Məhkəmə qərarları › İş №2(102)-887/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-887/2020

10.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-887/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-***/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(018)-***/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Ca vabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən 0,31 hektar torpaq sahəsinin geri alınması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan və xx xxxxx 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və RX ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən adına qeydiyyata alınmış 0,6847 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,1718 hektar hissəsi azad edilməsi qət edilmişdir. İddinın qalan hissəsi əsassız olduğundan təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Abbasov, T.Heydərov, T.Kərimov) xx.xx.2019-cu il tarixli, 2(106)-***/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyas iya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-***/2019 qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən 0,31 hektar torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən çıxarışa əsasən onun mülkiyyətində olan 0,31 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən m əhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2018-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyətində 0,6847 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Cavabdeh2 və Cavabdeh1 tərəfindən tutulması qeyd edilmişdir. Astara rayon məhkəməsi tərəfindən təyin edilmiş mülki iş üzrə ekspert rəyi ziddiyyətlidir. Apellyasiya məhkəməsi tərəfindən əlavə ekspertizanın təyin etməmiş və ziddiyyətli hallara aydınlıq gətirilməmiş, bununla da maddi və prosesssual hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-***/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı vəkili, cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məh kəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan RespublikasıMülkiMəcəlləsinin 152, 157.2, 165-ci, Konstitusiyasının 29-cu maddələrinə əsasəngəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, xx xxxxx 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən iddiaçının adına qeydiyyata alınmış0,6847 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1718 hektar hissəsinin Cavabdeh2 tərəfindən tutulduğu, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən tutulmadığı müəyyən edilmişdir; digər tərəfdən iddiaçı, mübahisəsi gedən torpaq sahəsinin zəbt edilmiş 0,1718 hektar hissəsinin 0.1216 ha hissəsinin Cavabdeh2, 0.05 ha hissəsinin isə Cavabdeh1 tərəfindən zəbt edilməsi, yaxud yenidən ekspertiza təyin olunmasına əsas verə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tə ləblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Astara rayonu, **** kənd sakini X2 və ailə üzvlərinə Astara rayonu, ***** kənd ərazisində 0,52 hektar torpaq sahəsi verilmiş, X3 həmin torpaq sahəsinin 0,31 hektarını xx xxxxxx 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən onun qardaşı X1. xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən qardaşı X6 həmin 0,31 hektar torpaq sahəsini İddiaçı bağışlamışdır. İddiaçı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2018-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyətində 0,6847 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddia tələbindən görünür ki, iddiaçı 0,31 hektar kə nd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olmasını, hazırda həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edildiyinə görə istifadə edə, bununla da mülkiyyət hüququnun pozulmasını iddia edir. Cavabdehlərdən Cavabdeh1 iddiaya olan etirazına əsasən o iddiaçının qeyd etdiyi torpaq sahəsini zəbt etməmiş,öz mülkiyyətiində olan torpaq sahəsindən istifadə edir. Digər Cavabdeh2 iş materiallarında iddiaya olan mövqeyi yalnız iddianı qəbul etməməsi ilə bağlı olmuş, iddianın hansı əsaslarla rədd edilməli olmasına dair izahatı yoxdur. Həmçinin kollegiya qeyd edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, cavabdehlər apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etməyərək heç birinin apel lyasiya şikayətinə dair mövqeyi öyrənilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, M025 saylı mütəxəssis rəyə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli, **** saylı rəyinə istinad edərək göstərmişdir ki, həmin rəylərdə xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilməsi və xx xxxxx 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın dövlət reyetrindən çıxarışa əsasən adına qeydiyyata alınmış0,6847 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1718 hektar hissəsi Cavabdeh2 tərəfindən tutulması, həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən tutulmaması qeyd edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən mütəxəssis rəyi ilə ekspertiza rəyi arasında ziddiyyət olmasına diqqət yetirməmiş, rəylərə işdə olan digər sübutlarla birgə qiymət verməmişdir. Həmçinin kollegiyanın qənaətiə görə apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin tərəfindən tərtib edilmiş AN №262961 saylı, xx.xx.2018-ci il tarixli iddiaçıya məxsus 0,6847 ha torpaq sahəsinin plan və ölçüsündə, eləcə də, idarənin mütəxssisləri tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya yerninin göstərilməsinin təmin edilməsinə dair həmin İdarənin xx.xx.2018-ci il tarixli məktubunun məzmununa diqqət yetirməmişdir. Belə ki,0,6847 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1718 hektar hissəsi Cavabdeh2 tərəfindən tutulduğu halda, digər sahələrin kimin istifadəsində olması rəylərdə əksini tapmamışdır. İddia tələblərində 0,31 hektar sahənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanuns uz olaraq zəbt edilməsi göstərilsə də iddiaçı apellyasiya instansiyası məhkəməsinin ünvanladığı ərizəsində sözügedən məktuba, eləcə də, plan və ölçüsünə istinad edərək həmin sahənin 0,05 sahəsini Cavabdeh1 və 0,6847 ha sahəsini isə Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilməsini göstərmişdir. Həmçinin də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçının 0,6847 ha torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt olunması faktının müəyyənləşdirməsi məqsədi ilə ekspertizanın təyin edilməsinə və s. barədə müraciətinə əsasən verilən xx.xx.2019-cu il tarixli cavab məktubunda da göstərilmişdir ki, müvafiq məhkəmə orqanı tərəfindən qeyd olunan məsələ ilə bağlı təkrar ekspertiza təyin ediləc əyi təqdində adıçəkilən torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt olunmasına dair müvafiq rəyin təqdim edilməsi təmin ediləcəkdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza qarşısında qoyulmuş tərəflərin torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi kimi suala da cavab verməməsinə diqqət yetirməmişdir. Halbuki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun: - 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır. - 13-cü madd əsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. - 17-ci maddəsinə əsasən ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qarşısında qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqət aparılan obyektlərə dair əlavə suallar yarındıqda, aparılmış tədqiqatın və ya rəy bölgüsünün aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. - 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. - 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qoru nur. - 111-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahləri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam ve rə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə olun a bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Normaların məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə t əsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının aparılan ekspertizaya olan etirazı ilə bağlı izahatında göstərilən xüsusatlara düzgün hüquqi qiymət verməmiş, təkrar ekspertiza aparılmasına dair vəsatətin rədd olunmasını əsaslandırmamış, həmçinin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, cavabdehlərin apellyasiya şikayətinə mövqeyini öyrənmək üçün onların iştirakının zəruriliyini müzakirə etməmiş, bununla da maddi və prosesssual hüquq normalarının tələblərini pozaraq iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etməmişdir. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsin in İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edirki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsininləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər, eləcə də mübahisəli torpaq sahəsi ilə bağlı iddiaların olmasına dair kassasiya şikayətinə əlavə edilmiş sənədlər tərəflərin iştirakı ilə araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)-***/2019 nömrəli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar