Məhkəmə qərarları › İş №2(125)-3996/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3996/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3996/2023 04.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7500 manat məbləğində pul və ödənilmiş 95 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 7595 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində Daşkəsən rayonu istiqamətində etibarnamə əsasında idarə etdiyi “Qaz 53B Yük” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən sola dönmək istəyən zaman qarşı tərəfdən gələn X2 idarə etdiyi VAZ-21074 markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar, hadisə nəticəsində VAZ-21074 markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hadisə yerində vəfat etmişdir, hadisədən sonra barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlamış və cinayət işinin istintaqının aparılması Göygöl rayon Polis Şöbəsinə həvalə edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı mərhum X2 atası hazırki iş üzrə cavabdeh olan Cavabdeh zərərçəkmişin hüquqi varisi kimi tanınmışdır. Bundan sonra, işin istintaqı ilə məşğul olan müstəntiq tərəfindən Cavabdeh oğlu X2 vəfatı ilə əlaqədar olaraq ona dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Hadisəni günahkarı özü olduğundan bununla razılaşmış və zərərçəkmişlə görüşmüşdür. Görüş zamanı dəymiş ziyanın 7500 manat olması tələb edilmiş, o isə həmin məbləğin ödənilməsi ilə razılaşmış və onlar 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə getmişlər. Orada cavabdeh **********038 nömrəli ərizə verərək ondan heç bir şikayətinin olmamasını, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini və gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını yazılı formada ifatə etmişdir. Həmin ərizə onun tərəfindən istintaq orqanına təqdim olunmuşdur və hazırda iş materiallarında da saxlanılır. Bundan sonra, işin istintaqı yekunlaşmış və iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsində cinayət işinə baxılan zaman mərhum X2 arvadı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. O, isə buna çox təəccüblənmiş və dəymiş ziyanın istintaq zamanı zərərçəkmiş şəxs kimi tanınmış cavabdehə ödədiyini bildirmişdir. Lakin, buna baxmayaraq məhkəmə mülki iddianın verilməsinin əsaslı və qanuni olması qənaətinə gəlmişdir. Nəhayət, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmə cəzasına məhkum edilmiş və mülki iddia üzrə 7500 manat pul ondan alımaraq X3 verilməsinə qərar verilmişdir. Həm məhkəmə istintaq zamanı, həm də məhkəmə hökmünün qəbul olunmasından sonra cavabdehə dəfələrlə müraciət edərək, ona vermiş olduğu 7500 manat vəsaitin onun gəlini Aytən Nəsibovaya verilməsi üçün geri qaytarılmasını tələb etmişdir. Lakin, çox təəssüf ki, o bunu etməkdən imtina etmişdir. Cavabdeh poçt vasitəsilə məhkəməyə göndərdiyi iddia tələbinə etiraz barədə ərizəsində iddiaçının tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, ibtidai istintaq zamanı o qanuni əsaslarla zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır, iddiaçı tərəfindən ona dəymiş ziyanın əvəzi qismində 7500 manat ödənilmişdir. Hazırda iddiaçının ona dəymiş ziyanın əvəzi qismində ödənilmiş 7500 manat pulu geri tələb etməsi üçün heç bir hüquqi əsas yoxdur. Cavabdeh qeyd etmişdir ki, iddiaçının Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün mülki iddianın təmin olunduğu hissəsindən yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququ vardır. Məhkəmə iclasında X6 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə etdi ki, hüquqi varis X4r, cavabdeh dekabrda zərərçəkmişin hüquqi varisliyindən çıxarılıbdır, 7500 manat məbləğində pulu dəfn, yas mərasimi ilə əlaqədar cavabdehə vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, 2 uşağı var, cavabdehə verilmiş 7500 manat dəfn pulundan xəbəri olmayıb, ərinin dəfni, eləcə də yas mərasimi ərinin öz pulu hesabına aparılmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını, üçüncü şəxsi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-34/2023 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən İddiaçı ibtidai istintaq dövründə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 gün həbsdə saxlanılması nəzərə alınaraq ona qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə mülki iddia üzrə 7500 (yeddi min beş yüz) manatın İddiaçı alınıb zərərçəkmiş şəxsin hüquqi varisi X3 verilməsi qərara alınmışdır. İş materiallarında olan, cavabdehin 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********038 nömrəli ərizəsindən görünür ki, cavabdeh, bildirmişdir ki, X5 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Gələcəkdə də heç bir şikyət və tələbi olmayacaqdır. İşin mübahisəsiz halıdır ki, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə- Daşkəsən avtomobil yolunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində Daşkəsən rayonu istiqamətində iddiaçı etibarnamə əsasında idarə etdiyi “Qaz 53B Yük” markalı, **- BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən sola dönmək istəyən zaman qarşı tərəfdən gələn X2 idarə etdiyi VAZ-21074 markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar, hadisə nəticəsində VAZ-21074 markalı, **-TZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hadisə yerində vəfat etmişdir, hadisədən sonra iddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və iddiaçı həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı mərhum X2 atası hazırki iş üzrə cavabdeh olan Cavabdeh zərərçəkmişin hüquqi varisi kimi tanınmış, dəymiş ziyanın 7500 manat olması razılaşdırıldıqdan sonra iddiaçı həmin məbləği cavabdehə vermişdir. Cinayət işinə məhkəmədə baxılan zaman mərhum X2 arvadı, hazırki iş üzrə üçüncü şəxs olan X6 məhkəmə tərəfindən zərərçəkmişin hüquqi varisi kimi tanınmışdır və məhkəmənin hökmü ilə mülki iddia üzrə 7500 manatın İddiaçı alınıb zərərçəkmiş şəxsin hüquqi varisi X3 verilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində müəyyən edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının sözügedən zərəri vurmasına səbəb olan cinayət əməli qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına, prosessual qənaət prinsipinə görə, zərurət yoxdur. İddiaçı qeyd edir ki, 7500 manat məbləğində pulu mərhumun dəfni və yas mərasimi üçün, özü də mərhumun hüquqi varisi olduğu üçün cavabdehə vermişdir. Üçüncü şəxs də məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, cavabdehə verilmiş 7500 manat dəfn pulundan xəbəri olmayıb, ərinin dəfni, eləcə də yas mərasimi ərinin öz pulu hesabına aparılmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı, 7500 manat məbləğində pulu mərhumun dəfni və yas mərasimi üçün çəkilməli xərcin əvəzi olaraq zərərçəkmişin hüquqi varisi kimi cavabdehə vermiş, lakin sonradan bu əsas aradan qalxmış, həmin ziyanın əvəzinin verilməli olduğu şəxs zərərçəkmişin hüquqi varisi kimi, onun arvadı X6 müəyyən edilmişdir. Cavabdeh iddiaçıdan aldığı 7500 manat məbləğində pul vəsaitinin mərhumun dəfn və yas mərasimi xərci olduğunu inkar etməmişdir. Belə halda, cavabdeh heç bir əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də, iddia təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. Hazırkı iddianın qiyməti 7500 manat olduğundan tutulmalı dövlət rüsumu 95 manatdır. İddia təmin olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar