Məhkəmə qərarları › İş №2(102)-5257/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5257/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5257/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin Cavabdeh qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü, prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6838/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən günün məzənnəsinə uyğun olaraq, ondan aldığı 15000 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, öz növbəsində qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi və iddiaçıdan 6000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-74/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Həşimova) hər iki iddia rədd olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qismən ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6838/2020 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.İbayev) iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 360, 363.1.3, 366.2-ci maddələrinin tələblərinə istinadla gəldiyi n əticəni onunla əsaslandırmışdır ki, iddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Belə ki, iddiaçı qətnaməni 01.04.2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə rəsmi qaydada almışdır (iş v. 218). Belə olan halda, MPM-in 360-cı maddəsinin tələbinə görə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin sonuncu günü (01.05.2021 və 02.05.2021-ci il tarixlərin şənbə və bazar günləri olması nəzərə alınmaqla) 03.05.2021-ci il tarix hesab edilir. Lakin apellyasiya şikayəti 16.05.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Məhkəmə isə prosessual müddətin ötürülməsinə qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya rəsmi olaraq göndərilmədiyi və qətnaməni almadığı üçün o, həmin məhkəməyə müraciət etmiş və 03.05.2021-ci il tarixdə qəbzə imza etməklə qətnaməni almışdır. Həmin qəbz birinci instansiya məhkəməsindədir. Qətnaməni 03.05.2021-ci il tarixdə aldıqda mülki i ş cavabdehin şikayəti əsasında apellyasiya məhkəməsinin icraatında olmuşdur. Həmin qətnamədən 16.05.2021-ci il tarixdə iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmiş və prosessual müddətin buraxılmaması birinci instansiya məhkəməsinə məlum olduğundan, yəni iddiaçı qətnaməni aldıqdan 13 gün sonra şikayət verdiyindən, iddiaçının apellyasiya şikayəti də baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Əgər qəbz şikayətə əlavə olunmadan iş apellyasiya məhkəməsinə göndərilmişdirsə bu, birinci instansiya məhkəməsinin təqsiridir. Apellyasiya məhkəməsinin iddiaçının 01.04.2021-ci il tarixdə qətnaməni almasına istinad edərək apellyasiyanı qeyri-mümkün hesab etməsi əsassız və qanunsuzdur. Belə ki, qətnamənin göndərildiyi ünvan (Bakı şəhəri, Yasamal rayonu, 2 Alatava 4m) idd iaçıya deyil, birinci instansiya məhkəməsində iştirak edən vəkilə məxsusdur. İş materiallarında olan (i.v. 79, 170, 176, 192) poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən də göründüyü kimi, məktublar vəkilin ünvanına göndərilmiş və xəbərnamələrdə iddiaçının adı qeyd olunsa da, imzalar vəkilə məxsusdur. Həmin vəkillə iddiaçı apellyasiya instansiyasında iştirak etmək üçün müqavilə bağlamamışdır, həmin vəkilin apellyasiya şikayəti vermək kimi öhdəliyi olmamışdır ki, o da, qətnamə ona çatdığı halda müddət buraxılmadan şikayət versin. Eyni zamanda, məhkəmə şikayətin mümkünlüyünə baxdığı zaman bir hala da diqqət yetirməli idi ki, əgər qətnamə iddiaçıya çatdırılmışdırsa, nə üçün 03.05.2021-ci il tarixdə qətnaməni alarkən ona qətnaməni təkrar aldığı üçün rüsum ödətdirilməmişdir. Qanunveric iliyin tələbinə görə, iş üzrə qəbul olunmuş qətnamə tərəflərə göndərilməlidir, bu məhkəmənin vəzifə borcudur. Tərəf üçün müddətin axımı qətnaməni rəsmi qaydada aldığı tarixdən başlayır və bu tarix 03.05.2021-ci ildir. Odur ki, iddiaçı apellyasiya şikayəti verərkən prosessual müddəti ötürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 4 15.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya insta nsiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1.). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətind ə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 364). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.1) Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir (maddə 146). Maddə

74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə

75. Nümayəndənin səlahiyyətinə xitam verilməsi 75.1. İşdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. 75.2. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin sə lahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsini iddiaçı 01.04.2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə rəsmi qaydada alsa da (i.v. 218), ondan apellyasiya şikayətini prosessual müddəti ötürməklə, 16.05.2021ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də qanuni və əsaslı olaraq apellyasiya şikayəti üzrə apellyasiyanı qeyrimümkün hesab etmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı özünün imzaladığı iddia ərizəsində yaşadığı yer olaraq yuxarıda qeyd olunmuş ünvanı göstərmiş və bütün məhkəmə sənədləri, o cümlədən məhkəmə qətnaməsi həmin ünvana göndərilmiş, poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə imza edilməklə qəbul olunmuşdur. MPM-in 146-cı maddəsinin tələbinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bundan başqa, iddiaçı vəkili olaraq qeyd etdiyi Nümayəndə onu təmsil etməsi üçün 14.02.2023-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir. MPM-in 74.1-ci maddəsinin tələbinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmçinin tərəfin nümayəndəsinə rəsmi qaydada verilmiş məhkəmə aktının sonradan həmin tərəfin müraciəti ilə ona şəxsən verilməsi və bu zaman dövlət rüsumunun alınmaması buraxılmış prosessual müddətin təzələnməsi, yaxud yenidən hesablanması üçün əsas ola bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının nümayəndəsi (vəkili) tərəfindən rəsmi qaydada qəbul olunması məhkəmə aktının iddiaçı tərəfindən qəbul edilməsi kimi qiym ətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6838/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar