Məhkəmə qərarları › İş №2(103)-6176/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6176/2020

21.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6176/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X3, Tərcüməçi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı «alimentin miqdarının azaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-1484/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-1484/2020 saylı qərardadı ilə (hakim Zaur Tağıyev) iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət - birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, iddia ərizəsinin aidiyyəti üzrə düzgün verilməsi və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 şikayətin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Hüquqi məsələlər: MPM-in 395.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X11 Məhkəməsi «X7rşı» (21fevral 1975,35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı.Əgər məhkəmə prosesi yoxdursa,o halda məhkəmə prosesinə xas olan ədalətlilik,açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytararkən iddia tələblərinin birbiri ilə əlaqədar olmaması və iddianın ərazi aidiyyəti qaydalarına uyğun verilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, iddia ərizəsinə əsasən - iddiaçı hər iki cavabdehdən olan uşaqlarının saxlanılması üçün ondan tutulan alimentin miqdarının azaldılmasını tələb etmişdir. Belə olan halda isə iddia tələbləri bir-biri ilə əlaqədardır və iddiaçı onları birləşdirməkdə qanunvericiliyin tələblərini pozmamışdır. Çünki, MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Qeyd edilməlidir ki, bir-biri ilə əlaqədar tələblərin birləşdirilməsi mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədəmüvafiq hesab edilir. Eyni zamanda, birbiri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Bununla yanaşı, işdən görünür ki, iddiaçı, həmçinin cavabdehlərdən biri (Cavabdeh1) Bakı şəhəri Xəzər rayounun inzibati ərazisində qeydiyyatda olmaqla yaşayır. MPM-in 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilmişdir. Çünki, iddiaçı tələbini iki cavabdehə qarşı irəli sürmüş və iddianı MPM-in 36.2-ci maddəsinə əsasən (iddiaçının seçməsinə görə aidiyyət) onlardan birinin olduğu yerə görə vermişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı «alimentin miqdarının azaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-1484/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-1484/2020 saylı qərardadı ləğv edilsin, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar