Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4477/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Tutu Nazim qızının katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xə zər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddia tələbi təmin edilmiş, i 0,0679 ha olan sahənin Cavabdeh1 satılması barədə xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı keçmiş gəlini Cav abdeh4 yaşadığı sahədə yerləşən torpaq sahəsi ilə hazırkı mübahisənin predmeti olan X sahədə yerləşən torpaq sahəsi eyni sahə deyildir və İddiaçı ilə məhz sonuncu sahənin alqı-satqısı barədə razılaşmışlar. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli Bakı şəhəri 7 saylı X4 cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi X sahədir. Həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixli qərarla iddiaçının əri X1 ayrılmış, qərarda X sahədə fərdi ev tikmək üçün 700 kv.m. torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Torpaq sahəsi xx.xx.2017ci il tarixli çıxarışa əsasən həmin tarixdən İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı torpaq sahəsinin satılması məqsədi ilə Cavabdeh1 etibarna mə vermiş, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 iddiaçı tərəfindən ona verilmiş səlahiyyətləri bacısı Cavabdeh2 ötürmüşdür. Bundan sonra, xx.xx.2017-ci il tarixdə X sahəyə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış, əmlak sonuncuya satılmışdır. Alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 ünvan ünvanında yerləşən 0,0679 ha torpaq sahəsini 12000 manata Cavabdeh1 satmışdır. xx.xx.2018-ci il tarixdə İddiaçı Cavabdeh1 verdiyi etibarnamə ləğv edilmiş, həmçinin Cavabdeh1 Cavabdeh2 verdiyi etibarnamə qüvvədən düşmüşdür. Bununla yanaşı iş materiallarından görünür ki, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə İddiaçı sabiq gəlini Cavabdeh4 X sahədə yerləşən evə yaşayış hüququ tanınmışd ır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsində “X sahənin” X sahə “olmasına dair izah verilmişdir. Beləliklə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının sabiq gəlini Cavabdeh4 X sahəyə istifadə hüququ tanınmışdır. Hüquq və topaq məsələləri” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli rəylə müəyyən edilmişdir ki, RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışla iddiaçıya məxsus olmuş X sahənin koordinatları Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış və onun istifadəsində olan sahənin (faktiki ona verilmiş) koordinatları ilə üst-üstə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsində göstərilmiş və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi iddiaçıya məxus mübahisəli torpaq sahəsi deyildir. Bununla yanaşı işə baxan məhkəmə tərəflər arasında bağlanmış əqdi etibar olunanın öz mənafeyi üçün əqd bağlamasına istinad etməklə etibarsız hesab etmişdir. Həmin əsasla da əqdin etibarsız hesab olunması əsaslı sayıla bilər. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan etibardan sui-istifadə hallarından qorunsun. Təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malikdir və onun qanuni maraqları təmin edilməlidir. Etibarnamədə təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçinin hərəkətləri də etibar edənin istək və maraqlarının təmin olunmasına yönəlməlidir. Hazırkı işdə təmsilçi Cavabdeh1 torpaq sahəsini öz mülkiyyətinə keçirmişdir. Belə ki, Cavabdeh1 ona verilmiş səlahiyyətləri bacısı Cavabdeh2 etibar etmiş və sonuncu ilə aralarında özü üçün əqd bağlamışdır. Beləliklə, cavabdeh şəxsən özü barəsində əqd bağlayaraq Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilmiş tələbləri pozmuşdur ki, buda əqd bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmaması (MM-nin 337.1. maddəsi) qənaətinə gəlməyə əsas verir. Bundan başqa, mülki qnunverilik tələb edir ki, etibarnamə verilmiş şəxs hərəkətləri şəxsən özü etməlidir. Yalnız iki istisna halda təmsilçi həmin hərəkətlərin icrasını başqa şəxsə tapşıra bilər. Birincisi, o buna vəkil edilməlidir, ikincisi etibarnaməni verənin mənafelərinin qorunması üçün şərait buna məcbur etməlidir. Hazırkı işdə İddiaçı Cavabdeh1 verdiyi etibarnamədən görünür ki, ona verilmiş səlahiyyətlərin başqa şəxsə etibar edilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Həmçinin ikinci istisna halın şərtləri də hazırkı işdə mövcud deyil, iddiaçının mənafeyinin qorunması üçün səlahiyyətlərin başqasına etibar edilməsini məcbur edən heç bir hal olmamışdır. Lakin buna baxmayaraq, cavabdeh iddiaçıya məlumat vermədən ona verilmiş səlahiyyətləri üçünçü şəxs, bacısına etibar etmiş və təmsil olunan öz mənafeyi üçün əqd bağlamışdır. Cavabdehin həmin səlahiyyətləri iddiaçıdan xəbərsiz bacısına etibar etməsi halı elə özlüyündə təsdiq edir ki, onun məqsədi öz maraqlarını təmin etmək olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.1. maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etiba rnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə Mülki Məcəllənin 337.5. maddəsinin tətbiqi istisna olunur. Çünki sübuta yetirilmişdir ki, tərəflər arasında real alqı-satqı müqaviləsi mövcud olmamış, satılan bağa görə pul alınmamış, mövcud olan sənədin başqa torpaq sahinə işlənməsi üçün əqd bağlanmışdır. Həmin əqd yalançı əqd olduğu üçün Mülki Məcəllənin 337.5. maddəsinin tətbiqi istisna olunur. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4477/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4477/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver