Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-120/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin x xxx 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin x xxx 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnаməsi ilə (hakim Günay Cavadova) iddiа qismən təmin olunmuş, cavabdeh X5 15.000 (on beş min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun iddiaçı Həsənova Xəyalə Nəcəf qızının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan paltar, ərzaq və qızıl zinət əşyalarının alınması ilə bağlı yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 15.000 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 1.237,5 manat, pulun qaytarılmaması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat, cəmi 26.267,5 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə “Turan bank”dan anası Ziyafət Alıyevanın adına 10000 manat kredit götürüb alver etmək məqsədi ilə 2019-cu ilin yanvar ayında Türkiyə Respublikasına gedib oradan ayaqqabı və pal-paltar gətirib Yasamal rayonu, Kamal Rəhimov küçəsi 23b-də yerləşən özünə məxsus mağazada ayaqqabı, paltar və ərzaq məhsullarının satışı ilə məşğul olmağa başlamışdır. Orada alver zəif olduğundan mağazanı bağlayıb mağzada olan malları tanışı Pünhanın Bakı şəhəri, Binəqədi rayonunda işlətdiyi mağazaya aparıb vermişdir. Bakı şəhəri, Səbail rayonu, 20 saylı X4 işləyəndə onunla birlikdə Nəzakət adlı xanım işləmiş, onunla münasibəti normal olmuşdur. Nəzakət onun ticarətlə məşğul olduğunu bilirdi. 2019-cu ilin fevral ayında Nəzakət onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə öz istifadə etdiyi xatırlamadığı nömrəsindən zəng vuraraq hal-əhval tutub, tanışı X7 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ev 112-də olduğunu və tanışı X7 ticarətlə məşğul olduğunu, ona satmaq üçün nisyə ayaqqabı verməyini və satıb pulunu tez bir müddətdə qaytaracağını demişdir. X9 ilə tanış olmaq və satdığı ayaqqabıları ona göstərmək məqsədi ilə 11 ədəd nümunə götürüb Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ev 112-yə getmişdir. Orada Nəzakət və X9 ilə görüşub, söhbət zamanı gətirdiyi ayaqqabıları Əsbətə göstərib, qiymətlərini ona demişdir. Əsbət ayaqqabılara baxıb, onun dediyi qiymətlərlə razılaşıb, ayaqqabıları satıb qısa bir müddət ərzində pulunu verəcəyini bildirmişdir. Ona görə də ora apardığı 11 ədəd müxtəlif çeşidli, müxtəlif qiymətlərdə olan uşaq, qadın, kişi ayaqqabılarını ona satmaq üçün vermişdir. Həmin günü axşam Əsbət onun mobil nömrəsinə zəng edərək apardığı ayaqqabıları müştərilərinə göstərdiyini və müştəriləri ayaqqabıları bəyəndiyini, əlində satılası mal olduğu halda ona satmaq üçün nisyə verməyini xahiş edərək, mart ayına qədər satıb malların pulunu ona verəcəyini bildirmişdir. Bundan sonra Əsbət ona bir neçə gün zəng edərək malları gətirməyini xahiş etmişdir. Onun xahişlərini nəzərə alaraq hissə-hissə tanışı Pünhanın Bakı şəhəri, Binəqədi rayonunda işlətdiyi mağazadan, ayaqqabıları, uşaq, qadın və kişi paltarlarını gətirib qonşusu Samirin köməkliyi ilə Əsbətin evinə yığmış, sonra Hökməli qəsəbəsində olan qohumunun evində saxladığı malları və öz mağazasında olan geyim və ərzaq mallarını gətirib satmaq üçün Əsbətə vermişdir. Ümumilikdə Əsbətə satmaq üçün 11790 manat dəyərində geyim və ərzaq məhsulları vermişdir. Bu malları Əsbətə verəndən sonra Əsbət ona zəng edərək qızıl ticarətindən yaxşı başı çıxdığından ona satmaq üçün nisyə qızıl tapıb verməyini, həmçinin həkim işləyən iki xala qızlarının toy etdiklərini, həmin qızılları ona satıb xeyir götürəcəyini və həmin xeyirdən ona pul verəcəyini demişdir. Əsbətə satmaq üçün qonşusu olan X3 işlətdiyi qızıl mağazasına gedib Əsbətin ona verdiyi siyahı əsasında 12030 manat dəyərində qızıl zinyət əşyalarını götürüb Əsbətin yaşadığı evdə ona vermişdir. Qızılı verən qonşusu Nəzakət ona qızılın 6000 manatını qızılı verdiyi adamdan alıb gətirib verməyini, qalan pulu isə ayda 2000 manat ödəmək şərti ilə verməyə razı olduğunu bildirmiş və o da bu şərtləri qızılları Əsbətə verəndə ona demişdir. Əsbət də onunla razılaşmış səhəri gün ona zəng edərək qızılları satdığı adamın ona hələlik 1000 ABŞ dolları verdiyini qalan pulu da verəcəyini demişdir. Nəzakət bir müddət gözləməyə razılıq vermişdir. Bundan sonra Əsbətdən 1000 ABŞ dollarını alıb 1700 manat əvəzi olaraq aparıb Nəzakətə vermişdir. Daha 2 gün sonra Əsbət ona 700 manat pul vermişdir. Həmin pulu da aparıb Nəzakətə vermişdir. Bundan sonra Əsbətdən verdiyi malların pulunu və qızılların pulunu tələb etməyə başlamışdır. Lakin Əsbət ona müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Hətta onu evinə dəvət edərək Anar adlı bir şəxsi təqdim edərək, bank işçisi olduğunu və onun vasitəsi ilə bankdan pul götürüb ona olan borcunu ödəyəcəyini demişdir. Onun yalan danışdığını görərək dəfələrlə onun əri Gökhana zəng edib pullarını geri istəsə də, onların hər ikisi ondan vaxt istəmişlər. Pulu ala bilməyəcəyini görüb, Yasamal rayon polis şöbəsinə müraciət etmişdir. İstintaqa izahat verən Cavabdeh izahatında olanları inkar etməmiş və ona 15000 manat borcu olduğunu, lakin hazırda ödəməyə imkanının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X9 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnаmədən nаrаzı qаlаn cavabdeh X9 аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X9 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə əsassızdır, heç bir normativ akta söykənmir və ümumiyyətlə heç bir mötəbər sübut olmadan qəbul olunmuşdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 6(004)-17/2020 saylı qərarı ilə ərizəsi təmin edilməmiş, lakin qərarın 4-cü səhifəsinin 4-cü, 5-ci, 6-cı və 7-cı abzaslarında qeyd iddiaçının yeganə sübutu olan Yasamal RPİ-nin məlum qərarını düzgün təhrif edərək, məhkəmə belə nəticəyə gəlmişdir ki: - “X7 İddiaçı 15000 manat borcu qalmışdır və X9 bunu izhatında etiraf etmişdir. Lakin bu reallığı əks etdirmir” –”İddiaçı 15000 manat borcu qalması faktını müstəntiqi apardığı araşdırmanın nəticəsində fakt kimi təsdiq etməmişdir” - “yəni X7 İddiaçı 15000 manat borcu qalması faktının təsdiq edildiyini kimin kimə borclu olduğunu, nə qədər borclu olduğunun təsdiq edildiyinin qərardad göstərməmişdir” - “Müstəntiq yalnız tərəflərin mülki münasibətlərdə olduğunu qərarda müəyyən etdiyi fakt kimi qeyd etmişdir. Ona görə də həmin qərar X7 İddiaçı 15000 manat borcu qalması faktını təsdiq edən preyudisial qərar kimi qəbul edilə bilməz.” Yasamal Rayon Məhkəməsinin məlum qanuni qüvvəsin almış qərar ola-ola Yevlax rayon məhkəməsi bütün qanunvericiliyin prinsiplərini pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Yevlax Rayon Məhkəməsi, birinci instansiya olduğundan həmçinin həmin rayon məhkəməsində yeganə tək hakim iştirak etməsinə baxmayaraq, məhkəmə qətnaməsinin sonuncu səhifəsinin 5-ci bəndində qeyd edir ki” kollegiya hesab edir ki, iddia həmin hissədə də təmin edilə bilməz”. Burdan məntiqi bir sual meydana çıxır, hansı kollegiya? Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-cı il tarixli, 2(039)-446/2020 nömrəli qətnaməsini ləğv etməklə, iddiaçının iddia tələbini tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və cavabdeh X9 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin x xxx 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnаməsi ləğv edilməli, iddiаçı İddiaçı cavabdeh X8 qarşı 15.000 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 1.237,5 manat, pulun qaytarılmaması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat, cəmi 26.267,5 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiаsı rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22.1, 442, 448.1, 448.2, 449.1, 777.1, 777.2 və 779.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı, cavabdehə təqdim etdiyi ümumi dəyəri 11.790 manat təşkil edən geyim əşyalarının, habelə ümumi dəyəri 12.030 manat təşkil edən qızıl əşyalarının cavabdeh tərəfindən üçüncü şəxslərə satılması barədə sonuncu ilə razılığa gəlmişdir. İş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı ümumi dəyəri 11.790 manat təşkil edən geyim əşyalarının, habelə ümumi dəyəri 12.030 manat təşkil edən qızıl əşyalarının üçüncü şəxslərə satılması barədə vəkalət alan olan cavabdehə tapşırıq vermişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, cavabdeh, ona verilmiş əşyalara görə iddiaçıya cəmi 8.820 manat pul vermiş, digər əşyaların dəyərini təşkil edən 15.000 manat isə ödənilməmiş qalmışdır. Cavabdehin iddiaya qarşı etiraz ərizəsində ifadə olunmuş dəlili ondan ibarətdir ki, cavabdehin təhqiqat orqanına verdiyi izahat təhrif olunmuş, izahatda göstərilənlər həqiqəti əks etdirmir, izahat təzyiq altında yazılmış, daha sonra isə aldadılma yolu ilə cavabdehə imza etdirilmişdir. Əslində isə cavabdehin iddiaçıya 15.000 manat məbləğində borcu yoxdur. Belə ki, iddiaçının satılması üçün cavabdehə verdiyi geyim və qızıl əşyaları sonuncu tərəfindən satılmış, əldə olunmuş pul vəsaiti isə iddiaçıya verilmişdir. Realizə olunmamış qalan əşyalar isə natura şəklində iddiaçıya qaytarılmışdır. Cavabdehin iddiaçıya borcunun olmaması polis idarəsində aparılmış araşdırma nəticəsində fakt kimi də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış “Tapşırıq müqaviləsi” üzrə öhdəliyin tam icra edilməsini, yəni cavabdehin realizə olunmamış əşyaların iddiaçıya qaytarılması və bununla da onun 15.000 manat borcunun qalmamasını sübuta yetirmək hazırda cavabdehin üzərinə düşür. Cavabdeh bildirir ki, cavabdeh, əşyaların satışından əldə olunmuş pul vəsaitini, realizə olunmamış qalan əşyaların isə özünü iddiaçıya qaytarmışdır. Birinci instansiya məhkəməsi cavabdehin bu dəlilinə münasibətdə bildirir ki, cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməsi onun şifahi və yazılı bəyanatı ilə deyil, mötəbər sübutlarla təsdiq olunmalıdır. Lakin öhdəliyin tam icra edilməsini, yəni mübahisələndirilən məbləğin iddiaçıya ödənilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Cavabdehin özünün dəlilinin əsası kimi istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət təqibinin başlanılmasının rədd olunması” barədə xx xxxx 2019-cu il tarixli qərardan (qərarın əslinə məhkəmə baxışı zamanı məhkəmə tərəfindən baxış keçirilmişdir) görünür ki, İddiaçı (hazırki iş üzrə iddiaçı) şikayət ərizəsi ilə polis idarəsinə müraciət edərək, X9 (hazırki iş üzrə cavabdeh) tərəfindən ona olan borcun qaytarılmaması ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət əsasında aparılmış araşdırma zamanı cavabdeh verdiyi izahatında göstərmişdir ki, o, iddiaçıdan 11.079 manat dəyərində aldığı ərzaq məhsulları, ayaqqabı və geyiş əşyalarını, habelə 12.030 manat dəyərində qızıl-zinət əşyalarını satacağı və həmin malların pulunu hissə-hissə iddiaçıya qaytaracağı barədə sonuncu ilə razılığa gəlmişlər. Cavabdehin ona verdiyi həmin əşyalardan iddiaçıya 15.000 manat borcu qalmışdır. Geyim əşyalarının bir hissəsini satılması üçün bir neçə şəxsə vermiş, bir hissəsi isə onun evindədir. Satılan əşyaların pullarını toplayıb hissəhissə iddiaçıya qaytaracaqdır. Cavabdeh sözügedən qərardan, izahatının təhrif olunması əsası ilə, məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır. Şikayətə məhkəmə nəzarəti qaydasında baxılması zamanı, cavabdehin izahatının təhrif olunması, izahatın təzyiq altında yazılması, daha sonra isə aldadılma yolu ilə cavabdehə imza etdirilməsi faktları öz təsdiqini tapmamışdır. Belə olan halda Məhkəmə cavabdehin təhqiqat orqanına verdiyi izahatda göstərdiklərini həqiqət kimi qəbul edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin tapşırıq müqaviləsi üzrə iddiaçıya öhdəliklərini tam icra etməsi sübuta yetirilmir və iddiaçı cavabdehə qarşı 15.000 manat pulun ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. İş üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və o, bu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. Mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçının mənəvi sarsıntı keçirməsi nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, iddia həmin hissədə də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin olunaraq, 15.000 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, digər hissələrdə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası iddianı təmin edərkən iddianın qismən də olsa təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X7 ona 15.000 manat borcu olmasını təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəflərin arasında olmuş münasibətləri tərəflər arasında şifahi formada bağlanmış tapşırıq müqaviləsi kimi qiymətləndirməsinə baxmayaraq, vəkalət verən olan iddiaçının ümumi dəyəri 11.790 manat təşkil edən geyim əşyalarını, habelə ümumi dəyəri 12.030 manat təşkil edən qızıl əşyalarını üçüncü şəxslərə satılması barədə vəkalət alan olan cavabdehə tapşırıq verdiyini, cavabdehin tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək, ona verilmiş əşyalara görə iddiaçıya cəmi 8.820 manat pul verdiyini, digər əşyaların dəyərini təşkil edən 15.000 manatı ödəmədiyini təsdiq edən heç bir sübut mövcud olmamış və qiymətləndirilməmişdir. Qeyd olunan hallar iddiaçının iddia ərizəsinə və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət təqibinin başlanılmasının rədd olunması” barədə xx xxxx 2019-cu il tarixli qərarında əksini tapmış izahatlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət təqibinin başlanılmasının rədd olunması” barədə xx xxxx 2019-cu il tarixli qərarında əksini tapmış cavabdehin izahatını cavabdeh tərəfindən həmin qərar məhkəmə qaydasında mübahisələndirilməsinə, həmçinin hazırki iş üzrə cavabdeh tərəfindən göndərilmiş iddiaya etirazda mübahisələndirilərək təsdiq edilməməsinə baxmayaraq sübut kimi qəbul etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 82.4-cü mаddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi həm həmin qərar özü, həm də orada əkisini tapmış izahatlar hazırki iş üzrə heç bir predusiallıq daşımır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. Birinci instansiya məhkəməsi iddiаçı İddiaçı cavabdeh X8 qarşı 1.237,5 manat faiz borcu tələbi ilə bağlı iddiasına ümumiyyətlə qiymət verməməklə, həmçinin pulun qaytarılmaması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat tələbinin ümumilikdə iddia tələbinin maddi əsası kimi tapşırıq müqaviləsi üzrə 15000 manatın qaytarılmalı olması əsası ilə həmin iddianı təmin etməməkdə haqlı olmamışdır və maddi hüquq normalarını pozmuşdur. Ümumilikdə iddia tələbinin qanuni əsası mövcud olmadığı halda həmin iddia üzrə faiz borcunun və mənəvi ziyanın mövcudluğu da istisna olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını nəzərə аlmаyаn Yevlax Rayon Məhkəməsi iddiаnı qismən də olsa təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə qəbul olunаrkən yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı pozulduğundаn cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin x xxx 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddiаçı İddiaçı cavabdeh X8 qarşı 15.000 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 1.237,5 manat, pulun qaytarılmaması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat, cəmi 26.267,5 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiаsı rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X9 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin x xxx 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cavabdeh X8 qarşı 15.000 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 1.237,5 manat, pulun qaytarılmaması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat, cəmi 26.267,5 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiаsı rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-120/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-120/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver