Məhkəmə qərarları › İş №2(106)-2023/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2023/2025

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-2023/2025 21.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, cavabdeh3 və X3 nümayəndəsi nümayəndə2 iştirakları ilə, ləğv prosesində olan ”xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh2 Kamil qızına, cavabdeh3 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi dair iş üzrə Sabirabad Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən cavabdeh2 Kamil qızının nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: “xxxx" ASC-nin Cəlilabad filialı ilə X4 arasında bağlanmış ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsinə əsasən heyvandarlığın (iri və xırda buynuzlu) inkişafı məqsədilə istifadə etmək üçün X4 36 ay müddətinə illik 11% dərəcəsi ilə 25000 manat məbləğində kredit vermişdir. ##.##.2008-ci il tarixli ** nömrəli ipoteka müqaviləsinə əsasən ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsinin təminatı olaraq: X4 adına mülkiyyət hüquqi üzrə dövlət reyestrində qeydə alınmış Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən ** saylı binanın ** saylı mənzil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. ##.##.2008-ci il tarixli ** nömrəli İpoteka Müqaviləsinə əsasən ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsinin təminatı olaraq: cavabdeh1 adına mülkiyyət hüquqi üzrə dövlət reyestrində qeydə alınmış, Sabirabad şəhəri, Vidadi küçəsində yerləşən torpaq sahəsi ilə birlikdə *** saylı fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. “xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsinə əlavə etdiyi maliyyə arayışında, tərəflər arasında bağlanmış ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə 25000 manat əsas, 8251,20 manat faiz, 5482,57 manat dəbbə pulu və müqavilə müddətinin bitdikdən sonrakı dövr üçün Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16791,33 manat faiz borcu olmaqla, ümumilikdə 55525,10 manat borcu mövcuddur. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, X4 adına mülkiyyət hüquqi üzrə dövlət reyestrində qeydə alınmış, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı binanın ** saylı mənzili ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsi üzrə 25000 manat öhdəliyin təminatı qismində “xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ##.##.2008-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, cavabdeh1 adına mülkiyyət hüquqi üzrə dövlət reyestrində qeydə alınmış, Sabirabad şəhəri Vidadi küçəsində yerləşən 0.06 ha. torpaq sahəsi ilə birlikdə *** saylı fərdi yaşayış evi ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsi üzrə 25000 manat öhdəliyin təminatı qismində “xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ##.##.2008-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, “xxxx" ASC ilə X4 arasında bağlanmış ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə 224770,46 manat əsas, 4933,58 manat faiz və müqavilə müddətinin bitdikdən sonrakı dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 16647, 81 manat faiz borcu, ##.##.2014-cü il tarixə isə müqavilə müddətinin bitdikdən sonrakı dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 2893,33 manat faiz borcu müəyyən edilmiş, dəyəri 100 manat təşkil edir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ƏEM/İ-63-384/25 saylı rəyinə görə X4 Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı binanın ** saylı mənzilinin ##.##.2025-ci il tarixinə bazar dəyəri: bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat təşkil edir. Həmçinin cavabdeh1 adına mülkiyyət hüquqi üzrə dövlət reyestrində qeydə alınmış, Sabirabad şəhəri Vidadi küçəsində yerləşən 0.06 ha. torpaq sahəsi ilə birlikdə *** saylı fərdi yaşayış evi ##.##.2025-ci il tarixinə bazar dəyəri: bazar dəyəri 36000 manat, likvid dəyəri 30000 manat təşkil edir. “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli ****/** saylı Qiymətləndirici rəyindən görünür ki, ipotekta predmeti Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilinin bazar dəyəri 55000 manat, likvid dəyəri 49500 manat; Sabirabad şəhəri Vidadi küçəsində 0,06 ha torpaq sahəsi ilə birlikdə onun üzərində yerləşən *** saylı fərdi yaşayış evinin bazar dəyəri 35000 manat, likvid dəyəri 31500 manat təşkil edir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı “xxxx” ASC cavabdehlər X4, X2, cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 25000 manat əsas, 10233,77 manat faiz borcu, 3500 manat dəbbə olmaqla, ümumilikdə 38733,77 manat borcun “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ ilə X4 məxsus Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı binanın ** saylı mənzilinə və cavabdeh1 məxsus Sabirabad şəhəri Vidadi küçəsində yerləşən torpaq sahəsi ilə birlikdə *** saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdeh1 və X5 Sabirabad şəhəri Vidadi küçəsində yerləşən *** saylı fərdi yaşayış evindən, X4 və X2 isə Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı binanın ** saylı mənzilindən çıxarılmasını xahiş etmişdir. ”xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum X4 hüquqi varisləri olan X2 və cavabdeh3 25000 manat əsas, 8251,20 manat faiz borcu, 5482,57 manat cərimə və Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16791,33 manat faiz borcu olmaqla, ümumilikdə 55525,10 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın X2 və cavabdeh3 istifadəsində olan Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı binanın ** saylı mənzilinə və cavabdeh1 məxsus Sabirabad şəhəri Vidadi küçəsində yerləşən torpaq sahəsi ilə birlikdə *** saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin ##.##.2008-ci il tarixli ** nömrəli kredit müqaviləsi üzrə borca yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər X2 və cavabdeh3 tutularaq “xxxx” ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra X2 və cavabdeh3 Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı binanın ** saylı mənzilinə, cavabdeh1 Seyidbəyli oğlunun və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin isə həmin əmlaklardan istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin əmlaklardan çıxarılması, həmin əmlakların boşaldılaraq, “xxxx” ASC-yə təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx" ASC-nin Cəlilabad filialı ilə X4 arasında bağlanmış ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsinə əsasən heyvandarlığın (iri və xırda buynuzlu) inkişafı məqsədilə istifadə etmək üçün cavabdehə 36 ay müddətinə 25000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 11%-lə hesab olunur. Kredit müqaviləsinin 6.3-cü maddəsinə əsasən borc alan tərəfindən kredit üzrə borc verənə çatmalı olan faizlər rübün son ayı başa çatanadək ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 1% miqdarında borcverənə dəbbə pulu ödəməlidir. Kredit öhdəliyinin təmin edilməsi üçün ##.##.2008-ci il tarixlİ 79 və ** saylı ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə aşağıda qeyd edilən əmlaklar ipotekaya qoyularaq yüklü edilmişdir: Mülkiyyət hüququ üzrə X4 məxsus olan Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı binanın ** saylı mənzili (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sabirabad Ərazi İdarəsindən verilmiş ##.##.2008-ci il tarixli ********** saylı çıxarış), mülkiyyət hüququ üzrə X11 məxsus Sabirabad şəhəri Vidadi küçəsində yerləşən *** saylı fərdi yaşayış evi (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sabirabad Ərazi İdarəsindən verilmiş ##.##.2008-ci il tarixli ********** saylı çıxarış). Cavabdehə kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edlmiş, habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Sabirabad Rayon Məhkəməsinin 0# ####### 2025-ci il tarixli qətnaməsi (hakim Nurəddin Bağırov) ilə iddia qismən təmin edilərək “xxxx” ASC ilə X4 arasında bağlanmış ##.##.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 24770.46 manat əsas kredit borcunun, kredit müqaviləsinin bitdiyi tarixə 4933.58 manat faiz borcunun, 200 manat cərimə borcunun və kredit müqaviləsinin bitdiyi ##.##.2011-ci il tarixdən 2013-cü il tarixədək iki illik dövr üçün əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 2477.04 manat faiz borcunun, ümumilikdə 32381,08 manat məbləğdə pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun 18 manat hissəsinin X2 və cavabdeh3 müştərək qaydada tutulub “xxxx” ASC-nin hesabına köçürülməsi, yuxarıda göstərilən pul tələbləri və digər xərclərin ##.##.2008-ci il tarixli ** saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilə yönəldilməsi, həmin mənzilin 40000 manat məbləğdə ilkin satış (likvid) qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin X2 və cavabdeh3 verilməsi, yuxarıda göstərilən pul tələbləri və digər xərclərin ##.##.2008-ci il tarixli ** saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş cavabdeh1 mülkiyyətində olan Sabirabad şəhəri Vidadi küçəsində 0.06 ha. torpaq sahəsi üzərində yerləşən *** saylı fərdi yaşayış evinə (0.06 ha. torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə 30000 manat məbləğində ilkin satış (likvid) qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh1 verilməsi, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzili açıq hərracda satıldıqdan sonra, X2 və cavabdeh3 ən geci 1 (bir) ay müddət ərzində həmin evi boşaldaraq evdən çıxarılmaları, Sabirabad şəhəri Vidadi küçəsində 0.06 ha. torpaq sahəsi üzərində yerləşən *** saylı fərdi yaşayış evinin (0.06 ha. torpaq sahəsi ilə birlikdə) açıq hərracda satıldıqdan sonra, cavabdeh1 ən geci 1 (bir) ay müddət ərzində həmin evi boşaldaraq evdən çıxarılması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 40 manat hissəsinin “xxxx” ASC-dən, 60 manat hissəsi isə X2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, “xxxx” MMC tərəfindən aparılmış ##.##.2025-ci il tarixli ƏEM/İ63-384/25 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 600 manat vəsaitin 240 manat hissəsi “xxxx” ASC-dən, digər 360 manat məbləğində hissəsinin isə X2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutulub “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X4 arasında bağlanmış ##.##.2010-cu il tarixli ** saylı Kredit Müqaviləsi üzrə müqavilənin tərəfi olmuş X4 yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq həmin borc vəsaitini hesablanmış faizlərlə birlikdə ödəməmiş və bununla da o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Ona görə də, həmin kredit müqaviləsindən yaranmış borc məbləği müqavilənin tərəfi olmuş mərhum X4 qanuni varisləri (ipoteka predmeti olan Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı binanın ** saylı mənzilinin istifadəçiləri) olan cavabdeh2 Kamil qızından və cavabdeh3 müştərək qaydada tutulmalıdır. Eyni zamanda ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsi üzrə əsas kredit borcu və faiz borcu tələb olunan həcmdə deyil, məhz Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdə, yəni ##.##.2025-ci il tarixə hesablanmış 224770,46 manat əsas və müqavilə müddəti dövrü üçün hesablanmış 4933,58 manat faiz borcu məbləğində tutulmalıdır. Həmçinin iddia tələbinin ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsi üzrə ödənişi gecikdirməyə görə hesablanmış 5482,57 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin cərimə məbləği azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə ##.##.2010cu il tarixli ** saylı Kredit Müqaviləsindən irəli gələn əsas kredit borcunun 224770,46 manat və müqavilə müddətinin dövrü üçün hesablanmış faiz borcunun 4933,58 manat məbləğinin müəyyən olunduğu halda, iddiaçı təşkilat tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 5482,57 manat cərimə pulunu tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 200 manat həcmində müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Həmçinin müqavilə müddətinin bitdikdən sonrakı dövr üçün illik 5% dərəcəsi ilə faiz borcu tələb olunan 14 illik dövr üçün hesablanmış 16647, 81 manat həcmində deyil, daha aşağı həcmdə, məhz 2 illik dövr üçün hesablanıb tutulmalıdır. Belə ki, iddiaçı təşkilat Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə əsaslanaraq müqavilə müddətinin bitdikdən sonrakı 14 illik dövr üçün illik 5% dərəcəsi ilə ##.##.2025-ci il tarixə hesablanmış 16791,33 manat faiz borcu tələbini belə əsaslandırmışdır ki, cavabdehlər 14 il müddət ərzində pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirdikləri üçün həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. İşin araşdırılmış hallarından görünür ki, ##.##.2010cu il tarixli ** saylı kredit müqaviləsinin tərəfi olmuş X4 ##.##.2013-cü il tarixdə vəfat etmiş və onun hüquqi varisləri X2 və cavabdeh3 borc vəsaiti isə məhz ##.##.2025-ci il tarixli iddianın artırılması ərizəsi ilə tələb olunmuşdur. Göründüyü kimi nə ##.##.2013-cü il tarixdə vəfat etmiş mərhum X4, nə də ##.##.2025-ci il tarixdə tələbə cəlb edilmiş onun hüquqi varisləri kredit müqaviləsindən yaranmış borc məbləğini müqavilə müddətinin ##.##.2011-ci il tarixdə bitdikdən sonrakı 14 illik dövr üçün ##.##.2025-ci il tarixədək qanunsuz saxlamaları mümkünsüz olmuşdur. Yəni müqavilə tərəfi X4 ##.##.2013-cü il tarixdə vəfat etməsi və onun hüquqi varisləri X2 və cavabdeh3 ##.##.2025-ci il tarixdə iddianın artırılması ərizəsi ilə tələbə cəlb edilmələri halı, onların borc məbləğini müqavilə müddətinin ##.##.2011-ci il tarixdə bitdikdən sonrakı 14 illik dövr üçün ##.##.2025-ci il tarixədək qanunsuz saxlamalarının həqiqət olmasını təkzib edir və qeyd olunan ziddiyyətli vəziyyət cavabdehlərin xeyrinə həll olunmalıdır. Bununla yanaşı, işin araşdırılmış hallarından görünür ki, ##.##.2010-cu il tarixli ** saylı kredit müqaviləsinin müddəti ##.##.2011-ci il tarixdə bitsə də, müqavilə tərəfi olmuş əsas borclu X4 ##.##.2013-cü il tarixdə vəfat edən günədək kredit müqaviləsindən yaranmış borc məbləğini qaytarmaqdan yayınaraq pul vəsaitini qanunsuz olaraq özündə saxlamışdır. Ona görə də, müqavilə müddətinin bitdikdən sonrakı dövrü iki il (kredit müqaviləsinin müddətinin bitdiyi ##.##.2011-ci il tarixdən M.Q.Əsgərovun vəfat etdiyi ##.##.2013-cü il tarixədək dövr) əsas götürməklə, həmin 2 illik dövr üçün illik 5% dərəcəsi ilə ##.##.2025-ci il tarixə faiz borcu (əsas borc məbləği olan 24770.46 manat vəsaitinin 2 illik dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu) 2477.04 manat məbləğdə müəyyən edilməli və həmin vəsait X2 və cavabdeh3 müştərək qaydada tutulub ləğv prosesində olan «xxxx» ASC-nin hesabına köçürülməlidir. Eyni zamanda, müqavilə üzrə yaranmış yuxarıda göstərilən pul tələbləri və digər xərclər ##.##.2008-ci il tarixli 79№-li və 80№-li ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilinə və Sabirabad şəhəri Vidadi küçəsində yerləşən torpaq sahəsi ilə birlikdə *** saylı fərdi yaşayış evinə yönəldilməli, həmin yaşayış sahələri müvafiq olaraq 40000 manat və 30000 manat məbləğində ilkin satış (likvid) qiymətilə açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində ləğv prosesində olan «xxxx» ASC-yə ödənilməli, satışdan əldə olunınuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdehlərə verilməli, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzili açıq hərracda satıldıqdan sonra X2 və cavabdeh3 ən geci 1 ay müddət ərzində həmin evi boşaldaraq evdən çıxarılmalı, Sabirabad şəhəri Vidadi küçəsində 0.06 ha. torpaq sahəsi üzərində yerləşən 123№-li fərdi yaşayış evi (0.06 ha. torpaq sahəsi ilə birlikdə) açıq hərracda satıldıqdan sonra, cavabdeh cavabdeh1 ən geci 1 ay müddət ərzində həmin evi boşaldaraq, evdən çıxarılmalıdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: cavabdeh2 Kamil qızının nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti verərək iddianın təmin olunması hissədə qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ####### 2008-ci il tarixli ** nömrəli kredit müqaviləsinə əsasən heyvandarlığın (iri və xırda buynuzlu) inkişafı məqsədilə Mirkərim Əsgərova 36 ay müddətinə 25000 manat məbləğdə kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün ## ####### 2008-ci il tarixli ** nömrəli və ** nömrəli ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə X4 məxsus mənzil və X9 məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. ## ###### 2012-ci il tarixdə Sabirabad rayonu Qasımbəyli kənd icra nümayəndəsi tərəfindən verilmiş arayışda qeyd edilir ki, ## ### 2010-cu ildə X4 təsərrüfatında 41 baş inəyi, 18 baş danası, 19 baş camışı, 8 baş camış balası, 87 baş qoyunu, 44 baş keçisi, 38 baş quzusu, 3 baş atı, 32 ədəd hind quşu, 50 ədəd toyuğu, 4 ədəd xoruzu, 46 ədəd fərəsi, 17 ədəd qazı, 30 ədəd ördəyi olmuş, qeyd edilən heyvan və quşlar ## ### 2020-cu ilə qədər Mirkərim Əsgərovun təsərrüfatında olmuş və onlar Kür çayının daşması nəticəsində ## ### 2020-cu ildə hamısı məhv olmuşdur. Sabirabad RİHB-nin birinci müavini tərəfindən imzalanmış ## ######## 2025-ci il tarixli *-**-*/*-Ə-***-***/** nömrəli arayışda qeyd edilir ki, 2010-cu ilin may ayında Sabirabad rayonu ərazisində Kür çayında baş vermiş təbii fəlakət nəticəsində rayonun bir çox əraziləri su altında qalmışdır. Belə ki, Qasımbəyli KİƏDN əhatə edən Qasımbəyli, Yuxarı Axtaçı və Əsgərbəyli kəndləri 2010-cu ildən 2011-ci ilin fevral ayına kimi tamamilə su altında qalmışdır. Həmin kəndlərin əhalisi Fövqəladə Hallar Nazirliyi tərəfindən ayrılmış xüsusi sığınacaqlara yerləşdirilmişdir, Muradbəyli kəndi isə zinə sularına məruz qalmışdır. Tərəflər arasında bağlanmış ## ####### 2008-ci il tarixli ** nömrəli kredit müqaviləsinin 14.1-ci bəndində qeyd edilir ki, bu müqavilə imzalandıqdan sonra qarşısıalınmaz qüvvələrin və ya tərəflərin əvvəlcədən görə bilmədiyi və ya məntiqə uyğun tədbirlərlə qarşısını ala bilmədiyi fövqəladə hadisələr nəticəsində bu müqavilə üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilə bilməməsinə görə tərəflər məsuliyyət daşımırlar. Hamıya məlumdur ki, 2010-cu ildə Kür çayının daşması nəticəsində Sabirabad rayonunun bir neçə kəndini su basmış, həmin ərazilərdə yaşayan əhalinin əmlakı məhv olmuş və ev təsərrüfatında olan canlılar tələf olmuşdur. Məhz bu səbəbdən də kredit götürmüş şəxs X4 bank qarşısında öhdəliyini üzrlü səbəbdən yerinə yetirə bilməmişdir. Fors-major halının olması səbəbindən öhdəliyin yerinə yetirilməməsi barədə məhkəmə baxışı zamanı bildirilsə də, bu hal müzakirə olunmamış və qiymət verilməmişdir. Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilin 40000 manat ilkin satış qiymətinə hərraca çıxarılması qərara alınsa da, bundan əlavə digər mənzilin də 30000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması da qərara alınmışdır. Halbuki, iddiaçıya olan ümumi borcun məbləği 32381.08 manatdır. Yəni, ipotekaya qoyulmuş ** saylı mənzilin dəyəri ümumi borcu ödədiyi halda, digər mənzilin də 0.06 ha torpaq sahəsi ilə birlikdə hərraca çıxarılmasına ehtiyac qalmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: X3 nümayəndəsi nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, qiymətləndirmə rəyi ilə razıdır. Birinci xahişləri məsələyə fors-major halların tətbiq edilməsi ilə bağlıdır. İkinci olaraq isə, əsas borcdan təbii fəlakətə qədər olan ödənişlərin çıxılmasıdır. Həmin ödənişlər barədə qəbzlər və ödəniş cədvəlləri mövcuddur. 2013-cü ildə Əskərov Mirkərim öldükdən sonra bu işlə özü maraqlanmışdır. “xxxx” ASC-nin rəhbərliyi ilə məsələ barədə danışıqlar olmuş, həmin bankın müvafiq komissiyası ilə danışıqlar aparılmış, məsələyə baxacaqlarını və nəzərə alacaqlarını bildirmişlər. Daha sonra bank ləğv olundu və borcun tələbi Əmanətlərin Sığortalanması Fonduna keçdi. Dəfələrlə həmin fonda məktublar və müraciətlər ünvanlamışdır, lakin heç bir cavab verilməmiş və məsələ bura kimi uzanmışdır. Krediti ödəməyə razıdır, lakin faizlərin aşağı salınmasını xahiş edir. cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, nümayəndə2 dedikləri ilə razıdır və əlavəsi yoxdur. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissəsində yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan əlavə, MM-in 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun 34-cü maddəsin əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ##.##.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirilmişdir. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilinin və Sabirabad şəhəri Vidadi küçəsində 0.06 ha. torpaq sahəsi üzərində yerləşən *** saylı fərdi yaşayış evinin likvid dəyəri hissəsində mülki işin apellyasiya baxışı zamanı əldə olunmuş “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli ****/** saylı qiymətləndirici rəyi ilə müəyyən edilmiş hallara əsasən dəyişdirilməlidir. Belə ki, işin apellyasiya baxışı zamanı əldə olunmuş “xxxx” MMC-nin ## ##### 2026cı il tarixli ****/** saylı qiymətləndirici rəyindən görünür ki, ipotekta predmeti olan Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilinin bazar dəyəri 55000 manat, likvid dəyəri 49500 manat təşkil edir. Sabirabad şəhəri Vidadi küçəsində 0,06 ha torpaq sahəsi ilə birlikdə onun üzərində yerləşən *** saylı fərdi yaşayış evinin bazar dəyəri 35000 manat, likvid dəyəri 31500 manat məbləğ təşkil edir. Məhkəmə tərkibi X3 nümayəndəsi nümayəndə2 və cavabdeh3 qiymətləndirici hesabatla ümumilikdə razılaşdığını, eləcə də iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, yuxarıda qeyd olunan mənzillərin likvid dəyərləri adıçəkilən rəydə müəyyən olunan məbləğdə əsaslıdır. Bundan başqa, faiz borcunun aşağı salınması barədə apellyasiya şikayətinin dəlili üzrə diqqətə çatdırılmalıdır ki, iş materiallarında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyi vardır. Həmin rəyin qeyri-mötəbər sayılması üçün hər hansı əsas mövcud deyildir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin dəlillərindən biri ## ###### 2012-ci il tarixli Sabirabad rayonu Qasımbəyli kənd icra nümayəndəliyinin arayışıdır ki, həmin arayışa görə X4 təsərrüfatında olan heyvan və quşların hamısı Kür çayının daşması nəticəsində ## ### 2020-cu ildə məhv olmuşdur. Göründüyü kimi, cavabdeh tərəf fövqəladə hadisənin baş verməsini və buna görə də, qeyd edilən müqavilə üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilə bilməməsinə görə məsuliyyət daşımadıqlarını bildirir. Məhkəmə tərkibi bununla bağlı bildirir ki, adıçəkilən arayış apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş və hazırkı iş üzrə hər hansı mötəbər sübut əhəmiyyəti daşınmır. Habelə cavabdeh tərəf bu dəlilini digər mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Sabirabad Rayon Məhkəməsinin 0# ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilinin və Sabirabad şəhəri Vidadi küçəsində 0.06 ha. torpaq sahəsi üzərində yerləşən *** saylı fərdi yaşayış evinin likvid dəyəri hissədə dəyişdirilməli və Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilinin likvid dəyəri 49500 (qırx doqquz min beş yüz) manat, Sabirabad şəhəri Vidadi küçəsində 0.06 ha. torpaq sahəsi üzərində yerləşən *** saylı fərdi yaşayış evinin likvid dəyəri 31500 (otuz bir min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli ****/** saylı qiymətləndirici rəyinin verilməsi ilə əlaqədar tədqiqatın dəyəri qismində cavabdeh2 Kamil qızı tərəfindən ödənilmiş 600 (altı yüz) manat məbləğində pul vəsaitinin 200 (iki yüz) manat hissəsi ləğv prosesində olan ”xxxx” ASC-dən tutularaq cavabdeh2 Kamil qızına ödənilməli, 400 (dörd yüz) manat hissəsi cavabdeh2 Kamil qızının özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 392- 393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 0# ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilinin və Sabirabad şəhəri Vidadi küçəsində 0.06 ha. torpaq sahəsi üzərində yerləşən *** saylı fərdi yaşayış evinin likvid dəyəri hissədə dəyişdirilərək Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ** saylı 5 mərtəbəli binanın ** saylı mənzilinin likvid dəyəri 49500 (qırx doqquz min beş yüz) manat, Sabirabad şəhəri Vidadi küçəsində 0.06 ha. torpaq sahəsi üzərində yerləşən *** saylı fərdi yaşayış evinin likvid dəyəri 31500 (otuz bir min beş yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli ****/** saylı qiymətləndirici rəyinin verilməsi ilə əlaqədar tədqiqatın dəyəri qismində cavabdeh2 Kamil qızı tərəfindən ödənilmiş 600 (altı yüz) manat məbləğində pul vəsaitinin 200 (iki yüz) manat hissəsi ləğv prosesində olan ”xxxx” ASC-dən tutularaq cavabdeh2 Kamil qızına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar