Məhkəmə qərarları › İş №2(106)-1954/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1954/2024

25.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1954/2024 25.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 katibliyi ilə, İddiaçı ilk iddia üzrə Cavabdeh1 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və başqasına qarşı torpaq sahəsinə kadastr planının hazırlanması tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)348/2010 saylı qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə, eyni zamanda iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və başqasına qarşı torpaq sahəsinə kadastr planının hazırlanması barədə qarşılıqlı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)-348/2010 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh1 istifadəsində olan Boradigah qəsəbəsində yerləşən torpaq sahəsinə dair kadastr planı hazırlanması DT və XK-nin Masallı rayon şöbəsinə həvalə olunması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsindən üçüncü şəxs X2 apellyasiya şikayəti vermiş, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadına əsasən həmin məhkəmənin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs X2 xx.xx.2012-ci il tarixdə Masallı Rayon Məhkəməsinə müraciət edərək Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 03 dekabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadına əsasən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)- 348/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 yanvar 2013-cü il tarixli qərardadına əsasən X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsindən Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Maraqlı şəxs1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(050)-348/2010 saylı qərardadı ilə Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Maraqlı şəxs1 tərəfindən apellyasiya şikayətinin mübahisələndirilən qətnamədən yalnız 13 il sonra verilməsi və bununla da, prosessual müddətin ötürülməsi əsas kimi istinad edilmişdir. Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Paşayev X3 Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(050)-348/2010 saylı qərardadından şikayət vermişdir. Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(050)-348/2010 saylı qərardadından Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Maraqlı şəxs1 şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)- 348/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(106)-2006/2023 saylı qərardadı ilə Masallı rayon Boradigah Bələdiyyəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(050)-348/2010 saylı qərardadı ləğv edilmiş, Masallı Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsinin Masallı rayon Boradigah Bələdiyyəsinin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla hüquqi qiymət verilməsi üçün mülki iş materialları Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)-348/2010 saylı qətnaməsi Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(106)-890/2024 nömrəli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)-348/2010 saylı qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmiş və mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)-348/2010 saylı qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən yenidən apelyasiya şikayəti verilmiş, məhkəmənin 23 sentyabr 2024-cü il tarixli və 14 noyabr 2024-cü il tarixli qərardadları ilə apelyasiya şikayəti verilməsi üçün müddət bərpa edilmiş və mülki iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki iş materialları 19 noyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1954/2024 saylı nömrə verilmiş və məhkəmə iclası 25 dekabr 2024-cü il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)348/2010 saylı qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsinin vermiş olduğu apelyasiya şikayətinin apelyasiya icraatı üçün prosessual əsasların olub-olmamasını müəyyən edərkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. MPM-nin yuxarıda qeyd edilən maddələrinin tələbi baxımından apelyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, Masallı rayon Boradigah bələdiyyəsi apelyasiya şikayətinin dəlillərində qətnamənin düzgün hesab etmədiyi konkret əsaslarını, həmin əsasları təsdiq edən sübutları, eləcə də fakt və halları apelyasiya şikayətinin dəlillərində göstərməmiş, apelyasiya şikayətinin “maddi hüquq normalarının pozulması” və “prosessual hüquq normalarının” pozulması ilə bağlı hissəsində məhkəmə tərəfindən işə baxılarkən Mülki Mücəllənin hansı normasının, həmçinin MPM-nin hansı normasının pozulmasını göstərməmişdir. Bundan əlavə apelyasiya şikayəti “2 saylı Əlavə”yə uyğun tərtib edilməmişdir. Belə ki, MPM-də göstərilən “2 saylı Əlavə”yə uyğun olaraq apelyasiya şikayəti verən şəxs Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri, Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlilləri, Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlilləri, irinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlilləri öz apellasiya şikayətində göstərməlidir. Lakin Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən apelyasiya şikayəti verilərkən nə MPM-nin 361-ci maddəsinin tələblərinə, nə də “2 saylı Əlavə”nin tələblərinə riayət edilməmişdir. Qeyd olunan halı birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. İşin apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(106)-2006/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsinin Masallı rayon Boradigah Bələdiyyəsinin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə hüquqi qiymət verilməsi üçün mülki iş materialları Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadında qətnamənin Masallı rayon Boradigah Bələdiyyəsinin hüquq və vəzifələrinə toxunması qənaətinə gəlmişdir. Qeyd olunan qərardada nəzər yetirdikdə görünür ki, məhkəmə həmin hissədə heç bir araşdırma aparmamış, Masallı rayon Boradigah Bələdiyyəsin şikayətində yazılanları əsas götürməklə onun hüquq və vəzifələrinə toxunduğu qənaətinə gəlmişdir. Şikayətdə mübahisələndirilən torpaq sahəsinin Masallı rayon Boradigah Bələdiyyəsinin mülkiyyətində olduğu qeyd edilsə də, iş materiallarında həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair hər hansı sübut müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış, formal mülahizə əsasında qərardad qəbul edilərək qətnamənin bələdiyyənin hüquq və vəzifələrinə toxunması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, hər nə qədər ki, yuxarıda qeyd edilən hal araşdırılmamışdır, belə vəziyyətdə qətnaməyə mahiyyəti üzrə baxılması və hüquqi qiymət verilməsi mümkün deyildir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, mümkünlük qərardadı ləğv edilərək yuxarıda qeyd edilən məsələyə hüquqi qiymət verilməsi üçün iş materialları Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir (bu Qərarın 24-cü bəndi). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. İşdə iştirak etməyə cəlb olunmayan (iştirakı təmin edilməyən) şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən (iştirakı təmin edilməyən) şəxslərin prosessual fəaliyyəti onların iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Lakin hər bir halda bu şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmalarının onların iradəsindən asılı olmaması və özləri tərəfindən dəf edilməli imkanlardan kənara çıxması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Maraqlı şəxsə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-nin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir. İşdən görünür ki, mübahisəli qətnamədən 15 ilə yaxın müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırılmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyriməhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1954/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın və apellyasiya şikayəti qeyri-mümkün hesab olunmaqla Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar