Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-157/2025 21.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X4, Cavabdeh3 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 xeyrinə 120 (bir yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən, borc verən illik 1,9167% faizlə 24 ay müddətinə borc alana 25000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 borcalan Cavabdeh1 kreditor İddiaçı QSC qarşısında Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019- cu il tarixli 003L**********61 saylı uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra olunanadək məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh3 oğlu və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə verilmiş 25000 manat kredit öhdəliklərinin təminatı kimi ünvan 1 ünvanındakı yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 22480,34 manat əsas borc, 3978,93 manat faiz və 7005,90 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 33464,36 manat kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və xidmət haqqının əvəzinin tutulması, tutmanın Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumu birgə mülkiyyətində olan ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı QSC-yə ödənilməsi, satışından əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin müştərək qaydada Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 tutulması, əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X2 və Cavabdeh8 həmin torpaqdan və evdən çıxarılması, əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 22480,34 manat əsas kredit borcun, kredit müqaviləsinin bitdiyi tarixə 3978,93 manat faiz borcunun, 100 manat cərimə borcunun, ümumilikdə - 26559,27 (iyirmi altı min beş yüz əlli doqquz manat iyirmi yeddi qəpik) AZN məbləğində pul vəsaitinin, həmçinin iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə köçürülmüş 30 manat (10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı) pulun 25 manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı QSC-nin hesabına köçürülməsi, Kredit Müqaviləsi üzrə tələb olunan pul vəsaitinin xx.xx.2019-cu il tarixli İpoteka (Girov) Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1, Cavabdeh3 oğluna və Cavabdeh2 paylı mülkiyyət hüququ ilə məxsus Sabirabad şəhəri, M.H.Şəhriyar küçəsi, 0.04 ha. torpaq sahəsinə və üzərində yerləşən 111 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) 95.500 (doxsan beş min beş yüz) AZN məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı QSC- yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1, Cavabdeh3 oğluna və Cavabdeh2 bərabər hissələrdə verilməsi, İpoteka predmeti - ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X5 və Cavabdeh8 evi boşaldaraq evdən çıxarılmaları və evin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli ƏEM/İ 25- 489/22 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 350 (üç yüz əlli) manat vəsaitin 10 manat hissəsinin İddiaçı QSC-dən, digər 340 manat məbləğində hissəsinin isə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına (VÖEN:**********; h/h AZN30GUNA********************; BANK: "xxxx" ASC, VÖEN:**********; Müxbir hesab: AZ25NABZ**********0000047944; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülməsi, «X7» MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli CPG 24-024 D/22 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat vəsaitin 10 manat hissəsinin İddiaçı QSC-dən, digər 240 manat məbləğində hissəsinin isə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 tutulub «X7» MMC-nin hesabına (VÖEN: **********; h/h AZ37NABZ********************; BANK: "xxxx" ASC Nərimanov rayon filialı, VÖEN:**********1; Müxbir hesab: AZ37NABZ********************; KOD: 200093; SWİFT: AHBAZ2X) köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 95500 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, əmlakın ilkin satış qiymətinin ipoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş 36000 manat olaraq müəyyən edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin rəyini mötəbər sübut növü kimi qəbul edib qiymətləndirsə də həmin hissədə gəldiyi mövqeyini əsaslandırmamış, yalnız bir cümlə ilə həmin rəyi daha əsaslı hesab etdiyini qeyd etmişdir. Məhkəmə sübutları hərtərəfli və tam şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət verməmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş rəy ilə müəyyən edilmiş qiymət tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən qarşılıqlı razılıqla müəyyən edilmiş qiymətdən 3 dəfədən çox olmasına baxmayaraq məhkəmə əsassız olaraq həmin rəyi mötəbər sübut növü kimi qəbul etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdi. Apellyasiya baxışı mərhələsində iddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə elektron ərizə göndərmiş, ərizəsində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və bu imtinanın nəzərə alınmasını xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindən imtinasını, iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunun mənasına görə, digər qərardadlardan kassasiya şikayəti verilmir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İddiaçı apellyasiya şikayətindən imtina etdiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı QSC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-157/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-157/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver