Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1490/2024 26.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, hakimlər X6 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “birgə yaşayış dövründə tikilmiş yaşayış evinə, naves və santexniki qurğulara çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-79/2024 saylı, 11 iyun 2024-cü il tarixli qətnaməsindən (hakim Nüsrət Mirzəyev) cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar şəhər H.Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən onlara satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində payının müəyyən edilməklə, həmin həyətdə cavabdehlə birgəyaşayış illərində tikdiyi birmərtəbəli yaşayış evi, naves və santexniki qurğulara çəkilmiş 33.425 (otuz üç min dörd yüz iyirmi beş) manat məbləğində xərcin yarı dəyəri olan 16.712 (on altı min yeddi yüz on iki) manat pulun cavabdehdən alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək bildirmişdir ki, Biləsuvar şəhəri, H.Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən onlara satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində Cavabdeh ilə birgəyaşayış illərində tikdiyi birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularına çəkdikləri xərc 33.425 manat qiymətləndirilməklə onun payı olan 16.712 manat pulun və hüquqi yardıma görə vəkilə ödədiyi 200 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsinə dair iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə 2003-cü ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Rəsmi nikahları isə 2004-cü ildə qeydə alınmışdır. 2021-ci ilin mart ayına kimi ər-arvad kimi birgə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər.2005-cı ildə Biləsuvar şəhəri, H.Əliyev prospekti, Biləsuvar Bəhrəmtəpə yolunun sağ hissəsində Biləsuvar bələdiyyəsindən 0,06 hektar həyətyanı torpaq sahəsi almışlar. 2005-ci ildə evlərinin fundament betonunu tökmüşlər. Maddi vəziyyətləri yaxşı olmadığından bır müddət evin tikintisini dayandırmışlar və Bakıda yaşamışlar. 2009-cu ildə Biləsuvar şəhərində həyətyanı torpaqlarında fəhlə briqadası tutub evlərinin tikintisi üçün çiy kərpic kəsdirmişlər. Kərpiclər quruduqdan sonra evlərinin döşəməyə qədər hissəsini mişar daşı almaqla tikmişlər. Döşəmədən yuxarı isə ciy kərpicdən tikilmişdir. 2009- cu ildə evlərinin 1 otaq, koridor və mətbəxini yaşamaq üçün hazır vəziyyətə gətirərək orada yaşamağa başlamışlar. Həmin evdə övladlarına kiçik toy mərasimi də keşirmişdir. 2015-ci ilə kimi 3 otaq, bir zal, koridor və mətbəx yaşayış üçün tam yararlı vəziyyətə gətirilmişdir. Komfort təmir etdirə bilməmişlər. Həyətin çəpərini mişar daşından hördürmüşlər. Dəmir darvaza qoydurmuşlar. Həyətdə mişar daşından hamam, tualet, su hovuzu tikmişlər. Bundan başqa həyətdə mişar daşı və çiy kərpicdən təsərrüfat damı tikmişlər.2021-ci ildə cavabdehlə münasibətləri pozulduğundan Biləsuvar rayon məhkəməsinin 2(022)-454/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Həmin tarixdən bir müddət sonra o, həmin evdə yaşamır. Odur ki, Biləsuvar şəhəri, H.Əliyev prospekti, Biləsuvar Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən onlara satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində cavabdehlə birgəyaşayış illərində tikdikləri birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularına çəkdikləri xərcin 33.425 manat məbləğində qiymətləndirilməklə, onun payı olan 16.712 manat pulun və hüquqi yardıma görə vəkilə ödədiyi 200 manat pul vəsaitinin Cavabdeh alnaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil da iddiaçı ilə eyni məzmunda ifadə verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə 2004-cü il tarixdə nikaha girməklə evlənmişlər. 2005-ci il tarixdə o, RF-nin Tümen vilayətinin Nijni-Vortovski şəhərinə işləməyə getmişdir. 2005-ci ilin sonunda Azərbaycana gəlmişlər. 2005-ci ildə bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlayaraq, 0,06 ha torpaq sahəsi almışdır. 2007-ci il tarixdə həmin torpaqda yaşayış evinin bünövrəsini tökmüşlər. 2009-cu ildə həmin evin divarını hörmüşlər. Ev həmin vəziyətdə qalmışdır. Daha sonra evin pəncərələrini salmışlar. Sonra pulu olmadığı üçün evin tikintisini dayandırmışdır. Sonra evin bir otağını düzəldib orada yaşamışlar. Daha sonra RF-na getmişdir. 2018-ci ildən 2021-ci ilə kimi RF-da olarkən nikahları məhkəmə tərəfindən pozulmuşdur. 2021-ci ildə nikah pozulduqdan sonra evin tavanını vurmuşdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-79/2024 saylı, 11 iyun 2024-cü il tarixli il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Biləsuvar şəhəri, H.Əliyev prospekti, Biləsuvar- Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən Cavabdeh satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində tikilmiş birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularına çəkilmiş 29736,0 (iyirmi doqquz min yeddi yüz otuz altı) manat məbləğində xərcin yarısı, yəni 14.868 (on dörd min səkkiz yüz altmış səkkiz) manat pul Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh X7 və onun vəkili X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı daha əvvəl də Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş və Cavabdehmanxan oğlunun adına rəsmiləşdirilmiş Biləsuvar şəhərinin Koroğlu küçəsində yerləşən, Biləsuvar- Bəhrəmtəpə yolunun sağ hissəsinin prespektiv inkişaf üçün ayrılmış ərazisindən alqı-satqı yolu ilə əldə edilmiş 0.06 ha həyətyanıtorpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş 3 otaq, 1 zal, 2 koridor və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin 2/3 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Biləsuvar rayon Məhkəməsi(hakim N.Mirzəyev) iş № 2(022)-560/2023 nömrəli, xx.xx.2023-cü ilsaylı qətnaməsiilə iddiaçının həmin iddiasını təmin etməmişdir. Məhkəmə həmin qətnaməsində qeyd etmişdir ki, iddiaçının əvvəlki iddiası, mübahisələndirilən əmlakların birgə nikah dövründə əldə edilmiş əmlak statusuna malik olmamasına görə hakim tərəfindən rədd edilmişdir. Müvafiq qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə öz qanuni qüvvəsini almışdır. Lakin, daha sonra iddiaçı məhkəməyə eyni əsaslarla, lakin çəkilmiş xərclərin əvəzinin ödənilməsinə dair iddia ilə müraciət etmiş, hakim isə əvvəlki, qanuni qüvvəyə minmiş qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlak statusuna malik olmayan əmlak kimi tanımış olduğu əmlakı bu dəfə birgə nikah dövründə əldə edilmiş əmlak kimi tanıyaraq ona qoyulmuş xərclərin ½ hissəsinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edərək özünün əvvəlki, artıq qanuni qüvvəyə minmiş qətnaməsini və onunla müəyyən edilmiş halları təkzib etmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Tərəflər yalnız müəyyən müddət mübahisəli yerdə birlikdə yaşamış, iddiaçı tərəfindən yalnız 1 otağın təmiri üçün müəyyən qədər yardım göstərilmiş, daha sonra iddiaçı müvafiq yaşayış sahəsindən köçdükdən sonra həmin sahə cavabdeh tərəfindən öz vəsaiti hesabına genişləndirilmiş və təmir edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin göstərmişdir ki, qeyd edilən mübahisəli evi birgə nikahları dövründə tikmiş və 2019cü ildə həmin evə köçərək yaşamışlar. Evə köçən zaman evin 1 otağı və mətbəxi təmir olunmuşdur. Həmin evdə övladına kiçik toy da etmişlər. Təxminən 3 ildən artıq müddətdə həmin evdə yaşamış, digər otaqları və köməkçi sahələri təmir etdirmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-in 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s., habelə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. AM-in 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 2(022)-45/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan 24 may 2004-cü il tarixdə Biləsuvar RİHB-nın Biləsuvar rayonu İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 18 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Biləsuvar Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli 13 saylı iclas protokolndan Çıxarışdan görünür ki, Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində yerləşən perspektiv inkişaf üçün ayrılmış ərazidən alqı-satqı yolu ilə 0,06 ha həyətyanı topaq sahəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan torpağın alqı-satqısına dair 04 sentyabr 2005-ci il tarixli aktdan görünür ki, Biləsuvar Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli 13 saylı iclas qərarına əsasən Cavabdeh bələdiyyə ərazisindən 0,06 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-00523 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 ilkin mediasiya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin rəyində Cavabdeh məxsus birmərtəbəli yaşayış evinin ümumi dəyəri 39296.0 manat qiymətləndirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli 3-16-16/2-10/1321 saylı ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Biləsuvar şəhəri, Heydər Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən Cavabdeh satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularınin 2021-ci il tarixə tikinti materiallarının orta bazar qiyməti nəzərə alınmaqla təmir-tikintisinə sərf olunmuş ümumi xərclərin dəyərini müəyyən etmək mümkün olmadığı, Biləsuvar şəhəri, Heydər Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən X1 0,06 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularında yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 29736,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli 13 saylı iclas qərarına və torpağın alqı-satqısına dair 04 sentyabr 2005-ci il tarixli akta əsasən Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində yerləşən perspektiv inkişaf üçün ayrılmış ərazidən alqı-satqı yolu ilə 0,06 ha həyətyanı topaq sahəsi satılmışdır. Həmin torpaq sahəsində Əskərov X2 Günel Məcid qızı ilə rəsmi nikahda olduqları dövrdə ər-arvadın vəsaiti hesabına yaşayış evi inşa etməklə həmin evdə 2021-c il tarixədək yaşamış və ümumi təsərrüfat aparmışlar. Lakin həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evi daşınmaz əmlakın dövlət reyesrində qeydə alınmasa da, daşınmaz əmlak üzərində Cavabdeh gözlənilən mülkiyyət hüququnu ehtiva edir. Ona görə də həmin torpaq sahəsində Cavabdeh ilə İddiaçı rəsmi nikahda olduqları dövrdə yaşayış evinin onların birgə vəsati hesabına tikilməsi qənaətinə gəlməyə əsas verir. Hazırda iddiaçının mübahisə olunan evdə yaşamaması, ona görə də həmin yaşayış evinə və digər tikililərə çəkilmiş xərclərin yarısını tələb etməkdə haqlı olduğunu göstərir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Onlardan birinci şərt- əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalı, ikinci şərtisə - əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Hər iki şərt mövcud olduqda əmlak ər və arvadın ümumi birgə mülkiyyəti sayılır. Birinci şərtin dəmühüm əsaslarından biri əldə olunmuş əmlakın məhz ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmasıdır. Ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmamış əmlak onların kimin adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsindən asıllıolmayaraq onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyintətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli № 1/2024 qərarından görünür ki, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyintətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli № 1/2024 qərarının 3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər- arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdəndə, həmin Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərəgörə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Bundan başqa, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi “E.Salmanlının şikayəti üzrə” 28 dekabr 2023-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da, onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə “müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraqməsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, həmin qərardan da göründüyü kimi, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanın istisna edilməsi üçün hazırda hər hansı hər hansı mötəbər sübut mövcud deyildir. Yəni hazırkı mülki işin müəyyən edilmiş faktiki halları adıçəkilən mübahisəli əmlakın birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsini təkzib etmək üçün kifayət deyildir. Bu zaman qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarının 7.1-7.4-cü bəndlərinə görə Ailə Məcəlləsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1). Bununla belə, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə müvafiq olaraq ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göründüyü kimi, qanunverici əmlaka sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alındığı barədə qanuni prezumpsiyanı yalnız reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara aid edir. Maddənin əks mənasına görə daşınmaz əşyalara və reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə belə bir prezumpsiya mövcud deyil. Beləliklə, reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq, digərinin razılığı ehtimal edilir. Mübahisə halında razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən ərin (arvadın) üzərinə düşür. Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda, Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər. Göründüyü kimi, ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyayasərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. Beləliklə, apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarının qarşılıqlı təhlilindən kollegiya belə nəticəyə gəlir ki, mübahisələndirilən fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlakdır və həmin əmlaka çəkilən xərclərin iddiaçı tərəfindən tələb edilməsi əsaslıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli 3-16-16/2-10/1321 saylı ekspert rəyində rəyin tədqiqat hissəsində, Biləsuvar şəhəri, Heydər Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən X1 0,06 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularında yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 29736,0 manat məbləğində olduğu müəyyən edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrəmüəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Habelə, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərinverdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-79/2024 saylı, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya Q Ə T E T D İ: Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-79/2024 saylı, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1490/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1490/2024
26.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver