Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1442/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı bələdiyyəsi) gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(050)-62/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə gediş-gəliş yolunun açılması, həmin yolun üzərində cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətlərində 0.04 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində olan yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yol İddiaçı tərəfindən tutulmuş və yola daş hasar çəkilmişdir. Cavabdeh onun və ailə üzvlərinin evinə gediş-gəlişlərini tamamilə məhdudlaşdırmışdır. Zəbt edilmiş gediş-gəliş yolundakı maneənin (daş hasarın) sökülməsi barədə dəfələrlə qarşı tərəfə edilmiş xəbərdarlıqları nəticəsiz qalmışdır. Mülkiyyətində olan torpaq sahəsinə mübahisəli hasarın mövcud olduğu yerdən gediş-gəliş yolunun olması Torpağın mülkiyyətə verilməsinə dair JN-360A Kod 80501004 saylı şəhadətnamədə və elektron bazada da öz əksini tapmışdır. Torpaq sahəsinə olan maşın və piyada gediş-gəliş yolunda cavabdeh tərəfindən qeyri-qanuni olaraq maneə yaradılmışdır. İddiaçı sonradan iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib hasarın sökülərək gediş-gəliş yolunun açılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(050)-62/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia təmin edilərək Torpağın mülkiyyətə verilməsinə dair JN-360A Kod 80501004 saylı şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0.04 ha həyətyanı torpaq sahəsinə gedən yolun üzərində (gedişi-gəliş yolunda) mişar daşlarından inşa edilmiş hasarın sökülərək gediş-gəliş yolunun açılması, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 170 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdehin apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: Torpağın mülkiyyətə verilməsinə dair JN-360A Kod 80501004 saylı şəhadətnaməyə əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999- cu il tarixli 27 nömrəli qərarı ilə İddiaçı, X4, X9 və X7 Masallı şəhərində 0.04 hektar torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli **********25-10301 reyestr nömrəli çıxarışa əsasən Masallı şəhəri Azərbaycan prospekti 127 ünvanında yerləşən 163.8 kv.m fərdi yaşayış evinin üzərində Cavabdeh tam mülkiyyət hüququ; 0.0303 ha torpaq sahəsi üzərində Cavabdeh və X2 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. 19 fevral 2024-cü il tarixli 3-16-16/2-10/287 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-44/2-6677/2023 saylı mütəxəssis rəyinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemi baza mətumatı materialının koordinatlarına görə İddiaçı oğİunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 360A nömrəli 0.04 ha olan həyətyanı torpaq sahəsinə nəzərdə tutuİmuş gediş-gəİiş yolunun hüdudları daxilində mübahisələndirilən hasarın yerİəşdiyi müəyyənləşdirildi. Masallı şəhəri Nizami adına təsərrüfatın kompleks yerquruİuşu layihəsində və Torpaqların elektron kadastr ucotu informasiya sistemi baza məlumatı materialında mübahisəli hasarın yerləşdiyi torpaq sahəsinin gediş-gəİiş yolu (dalan) kimi nəzərdə tutuİduğu müəyyən edilmişdir. Mübahisələndirilən hasarın Torpağın mülkiyyətə verilməsinə dair JN-360A nömrəli şəhadətnamə ilə İddiaçı, X3, X8 və X5 mülkiyyətində olan 0.04 ha həyətyanı torpaq sahəsinə gedən yolun hüdudları daxilində yerİəşdiyi müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tikinti-texniki və yerquruluşu ekspertizası təyin etmiş, nəticə olaraq Ədliyyə Nazirliyi MEM-nin 16- 16/2- 10/287 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən mübahisəli hasarın yerləşdiyi torpaq sahəsinin gediş-gəliş yolu (dalan) kimi nəzərdə tutulduğu və həmin hasarın tələbkarın mülkiyyətində olan 0.04 ha həyətyanı torpaq sahəsinə gedən yolun hüdudları daxilində yerləşdiyi müəyyən edildiyi göstərilmişdir. Lakin bu zaman tələbkarın evinə başqa yerdən gediş-gəliş yolunun olub-olmaması araşdırılmamış, həmin yolun gediş-gəliş yolu olması və ya dalan olması qətiləşdirilməmiş, rəy formalaşdırılarkən keçən əsrin 80-ci illərindən qalma məlumatlara istinad edilmiş, müstəqillik dövründə aparılan torpaq islahatları zamanı mübahisəli yerin hansı statusda olması öyrənilməmişdir. Mübahisənin ədalətli həlli üçün mülki iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsini tələb etsə də, bu barədəki vəsatəti təmin ediməmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, həyətdə olan daş hasarı o çəkdirmişdir. Ona görə ki, iddiaçı ilə eyni həyətdə yaşayan zaman ailələr arasında münasibətlər pozulmuş və onun ailə üzvlərinin iddiaçının həyətinə keçməsinə qadağa qoymuşdur. Bundan sonra həmin daş hasarı çəkmişdir. Həmin hasar iddiaçının həyətinə gediş-gəliş yolunu bağlamışdır. Evin arxa tərəfindən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. O, həmin torpaq sahəsini satmaq istəsə də, alıcılar oradan yolun olmasına razı deyillər. Əgər iddiaçı həmin torpaq sahəsini almaq istəsə, torpaq sahəsini ona satmağa razıdır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, evinin arxa tərəfindən ora gediş-gəliş yolu yoxdur. Nəzərdə tutulmuş yolu isə cavabdeh 5-6 metrlik hasar çəkərək bağlamışdır. O, həmin torpaq sahəsini satmaq üçün cavabdehə köməklik edəcəkdir. Əsas odur ki, onun gediş-gəliş yolu açılsın. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Masallı Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(050)-62/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli 27 nömrəli qərarı ilə İddiaçı, X4, X9 və X7 Masallı şəhərində 0.04 hektar torpaq sahəsi verilmiş, bununla bağlı Torpağın mülkiyyətə verilməsinə dair JN-360A Kod 80501004 saylı şəhadətnamə tərtib edilmişdir. Tərəflər qardaşdılar. Onlar arasında mübahisə olmuş, cavabdeh mişar daşları ilə mübahisəli hasarı inşa etmişdir. Mişar daşları ilə inşa edilmiş mübahisəli darvaza iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 360A nömrəli 0.04 ha olan həyətyanı torpaq sahəsinə nəzərdə tutuİmuş gediş-gəİiş yolunun hüdudları daxilində yerİəşir, mübahisəli hasarın yerləşdiyi torpaq sahəsi gediş-gəİiş yolu (dalan) kimi nəzərdə tutuİmuş, mübahisələndirilən hasar Torpağın mülkiyyətə verilməsinə dair JN-360A nömrəli şəhadətnamə ilə İddiaçı, X3, X8 və X5 mülkiyyətində olan 0.04 ha həyətyanı torpaq sahəsinə gedən yolun hüdudları daxilində yerİəşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri. TM-in 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya diqqətə çatdırır ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər iddiaçının tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. İşdən göründüyü kimi, 19 fevral 2024-cü il tarixli 3-16-16/2-10/287 saylı ekspert rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-44/2-6677/2023 saylı mütəxəssis rəyi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı əsasında hazırlanmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının evinə başqa yerdən gediş-gəliş yolunun olub-olmamasının araşdırılmamasına dair dəlili əsassızdır və həmin ünvana digər alternativ yolun olmasının iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində nəzərdə tutulmuş yolunun bağlanması, habelə həmin torpaq sahəsində digər şəxslər tərəfindən hər hansı maneənin yaradılmasına əsas vermir. Bu baxımdan da, hazırkı mübahisənin üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsinə zərurət də duyulmur. MPM-in 81-ci tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləcə, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyi ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsdiq olunur. Bununla yanaşı, qeyd edilməlidir ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya məxsus torpaq sahəsində daş hasarı tikməsinin əsl səbəbi kimi iddiaçı və ailə üzvlərinin oradan keçdiyi təqdirdə, öz torpaq sahəsinin və orada yerləşən evinin satılmasının çətin olmasını göstərmişdir. Bundan əlavə, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(050)-62/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(050)-62/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1442/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1442/2024
30.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver