Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5450/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqı və mənəvi zərər tələbi 25.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4295/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 no yabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olan şəxsdir. İddiaçı Cavabdeh X tələbəsi olmuş və 16 fevral 2019-cu il tarixdən 24 may 2019-cu il tarixədək X istehsalat təcrübəsi keçmişdir. X və X arasında istehsalat təcrübəsinin təşkili barədə xxx nömrəli müqavilənin 1.9-cu maddəsinə əsasən təcrübə müddətində istehsal müəssisəsi tərəfindən tələbələrə heç bir ödəniş həyata keçirilmir (istehsalat müəssisəsi tərəfindən əmək müqaviləsi bağlanmış tələbələrə əmək haqqı ödənilməsi istisna olmaqla). İddiaçı Cavabdehnə təcrübə müddəti üçün əmək haqqının ödənilməsi ilə əlaqədar müraciətlər edilmiş, cavabdeh tərəfindən ona müxtəlif tarixli məktublarla imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istehsalat təcrübəsi zamanı ödənilməli olan 1800 manat əmək haqqının, əmək haqqı vaxtında ödənilmədiyinə görə yaranmış 3600 manat penyanın və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə Bakı şəhərində anadan olmuş və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş şəxslərin təsir dairəsinə düşür. O, Cavabdeh tələbəsidir. 16 fevral 2019-cu il tarixdən 24 may 2019-cu il tarixədək X istehsalat təcrübəsi keçmişdir. Cavabdeh ona istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqını ödəməkdən imtina edir. Cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli xxx nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə ziddir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(009)-613/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağıro va) iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əmək haqqı yalnız əmək müqaviləsi ilə müəyyənləşdirilir. Konkret halda isə tələbələrə əmək haqqının istehsalat və təhsil müəssisələri arasında bağlanılmış müqavilə əsasında ödənilməsi nəzərdə tutulur. Belə olduğu halda isə sözügedən müqavilədə əmək haqqının verilməsi nəzərdə tutlmamışdır.
6. İddiaçı arqumentinin gücləndirilməsi üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə, məhkəmə sözügedən tələbi 1800 manat əmək haqqının, əmək haqqı vaxtında ödənilmədiyinə görə yaranmış 3.600 manat peniyanın cavabdehdən tutulması tələbini əsassız hesab etmişdir.
7. Məhkəmə cavabdeh təşkilat tərəfindən iddiaçının hüquqlarının pozulmadığı və ona qarşı qanunsuzluğa yol verilmədiyi qənaətinə gədiyindən, iddiaçının mənəvi zərərin ödənilməsi tələbini də əsassız hesab etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1ci, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci,, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2.3, 3.2, 4.2, 4.3-cü bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Bakı Apelyasiya Mə hkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)- 4955/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(009)-613/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.3-cü bəndinə əsasən təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təh sil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq, Cavabdeh 60 nəfər tələbənin (o cümlədən İddiaçı) 18.02.2019-cu ildən 24.05.2019-cu ilədək istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılması ilə bağlı X ilə İstehsalat təcrübəsinin təşkili haqqında xxx Müqavilə imzalamışdır. Müqavilənin 1.9-cu bəndinə əsasən istehsalat müəssisəsi tərəfindən əmək müqaviləsi bağlanmış tələbələrə əmək haqqı ödənilməsi istisna olmaqla, təcrübə müddətində istehsalat müəssisəsi tərəfindən tələbələrə hər hansı ödənişin həyata keçirilməyəcəyi göstərilmişdir.
12. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin i ddiaçının mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi qənaəti ilə də razılaşaraq cavabdeh təşkilat tərəfindən iddiaçının hüquqlarının pozulmadığı və ona qarşı qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğundan, iddiaçının mənəvi zərərin ödənilməsi tələbini də əsassız hesab etmişdir Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçı), İ.Xəlilov və E.Vəliyeva) 08.02.2021-c il tarixli, 2(102)-279/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(103)- 4955/2020 nömrəli qətnaməsini ləğv edilərək iş yenidən baxılması üçün apellyas iya məhkəməsinə göndərilmişdir
15. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
16. Belə ki, iş materiallarından müəyyən olur ki, iddiaçıya tələb olunan pul vəsaitinin ödənilməsindən imtina edən cavabdeh təşkilat, habelə iddiaçının müvafiq olaraq iddiasını və apelyasiya şikayətini rədd edən məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, əmək haqqı yalnız əmək müqaviləsi ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154cü maddəsinə uyğun) müəyyənlə şdirilir. X-lə istehsalat təcrübəsi həyata keçirilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında bununla bağlı bağlanmış müqavilənin 1.9-cu maddəsinə əsasən təcrübə keçən tələbələrə əmək haqqının verilməsi nəzərdə tutulmamışdır.
17. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qeyd olunan əsaslandırılması ilə razılaşmır.
18. İlk olaraq qeyd olunmalıdır ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi ilə bağlı xüsusi qanunvericilik mövcuddur ki, həmin qanunda bu kateqoriyaya aid şəxslərin təhsil üzrə təminatlar, o cümlədən istehsalat təhsili və istehsalat təcrübəsi dövründə əmək haqqı almaq hüquqları bilavasitə təsbit olunmuşdur.
19. Belə olan halda, məhkəmələr Əmək Məcəlləsinə istinad etməklə iddiaçı ilə istehsala t təcrübəsi keçirilən Nazirlik arasında əmək müqaviləsinin bağlanmaması əsası ilə iddianı rədd etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Nəzərə alınmalıdır ki, hazırki iddia əmək münasibətlərindən irəli gələrək yuxarıda qeyd olunan Nazirliyə qarşı deyil, məhz “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə istinad edilməklə, iddiaçının təhsil aldığı Universitetə qarşı irəli sürülmüşdür
20. Digər tərəfdən Cavabdeh və X arasında İstehsalat təcrübəsinin təşkili barədə xxx nömrəli müqavilə yalnız həmin müqavilə üzrə tərəflər üçün hüquq və vəzifələr müəyyən etməklə, müqavilənin 1.9-cu maddəsi iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz.
21. Bu səbəbdən məhkəmə kollegiyası hesab ed ir ki, apelyasiya instansiyası məhkəməsinin “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamənin 4.3-cü bəndinə istinad edilməklə, iddianın rədd edilməli olmasına dair mövqeyi əsaslı olmamışdır. Belə ki, məhkəmələr istehsalat təcrübəsinin hansı vəsaitlər hesabına təmin olunmasını təsbit edən həmin Əsasnamənin 4.2-ci bəndinin tələblərini nəzərə almamışlar.
22. İddiaçı apelyasiya şikayətində qeyd olunan hallara istinad etsə də, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə hüquqi qiymət verməmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla, qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4295/2021 n ömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdehnə qarşı pul tələbinin qismən təmin edilməsi, İddiaçı tələbəsi olmuş Cavabdeh (UNEC) 16 fevral 2019-cu il tarixdən 24 may 2019-cu il tarixədək X keçdiyi istehsalat təcrübəsi üzrə Cavabdehndən istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqının İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
25. Belə ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi ilə bağlı xüsusi qanunvericilik mövcuddur ki, həmin qanunda bu kateqoriyaya aid şəxslərin təhsil üzrə təminatlar, o cümlədən istehsalat təhsili və istehsalat təcrübəsi dövründə əmək haqqı almaq hüquqları bilavasitə təsbit olunmuşdur.
26. Belə olan halda, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinə istinad etməklə iddiaçı ilə istehsalat təcrübəsi keçirilən Nazirlik arasında əmək müqaviləsinin bağlanmaması əsası ilə iddianı rədd etm əklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Nəzərə alınmalıdır ki, hazırki iddia əmək münasibətlərindən irəli gələrək yuxarıda qeyd olunan Nazirliyə qarşı deyil, məhz “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə istinad edilməklə, iddiaçının təhsil aldığı Universitetə qarşı irəli sürülmüşdür. Digər tərəfdən Cavabdeh və X arasında İstehsalat təcrübəsinin təşkili barədə xxx nömrəli müqavilə yalnız həmin müqavilə üzrə tərəflər üçün hüquq və vəzifələr müəyyən etməklə, müqavilənin 1.9-cu maddəsi iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz.
27. Bundan başqa birinci instansiya məhkəməsi istehsalat təcrübəsinin hansı vəsaitlər hesabına təmin olunmasını təsbit edən “Ali (orta ixtisas) t əhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamənin 4.2-ci bəndinin tələblərini nəzərə almamışlar.
28. Həmçinin Kollegiya hesab edir ki, iddia tələbinin əmək haqqının vaxtında ödənilmədiyinə görə 3600 manat penyanın tutulması ziddiyyətli olduğundan və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manatın iddiaçının xeyrinə tutulması kifayət qədər sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiy a instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini. apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. Cavabdehin nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini. apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və və iddianın rədd edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri
34. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq 38. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixt isas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər... Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamə
39. Dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. (4.2-ci bənd)
40. Təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. (4.3-cü bənd) Mülki Prossesual Məcəllə
41. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
42. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
43. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
44. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4295/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan