Məhkəmə qərarları › İş №2(102)-5784/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5784/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5784/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ i(Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri alınması) Bakı şəhəri, xx xxxxxx 2020-ci il 23.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil nun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1012/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, «xxxx» MMC xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqi ünvanı ünvan 1 kapitalında mayalarının miqdarı X8 30%, İddiaçı 30% və X5 40% paya sahibdir. Qanuni təmsilçi Cavabdeh1dur. «xxxx» MMC-nin təsiscilərinin yığıncağının xx xxxx 2016-cı il tarixli 05 saylı qərarından görünür ki, Cavabdeh1 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 9.1 maddəsinin 9.1.2.2 bəndinə əsasən icraedici və sərəncamverici səlahiyyətlərə, bütün idarə, təşkilat və müəssisələrdə təmsilçilik səlahiyyətlərinə o cümlədən bank hesabının açılması və hesab üzrə sərəncam verilməsi səlahiyyətinə malik olan Direktor təyin edilməsi, “xxxx” MMC-nin Şirkətinin dövlət qeydiyyatına alınması üçün təsis və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlərin hazırlanması və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilməsi MMC-nin direktoru Cavabdeh1 oğluna həvalə edilməsi qərara alınmışdır. xx xxxxxx 2001-ci il tarixli 10/10 nömrəli auksion protokoluna əsasən «xxxx» MMC-nin Dizel generator üçün avadanlığın ******* manat və 1992-ci il buraxılışlı «Belarus» EO-2621 B-3 markalı 57-87 AŞ dövlət nömrə nişanlı traktor ******* manat dəyərinin dövlət büdcəsinə ödənilməsi yolu ilə əldə edilmişdir. «xxxx» MMC-nin nizamnaməsi 0705-Ş2-607 nömrəsi ilə xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Həmin nizamna mənin 1.1-ci bəndinə əsasən «xxxx» MMC, xx.xx.1998-ci il tarixdə 381 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “FORTUNA TUR” firmasının hüquqi varisidir. Nizamnamənin 3.1-ci bəndinə əsasən Cəmiyyətin təsisciləri X6, İddiaçı, X5, X4, X2r. 4.1-ci bəndinə görə Cəmiyyət müstəqil balansa malikdir. Onun ayrıca əmlakı, möhürü və künc ştampı, Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda əqdlər, sazişlər, müqavilələr bağlamaq hüququ vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası “Azərbaycan Hava Yolları” Dövlət Konserni Bakı Aeroportu tərəfindən 1068 nömrəli, xx xxxxxxxx 2001-ci il tarixli məktub la müəssisənin balansında olan 1992-ci il buraxılışlı “Belarus” EO-2621 B-3 markalı 57-87 AŞ dövlət nömrə nişanlı traktor və Azərbaycan Respublikası “Azərbaycan Hava Yolları” Dövlət Konserni Bakı Aeroportu tərəfindən 1089 nömrəli xx xxxxxxxx 2001-ci il tarixli məktubla müəssisənin balansında olan 1995-ci il buraxılışlı DQA-200 markalı Dizel generator Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydalarına uyğun olaraq göstərilən avadanlıq xx xxxxxx 2001-ci il tarixli 10/10 nömrəli auksion protokoluna əsasən “xxxx”na satılmış, həmin firma tərəfindən Dizel generator üçün avadanlığın ******* (iki milyon beş yüz min) manat və 1992-ci il buraxılışlı “Belarus” EO-2621 B-3 markalı 57- 87 AŞ d övlət nömrə nişanlı traktor 6500 manat dəyərinin dövlət büdcəsinə ödənilməsi yolu ilə əldə edilmişdir. “xxxx” MMC-nin sahibliyində və istifadəsində olan 1992-ci il buraxılışlı “Belarus” EO2621 B-3 markalı 57-87 AŞ dövlət nömrə nişanlı traktor və DQA-200 markalı Dizel generatoru qanunsuz olaraq müəssisənin dirketoru olan X3 və onun yaxın adamı olan Cavabdeh2 tərəfindən mənimsənilmişdir. Həmin texnikaların harada olmasını soruşduqda onlar, həmin texnikaların digər yerə göndərdiklərini və faktiki olaraq ərazidə olmadığı məlum olmuşdur. Beləliklə həmin əmlaklardan heç bir fayda götürməmiş və harada olmaları barədə məlumatı yoxdur. Odur ki, “xxxx” MMC-yə məxsus olan 1992-ci il buraxılışlı “Belarus” EO-2621 B-3 markalı 57-87 AŞ dövlət nömrə nişanlı traktor və DQA-200 markalı Dizelgeneratoru cava bdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq “xxxx” MMC-yə verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxararılmasmı məhkəmədən xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli, 2(074)-1006/2019 saylı qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi xx xxxxxx 2001-ci il tarixdə əldə edilmiş, 1992-ci il buraxılışlı “Belarus” EO-2621 B-3 markalı 57-87 AŞ dövlət nömrə nişanlı traktor və DQA-200 markalı Dizel generatoru, xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx”nın hüquqi varisi olan “xxxx” MMC-yə məxsusdur. MMC-nin təsisçisi olan iddiaçının 900 manat n izamnamə kapitalındakı payı 30 % təşkil edir. Cavabdehlərdən Cavabdeh1 təsiscilərin yığıncağının xx xxxx 2016-cı il tarixli 05 saylı qərarına əsasən MMC-nin direktorudur. İddiaçı tələb olunan əmlakların cavabdehlər tərəfindən mənimsənilməsi ilə əsaslandırsa da, həmin dəlilinin təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf iddiaçının ərizəsində sadalanan əmlakın onlara saxlanca verilməməsi, bu barədə hər hansı müqavilə və ya təhvil-təslim aktının olmaması əsası ilə iddiaya etiraz etmişdir. İş üzrə sübutlarla xx xxxxxx 2001-ci il tarixdə əldə edilmiş əmlakların Cavabdeh1 direktor təyin edildiyi vaxt mövcud olması əmlakların direktor təyin edildikdən sonra cavabdehlərdən Cavabdeh1 təhvil verilməsi və həmin əmlakların cavabdehlər tərəfindən mənimsənilməsi halı təsdi q edilməmişdir. İddiaçının “xxxx” MMC-nin fəaliyyəti ilə əlaqədar istənilən məsələni o cümlədən hazırda mübahisələndirdiyi halın müzakirə edilib qərar qəbul edilməsi üçün “xxxx” MMC-nin iştirakçılarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və ya gündəliyə yeni müzakirə mövzusu olaraq əlavə olunmasını tələb etmək hüququ olsa da, “xxxx” MMC-nin əmlakının qanunsuz sahiblikdən geri tələb etmək hüququ yoxdur. Belə ki, həmin hüquq iddia ərizəsində salalanan əmlakların mülkiyyətçisi olan “xxxx” MMC-nin özünə aiddir. Ona görə də iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının ( hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləapellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsiqeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının “xxxx” MMC-yə məxsus əmlakların geri alınmasını tələb etmək üçün subyektiv hüquqa malik olmadığına istinad edib, iddianı təmin etməkdən imtina etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə hallarını sübuta yetirə bilməmişdir.Ona görə də apelyasiya şikayətinin dəlilləri formal m ülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yara dılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Maddə 91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Maddə 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların h əyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Maddə 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Maddə 49.1 Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Maddə 91.1-1. Məhd ud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Maddə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymə t verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1012/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar