Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3061/2021 01.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh15, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X1, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron rayon İdarəsi, Abşeron rayonu 2 saylı notariat kontoru və Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi və digər tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(012)-690/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh15, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X1, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron rayon İdarəsi, Abşeron rayonu 2 saylı notariat kontoru və Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. İddiaçılar Səhərnaz Gündüz və İddiaçı2lar qətnamədən apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayaraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. İşdən göründüyü kimi, qətnamədən apellyasiya şikayəti iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilsə də, apellyasiya şikayəti yalnız İddiaçı3 tərəfindən imzalanmış, lakin İddiaçı3 onların adından imza etmək səlahiyyətini təsdiq edən etibarnamə şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 361.2. maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti İddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən imzalanmadığından və bu şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən verilməsi qənaətinin formalaşmasını qaçılmaz edir. Mülki Prosessual Məcəllənin 363.1.1. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Bununla yanaşı həmçinin qeyd etmək lazımdır ki, məhkəmə qətnaməsi 14.04.2021-ci il tarixli olduğu halda iddiaçılar mövcud olmayan 16.04.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iddiaçılar tərəfindən imzalanmadığından və qətnamənin tarixi düzgün göstərilmədiyindən, şikayətə apellyasiya icraatı qaydasında baxılması üçün əsaslar olmadığından, qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3061/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3061/2021
01.09.2021 · Sair mülki iş - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver