdən imtina etdiyi üçün rəy verilməsi mümkün olmamış, iş məhkəməyə qaytarılmış və 22.*6.2*23-cü il tarixdə iş üzrə icraat təzələnmiş, işə baxılması 13.*7.2*23-cü il tarixinə təyin edilmişdir.

17. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin 12.*7.2*23-cü il tarixdə məhkəməyə əvvəlkilərlə oxşar məzmunlu teleqram göndərək (4-cü dəfə), rəy verilməsinin başqa rayonun mütəxəssislərinə həvalə olunmasını xahiş etmişdir.

18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*7)-63/2*23 nömrəli, 13.*7.2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi) Elçin Mehdiyev və Ələddin Məcidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi elektron baza məlumatları və sənəd üzrə koordinatlar və ölçülər əldə edilməməklə verilmiş ekspert rəylərinin nəticələri ilə yerli baxış nəticəsində mü əyyən edilən hallar arasında olan ziddiyyətlərin səbəblərini aydınlaşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertizaların və yerli baxışın nəticələri hazırkı iş üzrə qərar qəbul edilməsi üçün kifayət hesab edilə bilməz. Çünki iddiaçının torpaq sahəsinə gedən gediş-gəliş yolu və ya yollarının cavabdeh tərəfindən zəbt edilib-edilmədiyi dəqiq müəyyən edilməmişdir. Məhkəmə isə ehtimallar əsasında qərar qəbul edə bilməz.

20. Məhkəmə qeyd etmişdir ki, dəfələrlə mütəxəssislərin tədqiqat obyektinə baxışı üçün vaxt təyin edilməklə, ona məlumat verilməsinə baxmayaraq, iddiaçı hər dəfə baxışda iştirak etməkdən və torpaq sahəsini mütəxəssislərə təqdim etməkdən imtina etmiş, iddiaçının bu hərəkətləri ekspertizanın keçirilməsini mümkünsüz etmişdir. Məhkəmə MP Min 97.5-ci maddəsinə istinadla belə qənaətə gəlmişdir ki, əlavə sübutlar əldə edilməsi iddiaçının hərəkətləri nəticəsində mümkün olmadığından məhkəmə mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Hazırkı iş üzrə mövcud olan sübutlar əsasında isə iddiaçının cavabdehə qarşı iddiası, yəni birincinin torpaq sahəsinə gedən yolun sonuncu tərəfindən tutulması sübut olunmur.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 152.1, 157.4, 17*.1, 17*.2, 56*.1, 56*.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 76.1, 76.2, 97.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barə də yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə mövcud olan sübutlar iddiaçının gediş-gəliş yolunun cavabdeh tərəfindən qanunsuz zəbt olunduğunu təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi qanunsuz qərarında hazırkı iş üzrə mövcud olan sübutlar əsasında iddiaçının cavabdehə qarşı iddiası, yəni birincinin torpaq sahəsinə gedən yolun sonuncu tərəfindən tutulması sübut olunmaması qənaətinə gəldiyini qeyd etsə də, məhz hansı sübutların iddiaçının iddiasını rədd etdiyini əsaslandıra bilməmiş, müxtəlif qanunvericilik normalarını şablon şəkildə sadalamaqla kifayətlənmişdir. Ekspertizanın iddiaçının buna şərait yaratmaması səbəbindən baş tutmadığı barədə məhkəmənin mövqeyi də əsassızdır. Belə ki, mülkiyyətçinin torpaq sahəsi iddiaçının i radəsi əleyhinə istifadə olunur, iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsinə getmək, istifadə etmək üçün şərait yaradılmır. İddiaçının özünün istifadə etmək və sərəncam vermək hüquqlarının məhdudlaşdırıldığı, onun həmin sahəyə daxil olmaq imkanın olmadığı vəziyyətdə iddiaçının başqaları tərəfindən həyata keçirilən hər hansı hərəkətə maneə yaratması mümkünsüzdür və belə bir maneə yaratmaq imkanı olsa idi, öz mülkiyyətindən qanunsuz istifadə edilməsinə yol verməzdi. Mütəxəssislərin torpaq sahəsinə daxil olmasına maneə iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən yaradılmış, bununla bağlı heç bir tədbir görülməmiş, mane olan şəxsin hərəkətləri aktlaşdırılmamışdır. İddiaçı bu barədə tədbirlər görülməsi, maneənin aradan qaldırılması üçün dəfələrlə 16 saylı Ucar ərazi idarəsinə müraciət ets ə də, dəfələrlə cavabdeh tərəfindən məhkəmənin təyin etdiyi əraziyə baxış keçirilməsinə mane olması barədə məhkəməyə teleqramla məlumat versə də, bu müraciətlər nəticəsiz qaldığından və 16 saylı Ucar ərazi idarəsinin iş üzrə cavabdehə münasibətdə maraqlı olduğu aşkar olduğundan, iddiaçı ekspertizanın keçirilməsindən deyil, məhz işdə maraqlı olan 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin ölçülməsinə etiraz etdiyini, ekspertizanın başqa qurum tərəfindən keçirilməsini xahiş etmişdir. İşə baxan məhkəmə isə bu faktlara hər hansı hüquqi qiymət verməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin ekspertiza barədə gəldiyi nəticələri əsassız hesab etsə də, özü ekspertizanın baş tutmasında iradə nümayiş etdirməmiş, cavabdehin ekspertizanın keçirilməsinə maneə olan hərəkətlərinə əhəmiyyət verməmiş, sonda ekspertiza keçirmədən və birinci instansiya məhkəməsinin keçirdiyi ekspertizanı hər hansı əsaslandırma aparmadan qanunsuz saymaqla qanunvericilik normalarını kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh (vəkil Cavabdeh1) kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.

25. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır və işdə olan sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi dəfələrlə mütəxəssislərin tədqiqat obyektinə baxışı üçün vaxt təyin etməklə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı hər dəfə baxışda iştirak etməkdən və torpaq sahəsini mütəxəssislərə təqdim etməkdən imtina etmişdir. İddiaçının b u hərəkətləri ekspertizanın keçirilməsini mümkünsüz etmişdir. Belə olan halda, əlavə sübutlar əldə edilməsi iddiaçının hərəkətləri nəticəsində mümkün olmadığından məhkəmə mövcud sübutlar əsasında işə baxmağa haqlı olmuşdur.

26. Sübutlarla təsdiq olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahələrinin yerləşdiyi ərazidə deyil, iddiaçı mülkiyyətində və istifadəsində olmayan torpaq sahəsi üçün cavabdehdən yol tələb edir. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhr um etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 17*.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

30. Maddə 17*.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

31. Maddə 56*.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolveril məzdir.

32. Maddə 56*.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 2*.1. Etiraz etmək üçün bu Məcəllənin 19-cu maddəsində göstərilən əsaslar eyni ilə ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir.

35. Maddə 21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun.

36. Maddə 21.3. Məhkəməyə e tiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.

37. Maddə 22.1. Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir.

38. Maddə 22.4. Eskpertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə etiraz haqqında məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir.

39. Maddə 22.6. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.

40. Maddə 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində işti rak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirm ək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

44. Maddə 184.4. İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.

45. Maddə 22*.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmə nin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

46. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən bir neçə ekspertiza keçirilsə və mübahisəli torpaq sahəsi yerində müayinə edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin hərəkətlərin n əticələrini qəbul etməmiş, yenidən ekspertiza təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmişdir.

51. Mütəxəssis tərəfindən rəy verilməsi mümkün olmadığı üçün iş üzrə icraat təzələnmiş və apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspertizanın keçirilməsi iddiaçının hərəkətləri nəticəsində mümkünsüz olduğundan MPM-in 97.5-ci maddəsinə əsasən işə mövcud sübutlar əsasında baxılmalı və iddianı təmin edilməməlidir.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad olunan maddə düzgün tətbiq edilməmişdir.

53. MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın k eçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

54. Baxılan işdən göründüyü ekspertiza üzrə təyin olunmuş bir neçə yerli baxışın keçirilməsi ilkin olaraq iddiaçının deyil, cavabdehin etirazları nəticəsində mümkün olmamışdır. Bundan sonra isə iddiaçı apellyasiya instansiyası məhkəməs inə mütəxəssislərə etiraz etdiyi barədə çoxlu sayda ərizə və teleqramlar göndərmiş, mütəxəssislərin qərəzli olduğunu, onların iştirakı ilə baxış keçirilməsinə etiraz etdiyini, baxışın başqa mütəxəssislərə həvalə olunmasını xahiş etmişdir. İddiaçının ərizələrindən aşkar şəkildə görünür ki, iddiaçı həmin əsaslarla yerli baxışda iştirakdan imtina etmiş, hətta ərizələrindən birində işin məhkəməyə qaytarılaraq, rəy verilməsinin başqa rayonun mütəxəssislərinə həvalə olunmasını xahiş etmişdir.

55. İş üzrə icraat təzələndikdən sonra təyin edilmiş sonuncu məhkəmə iclasında apellyasiya instansiyası məhkəməsi iddiaçının mütəxəssislərə etiraz barədə verdiyi ərizə və teleqramlara ümumiyyətlə münasibət bildirməmiş və işi yekunlaşdırmışdır.

56. Halbuki MPM-ə əsasən işdə iştirak edən şəxslər ekspertə də e tiraz edə bilər və əgər məhkəməyə belə bir yazılı etiraz daxil olubsa, məhkəmə yerində müşavirə etməklə etirazın baxılmamış saxlanılması, yaxud ayrıca məhkəmə aktı qəbul etməklə təmin və ya rədd olunması barədə qərardad qəbul etməlidir (§ 34-39).

57. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının vəsatətinə (mütəxəssislərə etirazına) münasibət bildirmədən, MPM-in 97.5-ci maddəsinə əsasən iddiaçının ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etdiyi (onun keçirilməsinə mane olduğu) barədə qənaətə gəlmiş və ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmadan, iş materialları əsasında iddianın rədd olunması barədə nəticəyə gəlmişdir.

58. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. MPM-in 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Məcəllənin 184.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.

59. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən v əzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir.

60. Ədalətli məhkəmə hüququnun əsas elementlərindən biri olan dinlənilmək hüququ özündə həm də iş üzrə əsaslandırılmış məhkəmə aktı əldə etmək imkanını ehtiva edir. Nəzərə alınmalıdır ki, hər kəsin hüquq və vəzifələrinə dair mübahisələrin həll edildiyi mülki iş üzrə əsaslandırılmış məhkəmə aktı əldə etmək hüququ təkcə yekun məhkəmə aktlarına deyil, həm də tərəflərin vəsatətləri üzrə ayrıca məhkəmə aktı şəklində və ya məhkəmə iclas protokollarına yazılmaqla qəbul edilmiş məhkəmə qərardadlarına aiddir.

61. Məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirmə si, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır.

62. Bu baxımdan işdə iştirak edən şəxslərin işin həlli ilə bağlı verdiyi vəsatət (ərizə, etiraz) məhkəmə tərəfindən qəbul edilibsə, məhkəmə həmin vəsatəti tərəflərlə müzakirə edərək, onun təmin və ya rədd olunması barədə qərar qəbul etməli və bununla bağlı mövqeyini kifayət qədər əsaslandırmalıdır. Əgər məhkəmə həmin məsələnin yekun qərar qəbul edərkən müşavirə otağında həll edilməli olduğunu hesab edirsə, qətnamənin əsaslandırıcı hissəsində işdə iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri əsaslandırmalıdır (§ 45).

63. Q eyd olunanlarla yanaşı, MPM-in 97.5-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, işin hallarına görə ekspertizanın keçirilməsinə mane olan tərəfin iştirakı olmadan ekspertizanı keçirmək qeyri-mümkün olsun. Baxılan iş üzrə iddiaçı iddia ərizəsini, məhkəməyə ünvanladığı bir çox ərizələrini, habelə kassasiya şikayətini həmçinin onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz yaratdığı maneələr (keçid üçün yol verməməsi) nəticəsində faktiki olaraq özünə məxsus torpaq sahəsindən məhrum olub, ona sahiblik edə və ondan istifadə edə bilmir. Bu baxımdan mübahisəyə MPM-in 97.5-ci maddəsini tətbiq etmiş apellyasiya instansiyası məhkəməsi eyni zamanda işin hallarına görə həqiqətən də iddiaçının iştirakı olmadan ekspertizanın keçirilməsinin qeyri-mümkün olduğunu əsaslandırmalı idi.

64. Məhkəmə koll egiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*7)-63/2*23 nömrəli, 13.*7.2*23-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar