Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-530/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi, texnikaların saz vəziyyətdə qaytarılması və pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(056)-2241/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı müqavilənin ləğvi, texnikaların saz vəziyyətdə qaytarılması və pul tələbi barədə iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək 8673 manat əsas borcun, 1723 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 10426 manatın Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, xx.xx.2014-cü il tarixli, 1938-L/14 nömrəli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktorun, 1 ədəd AG-14-4 markalı kotanın və 1 ədəd PLCKUP- 1547S markalı ot, küləş presləyənin saz vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-2976/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinin surətinin ona rəsmi qaydada verilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli məktubu ilə adıçəkilən qətnamənin surəti Cavabdeh poçt ünvanına göndərilmişdir. Cavabdeh Əskərov X1 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)- 2976/2017 saylı qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək prosessual müddətin bərpa edilməsi və şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(056)-2241/2023 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Cavabdeh Əskərov X1 Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(056)- 2241/2023 saylı qərardadından şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilərək şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(056)-2241/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən Sabirabad Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(056)-2241/2023 saylı qərardadından verilmiş şikayətə münasibətdə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.3-cü maddəsinə görə şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Bundan əlavə, kollegiya xüsusi qeyd edir ki, MPM-in 269-cu maddəsinin tələbinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Sabirabad Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(056)-2241/2023 saylı qərardadından Cavabdeh şikayətinə baxılsa da, yekunda məhkəmə MPM-in 269-cu maddəsinə uyğun hər hansı qərar qəbul etməyərək, iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu da, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmadığını göstərir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(056)-2241/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək həmin şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sabirabad Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(056)-2241/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-530/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-530/2024
21.02.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver