Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-969/2022 16.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz olaraq qətimkan tədbiri kimi həbsdə saxlanılmaqla vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 (sonuncu prosesdə iştirak etmir) iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz olaraq qətimkan tədbiri kimi həbsdə saxlanılmaqla vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2(019)-414/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 1(091)- 007/2015 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə verilmiş ittihamlar üzrə cinayətin törədilməsinə aidiyyətinin olmaması əsası ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Həmin hökmdə İddiaçı 26 fevral 2014-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3. 237.2.1, 237.2.3-cü maddələri ilə ittiham elan edilməsi və həmin tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi göstərilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2015-ci il tarixli, 1(107)-102/2015 nömrəli qərarından görünür ki, həmin qərarla Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə məhkum olunmasına, İddiaçı isə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********672000 nömrəli arayışından görünür ki, İddiaçı (VÖEN **********) xx.xx.2005-ci il tarixdə vergi orqanına təqdim etdiyi ərizəyə əsasən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Balakən rayonu İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsinin xx.xx.2022-ci il tarixli, 119 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Balakən rayonu Tülü kənd sakinidir. Tülü kəndi ərazisində balıq gölü təsərrüfatı, fındıq bağı, xırda-iri buynuzlu mal-qarası vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun-26 fevral 2014-cü il tarixdən 11 mart 2015-ci il tarixədək həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi və maddi ziyana görə 20000 (iyirmi min) manat miqdarında pul kompensasiyasının Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, tələbini dəqiqləşdirib 26 fevral 2014-cü il tarixdən 11 mart 2015-ci il tarixədək həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 20000 (iyirmi min) manat miqdarında pul kompensasiyasının Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
8. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 26 fevral 2014-cü il tarixdə heç bir səbəb və əsas olmadan tam qanunsuz olaraq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada ona qondarma ittiham irəli sürülmüş, nəticədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ona verilmiş ittiham üzrə əməli sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Hökmdən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-102/2015 nömrəli, 16 iyun 2015-ci il tarixli qərarına əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü qüvvədə saxlanılmışdır. Həmin hökmdən şikayət verilməmişdir. O, 26 fevral 2014-cü il tarixdən 11 mart 2015-ci il tarixədək, yəni 1 il 13 gün müddət ərzində qanunsuz həbsdə olduğu üçün ailəsindən, övladlarından ayrı düşmüşdür. Övladları onunla bərabər xiffət çəkmiş, ailəliklə mənəvi iztirab keçirmişlər. Uzun müddət istintaq araşdırmaları getdiyindən barəsində müxtəlif şaiyələr gəzmişdir. Aparılan istintaq nəticəsində barəsində doğru olmayan şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət içərisində hörmətdən düşmüşdür. Bütün bunların nəticəsində çox böyük sarsıntı keçirmiş və bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Eyni zamanda o, həbs olunmamışdan əvvəl təsərrüfatla-iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi, balıqçılıqla (2 ədəd iri ölçülü balıq gölü) məşğul olmuşdur. Eyni zamanda kənd təsərrüfatı mallarının satışı mağazası var idi. O, bu fəaliyyətlə bağlı xx.xx.2005-ci il tarixdən vergi orqanlarında (VÖEN**********) qeydiyyata alınmış və vergi ödəyicisi olmuşdur. Aylıq qazancı 1000-1500 manat civarında olmuşdur. Eyni zamanda ailəsinin gündəlik dolanışığını o, təmin edirdi. Həbsdə qaldığı müddətdə ailəsi çətin həyat tərzi keçirmişdir. Həmin dövr ərzində o, penitensiar xidmətin müvafiq müəssisində dəfələrlə xəstələnmiş, müalicəsi üçün əlavə xərclər çəkməli olmuşdur. Eyni zamanda həbsdən çıxdıqdan sonra da xəstəlikləri davam etmişdir, hal-hazırda da müalicəni davam etmək məcburiyyətindədir. Həbsdə saxlanıldığı müddətdə təsərrüfatından uzaq qaldığından, həmin təsərrüfat dağılmış, iflasa getmişdir. Hal-hazırda əvvəl məşğul olduğu fəaliyyətlə məşğul ola bilmir. O, həbsdə qaldığından cəmiyyət içərisində ona inamsızlıq və etibarsızlıq formalaşmışdır. Həbsdə olduğu müddətdə ailəsi əlində olan daşınar və daşınmaz əmlakları sataraq gündəlik dolanışıqlarını təmin etməyə məcbur olmuşdur. Həbsdən çıxdıqdan sonra həmin təsərrüfatı yenidən dirçəltmək, həmin müddət ərzində dağılmış balıq göllərinin bərpası, eyni zamanda yaranmış borclarını ödəmək üçün 15000 manat bank krediti götürmək məcburiyyətində qalmışdır.
10. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 13 iyun 2022-ci il tarixli, e- 2(019)-414/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı 26 fevral 2014cü il tarixdən bəraət aldığı 11 mart 2015-ci il tarixədək həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 5000 (beş min) manat miqdarında pul kompensasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 70 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu əlverişsiz vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqlarının real mahiyyəti heçə enir və həmin hüquqlar deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla şərtlənir ki, onun pozulması həmin şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşayiət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. İnsan hüquqlarının, o cümlədən azadlıq hüququnun müdafiəsi ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrıseçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
12. Birinci instansiya məhkəməsi işin hallarına hüquqi qiymət verərək, hesab etmişdir ki, iş materiallarına əsasən ibtidai istintaq və prokurorluq orqanlarının səhvi nəticəsində İddiaçı uzun müddət 26 fevral 2014-cü il tarixdən 11 mart 2015-ci il tarixədək-1 il 13 gün qanunsuz həbsdə qalması onda ümidsizlik, qeyri-müəyyənlik və həyəcan hissləri yaratmışdır. Qanunsuz həbs edilməsi və qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə uzun müddət həbsdə qalması ilə ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, o, bu səbəbdən fiziki əzab çəkməsi nəticəsində iztirab keçirmişdir. Həmçinin İddiaçı bu müddət ərzində hərəkət etmək azadlığından və fəal ictimai həyat tərzindən məhrum edilmişdir, o, özünü bədbəxt hiss edir. Qanunsuz həbsdə olması və ona istinad olunan ağır cinayətin törədilməsi barədə məlumatların yayılması ilə şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmiş və bu da onun psixikasında və şüurunda mənfi izlər qoymuşdur. Həmçinin iddiaçının həbsdə qalması onu şəxsi həyatından və aktiv fəaliyyətindən məhrum etmiş, onun xeyirxah adına və reputasiyasına bərpaolunmaz zərər vurmuşdur. Bütün bunlar təbii ki, İddiaçı haqqında bəraət hökmünün çıxarılması ilə kompensasiya edilə bilməz.
13. Birinci instansiya məhkəməsi həmçinin bildirmişdir ki, iddiaçının sarsıntı və iztirabları və onun azadlıq hüququna qəsd kifayət qədər ciddi olsa da, iddia tələbi həddər artıq şişirdilmişdir və reallıqdan uzaqdır. İddia tələbinin tam həcmdə təmin edilməsi heç şübhəsiz ki, mənəvi iztirab və sarsıntılara adekvat olmamaqla ağlabatan deyildir və demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ədalət və ağlabatanlıq nöqteyinəzərindən iddiaçıya 5000 manat mənəvi zərərə görə kompensasiyanın təyin edilməsi iddiaçının 1 il 13 gün əsassız həbsdə qaldığı müddətdə keçirdiyi həyəcan və iztirab hisslərinin qarşılığına və nüfuzunu, şərəf və ləyaqətini bərpa etmək məqsədinə mütənasibdir. Həmçinin kompensasiyanın ağlataban bu məbləği kimisə müflis etmək məqsədi daşımır. Məhkəmə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Amil Allahverdiyev Azərbaycana qarşı işi üzrə 6 mart 2014-cü il tarixli qərarına istinad etməyi zəruri hesab edir. Həmin işdə də Azərbaycan Respublikasının vətəndaşı Amil Allahverdiyev 1 ildən artıq müddətdə əsassız həbsə məruz qaldığı üçün onun barəsində Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin və 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu müəyyən edilmişdir.
14. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və bu ziyan təkcə pozuntuların müəyyən edilməsi ilə kompensasiya oluna bilməz, buna görə də, ona kompensasiya təyin olunmalıdır. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, məhkəmə qiymətləndirməni ədalətli əsasda həyata keçirərək ərizəçiyə mənəvi ziyana görə 13 000 avro kompensasiya təyin etmişdir. Göründüyü kimi, oxşar situasiya üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Amil Allahverdiyevə 13000 avro kompensasiya təyin etdiyi halında hazırki işdə İddiaçı mənəvi ziyana görə təyin edilən 5000 manat kompensasiya heç də Azərbaycan Respublikasının Dövlət büdcəsinə böyük ziyan vura biləcək məbləğ deyildir. Bu məbləğ işin hallarına uyğun olmaqla ağlabatan və ədalətlidir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28, 46, 60, 68-ci maddəsinin 2-ci bəndinə, 71-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarına, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 5-ci maddəsinin 4-cü bəndinə, 5-ci maddəsinin 5-ci bəndinə, Avropa Konvensiyasına dair 7 saylı Protokolun 3-cü maddəsinə,
16. İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin Smirnova Rusiya Federasiyasına qarşı işi üzrə qərarına, Abdulaziz, Cabales and Balkandali v. X13, məhkəmənin 28 may 1985 il tarixli və Amil Allahverdiyev Azərbaycana qarşı işi üzrə 6 mart 2014-cü il tarixli qərarlarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına,
17. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.3, 56.0.1, 57.1, 57.2.1, 58.2, 60.1, 63 və 350-ci maddələrinə,
18. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununa,
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.4, 1096.1, 1096.2, 1097.1, 1100, 1101.1 və 1101.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 77.3, 78.1, 78.1-1, 78.2, 81, 82.4 88, 89.1, 89.3, 106.1, 119.1, 119.2, 217.4 və 218.3-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
20. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikаyəti verilmişdir.
21. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, digər tərəfdən həmin Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamışdır.
22. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır.
23. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir.
24. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Balakən Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
25. Qeyd edilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli e- 2(019)-414/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin hüquq-mühafizə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş edir.
28. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, heç bir günahı olmadan tam qanunsuz olaraq 26 fevral 2014-cü il tarixdən 11 mart 2015-ci il tarixədək, yəni 1 il 13 gün müddət həbsdə saxlanılmışdır. X14 Cinayətlər Məhkəməsinini hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ona verilmiş ittiham üzrə əməli sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. X10 Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu müddət ərzində ailəsindən, övladlarından ayrı düşmüşdür. Övladları onunla bərabər xiffət çəkmiş, ailəliklə mənəvi iztirab keçirmişlər. Uzun müddət istintaq araşdırmaları getdiyindən barəsində müxtəlif şaiyələr gəzmiş, barəsində doğru olmayan şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Bütün bunların nəticəsində çox böyük sarsıntı keçirmiş və bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Eyni zamanda o, həbs olunmamışdan əvvəl təsərrüfatla-iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi, balıqçılıqla (2 ədəd iriölçülü balıq gölü) məşğul olmuşdur. Həmin dövr bütün bunlardan məhrum olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
29. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfin nümayəndəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyasının: 28-ci maddəsi müəyyən edir ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Konstitutsiyanın 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
31. “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3-cü maddəsində göstərilir ki, hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Bəyannamənin 9cu maddəsinə müvafıq olaraq heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.
32. “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyanın 5-ci maddəsinə müvafıq olaraq hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz.
33. 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsi müəyyən edir ki, hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs özbaşına həbs edilə və ya barəsində həbs qətimkan tədbiri seçilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafıq prosedura əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.
34. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin:
56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
36. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə görə təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikir formalaşmasına ona əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab olunur. 12-ci maddəsinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyəyn edilir. 4-cü maddəsinə görə vurulmuş ziyan bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəratəverici hökm çıxarıldıqdan sonra yaranır. 5-ci maddəsinə görə isə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər gəlirlər məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş mənəvi ziyan ödənilməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2(019)-414/2022 nömrəli qətnaməsinin tam ləğv olunmasını tələb etsə də, əslində iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir.
39. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur .
41. İddia tələbinin ifadə tərzindən və mahiyyətindən görünür ki, tələb “dövlət orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün” məsuliyyət barədədir.
42. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, heç bir günahı olmadan 26 fevral 2014-cü il tarixdən 11 mart 2015-ci il tarixədək, yəni 1 il 13 gün müddət həbsdə saxlanılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinini hökmü ilə ona təqsirli bilindiyi maddələr üzrə bəraət verilmişdir. Bu müddət ərzində ailəsindən ayrı düşmüş, özü və ailəsi mənəvi iztirab keçirmişdir. Həm də bu müddət ərzində bütün təsərrüfatı da əlindən çıxmışdır. Bütün bunların nəticəsində çox böyük sarsıntı keçirmiş və bununla da ona maddi və mənəvi zərər vurulmuşdur.
43. Cavabdeh isə iddia tələbinə etiraz edərək apellyasiya şikayəti vermiş, şikayətinin dəlillərini də onunla əsaslandırmışdır ki, Maliyyə Nazirliyi olaraq bu iş üzrə cavabdehlik daşımalı deyillər.
44. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və nəzərə çatdırır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.
45. Kollegiya qeyd edir ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur.
46. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.
47. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
49. “Mənəvi zərərin ödənilməsi barədə qavnunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
50. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilidə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. (təhqiqat, ibtidai istintaq, prokurorlu və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyana görə).
51. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
52. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
53. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
54. Şərh olunanlara və işin materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının bir müddət (1 il 13 gün) həbs qətimkan tədbiri altında olması ilə bağlı hüquqları pozulmuş və bununla da şüurunda mənfi psixi reaksiyalara səbəb olması nəticəsində mənəvi sarsıntı keçirmişdir.
55. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.
56. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
57. İşə baxan birinci instansiya məhkəməsi də mənəvi zərərin məbləğini 5000 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.
58. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2(019)-414/2022 nömrəli qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov