Məhkəmə qərarları › İş №2(125)-2757/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2757/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2757/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək anaları X2 ölümündən sonra miras qalmış 4/24 hissədəki payla bağlı vərəsəliyin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, Gəncə şəhəri, Atatürk prospekti 207 A ünvanda yerləşən mülk paylı mülkiyyət hüququ əsasında mərhum anaları X4 və qeyrilərinə məxsusdur. Anaları 12 iyul 2014-ü il tarixdə vəfat etmişdir və həmin mülkün 4/24 hissədə payı vardır. Analarının ölümündən sonra onların hər ikisindən başqa maraqlı şəxs olan qardaşları Elnur varis qalmışlar. Onlar mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Maraqlı şəxs notariat kontoruna getməkdən və sənədləri təqdim etməkdən imtina etmişdir. O, sənədləri yalnız məhkəməyə təqdim edəcəyini bildirmişdir. Qardaşlarının hərəkətsizliyi nəticəsində vaxtında notariat kontoruna müraciət edə bilməmişlər və mübahisənin məhkəmədə həll olunmalı olduğu tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verib bildirdi ki, anaları X4 öldüyü günədək bacısı Ərizəçi2 ilə birlikdə yaşamışdır. Anasına məxsus olan yeganə qeydə alınmış əmlak Gəncə şəhəri, Atatürk prospekti 207 A ünvanda yerləşən daşınmaz əmlakın 4/24 hissəsidir. Həmin evdə onların qohumları yaşayır. Anasından ona hər hansı başqa əşya miras qalmamışdır. Məhkəmə iclasında Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, anası öldüyü günədək onunla birlikdə yaşamışdır. Anasına məxsus olan əşyalar anası öldükdən sonra onun tərəfindən qəbul edilmişdir. Anasından başqa hər hansı əmlak qalmamışdır. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, anasının sağlığında o, öz ailəsi, anası və bacısı Ərizəçi2 ilə irlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində birlikdə yaşamışlar. Anası vəfat etdikdən sonra da bir müddət həmin evdə yaşamış, sonradan eyni qəsəbədə başqa evə köçmüşdür. O, anasından miras qalmış evdəki paydan öz payını tələb edir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakda X2 payı 4/24 hissədir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 10 aprel 1981-ci il təvəllüdlü X5 və 14 noyabr 1978ci il təvəllüdlü X1 anaları X3r. Məhkəmə iş üzrə ərizəçilərin və maraqlı şəxsin izahatlarını dinləyib işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçilər xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın, yəni mirası qəbul etmələri faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin xüsusiyyəti hüquq haqqında mübahisənin olmadığı hallarda hüquqi əhəmiyyət kəsb edən müəyyən faktın məhkəmə qaydasında müəyyən edilməsidir. Hazırkı iş üzrə vərəsələr arasında mirasın qəbul edilməsi ilə bağlı mübahisə olduğundan həmin fakt xüsusi icraat qaydasında müəyyən edilə bilməz. Odur ki, ərizə baxılmamış saxlanmalı və ərizəçilərə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizələri baxılmamış saxlansın. Ərizəçilərə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar