Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-422/2025 24.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin boşaldılması, giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 m2 olan 1 otaqlı, 95 nömrəli mənzilin boşaldılması, həmin mənzildə girişçıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün İddiaçı şərait yaradılması qət edilmişdir. Cavabdeh MTK apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin boşaldılması, giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması tələbinə dair mülki iş üzrə Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2641/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdeh MTK həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2641/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh MTK-nın vəkilinümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2641/2024 nömrəli qərardadından vermiş olduğu şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 04 fevral 2018-ci il tarixində “Kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən mənzilin boşaldılması, giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün ona şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh MTK Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadından şikayət verərək, üzrlü buraxılmış prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətini iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hazırki qərardadla İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin boşaldılması, giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması tələbinə dair mülki iş üzrə Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2641/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamışdır. Hesab edirlər ki, qərardad ləğv edilməlidir. Cavabdeh tərəf isə qətnaməni yalnız xx.xx.2024-cü il tarixdə icra məmurundan almışdır. Lakin məhkəmə MPM-in 385-ci maddəsinin tələblərini pozaraq qanunun bu normalarının tətbiq edilməməsini əsaslandırmamış, qərardad çıxararkən qarşı tərəfin etirazını əsas tutmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı onun tərəfindən hər hansı bir sübut təqdim edilməməsi və hər hansı bir sübuta istinad edilməməsi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə qeyd etdiyi hallar əsaslı olmadığından və bu barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh MTK-nın şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli və onunla bağlı 26 dekabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-422/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-422/2025
24.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver