Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1362/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı; iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X53 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X12 və X26 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil3 və nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair ilkin iddiası üzrə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı (X46 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2023 saylı, 15 may 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin 15 saylı mənzilinin 35,5 kv.metr-dən ibarət hissəsi 6 may 2010-cu il tarixdən X21 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. 27 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsi ilə X42 həmin mənzili 14.000 manata X3 və sonuncunun mülkiyyət hüququ 29 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. İddiaçı ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşamış, bununla bağlı mülkiyyətçi ilə İddiaçı arasında məhkəmə mübahisələri olmuş və son nəticədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qüvvədə olan 7 mart 2018-ci il tarixli qətnaməsi ilə X27 iddiası təmin edilərək, cavabdehlər İddiaçı, Məmmədov Həsrəddin Müsüləddin oğlu, X28, X7, X22, X13, X29, X38, X30, X31 və X8 Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.m olan 15 saylı mənzilə istifadə hüquqlarının itirilməsi qət edilmiş; iddiaçı X21 cavabdehlər X37 və 7 saylı DNK-yə qarşı 27 avqust 2010-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışının ləğv edilməsi tələbinə dair iddiası isə təmin edilməmişdir.
4. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qüvvədə olan 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X27 cavabdehlər İddiaçı, Məmmədov Həsrəddin Müsüləddin oğluna, X14, X6, X10, X9, X15, X23, X16, X17 və X18 qarşı iddiası təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.metr olan 15 nömrəli mənzildən özlərinə məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin mənzilin boşaldaraq X37 təhvil verilməsi qət edilmişdir.
5. 11 iyul 2019-cu il tarixli, 287 saylı müqavilə ilə “Əmlak istifadəçisi” qismində İddiaçı bəyan etmişdir ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində ailəsi ilə birlikdə uzun müddət daimi yaşamış və bu yaşayış sahəsinə dair hər hansı sənədi olmamışdır. Müqaviləyə əsasən “Əmlak istifadəçisi” istifadəsində olan ünvan 1 ünvanında yerləşən 46 kv.m yaşayış sahəsini sökülmək üçün “Tikinti şirkəti“ qismində Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yenidən inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” isə ünvan 1 ünvanında yerləşən və “Əmlak istifadəçisinin” istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə inşa edilən binada 50,0 kv.m. ümumi sahəsi olan təmirli mənzilin İddiaçı istifadəsinə verilməsini, təmirli mənzillə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 600 manat məbləğində kirayə haqqını hər ay üzrə əvvəlcədən, ayda 1 dəfə ödəməyi, yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çatdıraraq, təmirli mənzili “Əmlak istifadəçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. 18 iyul 2019-cu il tarixdə tərəflər arasında müqavilədə nəzərdə tutulan mənzilin təhvil-qəbuluna dair akt imzalanmışdır.
6. Sonradan mənzilə mülkiyyət hüququ X24 X4 (bununla bağlı müvafiq sənədlər iş materiallarına əlavə olunmamışdır), 29 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə isə X46 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilində paylı mülkiyyət hüququ üzrə ona məxsus olan İ mərtəbə 2 otaq 37,7 kv.m. payını 251000 manata X5, sonuncunun mülkiyyət hüququ 2 noyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. "xxxx" MMC Cavabdeh MMC-dən ayrılma nəticəsində yaranmış, 2 dekabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X46 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, ünvan 2 ünvanında yerləşən mənzili 2020-ci ildə X.Kubişovdan alan zaman həmin mənzillə bağlı Cavabdeh MMC ilə İddiaçı Fləsrəddin oğlu arasında bağlanmış 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqavilə ilə tanış oldu və bununla heç bir narazılığı olmadı. Belə ki, Cavabdeh şirkəti müqavilədə sözügedən mənzildə uzun müddət ailəsi ilə birlikdə yaşayan İddiaçı 50 kv m. təmirli mənzil verməyi öhdəsinə götürmüşdür. ünvan 2 ünvanında yerləşən mənzilin sahəsi ümumilikdə 98 kv.m (68 kv.m yaşayış, 30 kv.m zirzəmi) olmuşdur. İddiaçı yaşadığı mənzildən daha kiçik mənzillə razılaşıb ona görə ki, həmin mənzilə aid sənədi olmayıb və bu barədə müqavilədə müvafiq qeyd aparılmışdır. Cavabdeh MMC mənzilə dair müvafiq sənədlər gətirildiyi zaman isə əlavə kompensasiya ödəyəcəyinə vəd vermişdir. Qeyd edir ki, mənzilin faktiki sahəsi 98 kv. m olduğu üçün (68 kv m yaşayış, 30 kv m zirzəmi), eyni zamanda şirkət tərəfindən mənzilin sahəsinin ən azı 20 faizi əlavə hesablanmaqla ümumilikdə 118 kv.m. üçün əlavə kompensasiya ödməyi öhdəsinə götürmüşdür. Həmin dövrdə Cavabdeh MMC tərəfindən söküntü işləri aparılırdı. Şirkətlə bir ildən artıq danışıqlar aparıldı və 2021-ci ildə Cavabdeh MMC ilə razılaşdılar ki, yeni tikilmiş binada 50 kv.m tam təmirli mənzil İddiaçı verilsin, yəni 2019-cu ildə İddiaçıla Cavabdeh MMC arasında bağlanmış 287 saylı müqavilə ləğv edilməsin və qüvvədə qalsın. Əlavə olaraq isə 251000 kompensasiya ona ödənilsin. Bununla bağlı İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi C.Cəfərov və onun arasında razılıq oldu və Cavabdeh MMC-nin nümayəndəsi C.Cəfərov və onun arasında alqı-satqı müqaviləsi bağlandı. Cavabdeh MMC sözügedən mənzil üçün ona 251.000 manat pul ödədi və İddiaçı isə yeni tikilmiş binada 50 kv.m təmirli mənzil verməyi öhdəsinə götürdü.
9. "xxxx" MMC tərəfindən verilmiş 13/TM nömrəli 16 may 2025-ci il tarixə arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarı və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin əhatəsində inşa edilmiş “Triumf Palace” yaşayış kopmleksində ümumi sahəsi 50.00 m2 olan mənzil mövcud deyildir. 10.İşin hazırki apellyaiya baxışı zamanı alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininin 00231 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzilin (əşyasız) hazırkı dövrə olan bazar qiyməti 163.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzilin (əşyasız) 1 kv.m-nin hazırkı dövrə olan bazar qiyməti 3.250 manat təşkil edir.
11. X38 və X25 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, onlar öz prosessual hüquqlarını 5 il müddətinə İddiaçı ötürmüşdür; bu etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əməliyyatlara şamil edilmişdir. 12.X19, X2, X28 və X32 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, onlar öz prosessual hüquqlarını 5 il müddətinə İddiaçı ötürmüşdür; bu etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əməliyyatlara şamil edilmişdir.
13. X52 ilə X47 arasında bağlanmış AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Elşad Rzayev Bakı şəhəri, Nərimanov ayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 nömrəli mənzilində paylı mülkiyyət hüququ üzrə ona məxsus 37.7 kv.m sahəsi olan 2 otağı Cəfər Cəfərova 251.000 manata satmışdır.
Birinci instansiya məhkəməsində icraat
14. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinı dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqaviləyə əsasən, cavabdehlərdən 2020-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayınadək 24 ay müddət ərzində yığılmış hər ay 600 manat olmaqla, ümumilikdə 14.400 manat məbləğində kirayə haqqının və 134 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi və cavabdehlərin üzərinə müştərək qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik təmirli mənzilin onun istifadəsinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İlkin iddia onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəflər arasında bağlanmış müqavilə şərtlərini icra etməmişdir. Belə ki, tikinti şirkəti tərəfindən yalnız 15 ay müddətində aylıq 600 manat (kommunal xərclər çıxdıqdan sonra 400 manat) məbləğində kirayə haqqı ödənilmiş, digər ayların kirayə haqları ödənilməmişdir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuş yeni binanın tikinti işlərinin bitməsinə və istifadəyə verilməsinə baxmayaraq, müqavilədə nəzərdə tutulmuş təmirli mənzil istifadəsinə verilməmişdir.
16. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunmasını, həmin tələb üzrə cavabdeh ilə Cavabdeh MMC arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC yenidən təşkil olunaraq, tərkibindən yeni hüquqi şəxsin ayrılması nəticəsində "xxxx" MMC yaranmış və hazırkı mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ, N.Quliyev küçələrinin kəsişməsində inşa edilən “Triumf Palace” yaşayış kompleksi "xxxx" MMC-nin balansındadır. Müqavilə bağlandığı zaman İddiaçı özünə və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini və 37 saylı MKİS tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli (müddəti bitmiş) arayışı Cavabdeh MMC-yə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin onun istifadəsində olduğunu bildirmiş, bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və müvəqqəti yaşamaq üçün aylıq kompensasiyalar ödənilmişdir. Lakin sonradan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin xüsusi mülkiyyətdə olduğu məlum olanda iddiaçı bildirmişdir ki, mənzilin sənədləşmə işlərində problem var və yaxın vaxtlarda problemi həll edərək, mənzilin sənədlərini tikinti şirkətinə təqdim edəcək. Bu səbəbdən 2020-ci ilin sentyabr ayından sonra iddiaçıya aylıq kompensasiyanın ödənilməsi dayandırılmış və bununla bağlı 2 il ərzində iddiaçı tikinti şirkətinə heç bir iddia və etirazlarını bildirməmiş, yəni 11 iyul 2019-cu il tarixli müqavilə artıq əhəmiyyətsiz olmuşdur. Bir müddət keçəndən sonra, iddiaçı bildirmişdir ki, mənzilə dair sənədləşdirmə işləri tamamlanmış, həmin mənzilin Elşad Rzayevə məxsus olmasına dair çıxarışı təqdim edərək, mənzilə görə kompensasiyanın verilməsi barədə bir neçə ay Cavabdeh MMC ilə danışıqlar aparmış və sonda əldə olunmuş razılığa əsasən faktiki sahəsi 46 kv.m olan mənzilə görə 251.000 manat məbləğində kompensasiya ödənilməklə, 29 oktyabr 2021-ci il tarixdə notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə cavabdeh qismində cəlb olunandan sonra mülki işin sənədlərlə tanış olan zaman, iddiaçı tərəfindən nümayəndəyə verilmiş etibarnaməyə nəzər yetirərkən məlum olmuşdur ki, onun qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı küçəsi 9 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasıdır. Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinə dair yuxarıda qeyd olunan məhkəmə mübahisələri barədə məlumatı olsaydı, iddiaçı ilə müqavilə bağlamazdı. Bu müqavilə iddiaçı tərəfindən Cavabdeh MMC-yə yalan, həqiqətə uyğun olmayan məlumatlar verildiyinə görə, bir sözlə aldatma yolu ilə bağlanmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilədə qeyd olunan mənzil X27, sonradan X33, hazırda isə X34 mülkiyyətində olduğuna görə, 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilə artıq öz əhəmiyyətini itirmişdir. X47 mənzilin mülkiyyətçisi olduğu andan mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir, ondan öncə isə bu hüquq yuxarıda qeyd olunan şəxslərə məxsus olmuşdur. Mübahisəli mənzil hələ X.Kubişova məxsus olan zaman məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının həmin mənzilə dair istifadə hüququ artıq itirilmişdir.
18. İşə baxılarkən "xxxx" MMC-nin vəsatəti əsasında, X46 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanılan 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
21. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.
22. Məhkəmə işə əlavə edilmiş məhkəmə aktları əsasında müəyyən etmişdir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilə olan istifadə hüququ itirilmiş, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə onun mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən həmin halların baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq, qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən iddiaçının mənzilə mülkiyyət hüququ olmamış və həmin mənzildə yaşamamışdır.
23. Məhkəmə qeyd edilənlərə əsasən subyekt tərkibinə görə əqdin etibarsız hesab edilməsi üçün əsasların olduğu qənaətinə gəlmişdir. Belə ki, mənzilin mülkiyyətçisi olmayan, həmin mənzilə dair hər hansı hüququ olmayan iddiaçı bu mənzil üzrə sərəncam verilməsinə dair Cavabdeh MMC ilə müqavilə bağlamışdır. Göründüyü kimi əqdin subyektiv tərkibinə aid edilən şərt pozulmuşdur, əqd etibarsız hesab olunmalıdır. Mübahisələndirilən müqavilənin bağlanması zamanı iddiaçı MMC-yə düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onun verdiyi düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə MMC, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Şübhəsizdir ki, məqsədi gəlir əldə etmək olan tikinti şirkəti, tikintini həyata keçirəcəyi ərazidə heç bir əmlaka sahib olmayan şəxslərə mənzil və pul ödəmək öhdəliyi götürməz; hərgah, əgər bu cür şəxslərlə müvafiq müqavilələr bağlamışsa, həmin müqavilələrin aldatma olmadan bağlanması qənaətinə gəlməmək ağlabatan mühakimə əsasında mümkün deyildir.
24. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, MMC-nin irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iddiaçının müvafiq iddia tələbini irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürmüş olması arqumentinə münasibətdə isə qeyd etmişdir ki, mülki işin materiallarında olan 11 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 46,0 kv.m. ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Bunun əvəzində Cavabdeh MMC isə həmin ərazidə inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili İddiaçı istifadəsinə verməyi, təmirli mənzil ilə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə kompensasiya şəklində aylıq 600 manat məbləğində kirayə haqqını ayda 1 dəfə ödəməyi öhdəsinə götürmüşdür. 18 iyul 2019-cu il tarixli aktdan müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən sözügedən mənzilin cavabdehə təhvil prosesi baş tutmuşdur. İddia ərizəsindən də görünür ki, cavabdeh ilk vaxtlar müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, kirayə haqqını ödəmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, həmin mənzil əslində başqa şəxsin xüsusi mülkiyyətindədir. Bu hal onlara 2020-ci ilin sentyabrında məlum olmuş, bu tarixdən sonra da kirayə haqlarını ödəməmişlər. Sonra iddiaçı mənzilin xüsusi mülkiyyət hüququ əsasında Elşad Rzayevə məxsus olduğunu bildirilmiş, Cavabdeh MMC ilə evin mülkiyyətçisi olan E.Rzayev arasında alqı-satqı müqaviləsi bağlanaraq, cavabdeh 251000 manat məbləğində pul ödəməklə mənzili əldə etmişdir. Belə olan halda, cavabdeh 2020-ci ilin sentyabr ayından etibarən kirayə haqqını ödəməməklə müqaviləni mübahisələndirmişdir.
25. İddiaçı istifadəsində olan, lakin əslində heç bir subyektiv hüququnun olmadığı məhkəmə qətnamələri və qərarları ilə təsbit edilmiş mənzilin əslində xüsusi mülkiyyətçisi olduğunu cavabdehdən gizlətmişdir. Nəticədə cavabdeh həmin mülkiyyətçi ilə yenidən müqavilə bağlayaraq, ona mənzilin qarşılığında pul məbləği ödəmək məcburiyyətində qalmışdır. Çünki, mənzil faktiki olaraq iddiaçı tərəfindən təhvil verilsə də, mənzil üzərində olan hüquqlar başqa şəxsə məxsus olmuşdur. Mənzil müqavilənin bağlandığı dövrdə X27 xüsusi mülkiyyətində olduğundan, iddiaçının isə heç bir icarə, əmlak kirayəsi müqaviləsi olmadan həmin mənzildə yaşaması işin mübahisəsiz halı olduğundan, məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının həmin mənzil barədə belə bir müqavilə bağlamaq, mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Beləliklə, müqavilə səlahiyyətsiz şəxs tərəfindən imzalanmış, müqavilə, subyekt tərkibi ilə bağlı qanunvericiliyin tələbləri pozularaq imzalanmışdır. Müqavilə tərəflərindən birinin, yəni iddiaçının mənzil üzərində sərəncam vermək hüququ, əqd bağlamaq səlahiyyəti olmadığı halda belə bir müqaviləni imzalaması müqaviləni bağlanılan andan etibarsız edir.
26. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılan əqd iddiaçının səlahiyyəti olmadığından bağlandığı andan etibarsızdır və müddətin ötürülmüş hesab edilməsi barədə etiraz əsassızdır. Qarşılıqlı iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, ilkin iddia tələbləri təmin edilməməlidir.
27. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 404cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 119, 124.2, 217.4, 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli, “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli, “B.Qasımovun şikayəti üzrə” 2019-cu il 9 dekabr tarixli və “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsindən narazı qalan ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakim R.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Axundovadan və F.Babayevdən ibarət tərkibdə) 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5032/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından və işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından açıq-aşkar müəyyən olunur ki, iddiaçının Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilədə qeyd olunan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə hər hansı əşya (əmlak) hüquqları mövcud olmamış, yaşayış sahəsi digər şəxsin (X48) mülkiyyətində olmuş, sonuncunun iddiası üzrə iddiaçının həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Yəni, xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilə imzalanan zaman artıq iddiaçının qeyd edilən yaşayış sahəsinə hüquqi və faktiki aidiyyəti olmamış, əqdi bağlamaqda səlahiyyətsiz şəxs olmuşdur. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iddiaçı müqaviləni bağlayan zaman qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən əşyaya (yaşayış sahəsinə) hər hansı hüquqlarının olmadığını bilmiş, lakin bu barədə müqavilənin digər tərəfinə məlumat verməmiş, əksinə yaşayış sahəsinə hüquqlarının olması görüntüsünü yaratmaq üçün Nərimanov rayon MKTB-nin arayışını təqdim etmişdir.
33. Apellyasiya icraatı zamanı üçüncü şəxs qismində icraata cəlb olunmuş X34 nümayəndəsi (vəkili) bildirmişdir ki, X47 Cavabdeh MMC-nin qanuni təmsilçisi olmuş (bu hal işdə olan sənədlərlə tam təsdiq olunur), mübahisəli mənzili 251.000 manat ödəməklə almış, həmin məbləğ faktiki mübahisəli yaşayış sahəsinin kompensasiyası kimi çıxış etmişdir. Göründüyü kimi, cavabdeh əqdə bağlı olmamasını, onun etibarsızlığı ilə bağlı iradə ifadəsini hələ 2020-ci ilin sentyabr ayında iddiaçıya bildirmiş, sonuncu da uzun müddət bu halı mübahisələndirməmiş, cavabdehlərə qarşı hər hansı tələb irəli sürməmiş, mövcud vəziyyətlə razılaşmışdır. Lakin üzərindən 2 ildən çox müddət keçdikdən sonra iddiaçı etibarsız müqaviləyə istinad edərək, cavabdehlərə qarşı hazırkı tələblərini irəli sürmüşdür. Məhz bu səbəbdən də cavabdeh əqdin əhəmiyyətsizliyi faktının təsbiti üçün qarşılıqlı iddia vermək məcburiyyətində qalmışdır. İddiaçı yaşayış sahəsinə əşya hüquqlarının olmaması, məhkəmə aktlarının mövcudluğu və s. halları mübahisələndirmir, etirazının əsası kimi - müqavilə bağlanan zamanı mübahisəli yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlərinin olmamasının digər tərəfə bəlli olmasını göstərir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilən dəlili vəziyyəti dəyişdirməməklə, müqaviləni etibarlı hala gətirmir. Eyni zamanda, iddiaçı, mübahisəli yaşayış sahəsinin qanuni mülkiyyətçisi (eləcə də sonrakı mülkiyyətçiləri) tərəfindən həmin müqavilənin bağlanmasına razılığı ifadə edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir.
34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində ilkin icraat
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakim A.Q.Hüseynovun məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və Z.B.Babayevdən ibarət tərkibdə) 08 aprel 2024-cü il tarixli, 2(102)-1064/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan mübahisə üzrə iddiaçı tərəfindən mübahisəli mənzilə dair sərəncam əqdi bağlanmamış və Cavabdeh MMC iddiaçının yaşayış sahəsinə heç bir hüququnun olmadığını bildiyi halda həmin sahənin ona təhvil verilməsi qarşılığında könüllü şəkildə iddiaçını mənzil və kirayə haqqı ilə təmin etmək öhdəliyi götürmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllə ikitərəfli müqavilənin bağlanmasının əsas şərtlərindən biri kimi tərəflərin razılaşdırılmış iradə ifadəsinin mövcud olmasını zəruri hesab edir və nəzərdə tutur ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
37. Məhkəmə kollegiyası belə mövqe irəli sürmüşdür ki, tikini şirkətləri tərəfindən çoxmənzilli yaşayış binalarının inşası zamanı sökülməsi nəzərdə tutulan yaşayış sahələrində hər hansı qanunla qorunan mülkiyyət və istifadə hüquqları olmadan faktiki yaşayan şəxslərin də mənzillə təmin olunması və ya digər qaydada kompensasiya ödənilməklə həmin sahənin boşaldılması barədə tərəflərin iradə ifadələrinə uyğun etibarlı müqavilələr bağlana bilər və bu cür müqavilələr həmin tərəflər üçün öhdəliklər yaradır. Bu baxımdan kassasiya kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən əqdin subyektiv tərkibə aid edilən şərtin pozulması əsası ilə əhəmiyyətsiz olduğu barədə məhkəmələrin gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.
38. Kassasiya məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əqdi əhəmiyyətsiz hesab etməklə yanaşı, müqavilənin etibarsız olduğu barədə qənaəti, həmçinin onun bağlanması zamanı iddiaçının MMC-yə düzgün olmayan məlumatlar verdiyi, müqavilələr məhz onun verdiyi düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlandığı ilə əsaslandırmışdır. Halbuki, yuxarıda da qeyd olunduğu kimi məhkəmə tərəfindən əhəmiyyətsiz hesab edilmiş əqdin həm də aldatma və ya vacib əhəmiyyətli yanılma əsasları ilə (mübahisələndirilən əqd) yoxlanılması məhkəmənin daha əvvəl gəldiyi nəticə ilə ziddiyyətin yaranmasına səbəb olmuşdur. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilədə iddiaçının mübahisəli yaşayış sahəsinə dair hər hansı sənədinin olmadığını bəyan etməsi işin mübahisəsiz müəyyən edilmiş halıdır. Buna baxmayaraq, məhkəmənin müqavilənin aldatma əsasında bağlandığı barədə gəldiyi qənaət açıq-aşkar əsaslandırılmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 2020-ci ilin sentyabr ayından etibarən müqavilədə nəzərdə tutulan kirayə haqqını ödəməməklə müqaviləni mübahisələndirmiş və əqd etibarsız hala gəlmişdir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilikdə müqavilə tərəflərindən birinin müqavilə öhdəliklərinin icrasından birtərəfli imtina etməsini əqdi mübahisələndirmək barədə iradə ifadəsi hesab etməyə, yaxud əqdi etibarsızlığına səbəb olan hal kimi qiymətləndirməyə imkan verən normalar nəzərdə tutulmamışdır. Buna baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddiaçıya kirayə haqqı ödəməklə bağlı müqavilə öhdəliyinin icrasından birtərəfli imtina etməsini onun əqdi mübahisələndirməsi və əqdin etibarsız hala gəlməsi kimi qiymətləndirmişdir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) 22 iyul 2024-cü il tarixli, 2(103)-4062/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair ilk iddiasının və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı apellyasiya icraatı zamanı iş materiallarından, tərəflərin apellyasiya baxışı zamanı izahatılarından, "xxxx" MMC-nin cinayət təqibi qaydasında araşdırma aparılması üçün müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmasından və qəbul edilən 1 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan bəlli olur ki, alqı-satqı müqaviləsi nəticəsində xx.xx.2020-ci ildə mübahisəli mənzil Elşad Rzayevin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq, mənzil sökülənədək İddiaçı və ailə üzvləri qeyd olunan mənzildə yaşamaqda davam etmişlər. Mübahisəli mənzillə bağlı İddiaçıla Cavabdeh MMC ilə arasında danışıqlar davam etmiş və nəhayət MMC-nin qanuni təmsilçisi olan X47 ilə X46 arasında faktiki İddiaçı istifadəsində və sahibliyində olan sözügedən mənzilə dair 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və mənzil faktiki olaraq tikinti şirkətinə 251.000 (iki yüz əlli bir min) manata satılmışdır. Həmin məbləğdən 52.000 (əlli iki min) manat Elşad Rzayevə borc əvəzi qaytarıldıqdan sonra qalan 199.000 (yüz doxsan doqquz min) manat qeyd olunan mənzilin sökülməsinə görə İddiaçı əldə etmişdir.
42. Məhkəmə tərkibi xüsusilə vurğulamışdır ki, işin yuxarıda qeyd olunan həqiqi hallarını, yəni proseslərin bu cür davam etməsini tərəflər də mübahisələndirmədi, demək ki, bu işin mübahisəsiz halına çevrildi. Eyni zamanda cinayət təqibi zamanı aparılan araşdırma zamanı alınsa da X27, X33 və onun arvadı X20 hazırki mübahisəyə dair verdikləri məlumatları (izahatları) və cinayət işinin başlanmasının rədd edilməsi qərarında göstərilənlər də hadisələrin bu cür cərayan etdiyini təsdiq edir.
43. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilənin etibarlı əqd olmadığı barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Çünki qeyd olunan müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış müqavilə kimi qiymətləndirilə bilməzdi. Ona görə ki, İddiaçı müqavilə şərtlərində özünü mülkiyyətçi qismində göstərməmiş, “əmlak istifadəçisi” kimi müqavilə tərəfi olmuşdur. Hazırkı işdə olduğu kimi bu cür şəxslər mülki dövriyyənin subyektləridir və mülki hüquq münasibətlərinin iştirakçısı kimi azad surətdə Mülki Məcəllədə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilə bağlaya bilərlər. Ancaq bu da o demək deyil ki, sonradan bu və ya digər səbəbdən yaşayış yaxud qeyri-yaşayış obyektlərinə faktiki sahiblik edən həmin şəxslərin o sahələrə hər hansı bir hüquqularının olmadığı əsası ilə müqavilənin etibarsızlığını tələb etmək olar. Bu cür mövqe və hüquqi yanaşma hüquqa uyğun sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsinin ilkin iddianın bu əsasla, yəni müqavilənin istər aldatma nəticəsində, istərsə də səlahiyyətsiz şəxs tərəfindən bağlandığı üçün etibarsız olduğuna görə rədd etməsi düzgün olmamışdır.
44. Bununla belə ilkin iddiaçı bu cür iddianı irəli sürərkən açıq-aşkar haqlı olmamış, hüquqdan pis niyyətlə qarşı tərəfə ziyan vurmaqla sui-istifadə edərək, artıq xx.xx.2019-cu il tarixli müqavilə üzrə qarşı tərəfin öhdəliyinin icra nəticəsində xitam verildiyini bilə-bilə məhkəməyə müraciət etmişdir. Belə ki, MMC qeyd olunan müqavilə üzrə söküləcək mənzilin əvəzində cəmi 50 kv. metr ümumi sahəsi olan mənzilin İddiaçı istifadəsinə verməyi öhdəsinə götürərək 2020-ci ilin sentyabr ayınadək hər ay 600 manat kompensasiya da ödəmişdir. Yalnız həmin aydan qeyd olunan mənzilin mülkiyyətçilərinin dəyişməsi ilə əlaqədar ödənişlər dayandırılmış, ancaq İddiaçıla MMC arasında söküləcək mənzillə bağlı danışıqlar mütəmadi davam etmiş, nəticə etibarı ilə 29 sentyabr 2021-ci il tarixdə hər hansı bir hüquqla ona məxsus olmasa da faktiki istifadəsində və sahibliyində olduğuna görə tikinti şirkətinin rəhbərinə 251.000 (iki yüz əlli bir min) manata satılmasına nail olmaqla qeyd olunan vəsaiti əldə etmişdir. İddiaçı bu vəsaitin 52000 manat hissəsini Elşad Rzayevə verməsi də, o demək deyil ki, qeyd olunan vəsaitdən ilkin iddiaçı olaraq tam yararlanmamışdır. X60 aldığı 52.000 manat borcun hesabına uzun illər əvvəl, yəni 2010-cu ildən 2020-ci ilin avqust ayına kimi Xəlil Kubişovun mülkiyyətində olmuş həmin mənzilin, 51.000 manata yenidən Elşad Rzayevin adına qeydə alınmasını təmin edərək faktiki olaraq öz istifadəsində və sahibliyində qalmasının davam etməsinə nail olmuş, yekunda isə həmin mənzilin MMC-yə kifayət qədər böyük məbləğə satılmasını reallaşdıraraq əldə edilmiş vəsaitdən tam yararlanmışdır. Bu fakt ilkin iddianın rədd edilməsi üçün müstəqil əsas sayılırdı.
45. Mülki Məcəllənin 529.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq MMC xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyinin icrasını faktiki olaraq 29 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yerinə yetirmiş, yəni mənzilə görə 251.000 (iki yüz əlli bir min) manat ödəmiş, İddiaçı isə öhdəliyin bu cür icrasını qəbul etmişdir. Əgər İddiaçı bu cür icranı öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Ancaq İddiaçı qeyd olunan mənzilin sökülməsinə görə aldığı 251.000 (iki yüz əlli bir min) manatı, MMC-nin icra etməli öhdəlik olmadığını ümumiyyətlə məhkəmələrdə heç vaxt mübahisələndirməmişdir. Demək ki, özü də qəbul edir ki, 251.000 (iki yüz əlli bir min) manat məhz xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icrasına görə ona verilmişdir. Mülki Məcəllənin 529.8-ci maddəsinin dispozisiya şərtlərini də hazırkı mübahisəyə tətbiq etdikdə də bəlli olur ki, tərəflər xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyə icra əvəzinə pul ödənilməsi ilə xitam vermişlər. Çünki 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə tərəflər (əslində Elşad Rzayev faktiki İddiaçı iradəsi və tapşırığı ilə müqaviləni imzalamışdır) faktiki olaraq pulun miqdarını müəyyənləşdirmişlər. Hətta Mülki Məcəllənin 531.1-ci maddəsinin dispozisiya şərtlərini hazırkı mübahisəyə tətbiq edilməsinin mümkünlüyü nəzərdən keçirildikdə belə yenə də öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə, yəni 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilmişdir. Başqa sözlə, birinci müqavilə üzrə söküləcək mənzilin əvəzinə yeni mənzilin verilməsi əvəzinə, müqavilənin icra üsulu dəyişdirilərək alqı-satqı müqaviləsi üzrə pul ödəməklə əvvəlki öhdəliyə xitam verilmişdir. Düzdü, sual oluna bilər ki, 29 sentyabr 2021-ci il tarixli müqavilə eyni şəxslər arasında bağlanmamışdır. Lakin yuxarıda artıq bu məsələyə hüquqi qiymət verildi və qeyd olunan müqavilə üzrə əslində Elşad Rzayev faktiki İddiaçı iradəsi və tapşırığı ilə müqaviləni imzaladığından mənzilin sökülməsinə görə ödənilən vəsaitin tam olaraq İddiaçı ödənilməsi işin mübahisəsiz halıdır.
46. Məhkəmə tərkibi qarşılılıqlı iddianın əsaslılığı məsələsi ilə bağlı yuxarıda ilkin iddia ilə bağlı hüquqi dəyərləndirmə apararkən mahiyyət etibarı ilə bu iddiaya da münasibət bildirərək qeyd etmişdir ki, MMC bu cür qarşılıqlı iddianı irəli sürmək əvəzinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyinin icra nəticəsində xitam verilməsini təsbit edilməsinə nail olmalı idi. Ancaq MMC nail olmaq istəyi məqsədə çatmaq üçün düzgün vasitə (yol) seçməmişdir. xx.xx.2019-cu il tarixli müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən və ya aldatma nəticəsində bağlanılması həqiqi olsa belə yenə də qarşılıqlı iddia əsaslı ola bilməzdi. Çünki MMC-nin ən azından həmin müqavilədən 2020-ci ilin sentyabr ayından məlumatı olmasına baxmayaraq 2 ildən artıq müddətdə həmin müqavilə tərəfi olan İddiaçıla müqavilə predmeti barədə danışıqlar aparması, yalnız ilkin iddia irəli sürüldükdən sonra qarşılıqlı iddianın verməsi həmin əqdi bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına (forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da qarşılıqlı iddianın rədd edilməsi üçün müstəqil əsas sayılırdı.
47. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2024-cü il tarixli, 2(103)-4062/2024 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində ikinci icraat
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakim E.Y.Şamayevin məruzəsi ilə, hakimlər E.R,Vəliyevadan və Ə.M.Xıdırovdan ibarət tərkibdə) 29 noyabr 2024-cü il tarixli, 2(102)-3766/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2024-cü il tarixli, 2(103)-4062/2024 nömrəli qətnaməsi qismən, yəni İddiaçı iddiasının təmin olunmayan hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
49. Apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, məhkəmənin gəldiyi həmin nəticə, yəni 29 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən Elşad Rzayevə verilmiş vəsaitdən hər hansı hissəsinin ona verilməsini iddiaçı inkar edir və bununla bağlı onun (və ya nümayəndələrinin) hər hansı etirafedici izahatı iş materiallarında mövcud deyildir.
50. Həmçinin, məhkəmənin istinad etdiyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma zamanı qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 1 iyul 2024-cü il tarixli qərarında iddiaçının bu məsələ ilə bağlı izahatının alınması müəyyən olunmur. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, o, məhkəmə iclaslarında iştirak etməmiş və mübahisələndirilən bu məsələ ilə bağlı izahat verməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yalnız cavabdeh tərəfin göstərdiklərinə əsaslanmışdır ki, bununla Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçı ilə üçüncü şəxs arasında borc münasibətlərinin olub-olmamasını, alqısatqı nəticəsində əldə olunmuş vəsaitin iddiaçıya ödənilib-ödənilməməsini araşdırmalı, üçüncü şəxsin iştirakını təmin etməklə, onun bu mübahisəli məsələlərə münasibəti aydınlaşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
52.İştirak etdiyi məhkəmə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı bildirmişdir ki, onun bu evlə bağlı sənədi yox idi. Şirkətin əməkdaşları Fərid Şabanov, Azər adlı bir şəxs evi ölçməyə gəldilər. Birinci dəfə ölçəndə 100 kvadratmetr oldu, lakin sonradan faizi ilə birlikə 120 kvadrat metr elədi. Sovet dönəmində evlərin, yalnız yaşayış sahəsi hesablanırdı. Amma bizim artıq kvadratımız var idi, sənəddə qeyd olunmasa da, bizə aiddir. Bizim orda zirzəmimiz var. 50 kvadrat metrlik mənzil ona, 70 kvadrat metri başqasına verilməli idi. Çünki çıxarışda başqasının adı qeyd olunmuşdur. Onun ailəsi böyük ailədir, orada qardaşının da öz ailəsi ilə qalır. Dedilər ki, hələlik 50 kvadrat metrlik mənzilə görə müqavilə bağlayarlar, çıxarışı gətirəndən sonra yerdə qalan hissəni kompensasiya edərlər. O bildirdi ki, kompensasiya lazım deyil, orada qeydiyyatda olanlar var. Ev ata payıdır, hamının arasında bölünməli idi. Elşad Rzayev onun dostudur. Bir illik danışıqların sonunda qarşı tərəf kompensasiya ödəməyə razı olur. Alqı-satqı baş tutur, 70 kvadrat metr üçün kompensasiya ödənilir. Elşad həmin pulu orada qeydiyyatda olanların arasında bölür və özü qoyduğu məbləği də götürür. Həmin puldan ona pay düşməməli idi, çünkü o, mənzil almışdır. Qeydiyyatda olanlar Məmmədov Rasim, Məmmədov Kənan, Məmmədova Səbinə, Məmmədova Aytəndir. Məmmədova Aytən və Məmmədova Səbinə bacılarıdır, kompensasiya onlara verilmişdir. X41 Məmmədov Rasimə də verilmişdir. Ev böyük olduğuna görə aralarında bölünmüşdür. Pulun təyinatı mənim ailə üzvlərimə verilməsi üçün idi. Ailə üzvlərimin məndə etibarnaməsi var idi. O, bu məsələləri Cəfər və Cabirlə danışmışdır və bu yolu onlar göstərmişdir. O, ailəsinin pis vəziyyətdə olduğunu gördü və Elşaddan kömək istədi. O da ona kömək elədi, notariusda ona verilmiş pulukompensasiyanı bacı-qardaşları arasında bölmüşdür. Elşad polisə izahatı hədə-qorxu nəticəsində vermişdir. Elşadla onun arasında borc münasibətləri olmuşdur. Elşad onun əvəzinə Kubişov Xəlilə 51.000 manat ödəmiş, Xəlil də evi onun adına keçirtmişdir. Onlar həm şirkətlə, həm də Kubişov Xəlillə razılığa gəldilər. Hətta şirkət Kubişov Xəlildən vaxt istədi. Şirkət ona dedi ki, evin sənədlərini düzəlt və ailə üzvlərini qeydiyyatdan çıxart, qalan məsələni Kubişov Xəlillə həll edəcəklər. Alqı-satqı oldu, Xəlil öz pulunu aldı və məsələ bitdi. Şirkətin Xəlil Kubişovdan xəbəri var idi. Qarşı tərəf müqaviləni bugünə kimi ləğv etməmişdir. 53.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, “İnteks“ MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, bu müqavilə əsasında Cavabdeh MMC öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. Müqavilənin preambula hissəsində də İddiaçı həmin mənzildə uzun müddət ailə üzvləri ilə yaşadığı və həmin mənzilə dair sənədlərinin olmadığı qeyd olunmuşdur. Çıxarışda mənzilin sahəsi təxmini 40 kvadrat metr qeyd olunsa da, zirzəmilərlə birgə ümumi sahəsi 98 kvadrat metrdir. İddiaçı istifadəçidir, mənzilə dair hüquqları yoxdur və mənzili dərhal təhvil verməyi şərt qoyulduğu üçün 50 kvadrat metr sahənin əvəzləşdirilməsi ilə razılığa gəliblər. Əvəzləşdirmə zamanı mənzilin faktiki sahəsinin əvəzləşdirilməsi nəzərdə tutulur. Heç kim 98 kvadrat metr yerinə 50 kvadrat metr sahənin əvəzləşdirilməsi ilə razı olmazdı. Hüquqi şəxs mənzilin kimin mülkiyyətində olduğunu müəyyənləşdirmək üçün sorğu göndərə bilərdi və mənzilin əsas sahibini öyrənə bilərdi. Hüquqi şəxs kiminlə müqavilə bağladığını bilirdi, o şəxsin mülkiyyətçi olmadığını da bilirdi, sadəcə mənzilin təhvil verilməsi ilə bağlı bu şəxsin önündə öhdəlik götürmüşdür. İddiaçı öhdəliyini yerinə yetirmiş, təhvil-təslim aktına əsasən mənzili təhvil vermişdir. Mənzilin mülkiyyətçisini tapıb onunla müqavilə bağlanmasına maneə yox idi. 251000 manat pulu alqı-satqı əsasında kompensasiya edir, bəs niyə 2019-cu ildəki öhdəliyə xitam vermir? Əgər bilmirdisə, niyə öyrəndiyi an müqaviləyə xitam vermirdi? Əksinə təmsil etdiyi şəxs daha vicdanlı davrandığı üçün o maddəni preambula hissəsinə əlavə etmişdir. Təhvil-təslim aktının birbaşa olaraq İddiaçıla bağlanması istifadə hüququ faktını təsdiq edir. Eyni zamanda İddiaçıla müqavilə bağlayan zaman hüquqi şəxs bunu bilirdi. Kompensasiya hissəsinin onlara aid olmadığını dəfələrlə bildirmişlər. Məhkəmə iclasında İddiaçı niyə bütün proseslərdə digər qohumlarının yox, özünün iştirak etdiyini izah etdi və bildirdi ki, etibarnamə ona verilmişdir və ona görə də bütün proseslərdə o iştirak etmişdir. Həmin ərazidə xırda yaşayış evləri və bir ailənin yaşadığı evlər olduğuna görə Cavabdeh MMC ilə danışıqları özü aparmışdır, çünki həm onu tanıyırdılar, həm də orada qeydiyyatda olanların çoxu ona etibarnamə vermişdir. İddiaçı qeyd edir ki, o evdə uzun müddət onlar yaşamışlar və Kubişov Xəlillə aralarında borc münasibəti olmuşdur. Sadəcə ev əldən getməsin deyə dostu Elşaddan yardım istəmiş və evin başqasına satılmasına mane olmağa çalışmışdır. Ödənilən puldan İddiaçı heç bir pul məbləği çatmamışdır. Onun bu müqaviləyə aidiyyəti olmamışdır. Hətta bunu Elşad Rzayev öz ərizəsində qeyd etmişdir. Həmin evin sahəsi zirzəmilər və həyətyanı sahələrlə bir yerdə böyük olduğuna görə evin qiyməti 50 kvadrat metrlik evin qiyməti qədər deyildi. Bacı-qardaş orada yaşayan şəxslərdir, ailəlikcə yaşayırlar. Kompensasiya hissəsində də Elşadla alqı-satqıdan sonra pul bölüşdürülmüş, Tural da müqaviləsi olduğunu düşündüyü üçün öz payını götürəcəyini düşünmüşdür. Qeydiyyat məsələsi ilə bağlı şirkətin ətraflı məlumatı var. Xırda yaşayış evləri olduğuna görə bütün ailə eyni ərazidə yaşamışlar. Pul İddiaçı verilməmişdir. İddiaçı qohumlarına verilmişdir. Turala münasibətdə müqavilə davam etdirilmişdir. Onlara pul çatmamışdır və bununla bağlı müqavilə qüvvədədir. İddiaçı Rzayev Elşaddan götürdüyü 51 min manat pul vardır. Bu pulun əvəzində sənədləşmə Elşad Rzayevin adına olmuşdur ki, pul nə zaman qaytarılsa ev ondan sonra İddiaçı adına keçər. X65 Məmmədov uşaqlıqdan dost olduqlarına görə bu məsələləri rəsmiləşdirməyiblər. Hadisələrin gedişatı da onu göstərir ki, 51 min manatı Elşad Rzayev götürmüşdür, qalan məbləğlər isə İddiaçı bacı-qardaşları arasında bölünmüşdür. 200 min manat arayışda qeyd edilən şəxslərin haqqı olmuşdur 54.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 55.İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iş materiallarında MİS tərəfindən təqdim edilmiş arayış vardır. Arayış fevral ayında verilmiş, müqavilə isə iyunda bağlanmışdır. Eyni zamanda iş materiallarında İddiaçı və onun ailə üzvlərinin şəxsiyyət vəsiqələri var. Bununla onlar mənzildə qeydiyyatda olduqlarını sübut etməyə çalışırlar. Digər tərəfdən burada “mənzil mülkiyyətçisi” yox, “əmlak istifadəçisi” qeyd olunmuşdur. Bəyan edilmişdir ki, əmlak istifadəçisi qeyd olunan ünvanda uzun müddət daimi yaşamış və bu müddət ərzində sənədləri olmamışdır. Sənəd deyiləndə çıxarış, order, müvafiq sərəncam nəzərdə tutulur. Şirkət qeydiyyat və arayışı əsas tutaraq tərəfə 46 kvadratmetrlik mənzilin əvəzinə 50 kvadratmetrlik mənzil verəcəkdir. Bu müqavilə 11 iyul 2019-cu ildə bağlanmışdır. Şirkət əmlak istifadəçisinə aylıq kirayə məbləği olaraq 600 manat pul verirdi. Sonradan məlum olur ki, mənzillə bağlı mübahisələr var. Bunu öyrənəndən sonra şirkət artıq aylıq ödədiyi kompensasiyanı dayandırır. İddiaçı bildirdi ki, o artıq mənzillə bağlı məsələləri həll etmişdir, sadəcə sənədlər dostu Elşad Rzayevin adınadır. Ona görə də artıq mənzil istəmir, kompensasiya istəyir. İddiaçı, onun əmisi Əli Məmmədov, əmisiqızı Rövşanə Məmmədova, digər əmisioğulları bir ailə kimi o ünvanda yaşayırdılar. Onların hər biri ilə ayrı-ayrılıqda razılaşaraq ağlasığmaz məbləğdə kompensasiya ödəməklə onları köçürtmüşük. İddiaçıla birlikdə 9 saylı notariat kontorunda oldular. Elşad Rzayev də yoldaşı ilə gəldi. Lakin notarius orada olmadığına görə İddiaçı 19 saylı notariat kontoru ilə əlaqə yaratdı, həmin kontora gedərək İddiaçı, Elşad Rzayev və Cəfər Cəfərov hamımız bir yerdə müqaviləni rəsmiləşdirdilər. Elşad Rzayev mülkiyyətçi olduğuna görə istifadəçi ilə bağlanan müqavilə əhəmiyyətsiz idi. İddiaçı da vasitəsi ilə Elşad Rzayevlə müqavilə bağlamışlar. Müqaviləni bağlayıb 250000 manat kompensasiya ödədikdən sonra məhkəmədə onlara qarşı iddia qaldırıldığını öyrəndilər. Qarşı tərəf iddia edir ki, ona ikiotaqlı mənzil verilməli olduğu halda verilməyib. Qaldırılan iddianı araşdıran zaman vəkilə etibarnamə verildiyini gördüm və ünvan olaraq Nərimanov rayonu Polis İdarəsinin inzibati binasının qeyd olunduğunu gördüm. Bu zaman anladı ki, tərəf məhkəmə qərarı ilə mənzilə olan istifadə hüququnu itirmişdir. Bu zaman məlum oldu ki, Kubuşov Xəlil bu evin mülkiyyətçisi olmuşdur. Kubuşov Xəlil 2010-cu ildə evi almış, lakin şəxsləri evdən çıxara bilməmişdir. Kubuşov Xəlil təkcə İddiaçı qarşı yox, onun əmisinə, əmisi uşaqlarına və digər ailə üzvlərinə də iddia qaldırmışdır. Beləliklə, həmin şəxslər həm mənzildən istifadə hüququnu itiriblər, həm də onların mənzildən çıxarılması qət edilmişdir. Bütün danışıqlarda İddiaçı iştirak etmiş, Elşad Rzayev heç bir danışıqda iştirak etməmişdir. İddiaçı özü 19 saylı notariat kontoru ilə əlaqə saxladı. Digər tərəfdən Elşad Rzayev özü həmin məhəllədə sakin olmuşdur. Özünün bir neçə mənzili olmuş və həmin mənzilə görə 70.000 manat kompensasiya almışdır. Özü də bunu İddiaçı 1 il öncə edtmişdir. Ali Məhkəmə birinci hissədə qətnaməni ləğv edib geri qaytardıqdan sonra məcbur qalaraq hüquq-mühafizə orqanlarına müraciət etdilər. Nərimanov rayonu Polis İdarəsində araşdırma aparıldı. X45 iştirak etmişdir. Məhkəmə iclasına gəlməkdən isə boyun qaçırırlar, çünkü bilirlər ki, bura gəlsələr, başqa izahat verə bilməzlər. Polis İdarəsində həm Elşad Rzayevin, həm yoldaşının, həm də Kubuşov Xəlilin izahatı alınmışdır. Elşad Rzayev izahatında bildirmişdir ki, mənzilin ona heç bir aidiyyəti yoxdur, sadəcə onun adına rəsmiləşdirilmişdir. İddiaçı Elşad Rzayevdən borc istəyən zaman Elşad Rzayev mənzili onun adına keçirməsini istəmişdir. Bunu həm Elşad Rzayev, həm də yoldaşı izahatında bildirmişdir. Mülkiyyətçi ilə müqavilə bağlayandan sonra artıq istifadəçi ilə bağlanmış müqavilə əhəmiyyətsiz oldu. İddiaçı özü şəxsən gəlib deyib ki, evi Elşad Rzayevin adına rəsmiləşdirmişdir və onunla müqavilə bağlanmışdır. Orada bir məhəllə var idi və bu məhəllə Əli Məmmədov və onun ailə üzvlərinin istifadəsində olmuşdur. İlkin olaraq Əli Məmmədov və onun ailə üzvləri ilə müqavilə bağlamışlar və müqaviləyə əsasən orada olan bütün mənzillərə görə 280 kvadratmetr mənzil veriləcəkdir. Daha sonra müqavilədən imtina ediblər və hər biri ilə ayrıca müqavilə bağlanılmışdır. Rasim, Kənan, Aytən və Səbinə ilə müqavilə bağlanmamışdır. 2020-ci ilin oktyabr ayında mənzilin sənədlərində problem olduğunu öyrəndi və həmin andan kirayə haqqı verməyi dayandırdılar. Bina artıq tikilmiş və təhvil verilmişdir. Hazırda boş qalan yer yoxdur. 3 bina sakinlər üçün nəzərdə tutulmuşdu və həmin binalarda sakinlər yerləşdirilmişdir. Qalan 5 bina isə prenium mənzillərdir və satış üçün nəzərdə tutulmuşdu. Satış üçün nəzərdə tutulan binalarda satılmamış mənzillər vardır və 112 kv.m-dən başlayır. 56.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış işdə iştirak edən digər şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
57.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 58.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 59.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 60.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması xahiş edilir. O da nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hazırkı işə sonuncu baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən, yəni İddiaçı iddiasının təmin olunmayan hissəsində ləğv etmiş, işi həmin hissədə yenidən baxılması üçün qaytarmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ilkin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
61.385.1-ci maddəsinə əsasən hdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 62.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 63.425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 64.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 65.452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 66.528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 67.529.8-ci maddəsinə əsasən tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. 68.531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 69.531.3-ci maddəsinə əsasən əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. 70.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 71.560.3-ci maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 72.567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
73.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 74.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
75.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi - ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. 76.İşin mübahisələndirilməyən hallarından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əİizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzili X21 mülkiyyətində olmuş və 27 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Buna baxmayaraq, həmin mənzildə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (bundan sonra iddiaçı) və ailə üzvləri yaşamaqda davam etmişlər. Qeyd olunan şəxslər həmin mənzildə qeydiyyatda olduqları üçün alqı-satqı müqaviləsinin onların razılığı olmadan bağlandığını əsas gətirib Xəlil Kubişovun mənzildən çıxarılmaları barədə tələbini yerinə yetirməmişlər. Bundan sonra, Xəlil Kubişov həmin şəxslərin mənzildən istifadə hüquqlarının itirilməsinə, Əli Məmmədov isə 27 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə dair tələblər ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 7 mart 2018-ci il tarixli qətnaməsi ilə Xəlil Kubişovun iddiası təmin, Əli Məmmədovun iddiası isə rədd edilmiş, bu qətnamə Ali Məhkəmənin 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. X48 həmçinin sözügedən mənzildə yaşayan şəxslərin mənzildən çıxarılmasına dair də iddia ilə məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə mənzildə yaşayan şəxslərin, o cümlədən İddiaçı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq Xəlil Kubişova təhvil verilməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 7 may 2019-cu il tarixli qətnaməsi ilə, sonuncu qətnamə isə Ali Məhkəmənin 24 sentyabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 77.Bu ərəfədə (Bakı Apellyasiya Məhkəməsinin 7 may 2019-cu il tarixli qətnaməsindən sonra) İddiaçı ilə "xxxx" MMC arasında 11 iyul 2019-cu il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə İddiaçı faktiki istifadəçisi olduğu mənzili sökülməsi üçün MMCyə təqdim etməyi, MMC isə həmin mənzilin əvəzində 50 kv.m ümumi sahəsi olan təmirli mənzili inşa edib mənzil istifadəçisinə verməyi və təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə istifadə hüququ itirildiyi və çıxarıldığı mənzili yenidən əldə etmək üçün X48 ilə danışıqlar aparmış, onlar 51.000 (əlli bir min) manata alqı-satqı etməyə razılaşmışlar. İddiaçı qeyd olunan məbləğdə vəsaiti olmadığı üçün 2020-ci ilin avqust ayında, mənzili uşaqlıqdan tanıdığı və qonşu ünvanda yaşayan X33 adına alqısatqı ediləcəyi, mənzildə isə özünün yaşayacığı barədə Xəlil Kubişovla razılaşmışlar. Beləliklə də mənzilin əldə edilməsi üçün İddiaçı Elşad Rzayevdən 52.000 (əlli iki min) manat borc almışdır. Elşad Rzayev də İddiaçı borca verdiyi pulun təminatı olaraq mənzilə dair mülkiyyət hüququnun onun adına qeydə alınmasını, yəni alqı-satqı müqaviləsinin onunla bağlanmasını istəmişdir. Alqı-satqı müqaviləsi nəticəsində 1 sentyabr 2020-ci il tarixində mübahisəli mənzil mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində Elşad Rzayevin adına qeydə alınmışdır. Buna baxmayaraq, mənzil sökülənədək İddiaçı və ailə üzvləri qeyd olunan mənzildə yaşamaqda davam etmişlər. Mübahisəli mənzillə bağlı İddiaçıla Cavabdeh MMC arasında danışıqlar davam etmiş və nəhayət MMC-nin qanuni təmsilçisi olan X47 ilə X46 arasında faktiki İddiaçı istifadəsində və sahibliyində olan bu mənzilə dair 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və mənzil faktiki olaraq tikinti şirkətinə 251.000 (iki yüz əlli bir min) manata satılmışdır. Həmin məbləğdən 52.000 (əlli iki min) manat Elşad Rzayevə borc əvəzi olaraq qaytarılmışdır. 78.Hazırda iş üzrə mübahisə yaradan hal tərəflər arasında 11 iyul 2019-cu il tarixində bağlanmış 287 saylı müqavilə əsasında cavabdehin üzərinə düşən öhdəliyə lazımi icra nəticəsində xitam verilib-verilməməsindən ibarətdir.
79. Belə ki, iddiaçı, tərəflər arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, 287 saylı müqavilənin 1.1.2 və 1.2-ci bəndlərinə əsasən, cavabdehin ünvan 1 ünvanında inşa edilən binada ümumi sahəsi 50,0 kv.m olan təmirli mənzili təhvil verməyi, müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 600 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq bu öhdəlikləri kobud surətdə pozduğuna istinad etmişdir.
80. Cavabdehin iddiaya etirazının əsası olaraq istinad etdiyi hallara görə isə, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən MMC-nin qanuni təmsilçisi olan X47 ilə X46 arasında iddiaçının faktiki istifadəsində və sahibliyində olan mübahisəli mənzilə dair 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və mənzil faktiki olaraq tikinti şirkətinə 251.000 manata satılmışdır. Həmin məbləğdən 52.000 manat Elşad Rzayevə borc əvəzi qaytarıldıqdan sonra qalan 199.000 manat qeyd olunan mənzilin sökülməsinə görə iddiaçı əldə etmişdir. Beləliklə də 11 iyul 2019-cu il tarixli, 287 saylı müqavilə üzrə yaranmış ilkin öhdəliyə tərəflər arasında fəqrli predmet və icra üsulu nəzərdə tutan başqa öhdəliklə (mübahisəli əmlak əvəzinə 251.000 manat məbləğində pulun veriləcəyinə dair) əvəz edilməsi ilə xitam verilmişdir.
81. İlk öncə qeyd edilməlidir ki, öhdəliyə yalnız Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Cavabdeh tərəflər arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, 287 saylı müqaviləyə əsasən öz üzərinə düşən öhdəliyə novasiya nəticəsində xitam verildiyini qeyd edir. Novasiyanın mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında əvvəllər mövcud olmuş ilkin öhdəlik başqa öhdəliklə əvəz edilir, bununla da ilkin öhdəliyə xitam verilir. Eyni şəxslər arasında başqa predmet və ya icra üsulunu nəzərdə tutan yeni öhdəlik barədə razılığın əldə olunması novasiya nəticəsində əvvəlki öhdəliyə xitam verildiyini təsdiqləyir. Tərəflərin bu barədə razılığa gəldiyini sübut etmək yükü öhdəliyə novasiya nəticəsində xitam verildiyinə istinad edən şəxsin üzərinə düşür.
82. Belə ki, novasiya yalnız o halda baş verir ki, tərəflərin niyyəti və hərəkətləri açıq şəkildə öhdəliyin yeniləşdirilməsinə yönəlsin. Tərəflər əvvəlki öhdəliyin başqa bir öhdəliklə əvəz edilməsinə dair iradələrini əldə olunmuş razılaşmada dəqiq şəkildə ifadə etməlidirlər. Novasiya ilə bağlı niyyətlərinin açıq şəkildə bəyan edilməsi tərəflər üçün mühüm hüquqi nəticələr doğurur, xüsusən də ilkin öhdəliyin icrasını tələb etməyin mümkünsüzlüyünə səbəb olur.
83. Qeyd edilməlidir ki, novasiya nəticəsində yenidən formalaşan öhdəlik subyektiv tərkib baxımından da xitam verilmiş öhdəlikdəki subyektiv tərkib ilə eyni olmalıdır. Belə ki, mövcud olmuş ilkin öhdəliyin digər predmet və ya icra üsulu nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi məhz ilkin öhdəlikdəki tərəflərin qarşılıqlı razılığı əsasında mümkündür. Əgər öhdəliyin tərəfləri dəyişdirilirsə, bu hallar artıq novasiyadan deyil, öhdəliklərə xitam verilməsinin digər üsullarından hesab olunur (öhdəliyin üçüncü şəxs tərəfindən icrası, tələb hüququnun başqa şəxsə güzəşt edilməsi və s.) və bu üsullar Mülki Məcəllədə ayrıca tənzimlənir.
84. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisə tərəflər arasında 11 iyul 2019-cu il tarixində bağlanmış 287 saylı müqavilənin icrası ilə bağlıdır. Cavabdeh bu müqavilə üzrə yaranmış öhdəliyə novasiya üsulu ilə xitam verildiyinə (mənzilin verilməsi öhdəliyinin pulun ödənilməsi öhdəliyi ilə əvəz olunduğuna), yeni öhdəliyin də artıq icra edildiyinə əsaslanmışdır. Qeyd edilənlərin sübutu olaraq cavabdeh, şirkətin nümayəndəsinin izahatı və cavabdehin şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma zamanı Elşad Rzayevin verdiyi izahata istinad etmişdir.
85. Məhkəmə, ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və icra üsulunu nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi barədə tərəflərin razılığa gəldiyi faktını sübut etmək yükünü öhdəliyə novasiya nəticəsində xitam verildiyinə istinad edən şəxsincavabdehin daşıdığını, lakin cavabdehin mübahisəli halı sübut etmək üçün yalnız Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 1 iyul 2024-cü il tarixli qərarında əks olunan nümayəndəsinin və üçüncü şəxsin izahatlarına istinad etdiyini nəzərə alaraq ilk öncə qeyd edir ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır və AR MPM-in 82-ci maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib.
86. Ona görə də işə baxan məhkəmənin MPM-nin 82.4-ci maddəsinə əsaslanıb preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dairəsini genişlənidirərək, bu aktı da həmin məhkəmə aktlarının sırasına aid etməsi yolverilməz olmaqla, AR MPM-in 82-ci maddəsinin tələblərinə ziddir.
87. Belə ki, sözügedən normada sübut etməkdən azad olmaq üçün konkret əsaslar müəyyən edilib və həmin normada istənilən başqa aktlar, məsələn inzibati aktlar, istintaq, prokurorluq orqanlarının aktları, habelə müxtəlif dövlət orqanlarının aktları, eləcə də inzibati xətalara dair işlər üzrə məhkəmə aktları deyil, məhz mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarları ilə müəyyən edilən faktlar preyudisial faktlar sayılır. Yəni, məhz sözügedən məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar, işdə iştirak edən şəxslər tərəfindən başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz və həmin faktların sübuta ehtiyacı yoxdur.
88. Bu baxımdan məhkəmə kollegiyası kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərə əsasən işin faktiki hallarını araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir.
89. Kollegiya hesab edir ki, sözügedən Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 1 iyul 2024-cü il tarixli qərarda göstərilən hallar, hazırkı mülki iş üzrə işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyətə malik deyil. Həmin hallardan, hazırkı mülki iş üzrə müəyyən edilmiş digər faktlarla yanaşı öz təsdiqini tapdığı təqdirdə istifadə edilə bilər.
90. Üçüncü apellyasiya baxışı zamanı iddiaçı verdiyi izahatda 29 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən Elşad Rzayevə verilmiş vəsaitdən hər hansı hissəsinin ona verildiyini inkar etmiş, bununla bağlı onun (və ya nümayəndələrinin) hər hansı etirafedici izahatının iş materiallarında mövcud olmadığına istinad etmişdir. Qeyd edilən vəsaitin mübahisəli evdə yaşayan və haqqı çatan qohumlarına verildiyini, müqavilə bağlanan zaman notariat kontorunda onların maraqlarını təmsil etdiyini bildirmişdir.
91. Həmçinin, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Elşad Rzayev Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma üzrə qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 1 iyul 2024-cü il tarixli qərarında əks olunmuş izahatını təkzib etmişdir. O, (rəsmi şəkildə məhkəməyə göndərdiyi ərizə ilə) 29 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasında məqsədin 11 iyul 2019-cu il tarixli, 287 saylı müqavilədən irəli gələn öhdəliyin əvəz edilməsi olmadığını qeyd etmişdir.
92. Nəzərə alınmalıdır ki, 11 iyul 2019-cu il tarixli, 287 saylı müqavilə üzrə yaranmış ilkin öhdəliyə xitam verilməsinə əsas kimi göstərilən 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi subyektiv tərkib baxımından fərqlidir, həmin razılaşmada tərəflərin novasiya ilə bağlı niyyətlərinin açıq şəkildə bəyan edilməsi, bu müqavilənin məzmunundan onun bağlanması ilə əvvəlki müqavilə üzrə yaranmış öhdəliyə xitam verilməsi, tələb hüququnun başqa şəxsə güzəşt edilməsi və s. hallar müəyyən edilmir.
93. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq qeyd edir ki, öhdəliyə digər predmet və icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi nəticəsində xitam verildiyinin sübuta yetirilməməsi iddiaçını əksini sübut etmək vəzifəsindən azad etmək üçün yetərlidir. Beləliklə də məhkəmə tərəfindən, etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edə biləcək sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğu nəzərə alınır və cavabdehin borclu olduğu öhdəliyi kreditorun-iddiaçının xeyrinə kreditorun xeyrinə lazımınca icra etdiyi halı sübuta yetirə bilmədiyi qənaətinə gəlir.
94. Cavabdeh müqavilə şərtlərinə əsasən ünvan 1 ünvanında inşa edilən binada ümumi sahəsi 50,0 kv.m olan təmirli mənzili təhvil verməməklə, müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 600 manat məbləğində kirayə haqqını ödəməməklə, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
95. Belə ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsini şərtləndirir. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
96. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinı dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqaviləyə əsasən, cavabdehlərdən 2020-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayınadək 24 ay müddət ərzində yığılmış hər ay 600 manat olmaqla, ümumilikdə 14.400 manat məbləğində kirayə haqqının və 134 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi və cavabdehlərin üzərinə müştərək qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik təmirli mənzilin onun istifadəsinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
97. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi “Triumf Palace” yaşayış kompleksinin inşası Cavabdeh MMC-yə həvalə edilmiş, lakin xx.xx.2022-ci tarixində Cavabdeh MMC yenidən təşkil olunaraq, tərkibindən yeni hüquqi şəxsin ayrılması nəticəsində "xxxx" MMC yaranmış və bu barədə AR İN yanında DVX-nin reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyat aparılmışdır. Cavabdeh MMC-nin yenidən təşkil edilməsi və tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaranması zamanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ, N.Quliyev küçələrini kəsişməsində inşa edilən “Triumf Palace” yaşayış kompleksinin "xxxx" MMC-nin balansına verilmişdir. Bu səbəbdən “Triumf Palace” yaşayış kompleksi layihəsinin icrası ilə bağlı kompensasiyaların verilməsi artıq "xxxx" MMC-nin səlahiyyətlərinə aid edilmişdir.
98. Cavabdeh MMC hazırkı mülki iş üzrə cavabdehlik daşıyan hüquqi şəxs olmadığından iddianın ona münasibətdə təmin olunması istisna edilir.
99. Beləliklə də, iddiaçının tərəf olduğu 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 50,0 kv.m olan təmirli mənzil İddiaçı "xxxx" MMC tərəfindən təhvil verilməlidir. 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-dən İddiaçı xeyrinə 2020-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayınadək 24 ay müddət ərzində, hər ay 600 manat olmaqla, ödənilməmiş kirayə haqqının əvəzi olaraq 14.400 manat məbləğində pul tutulmalıdır.
100. Bununla belə kollegiya, "xxxx" MMC tərəfindən verilmiş 13/TM nömrəli 16 may 2025-ci il tarixə arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarı və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin əhatəsində inşa edilmiş “Triumf Palace” yaşayış kopmleksində ümumi sahəsi 50.0 kv.m olan mənzilin mövcud olmaması barədə arayışın nəzərə alınmasının vacib olduğunu qeyd edir.
101. Belə ki, iddiaçının tələb etdiyi əmlakın fərdiləşdirici əlamətlərinin (yerləşdiyi blok, mərtəbə, otaqların sayı və s.) müqavilə şərtlərinə əsasən müəyyən edilməsi mümkün deyil. Bu hal isə Azərbaycan Respublikasının MPM-in 14-cü maddəsində nəzərdə tutulmuş işlərin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinin tələblərinə cavab vermir.
102. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
103. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh həmin əmlakın özünü qaytarmaqla onun dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əmlakın dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır.
104. Məhkəmə verilməli olan mənzilin dəyərini müəyyən etmək məqsədilə qiymətləndirmənin aparılmasını labüd hesab etmiş, iş üzrə mübahisəli əmlakın qiymətləndirilməsi keçirilmişdir.
105. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininin 00231 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzilin (əşyasız) hazırkı dövrə olan bazar qiyməti 163.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzilin (əşyasız) 1 kv.m-nin hazırkı dövrə olan bazar qiyməti 3.250 manat təşkil etdiyi müəyyən edilmişdir.
106. Beləliklə hazırki qətnamə icra olunan vaxt qeyd edilən əlamətlərə malik olan mənzil mövcud olmasa alınmalı əmlakın dəyəri, yəni 162.500 (3.250x50) manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
107. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
108. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
109. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
110. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir.
111. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
112. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İddia "xxxx" MMC-yə münasibətdə təmin edilsin. 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqaviləyə əsasən yaranmış ünvan 5 ünvanında inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 50,0 kv.m olan təmirli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi "xxxx" MMCnin üzərinə qoyulsun. 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-dən İddiaçı xeyrinə ödənilməmiş kirayə haqqının əvəzi olaraq 14.400 manat məbləğində pul tutulsun. Qətnamə icra olunan vaxt qeyd edilən əlamətlərə malik olan mənzil mövcud olmasa 162.500 manat məbləğində pul "Triumf 2022” MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh MMC-yə münasibətdə təmin edilsin. İddia ərizəsinin, apellyasiya şikayətinin və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş (134+67+67+67) 335 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Leyla Əliyeva