Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3297/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən mənzilə görə paylarına müvafiq, yəni 1/2 hissə ilə cavabdehə məxsus paya görə bazar qiymətinə müvafiq olaraq pulun verilməsi ilə cavabdehin payına xitam verilməsi, yaxud ona məxsus 1/2 hissə paya görə cavabdehin bazar qiymətinə müvafiq olaraq pul ödəməsi ilə ona məxsus paya xitam verilməsi, bu da mümkün olmasa mənzilin açıq hərracdan satılması və satış pulunun paylarına müvafiq olaraq bölünməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə görə paylarına müvafiq, yəni 1/2 hissə ilə cavabdehə məxsus paya görə bazar qiymətinə müvafiq olaraq pulun verilməsi ilə cavabdehin payına xitam verilməsi, yaxud ona məxsus 1/2 hissə paya görə cavabdehin bazar qiymətinə müvafiq olaraq pul ödəməsi ilə ona məxsus paya xitam verilməsi, bu da mümkün olmasa mənzilin açıq hərracdan satılması və satış pulunun paylarına müvafiq olaraq bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, ev 1A, mənzil 21 ünvanında qeydiyyata olduğundan hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 2can Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. (MPM-in 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə paylarına xitam verilməsi, mümkün olmadığı təqdirdə mənzilin açıq hərracda satılması və satış pulunun paylarına münasibətdə bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia tələbi ilə bağlı ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə paylarına xitam verilməsi, mümkün olmadığı təqdirdə mənzilin açıq hərracda satılması və satış pulunun paylarına münasibətdə bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3297/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3297/2024
08.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver