Məhkəmə qərarları › İş №2(103)-5354/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5354/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5354/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cəfəqulu oğlu, İddiaçı13 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı iş üzrə (açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü barədə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cəfəqulu oğlu, İddiaçı13 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 1889/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 verilmiş 38 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli müqavilə üzrə 54144 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 27072 manat, cəmi 81216 manat, İddiaçı2 verilmiş 26 nömrəli və 27 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli müqavilələr üzrə 102507 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 51253,5 manat, cəmi 153760 manat, İddiaçı3 verilmiş 01 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 50 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 51 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 29 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 52 nömrəli və 54 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli müqavilələr üzrə 356448 manat, müqavilələr bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 178224 manat, cəmi 534672 manat, İddiaçı4 verilmiş 2 və 3 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli müqavilə üzrə 102507 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz – 51253,5 manat, cəmi 153760,5 manat, İddiaçı5 verilmiş 14 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 16 nömrəli mənzilə dair xx.xx.2014cü il tarixli müqavilə üzrə 102507 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz – 51253,5 manat, cəmi 153760,5 manat, İddiaçı6 verilmiş 41 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli müqavilə üzrə 54144 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 27072 manat, cəmi 81216 manat, İddiaçı7 İbrahim oğluna verilmiş 53 nömrəli mənzilə dair 54144 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 27072 manat, cəmi 81216 manat, İddiaçı8 verilmiş 17 nömrəli mənzilə dair 95000 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla, 50 faiz - 47500 manat, cəmi 142500 manat, İddiaçı9 verilmiş 49 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli müqavilə üzrə 75670 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 37835 manat, cəmi 113505 manat, İddiaçı10 verilmiş 28 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli mənzilə dair 48363 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz – 24181,5 manat, cəmi 72544,5 manat, İddiaçı11 verilmiş 37 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 39 nömrəli, 40 nömrəli və 42 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli müqavilələr üzrə 248160 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 124080 manat, cəmi 372240 manat, İddiaçı12 verilmiş 30 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixli müqavilə üzrə 75670 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 37835 manat, cəmi 113505 manat, İddiaçı13 verilmiş 18 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 144900 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 72450 manat, cəmi 217350 manat, ümumilikdə ******* manat pulun "xxxx" MTK və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1889/2025 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı8, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 2243 manat məbləğdə dövlət rüsumunun artıq ödənilmiş 317,38 manat hissəsinin ödənişi edən Vəkil1 qaytarılması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cəfəqulu oğlu, İddiaçı13 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1889/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verib qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 68. Vəkilin hüquq və vəzifələri Maddə 68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. Maddə 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin materiallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1889/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilən apellyasiya şikayəti Vəkil1 tərəfindən imzalansa da, iddiaçılardan İddiaçı2 və İddiaçı3 münasibətdə vəkilin səlahiyyətini təsdiq edən orderlər, iddiaçılar İddiaçı6 və İddiaçı7 münasibətdə isə vəkilin səlahiyyətini təsdiq edən etibarnamələr apellyasiya şikyətinə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan çatışmazlıqlara münasibət bildirilmədən apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib şikayət bu iddiaçılara münasibətdə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 361, 363, 364, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1889/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7 münasibətdə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar