Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3893/2023 26.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan KİA Optima markalı, 20EF880 qeydiyyat nömrə nişanlı avtomobilinin zədələnməsi nəticəsində ona dəymiş ziyan olaraq 4265 manat pulun və dövlət rüsumunun əvəəi olaraq 60 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı ərizəsinə əsasən cavabdeh X2 əsl Cavabdeh ASC ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 02 fevral 2023-cü il tarixdə idarə etdiyi “KİA Optima” markalı ** EA *** qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Nizami küçəsi ilə hərəkətdə olan zaman hərəkətdə olduğu zolaqda “Nissan X-Trail” markalı ** DP *** qediyyat nömrə nişanlı avtomobil idarə etdiyi avtomobilin sol arxa hissədən vurmuşdur. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisənin sxemini çəkib onları tanış etmişlər. Hadisəni törədən tərəf olan cavabdeh X2 isə etdiyi qayda pozuntusunu boynuna alaraq izahat vermişdir. Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin şifahi müraciəti və göndərişi əsasında mütəxəssis dəvət olunmuşdur. Onun və cavabdehin iştirakı ilə vizual baxış keçirilmiş və bu barədə qusur aktı tərtib edilmişdir. Baxış zamanı idarə etdiyi “KİA Optima” markalı ** EA *** qeydiyyat nömrə nişanlı avtomobilin təmiri üçün 4.265 manat məbləğində pul vəsaitinin tələb oluduğu qeyd edilmişdir. Qusur aktı ilə o, və cavabdeh tanış olduqdan sonra hər ikisi imzaları ilə təsdiq etmişlər. Cavabdeh X2 bu günə kimi onun avtomobilinə vururlən ziyanın əvəzini ödəməkdən dolayısı yollarla imtina edir. O, cavabdehə dəfələrlə ona məxsus avtomobilinə dəymiş zərərin ödənilməsinə dair müraciət etsə də, o, müxtəlif bəhanələrlə dolayısı yollarla imtina edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsi cavabdeh X2 barəsində Azərbaycan Respublikasının İXM 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair işi Gəncə Şəhər Məhkəməsinə göndərilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 564/2023 saylı qərarı ilə cavabdeh X2 Azərbaycan Respublikasının İXM 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırılması növündən inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin mzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ASC-yə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA Optima” markalı ** EA *** qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı məxsusdur. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2023-ci il tarixdə İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-564/2023 nömrəli qərarından görünür ki, X2 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Gəncə şəhər 5 saylı notariat ofisində 7E-27526 reyestr nömrə ilə qeydə alınmış ƏN- Vİ 361774 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X3 “Nissan X-Trail” minik markalı ** DP *** qediyyat nömrə nişanlı avtomobili idarə etmək üçün X1 xx.xx.2032ci il tarixədək etibar etmişdir. xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, “Nissan X-Trail” minik markalı ** DP *** qediyyat nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tariədək Cavabdeh ASC-də sığorta olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5473 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «Avtomotoserviz və ticarət» müəssisəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2015-ci il buraxılışlı “KİA Optima” minik markalı, ** EA *** qeydiyyat nömrə nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3708,00 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra- İcbari sığortalar haqqında Qanun) icbari sığortanın prinsiplərindən bəhs edən 3-cü maddəsində icbari sıgortanın prinsipləri qeyd olunmuşdur. Həmin pirinsiplərdən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı; sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı kimi qeyd olunmuşdur. (mad.3.1.2, 3.1.4) İcbari sığortalar haqqında Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Qeyd olunan qanunvericilikdən görünür ki, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı dəymiş 3708 manat maddi ziyan sığortaçı Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 57,08 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh ASC-yə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 3708 (üç min yeddi yüz səkkiz) manat pul və 57,08 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh ASC-dən alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3893/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3893/2023
26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver