Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11523/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4837/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində tərtib edilmiş 19.02.2021-ci il tarixli, 021456 saylı aktın ləğv edilməsi və 607.38 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi tikilməsi üçün ona həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində ailəsilə birgə yaşayır. Yaşadığı fərdi yaşayış evi "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) tərəfindən elektrik enerjisi ilə təchiz olunmuşdur, istifadə etdiyi elektrik enerjisinə görə "xxxx" ASC-nin nəzarətçisinin elektrik sayğacının göstəricilərinə əsasən hər ay təqdim etdiyi bildirişə görə ödənişlər etmişdir. ASC-nin nəzarətçisi hər ay onun yaşayış evinə aid olan elektrik sayğacını və elektrik xətlərini yoxlayır və sayğacın göstəricilərini götürür. 19.02.2021-ci il tarixdə cavabdehin əməkdaşları yaşadığı ünvana gələrək, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq, fərdi yaşayış evinin sayğacına baxış keçirən zaman sayğacın giriş boş hissəsindən kənar xətt çəkildiyini əsas gətirərək, barəsində qanunsuz olaraq akt tərtib etmiş və akta görə ona 607.38 manat məbləğində əsassız borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqısatqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Onun elektrik enerjisindən istifadə qaydalarını pozması barədə tərtib edilmiş akt sübut kimi qəbul edilə bilməz. Belə ki, qanunun tələbindən göründüyü kimi, akt tərtib olunduğu zaman “Elektrik Enerjisindən istifadə Qaydaları”nın hansı bəndinə əsaslanıldığı qeyd edilməmişdir. Cavabdeh qurumun əməkdaşları tərəfindən qərəzli, qeyri-qanuni, əsassız, fərziyyələrə əsaslanan, səriştəsiz, qeyri-peşəkar akt tərtib edilmişdir. Sayğac laboratoriya şəraitində yoxlanılmadan, yeni sayğac quraşdırılmadan, yeni sayğacın göstəricilərinə əsaslanmadan, qeyri-qanuni hesabat verilmişdir. Müvafiq Qaydaların 7.15-ci bəndində qeyd edilmişdir ki, hesablaşma elektrik sayğaclarının örtük qutularında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin plombu olmalıdır. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin plombunu qırmadan sayğaca müdaxilə etmək qeyri-mümkündür. Həmin plomb qırılmışsa və ya müdaxilə olunmuşsa Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşının iştirakı ilə laboratoriya şəraitində yoxlanılmalı, o cümlədən abonentin iştirakı təmin edilməlidir. Lakin göründüyü kimi, həmin proseslər həyata keçirilməmişdir. Müvafiq qaydaların 8.33-cü bəndində qeyd edilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir bir nüsxəsi məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanır. Lakin göründüyü kimi, aktın tərtib onunmasında iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Hal şahidi qrafasında (aktın) Sabunçu rayon elektrik şəbəkəsinin nəzarətçiləri imza etmiş, akt tərtib edilərkən məişət abonentinin əvəzinə heç kim imza etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4837/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Həqiqət Mahmudova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4837/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehin mövqeyindən çıxış edərək, əks tərəfin məhkəməyə təqdim etdiyi sübutları ümumiyyətlə nəzərə almadan qanuna zidd qətnamə qəbul etmiş və qətnamədə göstərmişdir ki, cavabdeh tərəfindən dindirilmiş şahid ifadələrini rəhbər tutaraq, iddiaçı tərəfindən aktın əsassız olduğu barədə məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. «Abunə haqında» Cədvəldən görünür ki, iddiaçı elektrik enerjisindən istifadə haqlarını müvafiq qaydada, sayğac göstərişləri əsasında ödəmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32 və 8.33-cü maddələrinə əsasən abonentə iş gücünə görə orta sərfıyyat məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, aparılır və bu halda məişət abonenti barədə enerjitəchizatı müəssisəsinin nümayəndəsi, onun və 2 nəfər hal şahidinin iştirakı ilə müvafiq akt tərtib edir. İddiaçının elektrik enerjisindən istifadə qaydalarını pozması barədə tərtib edilmiş akt sübut kimi qəbul edilə bilməz. Belə ki, qanunun tələbindən göründüyü kimi, aktın tərtib olunması zamanı «X2 Qaydaları»nın hansı bəndinə əsaslandıqları qeyd edilməmişdir. Cavabdehin əməkdaşları tərəfindən qərəzli, birtərəfli, qeyri-ranuni, əsassız, fərziyyələrə əsaslanan, səriştəsiz, qeyri-peşakar akt tərtib edilmişdir. Sayğac laboratoriya şəraitində yoxlanılmadan, yeni sayğac quraşdırılmadan və yeni sayğacın göstəricilərinə əsaslanmadan qeyri-qanuni hesabat verilmişdir. Qanunun 7.15-ci bəndində qeyd edilmişdir ki, hesablaşma elektrik sayğaclapbinın örtük qutularında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin plombu olmalıdır. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin plombunu qırmadan sayğaca müdaxilə etmək qeyri-mümkündür. Həmin plomb qırılmışsa və ya Müdaxilə olunmuşsa Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşın ın iştirakı ilə laboratoriya şəraitində yoxlanılmalıdır. O cümlədən, abonentin iştirakı təmin edilməlidir. Lakin göründüyü kimi bu proseslər həyata keçirilməmişdir. Qanunun 8.33-cü bəndində qeyd edilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfərhal şahidinin iştirakı ilə akt tərtib edir və aktbiH bir nüsxəsi məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfərhal şahidi tərəfundən imzalanır. Lakin göründüyü kimi, aktın tərtib onunmasında iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Hal şahidi qrafasında (aktın) Sabunçu Elektrik şəbəkəsinin nəzarətçiləri imza etmişdir. Akt tərtib edilərkən abonentin əvəzinə heç kim imza etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiəe edərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi C.Aslanov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşda da, əsaslandığı hallarla razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19.02.2021-ci il tarixli, 021456 saylı aktının surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın giriş faza yuvasından kənar xətt çəkilərək mənzili qidalandıran ayırıcıya qoşulmuş, kənar xətdən keçən yük amper maşa vasitəsilə ölçülmüşdür. İş materiallarına əlavə edilmiş 19.02.2021-ci il tarixli, 021456 saylı akt əsasında tərtib edilmiş “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblər”dən görünür ki, sayğacdan kənar qoşulma halına görə 797.46 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid X4 ifadə verərək bildirmişdir ki, "xxxx" ASC-nin satışa nəzarət idarəsində mühəndis vəzifəsində çalışır. Hazırkı iş üzə İddiaçı şəxsən tanımır. Lakin iddiaçının yaşadığı ərazi üzrə sayğacların işləyibişləməməsini yoxlamaq üçün baxış keçirilən zaman ünvan 1 ünvanında sayğacdan kənar xətt aşkar edilmişdir. O, həmin vaxt digər iki əməkdaşla birlikdə iddiaçıya məxsus evin qapısını döysə də, qapını açan olmamışdır. Təxminən 1 saat qeyd olunan sayğacın yanında dayanmış, yekun olaraq akt tərtib edərək, onu sayğac qutusuna yerləşdirib həmin yeri tərk etmişlər. Sayğaca baxış zamanı müəyyən edilmişdir ki, evin çöl divarına quraşdırılmış sayğacın giriş 1-ci quraşdırma sxemindən 1-ci faza yuvasından birbaşa mis kabel salınaraq mənzili qidalandıran ayırıcıya birləşdirilmişdir. Həmin faktla bağlı çəkiliş aparıb, akt tərtib edilmişdir, lakin komputerdəki nasazlıq səbəbindən, çəkilişləri təqdim etmək mümkün olmamışdır. Abunə haqqında məlumatdan da göründüyü kimi, həmin ünvanda 2020-ci ilin iyun ayından sərfiyyat olmamış, əvvəlki aylarda da sərfiyyat çox aşağı olmuşdur. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarının 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. İş materiallarında olan 021456 saylı, 19 fevral 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın giriş faza yuvasından kənar xətt çəkilərək mənzili qidalandıran ayırıcıya qoşulmuş, kənar xətdən keçən yük amper maşa vasitəsilə ölçülmüşdür. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin iş materiallarından görünür ki, həmin akt iddiaçı və hal şahidləri tərəfindən imzalanmamış, abonent (iddiaçı) tərəfindən imzalamaqdan imtina edilməsi barədə hər hansı qeyd aparılmamış, yalnız "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. Eyni zamanda, iddiaçının həmin aktla bağlı məlumatının olmasını təsdiq edən hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına və qeyd edilən hüquq normalarının tələblərinə əsasən vurğulayır ki, iddiaçıya borcun hesablanmasına səbəb olmuş akt qanunla müəyyən olunmuş tələblərə uyğun şəkildə tərtib edilmədiyindən, həmin akt borcun mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt iş üzrə sübuti əhəmiyyətə malik olmadığından, birinci instansiya məhkəməsinin həmin akta əsaslanaraq iddia tələbini rədd etdiyi qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4837/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4837/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 19 fevral 2021-ci il tarixli, 021456 nömrəli akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 607.38 (altı yüz yeddi manat otuz səkkiz qəpik) manat məbləğində əsassız hesablanmış borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11523/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11523/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver