Məhkəmə qərarları › İş №2(105)-3658/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3658/2021

14.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3658/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X4 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1684/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-1684/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun 08.06.2021-ci il tarixli attestasiya nəticələrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq iddianın həmin hissədə təmin edilməməsi, məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinin onun işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən əsassız dəyişdirilməsi nəzərə alınaraq iddianın həmin hissədə təmin edilməməsi hissəsini və 02 iyul 2021-ci il tarixli əmrin 12 iyul 2021-ci il tarixə dəyişdirilməsini nəzərə alaraq 12 iyul 2021-ci il tarixli əmri ləğv edib əvvəlki ümumi analitik analizlər laboratoriyasında böyük elmi işçi işinə bərpa olunmağına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfində apellyasya şikayəti verilərək Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla həmin işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X1 Komissiyasının nəticələri barədə 08.06.2021-ci il tarixli ona aid rəyinin ləğv olunması, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla həmin işə götürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02.07.2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02.07.2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, o, Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinin işdən azad edilməyi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq iddianın həmin hissədə təmin edilməməsi hissəsi ilə razılaşmır, qətnamə həmin hissədə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini pozmuş, işın tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Bildirir ki, o, cavabdeh təşkilatda 1991-ci ildən əmək fəaliyyətinə başlamış, 2019-cu ildən ümumi analitik analizlər laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışmış, idarə rəhbərliyi daima ona qarşı qərəzli qeyri-əxlaqi, etik qaydalara riayət etməyən hərəkətlər etmiş, ona böhtan və digər formada təzyiqlər edərək işdən azad etmək istəmiş və nəhayət 07 iyun 2021-ci il tarixdə attestasiya keçirərək attestasiyanın nəticələrinə əsasən o, attestasiyadan keçməmiş hesab olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən 02.07.2021-ci il tarixdə onunla olan əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. Quba Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 07.06.2021-ci ii tarixli attestasiya nəticələri ona münasibətdə ləğv edilmişdir, o, məhkəmənin bu hissədə gəldiyi nəticə ilə razıdır. Məhkəmə gedişatında araşdırmalar nəticəsində məlum oldu ki, attestasiya nəticələri ona münasibətdə qanunsuzdur, qanunun tələbinin pozulması ilə qəbul edilib. Cavabdeh saxtakarlıq edərək məhkəməyə 12 iyul 2021-ci il tarixli əmri təqdim etmişdir. Bununla sübut etməyə çalışmışdır ki, güya cavabdeh 02 iyul 2021-ci il tarixli, 20 saylı əmrin 3-cü bəndində dəyişiklik edərək onun 12 iyul 2021-ci il tarixdən işdən azad edilməsini bildirmişdir. Cavabdehin həmçinin həmin 02 iyul 2021-ci il tarixli əmrində dəyişiklik etməsinə səbəb onun 02 iyul 2021-ci il tarixdə xəstəliyi ilə əlaqədar bülleten təqdim etməsi olmuşdur. Onun cavabdehin 12 iyul 2021-ci il tarixli əmrindən xəbəri olmamışdır. 02 iyul 2021-ci il tarixli onun işdən çıxmağı barədə əmrə görə Əmək Müfəttişliyi tərəfindən institutun direktoru X10 barəsində AR İXM-nin 192.6-cı maddəsinə əsasən İnzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuş və sonra institutun direktoru qüvvədə olmayan 02 iyul 2021-ci il tarixli əmrin tarixini 12 iyul 2021-ci il tarixə dəyişdirmişdir. Yeni əmri məhkəmə prosesində təqdim etdikdən sonra o, məhkəmədən institutun əmr kitablarını sorğu edib baxış keçirməyi tələb etdi, lakin məhkəmə onun vəsatətini təmin etmədi. Quba Rayon Məhkəməsi onun 02 iyul 2021-ci il tarixli əmrin ləğv olunması tələbini təmin etməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozmuşdur. 12 iyul 2021-ci il tarixli əmrin məzmunundan göründüyü kimi cavabdeh tərəfindən həmin əmrdə əmək müqaviləsinin ləğvinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinin onun işdən azad edilməyi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi - Tədqiqat İnstitutu tərəfindən əsassız dəyişdirilməsi nəzərə alınaraq iddianın həmin hissədə təmin edilməməsi hissəsini və 02 iyul 2021-ci il tarixli əmrin 12 iyul 2021-ci il tarixə dəyişdirilməsini nəzərə alaraq 12 iyul 2021-ci il tarixli əmri ləğv edib əvvəlki ümumi analitik analizlər laboratoriyasında böyük elmi işçi işinə bərpa olunmağına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək iddiaçının apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, məhkəmənin gəldiyi nəticəyə görə attestasiya keçirilərkən ən az bir ay qalmış attestasiyanı keçməli olan işçilərə məlumat verilməli, onun keçirilməsinin məqsəd, vəzifə və metodları izah edilməli olduğu halda bu barədə iddiaçıya məlumat verilməmişdir. Həmçinin işçinin intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməz hal olmasına baxmayaraq stenoqramdan göründüyü kimi onun peşəkarlığı daxili nizam-intizam qaydalarına riayət etməməsi ilə dəyərləndirilmişdir, institutun direktoru qanuna zidd olaraq komissiyanın üzvü kimi çıxış etmiş və işçiyə yönəldici suallar vermişdir. Hesab edir ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəməyə təqdim edilən İnstitutun 03 saylı əmrindən görünür ki, Attestasiya komissiyasının yaradılması haqqında əmr 26 fevral 2021-ci il tarixdə tərtib edilmiş və bütün işçilər də həmin əmrlə tanış olmuşlar, attestasiya isə iyun ayında keçirilmişdir. Ümumiyyətlə İddiaçı iddia ərizəsində attestasiyanın keçirilməsindən məlumatı olmamasını mübahisələndirməmişdir, məhkəmənin bu fikrə gəlməsi absurddur. Belə ki, məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsinin 8-ci bəndindən görünür ki, İddiaçı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlı verilmiş suallardan yayınmaqla uzun-uzadı danışmaqla suallara aid olmayan qeyri-qənaətbəxş cavablar vermişdir. Bundan başqa məhkəmə məcburi işburaxmaya görə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi öhdəliyini qoymuşdur. Hesab edir ki, həmin hissəni məhkəmə ümumiyyətlə araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Qətnamədən göründüyü kimi İddiaçı münasibətdə işdən çıxarma barədə 12.07.2021-ci il tarixli İnstitutun əmri ləğv olunmamışdır, həmin hissədə iddia rədd olunmuşdur. Həmin tarixədək İddiaçı əmək haqqı ödənilmişdir. Hazırda məhkəmənin qətnaməsində İddiaçı məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi göstərilsə də həmin məbləğ 12.07.2021-ci il tarixədək İnstitut tərəfindən tam ödənilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamənin qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamənin qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, İddiaçı 01.09.1991-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ümumi analitik analizlər laboratoriyasında böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan TVT 094614 saylı diplomun surətindən görünür ki, İddiaçı 27.03.1991-ci il tarixdə “meyvə, tərəvəzçilik və üzümçülük” ixtisasını alim aqronom dərəcəsi üzrə S.Ağamalı oğlu adına “şərəf nişan ordenli” Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02.07.2021-ci il tarixli, 20 saylı əmrindən görünür ki, keçirilmiş attestasiyanın nəticələrinə əsasən İddiaçı attestasiyadan keçməmiş hesab edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 02.07.2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı 30.06.2021-ci il tarixdən 11.07.2021-ci il tarixədək ambulator müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba regional ərazi şöbəsinin 30.07.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı müəssisənin 09.07.1991-ci il tarixli, 89 saylı əmri ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 02.07.2021-ci il tarixdə onun əmək müqaviləsinə Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat institutunun 02.07.2021-ci il tarixli, 20 saylı əmri ilə attestasiya komissiyasının nəticələrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) uyğun olaraq xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbləri gözlənilməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbi pozularaq, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə onun əmək müqaviləsinə xitam verildiyindən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02.07.2021-ci il tarixli, 20 saylı əmrinin ləğv edilməsi üçün müəssisəyə göstəriş xarakterli məktub göndərilmişdir. İş materiallarında olan X17 İnstitunun sertifikatından görünür ki, İddiaçı 17.09.2008ci il tarixdən 29.09.2008-ci il tarixədək “məhsul yığımından sonrakı texnologiya əməkdaşlığı” proqramını uğurla başa vurduğu üçün sertifikatla təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun 161T-07 saylı, 18.01.2016-ci il tarixli vəsiqəsindən görünür ki, Azərbaycan ET Bağçılıq və X5 dissertantı Dadaşova (Şirinova) Qızılgül Sabir qızı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən AMEA İnformasiya Texnologiyaları İnstitunda “İnformatika” fənni üzrə doktorluq imtahanından 3 (kafi) qiymət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi X2 25.12.2014-cü il tarixli, 05 saylı vəsiqəsindən görünür ki, Dadaşova (Şirinova) Qızılgül Sabir qızı bitkiçilik fənni üzrə yaxşı qiymət almışdır. İş materiallarında olan fəxri fərmanın surətindən görünür ki, nümunəvi əmək intizamı və tutduğu vəzifəni ləyaqətlə icra etdiyinə görə Azərbaycan ETB və SBİ-nin Aqrokimya və kütləvi analizlər laboratoriyasının böyük elmi işçisi İddiaçı verilmişdir. İş materiallarında olan Aqrar Elm və X7 İttifaqı Komitəsinin fəxri fərmanından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi analitik analizlər laboratiyasının böyük elmi işçisi İddiaçı nümunəvi əmək fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda keçirilmiş attestasiyanın nəticələri barədə rəydən görünür ki, attestasiyanın nəticələrinə əsaslanaraq İddiaçı attestasiyadan keçməmiş hesab edilmişdir. İş materiallarında olan 08.06.2021-ci il tarixdə MÇETİ-da keçirilmiş attestasiyanın stenoqramından görünür ki, attestasiya komissiyanın üzvləri İddiaçı illik hesabatların tərtibatında bir sıra nöqsanlara yol verdiyini, monitorinq komissiyasına torpağın aqrofiziki xassələrinin təyini üsullarını izah edə bilməməsini, daxili nizam-intizam qaydalarını dəfələrlə pozduğuna görə barəsində inzibati cəza tədbirləri görüldüyünü nəzərə alaraq onun elmi işçi vəzifəsinə layiq olmadığı qənaətinə gəlmişlər. Attestasiya Komissiyasının sədri tərəfindən İddiaçı «tutduğu vəzifəyə uyğun deyil» təkilifi səsverməyə qoyulmuş, səsvermə nəticəsində bu qərarın lehinə 8, əleyhinə 1 səs verilmişdir. Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. İş materiallarında olan 08.09.2020-ci il tarixli, 36 saylı əmrdən görünür ki, Azərbaycan Respublikası KTN AEİM-nin Monitorinq komissiyası üzvləri tərəfindən illik hesabatlarında bir sıra çatışmamazlıqlar aşkarlandığına, heç bir dispersiya analizləri aparmadığına, eləcə də torpağın bir sıra aqrofiziki xassələrinin təyini üsullarını komissiya üzvlərinə izah edə bilmədiyinə və bu parametrlər üzrə heç bir anlayışı olmadığına görə Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan 24.01.2020-ci il tarixli, 02 saylı əmrin surətindən görünür ki, sistematik olaraq əmək intizamını pozduqlarına görə İddiaçı və digər işçilərə xəbərdarlıq edilmiş, bir daha belə hallara yol verilərsə onlar haqqında daha ciddi inzibati cəza tədbiri görülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 13.07.2021-ci il tarixli aktın surətindən görünür ki, Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi İddiaçı əmək kitabçasını və İnsitutun 12.07.2021-ci il tarixli, 22 saylı əmrinin surətini götürməkdən imtina etmişdir. İş materiallarında olan 12.07.2021-ci il tarixli, 20 saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və X14 İnstitutunun 02.07.2021-ci il tarixli, 20 saylı əmrinin 3-cü bəndinə dəyişlik edilmiş, meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən X11 və Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı 12.07.2021ci il tarixdən tutduqları vəzifədən azad edilmişlər. İş materiallarında olan 13.07.2021-ci il tarixli aktdan görünür ki, 13.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiX3dan keçməyən əməkdaşlarından İddiaçı və X9 rəhbərliyi tərəfindən irəli sürülən iş təklifi etmək üçün təkrar iclasa dəvət olunmalarına baxmayaraq iclasda iştirak etməkdən imtina etmişlər. «Elm haqqında» 14 iyun 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunun 25.3cü maddəsinə əsasən elmi müəssisə və təşkilatların elmi işçilərinin, mütəxəssislərinin və elmi xidmət sahəsi işçilərinin attestasiyası elmi müəssisə və təşkilatların elmi şuralarının qərarı ilə yaradılan attestasiya komissiyaları tərəfindən həyata keçirilir. 25.4-cü maddəsinə əsasən elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsinin işçilərinin attestasiyasının nəticələri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndində əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 67-ci maddəsinin 5-6-cı bəndinə əsasən işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 01.09.1991-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutunda ümumi analitik analizlər laboratoriyasında böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. 02.07.2021-ci il tarixdə isə onun əmək müqaviləsinə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun 20 nömrəli əmri ilə attestasiya komissiyasının rəyinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) uyğun olaraq xitam verilmişdir. X13 Xidməti tərəfindən bu məsələ ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbləri gözlənilməmişdir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə iddiaçının əmək müqaviləsinə xitam verildiyindən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02.07.2021-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilməsi tövsiyə olunmuşdur. Buna əsasən İnstitutun direktorunun 12.07.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və X14 İnstitutun 02.07.2021-ci il tarixli, 20 nömrəli əmrinin 3-cü bəndinə dəyişlik edilmiş, Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı 12.07.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi 02.07.2021-ci il tarixli, 20 nömrəli əmr verilərkən işçi əmək qabiliyyətini müvəqqəti itirmiş və işdə olmamışdır. İddiaçı məhz qeyd olunan əmrin ləğv edilməsini məhkəmədən xahiş etmiş, 12.07.2021-ci il tarixli əmrdən isə məlumatının olmadığını bildirmişdir. Bundan başqa Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun keçirdiyi attestasiyada İnstitutun direktoru tərəfindən İddiaçı bir sıra suallar verilmiş, onun işində intizamsızlığa yol verdiyi bildirilmiş və sonda tutduğu vəzifəyə uyğun gəlməməsi barədə qərara gəlinmişdir. «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli, 97 nömrəli qərarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır (1.2.). Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir (2.1.). Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir (2.4.). Müəyyən edildiyi kimi attestasiya keçirilərkən 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərə məlumat verilməli, onun keçirilməsinin məqsəd, vəzifə və metodları izah edilməli olduğu halda bu barədə iddiaçıya məlumat verilməmişdir. Həmçinin işçinin intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməz hal olmasına baxmayaraq, stenoqramından göründüyü kimi, onun peşəkarlığı daxili nizam-intizam qaydalarına riayət etməməsi ilə dəyərləndirilmişdir. Eyni zamanda işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməməsinə baxmayaraq, İnstitutun direktoru qanuna zidd olaraq komissiyasının üzvü kimi çıxış etmiş və işçiyə yönəldici suallar vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun keçirdiyi attestasiyanın nəticələri İddiaçı münasibətdə əsassız hesab olunaraq ləğv edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02.07.2021-ci il tarixli əmrin ləğv edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, qeyd olunan əmrə işəgötürən tərəfindən dəyişiklik edilərək, iddiaçının işdən azad edilməsi barədə yeni əmr verilmiş və həmin əmrdə iddiaçı 12.07.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı məhz 02.07.2021-ci il tarixli əmri mübahisələndirdiyindən və həmin əmrin mübahisələndirilən hissəsi isə hazırda qüvvədə olmadığından onun məhkəmə tərəfindən ləğv edilməsinə zərurət yoxdur. Lakin işçi 02.07.2021-ci il tarixdən məcburi işi buraxdığı üçün ona həmin müddət hesablanaraq orta aylıq əmək haqqı ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia qismən təmin edərək cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun 08.06.2021-ci il tarixli attestasiya nəticələrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq iddianın həmin hissədə təmin edilməməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşsa da hesab edir ki, qətnamənin iddia tələbinin məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin təqdim etdiyi işçilərin son haqq-hesab siyahısından görünür ki, iddiaçıya məcburi işburaxmaya görə olan əmək haqqı ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı da ona əmək haqqının ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən, yəni artıq həmin tələb üzrə mübahisə olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinin onun işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən əsassız dəyişdirilməsi nəzərə alınaraq iddianın həmin hissədə təmin edilməməsi hissəsini və 02 iyul 2021-ci il tarixli əmrin 12 iyul 2021-ci il tarixə dəyişdirilməsini nəzərə alaraq 12 iyul 2021-ci il tarixli əmri ləğv edib əvvəlki ümumi analitik analizlər laboratoriyasında böyük elmi işçi işinə bərpa olunmağına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 02.07.2021-ci il tarixli əmrin ləğv olunmasını xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, həmin əmr artıq cavabdeh tərəfindən dəyişdirilmişdir, yəni artıq mübahisələndirilən əmr mövcud deyildir. Bundan başqa iddiaçı apellyasiya şikayətində 12.07.2021-ci il tarixli əmrin ləğv edilərək işə bərpa olunmasını xahiş etsə də belə bir iddia qaldırmamışdır. Qanunvericiliyin tələblərinə görə isə, yəni Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının isə məhkəmədə qətnamə qəbul edilənədək belə bir tələbi olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz Müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən apellyasiya şikayəti verilərək Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən, məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğu üçün ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən olundu ki, həmin əmək haqqı artıq iddiaçıya ödənilib. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qalan hissədə əsassız olduğu, iş materialları ilə təkzib olunduğu üçün təmin edilə bilməz, apelyant buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir, bundan başqa qətnamədə həmin dəlillər araşdırılaraq qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini qismən əsaslandırmışdır. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsinə dair hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi qismən məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi qismən - məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar