Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1653/2024 26.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda 50% payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda 50% payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3014/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, **********72 reyestr nömrəli, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanında yerləşən 0,12 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə tam payla X7 məxsusdur.
2. AZ-İİ № 139920 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixində şəkərli diabet səbəbilə ölmüşdür.
3. ünvan 1 ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.1962-ci ildə doğulan, xx.xx.2021-ci ildə ölən ünvan 2 ünvanında qeydiyyatda olmuş X5 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrin dairəsi müəyyən edilmişdir. Vərəsəsi qızı Cavabdeh2, oğlu-Cavabdeh1 və oğlu X6, həmçinin müraciət etməmiş qızı Cavabdeh3 Markovnadır.
4. AN-İ № ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 Azərbaycan Respublikası DTXK-nin Sumqayıt şəhər şöbəsinin 08 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-1220B, KOD 30800118 olan şəhadətnaməsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli, 14/1124 №-li arayışına əsasən X2 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağlar massivinə yerləşən 0,12 ha sahəsi olan 4965 №-li bağ sahəsini alıcı X5 mülkiyyətinə vermiş, X9 həmin əmlakı 12000 manata almışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə onun 50 % payı müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi (hal hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda iddiaçının 50 % payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ İİ seriyalı, 139920 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən qardaşı X9 xx.xx.2021-ci il tarixdə şəkərli diabet səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 450 nömrə ilə qeyd edilmişdir. Ölən qardaşı X5 vərəsəlik işi ilə əlaqədar vərəsələri onun övladları Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1dir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi iddiaçıya və qardaşına məxsus olmuşdur. Ancaq həmin əmlak Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qardaşının adına qeydiyyata alınmışdır. Aralarında heç vaxt mübahisə olmadığı üçün payların ayrılmasını lüzum görməmişlər. Bunu qardaşının övladları Cavabdeh2, Cavabdeh3 və onların anaları da bilir. Onlar məhkəmə zamanı qeyd etdiklərini təsdiq edəcəklər. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə mənim 50 % payım müəyyən edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi (hal hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, yeni çıxarışın verilməli və çıxarışda onun 50 % payı müəyyən edilməlidir. Onun 50 % payı müəyyən edildikdən sonra qalan 50 % pay vərəsəlik üzrə vərəsələrə keçməlidir.
7. Birinci instansiya məhkıməsində iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, alqı-satqı müqaviləsi və digər bütün sənədlər atasının adınadır. İddiaçının əmlakı atası ilə şərik alması barədə fikirləri tamamilə əsassızdır. Çünki belə bir tələb olduğu halda atası sağkən iddiaçı bu tələbi edə bilərdi. Lakin bütün bu söz-söhbət atası öldükdən sonra başlamışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3014/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının əsası kimi heç bir sübut əlavə etməmişdir. İş materiallarından müəyyən olunur ki, mübahisəli Sumqayıt şəhəri, Novxanı bağlar massivinə yerləşən 0,12 ha sahəsi olan 4965 №-li bağ sahəsi X9 tərəfindən AN-İ № ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 12000 manat ödəməklə X3 alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* №-li çıxarışına əsasən **********72 reyestr nömrəli, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanında yerləşən 0,12 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə tam payla X7 məxsus olduğundan iddia tələbi təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini 213.1, 213.2, 213.3, 222.1, 222.2, 222.3 və 222.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
16. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
18. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)
19. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər/ (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
20. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. (...)
21. Maddə 1158. Mirasdan əşyanın tələb edilməsi hüququ (...) 1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli Sumqayıt şəhəri, Novxanı bağlar massivinə yerləşən 0,12 ha sahəsi olan 4965 №-li bağ sahəsini X9 AN-İ № ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 12000 manat ödəməklə X3 almışdır. X9 xx.xx.2021-ci il tarixində şəkərli diabet səbəbilə ölmüşdür. X5 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Belə ki onun vərəsəsi qızı- Cavabdeh2, oğlu-Cavabdeh1 və oğlu X11, həmçinin müraciət etməmiş qızı Cavabdeh3 Markovna olduğu Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir.
31. Hazırda iddiaçı məhkəməyə müraciət edərək qardaşı X5 sağlığında o bağ sahəsi alarkən ödənişin 50 %-nin tərəfindən edildiyini iddia edir. Buna görə də məhkəmədən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə onun 50 % payının müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda onun 50 % payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etməmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
33. Hazırkı iş materiallarından isə görünür ki, iddiaçı öz iddia tələblərini əsaslandırdığı sübutları məhkəməyə təqdim etməmiş, o cümlədən iddia ərizəsində göstərilən hallar məhkəmə iclasında işin araşdırılmış halları ilə öz təsdiqini tapmamışdır.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mövcud iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə düzgün olmuşdur.
35. Nəzərə almaq lazımdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3014/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.