Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-279/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: işin apellyasiya baxışından çıxarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əqdin etibarlı hesab edilməsi" tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(031)-744/2021 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəmədə iddia qaldıraraq onunla Cavabdeh arasında Şabran şəhəri Meliorator küçəsində yerləşən iki mərtəbəli yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(031)-744/2021 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Şabran şəhəri Meliorator küçəsində yerləşən iki mərtəbəli yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
3. Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(031)-744/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il tarixində elektron kbinet vasitəsi ilə vəsatət daxil omuşdur.
5. Vəsatət onunla əsaslandırılmışdır ki, tərəflərindən Şabran Rayon Məhkəməsinin 2(031)-744/2021 nömrəlli, 26 noyabr 2024-cü il tarixli qərardadından şikayət verilmişdir. Bu səbəblə də, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasını təxirə salmaq zərurəti yaranmışdır. Odur ki, Şabran Rayon Məhkəməsinin 2(031)-744/2021 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərardadından verilmiş şikayətə baxılanadək xx.xx.2025-ci il tarixli məhkəmə iclasının təxirə salınması xahiş olunur.
Şikayətə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
7. İşdə iştirak edən maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə qərardadından şikayətə baxılması üçün işin məhkəmə baxışından çıxarılmasına etirazı olmadığını bildirdi.
8. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2(105)-1993/2024 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.
11. Qeyd olunan mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman, Şabran Rayon Məhkəməsi sorğu ilə müraciət edərək İddiaçı nümayəndəsi və vəkili Vəkil Şabran Rayon Məhkəməsinin 2(031)-744/2021 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayətinə baxılması üçün işin geri qaytarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyası sənədləri araşdıraraq hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil Şabran Rayon Məhkəməsinin 2(031)-744/2021 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayətinə baxılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə göndərilməlidir.
13. Beləliklə, qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə, apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2(105)-1993/2024 nömrəli qərardadı ləğv edilməli, Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(031)-744/2021 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla, iş üzrə digər tərəf - İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Şabran Rayon Məhkəməsinin 2(031)-744/2021 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərardadından şikayət verildiyindən mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.
14. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.6, 402.2-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2(105)-1993/2024 nömrəli mümkünlük qərardadı ləğv edilsin. Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(031)-744/2021 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Şabran Rayon Məhkəməsinin 2(031)-744/2021 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilməsi ilə əlaqədar mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.