Məhkəmə qərarları › İş №2(105)-2743/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2743/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2743/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X18 qarşı alqı-satqı müqaviləsinin, saxta etibarnamənin ləğvi və daşınmaz əmlak tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-124/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X30 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-124/2021 saylı,16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Qobustan rayon DNK-da reyestrdə 7E-3725 sayla qeyd edilmiş 28.12.2008-ci il tarixli etibarnamə, Şamaxı rayon DNK-da reyestrdə 7E-07/4901 sayla qeyd edilmiş 18.09.2013-cü il tarixli etibarnamə, eləcə də AN-ı ******* asylı, 23 sentyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh X30 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin, saxta etibarnamənin ləğvi və daşınmaz əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus 0,65 ha torpaq üzərində 23.09.2013-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsini və Cavabdeh2 Mayıl qızının adına olan naməlum etibarnamənin ləğv edilərək həmin torpaq üzərində qanuni mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ona münasibətdə qanunsuz və əsassızdır. Bu səbəbdən qətnamə ona dair hissədə ləğv edilməli, iddia tələbi ona dair hissədə təmin edilməməlidir. Belə ki, notarial qaydada bağlanmış müqavilədən görünür ki, müqavilə bağlanan anda o tərəf olmamış, həmin müqavilənin mübahisələndirilməsində də cavabdeh ola bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Odur ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-124/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ona münasibətdə qanunsuz və əsassızdır. Belə ki, müqavilə notarial qaydada bağlanmasına baxmayaraq notariat kontoru cavabdeh qismində işə cəlb edilməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Həmçinin iddiaçı 12 ilə yaxın müddət ərzində torpaq sahəsinin başqa şəxsin sahibliyində olduğunu bildiyi halda 28.12.2008-ci il tarixli etibarnamənin mübahisələndirməsinə dair hazırki iddia ərizəsi ilə 2020-ci il tarixdə müraciət etmiş, hazırki tələb üzrə iddia müddətini keçirmişdir və hazırki mübahisəyə iddia müddəti tətbiq olunmalıdır. Odur ki, Odur ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-124/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı, cavabdehlər Cavabdeh1 və X18, üçüncü şəxs Şamaxı rayon Notariat Kontoruna lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh2 Mayıl qızının apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh1 dair hissədə ləğv edilməli, iddia tələbi ona dair hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə doğulmuşdur. X21, anası X8r. İş materiallarında olan AZ № 086097 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 01 yanvar 2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan JN-421 KOD 41001004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X9 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 oktyabr 1999-cu il tarixli, 13 saylı qərarı ilə 0,67 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AR-İ № 189403 saylı, 18.09.2013-cü il tarixli etibar edilmişin başqasına etibar etmə sənədindən görünür ki, Qobustan rayon DNK-nın 28.12.2008-ci il tarixli, 7E-3725 saylı reyestrlə qeyd edilmiş X19, X14, X32, X25, Qəniyeva Lumu, X15, X31, X10, X11, X26, Şaxxadə Faiq, Nizamova Xədicə, X36, X33, X3 nümayəndəsi X20 tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən Şamaxı rayonunun Şəhriyar qəsəbəsində qeydiyyatda olan Cavabdeh2 Mayıl qızı həmin etibarnamə ilə DTXK-nın JN 243, 931, 1148, 875, 683, 604, 755, 415, 953, 421, 750 kod 41001004 və Daşınmaz Əmlakın Dövlət Reyestrindən 23.11.2006-cı il tarixli, Seriya MH 0002073, ******* nömrəli çıxarışa, torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən 0.65 ha, 0.67 ha, 0.65 ha, 0.67 ha, 0.65 ha, 0.65 ha, 0.65 ha, 0.65 ha, 0.67 ha, 0.65 ha, 2.69 ha, 0.624 ha, 0.624004 hektar torpaq sahələrini idarə etməyi, 01 saylı arayışı aldıqdan sonra onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, miras əmlakı qəbul etməyi və ya ondan imtina etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 28.12.2018-ci ilədək X5 etibar etmişdir. İş materiallarında olan AN-İ № ******* saylı, 23 sentyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Şamaxı rayon DNK-nun 18.09.2013-cü il tarixli, 7E-07/4901 saylı reyestrlə qeyd edilmiş X1 nümayəndəsi Cavabdeh2 Mayıl qızı tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən Şamaxı şəhəri, T.Əzizbəyov küçəsi ev 26-da qeydiyyatda olan 06.07.1951-ci ildə doğulmuş X4 rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan 15.09.1965-ci il də doğulmuş X7 JN-421 kod 41001004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 0,67 ha torpaq sahəsini 1300 manat müqabilində satmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11.10.1999-cu il tarixli, 13 saylı qərarı ilə iddiaçının anası X6 mülkiyyətinə 0,67 ha torpaq sahəsi ayrılmış və bu barədə 27 noyabr 2000-ci il tarixdə müvafiq qeydiyyat aparılaraq onun adına torpağa mülkiyyət hüququna dair JN-421 KOD 41001004 saylı dövlət aktı verilmişdir. X6 01.01.2003-cü il tarixdə ölümündən sonra miras qalmış həmin torpaq sahəsinə vərəsəlik qaydasında iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. X6 01.01.2003-cü il tarixdə ölməsinə, bununlada onun hüquq qabiliyyətinə xitam verilməsinə baxmayaraq, 5 il sonra, 28.12.2008-ci il tarixdə onun və digərlərinin adından mülkiyyətlərində olan torpaq sahələrini Cavabdeh2 Mayıl qızının etibarnaməli idarəçiliklərinə verdiklərinə dair Qobustan rayon DNK-da 7E-3725 nömrəli reyestrlə qeyd edilmiş etibarnamə tərtib edilmiş, sonuncuda, hüquq qabiliyyətinə xitam verilmiş şəxsin adından tərtib olunmuş həmin etibarnaməyə əsasən hərəkət edərək Şamaxı rayon DNKda reyestrdə 7E-07/4901 sayla qeyd edilmiş 18.09.2013-cü il tarixli etibarnamə ilə hərəkətlərin icrasını X5 etibar etmişdir. Sonuncu da həmin etibarnamə əsasında hərəkət edərək 10 il əvvəl ölmüş, bununla da hüquq qabiliyyətinə xitam verilmiş şəxsin adından bağladığı AN-İ № ******* saylı, 23 sentyabr 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 oktyabr 1999-cu il tarixli, 13 saylı qərarı ilə X6 mülkiyyətinə ayrılmış 0,67 ha torpaq sahəsini 1300 manata X2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Cavabdeh tərəf iddiaçının iddia müddətini keçirdiyi üçün iddianın rədd edilməsini xahiş etsə də iddiaçının etibarnamələrin və alğı-satqı müqaviləsinin mövcudluğundan hazrkı iddia ilə məhkəməyə müraciət etməzdən bir il əvvəl xəbərdar olması barədə hər hansı sübutu təqdim etməmişlər. İddiaçı mübahisəli sənədlər barədə elə bu günlərdə-yəni məhkəməyə müraciət etməzdən bir neçə gün əvvəl öyrəndiyini iddia etmişdir. Məhkəmə cavabdeh tərəfin müvafiq sübut təqdim edə bilmədiyini nəzərə alaraq iddiaçının mübahisəli sənədlər barədə yeni öyrəndiyinə dair bildirdiklərini işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, mərhum X6 öldüyü 01.01.2003-cü il tarixdən hüquq qabiliyyətinə xitam verildiyindən, mülkiyyətində olan əmlakını Cavabdeh2 Mayıl qızının etibarnaməli idarəçiliyə verilməsinə dair onun adından 28.12.2008-ci il tarixdə Qobustan rayon DNK-da 7E-3725 nömrəli reyestrlə qeyd edilmiş etibarnamə, onun əsasında verilmiş Cavabdeh2 Mayıl qızının etibar edilmişi etibaretmə qaydasında hərəkətlərin icrasını X5 etibar etməsi barədə Şamaxı rayon DNK-da reyestrdə 7E-07/4901 sayla qeyd edilmiş 18.09.2013-cü il tarixli etibarnamə, eləcə də sonuncunun həmin etibarnamə əsasında hərəkət edərək, 10 il əvvəl ölmüş, bununla da hüquq qabiliyyətinə xitam verilmiş şəxsin adından bağladığı AN-İ № ******* saylı, 23 sentyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla tərtib olunmuş əqdlər olaraq etibarsız olmuş və hüquqi nəticələrə səbəb olmamışlar. Qeyd edilənlərə əsasən 28.12.2008-ci il tarixdə Qobustan rayon DNK-da 7E-3725 nömrəli reyestrlə qeyd edilmiş etibarnamə, Şamaxı rayon DNK-da reyestrdə 7E-07/4901 sayla qeyd edilmiş 18.09.2013-cü il tarixli etibarnamə, eləcədə AN-İ № ******* saylı, 23 sentyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı Cavabdeh2 Mayıl qızına münasibətdə təmin etməyə dair gəlmiş olduğu nəticədə haqlı olsa da, Cavabdeh1 münasibətdə gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 Mayıl qızı mərhum X6 adından verilən etibarnamə əsasında müəyyən notarial hərəkətlər etmişdir. Lakin iş materiallarından Cavabdeh1 hazırkı iş üzrə nə kimi cavabdehlik daşıdığı görünmür. İddiaçı buna dair hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respüblikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin hazırki işdə ərizəçi tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 Mayıl qızı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh2 Mayıl qızının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh1 dair hissədə ləğv edilməli, iddia tələbi ona dair hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 Mayıl qızının apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-124/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 dair hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh1 dair hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar