Məhkəmə qərarları › İş №2-2(1-8)-122/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-122/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-122/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı ASC 2003-cü il ## #### tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, 2004-cü il ## #### tarixdə isə vergi orqanında vergi uçotuna alınmış “xxxx” MMC-nin hüquqi varisidir.

2. Dövlət reyestrində cəmiyyətin səhmdarları X12 (iştirak payı 13,0986 faiz), X2 (iştirak payı 7,0443 faiz), X1 (iştirak payı 3,8571 faiz) və X6 (iştirak payı 76,00 faiz) qeyd olunmuşdur.

3. İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 2021-ci il ## ###### tarixli **/** nömrəli borc müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən 200000 manat məbləğində pul vəsaitini borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdələrinə götürmüşlər. Həmin müqavilənin: 2.2.1-ci bəndinə görə borc məbləği 2025-ci il ## ###### tarixinə kimi borc verənə tam həcmdə geri qaytarılmalıdır; 2.2.2-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş məbləğə illik 12,5% həddində faiz hesablanır, faiz gündəlik qaydada hesablanır.

4. Eyni tərəflər arasında 2021-ci il ## ###### tarixdə bağlanmış **/** saylı borc müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən 250000 manat məbləğində pul vəsaitini borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdələrinə götürmüşlər. Həmin müqavilənin: 2.2.1-ci bəndinə görə, borc məbləği 2025-ci il ## ###### tarixinə kimi borc verənə tam həcmdə geri qaytarılmalıdır; 2.2.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş məbləğə illik 12,5% həddində faiz hesablanır, faiz gündəlik qaydada hesablanır.

5. Həmin tərəflər arasında bağlanmış 2022-ci il ## ### tarixli **/**-**** nömrəli borc müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən 300000 manat məbləğində pul vəsaitini 2022-ci ilin avqust ayının sonuna qədər borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdələrinə götürmüşlər. Həmin Müqavilənin: 2.2.1-ci bəndinə əsasən, borc məbləği ## ###### 2023-cü il tarixinə kimi borc verənə tam həcmdə geri qaytarılmalıdır; 2.2.2-ci bəndinə görə, bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş məbləğə illik 0% həddində faiz hesablanır.

6. 2021-ci il ## ###### tarixli ödəniş tapşırığına əsasən 2021-ci il ## ###### tarixli müqavilə üzrə borc alanın hesabına 200000 manat, 2021-ci il ## ###### tarixli ödəniş tapşırığına görə, ## ###### 2021-ci il tarixli müqavilə üzrə borc alanın hesabına 250000 manat, 2022-ci il ## ###### tarixli ödəniş tapşırığına əsasən 2022-ci il ## ### tarixli müqavilə üzrə borc alanın hesabına 40000 manat, 2022-ci il ## ###### tarixli ödəniş tapşırıqlarına əsasən 260000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür.

7. “xxxx” MMC tərəfindən İddiaçı ASC-nin maliyyə vəziyyəti barədə tərtib edimiş 2023cü il ## ###### tarixli audit hesabatının 17-ci bəndində göstərilmişdir ki, 2022-ci il ## ###### tarixinə təsisçi Camallədin Ismayılovdan alınmış borc vəsaiti 579588 manat təşkil edir.

8. Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesabına “kapitalın möhkəmləndirilməsi üçün səhmdarlardan ianə” adı altında 2022-ci il # ###### tarixdə 666960 manat, 2022-ci il ## ###### tarixdə 1353040 manat, 2022-ci il ## ###### tarixdə 200000 manat ödənilmişdir.

9. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “xxxx”dakı AZ**PAHA*****AZNHC********** saylı hesablaşma hesabına 2021-ci il # ###### tarixindən 2021-ci il # ###### tarixinədək olan dövrdə X13 adından 389410 manat, Camallədin Ismayılovun kart hesabından 94,97 manat, cəmi 389504,97 manat vəsait daxil olmuşdur.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “xxxx”dakı AZ**PAHA*****AZNHC********** saylı hesablaşma hesabına 2021-ci il # ###### tarixindən 2021-ci il # ###### tarixinədək olan dövrdə X13 (Cavabdeh oğlu) adından 21150 manat, təsisçi kimi Cavabdeh adından 8620 manat, cəmi 29770 manat vəsait daxil olmuşdur.

11. “Xazar Insaat-ICN LLC”nin AZ**PAHA*****AZNHC********** saylı cari hesabından çıxarış məlumatlarında göstərilən təyinatlara əsasən (**/** saylı borc müqaviləsi üzrə borcun qaytarılması), 2021-ci il ## ###### tarixli **/** saylı borc müqaviləsi üzrə “Xazar Insaat-ICN LLC” tərəfindən İddiaçı ASC-nin AZ**PAHA*****AZNHC********** saylı cari hesabına 2022ci il ## #### tarixdə 19000 manat, 2022-ci il # ##### tarixdə 8000 manat, 2022-ci il ## ##### tarixdə 10000 manat olmaqla ümumilikdə 37000 manat məbləğində ödəniş edilmişdir.

12. “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış 2019-cu il ## ###### tarixli GL**** saylı kredit limiti müqaviləsi çərçivəsində, 2021-ci il ## ###### tarixli K**** saylı müqaviləyə əsasən bank tərəfindən MMC-nə 800 000 manat kredit verilmişdir.

13. Cavabdeh “xxxx”dakı AZ**PAHA*****AZNFC********** saylı bank hesabındakı hesablaşma hesabından təqdim olunan çıxarışa əsasən, 2024-cü il # ######## tarixdən 2025-ci il ## ######## tarixədək olan dövrdə Cavabdeh bank hesabına 393400 manat vəsait daxil olmuş, həmin vəsaitdən 2024-cü il ## ######## tarixdə 248 235 manat, 2025ci il # ###### tarixdə 15000 manat, 2025-ci il ## #### tarixdə 25000 manat, 2025-ci il ## ###### tarixdə 50000 manat, 2025-ci il # ######## tarixdə 9562,82 manat, cəmi 347797,82 manat əsas kredit borc əvəzi, 2024-cü il ## ######## tarixdə 32265 manat, 2025-ci il # ######## tarixdə 13337,18 manat, cəmi 45602,18 manat kreditə hesablanmış faiz borcu, ümumilikdə 393400 manat vəsaiti “xxxx” MMC-nin “xxxx” ASC-dən götürdüyü kredit və ona hesablanmış faiz borcuna ödənilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

14. Iddiaçı İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il ## ######, 2021ci il ## ###### və 2022-ci il ## ### tarixlərində bağlanmış borc müqavilələri üzrə yaranmış 750 000 manat əsas borcun, 107 175 manat faiz borcunun və ödənilmiş 1148 dövlət rüsumunun (410 manat mediasiya ödənişi daxil olmaqla), ümumilikdə 858 323 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış borc müqavilələrinin birinin müddəti bitmiş, digər iki müqavilənin isə müddəti bitməmişdir. Kifayət qədər etibarlı məlumat və sənədlərə əsasən, borcalanın maliyyə vəziyyəti pisləşmişdir və borcun qaytarılmaması ehtimalı çox yüksəkdir. Ona məxsus əmlakların böyük qismi bank və digər maliyyə təşkilatlarının xeyrinə yüklüdür, həmin təşkilatlar tərəfindən cavabdehə qarşı hüquqi prosedurlar başladılaraq məhkəmə və hüquq-mühafizə orqanlarına müraciətlər edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə 2023-cü il ## ###### tarixində poçt vasitəsilə pretenziya məktubu göndərilmiş, məktubu qarşı tərəf şəxsən qəbul etmişdir. Pretenziya məktubu ilə tanış olduqdan sonra cavabdeh müraciət edərək bildirmişdir ki, onun bu borcu ödəməsi üçün heç bir maddi imkanı yoxdur və bununla bağlı məhkəməyə müraciət olunmasına etiraz etmir. Məsələnin məhkəmə müstəvisində həll olunacağına qərar verildikdən sonra isə bu məsələ ilə bağlı qarşı tərəfə ilkin olaraq 2023-cü il ## ###### tarixində (2023-cü il ## ###### tarixində çatdırılıb) mediasiya prosesində iştirakla bağlı təklif göndərilmişdir. 2023-cü il # ###### tarixində mediasiya prosesi keçirilmiş, mediasiya sessiyasında cavabdeh şəxsən iştirak etmişdir. Mediasiya sessiyası zamanı bir daha cavabdeh borc məbləğlərini aldığını qəbul etmiş, lakin bu məbləğlərin digər hansısa məbləğlərlə əvəzləşdirilməli olmasını bildirmiş və bu hesabla şirkətə borcunun olmadığını iddia etmişdir.

16. Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il ## ####### tarixli rəyinə əsasən 37000 manat məbləğində ödəniş nəzərə alınmadığı halda, Cavabdeh “xxxx” ASC-ə (İddiaçı ASC) 2021-ci il ## ###### tarixli borc müqaviləsi üzrə 2023-cü il ## ###### tarixə (sualda göstərilən tarix) 249027,78 manat məbləğində əsas və faiz borcu, 37000 manat məbləğində ödəniş nəzərə alındığı halda, 2021-ci il ## ###### tarixli borc müqaviləsi üzrə 2023-cü il ## ###### tarixə (sualda göstərilən tarix) 204313,54 manat məbləğində əsas və faiz borcu, 2021-ci il ## ###### tarixli borc müqaviləsi üzrə 2023-cü il ## ###### tarixə (sualda göstərilən tarix) 310416,67 manat məbləğində əsas və faiz borcu və 2022-ci il ## ### tarixli borc müqaviləsi üzrə 2023-cü il ## ###### tarixə (sualda göstərilən tarix) 300000 manat məbləğində əsas borcu müəyyən edilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеhdən 2021-ci il ## ###### tarixli **/** saylı borc müqaviləsi üzrə 163.000 manat əsas borc, 41.313,54 manat faiz borcu, 2021-ci il ## ###### tarixli **/** saylı borc müqaviləsi üzrə 250.000 manat əsas borc, 60.416,67 manat faiz borcu, 2022-ci il ## ### tarixli **/**-**** saylı borc müqaviləsi üzrə 300.000 manat əsas borc və dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 1104,73 manatın tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəməmühasibatlıq ekspertizasının xərci olaraq 200 manatın cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesablarına köçürülməsi qət olunmuşdur (hakim – G.Namazova).

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqavilələrindən irəli gəlir və cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Işin ədaləti və obyektiv həlli məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur və ekspert rəyi ilə müəyyən edilən məbləğlər iddia tələbindən az olduğundan, ekspert rəyi əsas götürülməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 739.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 105.0.9, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. “xxxx” MMC-nin auditoru tərəfindən aşağıdakı məzmunda 2025-ci il ## ####### tarixli rəy verilmişdir: - Vergilər Nazirliyinin * saylı Ərazi Vergilər Idarəsinin 2024-cü il ## ####### tarixli, 3- 21-2- 12/2-22098/2024-nömrəli çıxarışında qeyd olunanlara əsasən Cəmiyyətin adı dəyişdirilərək İddiaçı ASC, VÖEN-ni dəyişməz olaraq ********** olmuş, nizamnamə kapitalı 8 354 900,00 manat olmaqla, təsisçilər Cavabdeh 13,0986%, X2 7,0443%, X6 76% və X9 3,8571% paya sahib olmuşlar. - Vergilər Nazirliyinin * saylı Ərazi Vergilər Idarəsinin 2025-ci il ## ##### tarixli, 3- 21-2- 12/2-32314/2025-nömrəli çıxarışında qeyd olunanlara əsasən Cəmiyyətin təsisçilərindən 3,8571% paya sahib olan X9 dəyişdirilərək X1 olmuşdur. Qeyd olunanlardan göründüyü kimi Cəmiyyətin 2020-ci il ## #### tarixdən 2024-cü il ## ####### tarixə kimi olan fəaliyyət dövründə adında, nizamnamə kapitalının artırılmasında, payçılarda dəyişiklik olmuşdur. Lakin tərəfimdən rəsmi və qeyrirəsmi, yəni telefon əlaqəsi ilə həmin dövrün reyestrindən çıxarışlar tələb olunmuş, Cəmiyyət tərəfindən təqdim edilməmişdir. Elə Cavabdeh ilə İddiaçı ASC arasında yaranmış məhkəmə mübahisəsinin yaranması həmin dövrə təsadüf edir. - Beləliklə, hər iki tərəfin təqdim etdiyi məlumatların və məhkəmə işi materiallarından əldə etdyim məlumatların araşdırılmasından aşağıda qeyd olunanlar müəyyən edilmişdir: - “xxxx” MMC tərəfindən İddiaçı MMC-nin maliyyə vəziyyəti barədə tərtib edilmiş 2023-cü il ## ###### tarixli audit hesabatının 17-ci bəndində əksini tapan, 2022-ci il ## ###### tarixinə təsisçi Cavabdeh alınmış borc vəsaitinin 579588 manat təşkil etməsinə dair qeyd, bu Cəmiyyətin 2021-ci il ## ###### tarixə və 2022-ci il ## ###### tarixə “xxxx” MMC (auditor təşkilatı) tərəfindən təsdiq olunmuş müqayisəli illik maliyyə hesabatıdır, Cəmiyyətin təsisçi C. Ismayılova kreditor borcudur. Həmin təsdiq olunmuş maliyyə hesabatına əsasən Cəmiyyətin təsisçi C. Ismayılova 2021ci il ## ###### tarixə 516385 manat, 2022-ci il ## ###### tarixə 579588 manatdır, auditor təşkilatı tərəfindən təsdiq edilmişdir. Təsdiq olunmuş auditor hesabatından göründüyü kimi 2021-ci illə müqayisədə 63203 manat artmışdır. Tərəfimdən həmin borcun bir daha təsdiqlənməsi üçün auditor təşkilatı olan “xxxx” MMC təşkilatı və cavabdeh Cavabdehla əlaqə saxlanılmış, iddiaçı tərəfə Bakı Apellyasiya Məhkəməsinin vasitəçiliyi ilə rəsmi məktub göndərilmiş və bildirilmişdir ki, borcun yaranması, nədən (əmlak, nəğdi vəsait) ibarət olması barədə məlumat versinlər. Qeyd olunanlara baxmayaraq hər üç tərəfdən rəsmi məlumat almaq mümkün olmamışdır (pul vəsaitidirsə bank çıxarışı, əmlakdırsa rəsmiləşdirilməsi üçün müqavilə və yaxud təhvil-təslim aktı). Pul vəsaitinin verilməsini təsdiq edən bank çıxarışı və əmlakdırsa rəsmiləşdirilməsi üçün müqavilə və yaxud təhvil-təslim aktı təqdim etməklə təsdiq olarsa, həmin borcun mühasibat uçotunda əvəzləşdirilməsinə yol verilə bilər. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsindən 2025-ci il ## ####### tarixdə araşdırılması üçün qəbul edilmiş bank çıxarışlarına əsasən müəyyən edilmişdir ki, 2021-ci ildə C. Ismayılov tərəfindən “xxxx” MMC-nin “xxxx”dakı hesablaşma hesabına təsisçidən borc, hesaba mədaxil kimi qeydlər edilməklə vəsait daxil olmuş, həmin vəsaitdən 222874,97 manat ödənilməmiş kimi qalmışdır. Bu yalnız bir bank üzrə olan borcdur. Cəmiyyətin “AFBBANK”-da da hesablaşma hesabı olmuşdur, lakin “AFBBANK”-dakı hesablaşma hesabında aparılan əməliyyatlar barədə bank çıxarışları təqdim olunmadı. Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan sənədlərdə digər banklar üzrə Bank çıxarışları olmamış, tərəfimdən Bakı Apellyasiya Məhkəməsinin elektron (onlayn) kargüzarlığ sisteminə yerləşdirilməldə göndərilən rəsmi məktubda həmin sənədlərin təqdim olunması xahiş edilsə də, təqdim olunmamışdır. Ona görə də auditor hesabatında qeyd olunan borcdan yalnız 222874,97 manatını müəyyən etmək mümkün olmuşdur. Sənədlər tam təqdim olunmasa borcun düzgün müəyyən edilməsi mümkünsüzdür. - “Camallədin Ismayılov tərəfindən Səhmdar Cəmiyyətin hesabına “kapitalın möhkəmləndirilməsi üçün səhmdarlardan ianə” adı altında 2022-ci il # ###### tarixdə 666960 manat, 2022-ci il ## ###### tarixdə 1353040 manat, 2022-ci il ## ###### tarixdə 200000 manat ödənilmişdirmi?. Əgər ödənilmişdirsə bu hansı məqsədlə həyata keçirilmişdir və müvafiq ödənişlər nəticəsində Cəmiyyətin hüquqi (maliyyə) vəziyyətində hər hansı dəyişiklik olmuşdurmu?” sualına cavab olaraq bildirirəm ki, həqiqətən qeyd olunan tarixlərdə Cavabdeh tərəfindən Cəmiyyətə üç dəfəyə 2220000 manat “kapitalın möhkəmləndirməsi üçün səhmdarlardan ianə” adı altında vəsait ödənilmişdir. Qeyd olunan sualın araşdırılması üçün aşağıda qeyd olunan sənədlərin təqdim olunmasına ehtiyac vardır. Belə ki, qeyd olunan vəsaitlər əvvəlcə “xxxx” QSC tərəfindən 2022-ci il ## ###### tarixli *** nömrəli, 2022-ci il # ###### tarixli *** nömrəli və X7 ilə 2022-ci il ## ###### tarixli *** nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “AFBBANK”-dakı hesablaşma hesabına daxil olmuş, sonra həmin vəsait İddiaçı ASC-nin “AFBBANK”-dakı hesablaşma hesabına “kapitalın möhkəmləndirməsi üçün səhmdarlardan ianə” adı altında daxil olmuşdur. Əgər həmin vəsait C. Ismayılovundursa onda köçürməyə səhmdar qeyd olunmalı idi, lakin köçürməyə “səhmdarlardan” qeyd olunub. Köçürülən vəsait yalnız Cavabdeh məxsusdursa onda “Mühasibat uçotu haqqında” qanundan irəli gələn tələblər nəzərə alınmaqla, borc hesablaşmalarda əvəzləşə bilər. Köçürməyə “səhmdarlardan” qeyd olunması həmin vəsaitin C. Ismayılova məxsus olmasına şübhə yaradır. Çünki həmin dövrlərdə Cəmiyyətin adında, nizamnamə kapitalındakı paylarda dəyişikliklər olmuş, kapitala qoyulmuş paylar nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Iddiaçı tərəfdən yalnız 2020-ci il ## #### tarixli və 2024-cü il ## ####### tarixdən sonrakı reysterdən çıxarışlar təqdim olunmuşdur. 2020-ci il ## #### tarixli çıxarışda Cəmiyyətin nizamnamə kapitalının həcmi 20 manat, 2024-cü il ## ####### tarixli çıxarışda 8 354 900 manat təşkil etmişdir. Aralıq dövründəki çıxarışlar təqdim olunmadı. Ona görə də 2022-ci il ## ###### tarixli *** nömrəli, 2022-ci il ## ###### tarixli *** nömrəli və 2022-ci il # ###### tarixli *** nömrəli alqı-satqı müqavilələri, aralıq dövrün reysterdən çıxarışı təqdim olunmalıdır ki, vəsaitin kimə məxsus olması müəyyənləşdirilsin. Cavabdeh Cəmiyyətə borcu olduğu halda verilən vəsaitlərin ianə kimi rəsmiləşdirilməsi şübhəli əməliyyatlardır. Çünki, aparılan əməliyyatlarda Cavabdeh kənar şəxs deyil, Cəmiyyətdə təsisçidir, işçidir, müşahidə şurasının üzvüdür, əlaqəli tərəfdir. Tərəfimdən Bakı Apellyasiya Məhkəməsinin elektron (onlayın) kargüzarlığ sisteminə yerləşdirilməklə göndərilən rəsmi məktubda həmin sənədlərin təqdim olunması xahiş edilsə də, təqdim olunmamışdır. Cavabdeh tərəfindən Səhmdar Cəmiyyətin hesabına “kapitalın möhkəmləndirməsi üçün səhmdarlardan ianə” adı altında 2022-ci il # ###### tarixdə 666960 manat, 2022-ci il ## ###### tarixdə 1353040 manat, 2022-ci il ## ###### tarixdə 200000 manat ödənilmiş vəsaitlər 2022-ci il ## ###### tarixli illik maliyyə hesabatlarına daxil olmuş vəsaitlərdir. Çünki 2022-ci il ## ###### tarixli illik maliyyə hesabatında Cəmiyyətin nizamnamə kapitalı 8354900 manat təşkil etmişdir. - “Cavabdeh İddiaçı ASC-yə 2021-ci il ## ###### tarixli **/** saylı, 2021-ci il ## ###### tarixli **/** saylı və 2022-ci il ## ### tarixli 20/05- **** saylı borc müqavilələri üzrə borcu qalmışdırmı, qalmışdırsa hansı məbləğdə borc qalmışdır və qeyd olunanlara görə ziddiyyətli rəqəmlərin yaranma əsaslan və mənbəyi haradan gəlir və nə ilə izah olunur?” suallarının araşdırılması ilə əlaqədar olaraq bildirirəm ki, İddiaçı ASC ilə 2021-ci il ## ###### tarixli **/** saylı, 2021-ci il ## ###### tarixli **/** saylı borc müqavilələrini Cəmiyyət tərəfindən X4, 2022-ci il ## ### tarixli **/**- **** saylı borc müqaviləsini isə Cəmiyyət tərəfindən X3 təsdiq etmişdir. Birinci iki müqavilə “xxxx” ASC olarkən, 3-cü müqavilə isə İddiaçı ASC olarkən bağlanmışdır. “xxxx” ASC ilə bağlanmış müqavilələrə əsasən ödənilən vəsait 2021-ci il ## ###### tarixdə 200000 manat, 2021-ci il ## ###### tarixdə 250000 manat, cəmi 450000 manat Cavabdeh “xxxx”dakı AZ**PAHA*****AZNHFC********** nömrəli hesablaşma hesabına, 2022-ci il ## ###### tarixdə 40000 manat, 2022-ci il ## ###### tarixdə 120000 manat, 2022-ci il ## ###### tarixdə 110000 manat, 2022-ci il ## ###### tarixdə 30000 manat, cəmi 300000 manat Cavabdeh “xxxx”dakı AZ**PAHA*****AZNHSC********** nömrəli hesablaşma hesabına, ümumi olaraq 750000 manat vəsait daxil olmuşdur. X4 ilə bağlanan müqavilələrdə faiz dərəcəsi 12,5% göstərilmiş, X3 ilə bağlanan müqavilədə faiz dərəcəsi 0% göstərilmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin dövrlərdə Cavabdeh Cəmiyyətdə bildirdiyinə görə işçi və müşahidə şurasının üzvü olmuş, həm də təsisçi olmaqla 13,0986% paya sahib olmuşdur. Cəmiyyətdən C. Ismayılovun kart hesabına əmək haqqı kimi vəsaitlər ödənilmişdir. Yuxanda qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, Cəmiyyətdə xeyli nüfuz sahibi olması, idarəetmə orqanlarında iş icra etməsi, xeyli nüfuz sahibi olmasına baxmayaraq ona əvvəlcə 12,5% faiz dərəcəsi ilə borc verilməsi və X3 ilə bağlanan müqaviləyə əsasən verilən borcun faiz dərəcəsinin 0% göstərilməsi şübhəli əməliyyatların aparılması ilə nəticələnən əməliyyatlardır. - Bundan əlavə audit zamanı İddiaçı ASC tərəfindən verilmiş arayışa əsasən müəyyən edilmişdir ki, təsisçi Cavabdeh tərəfindən Cəmiyyətə faiz dərəcəsi 12,5% olmaqla, borc vəsaiti verilməsi barədə müqavilələr bağlanmışdır. Borc vəsaitinin verilməsi barədə müqavilə Cəmiyyətlə C. Ismayılov arasında olmasına baxmayaraq, bank çıxarışlarında həmin vəsaitlər X13 daxil olmuşdur. Təqdim olunan bank çıxarışlarına əsasən Cəmiyyətin “xxxx”dakı AZ**PAHA*****AZNHC********** saylı hesablaşma hesabına X13 adından 389 410 manat, C. Ismayılovun kart hesabından 94,97 manat, cəmi 389 504,97 manat vəsait daxil olmuşdur. Bundan əlavə Cəmiyyətin “xxxx”dakı AZ**PAHA*****AZNHC********** saylı hesablaşma hesabına X13 adından 21150 manat, təsisçi kim C. Ismayılovun adından 8620 manat, cəmi 29770 manat vəsait daxil olmuşdur. Ümumilikdə oğlu və özü adından 419274,97 manat vəsait Cəmiyyətin hesablaşma hesablarına mədaxil edilmişdir. - Bundan əlavə C. Ismayılov və X13 adından “Xəzər Inşaat-ICK” LLC-nin xxxxdakı AZ**PAHA*****AZNHC********** saylı hesablaşma hesabına 46800 manat vəsait daxil olmuşdur ki, bunun da 30900 manatı üçün bank çıxarışında X13 adı, 15900 manatına “təsisçidən” sözü qeyd edilmişdir. Hər iki cəmiyyətin hesablaşma hesabına C. Ismayılov və X13 adından daxil olmuş vəsaitin cəmi 466074,97 manat təşkil edir. Təqdim olunan bank çıxarışlarına və Cəmiyyət tərəfindən verilən arayışa (cədvələ) əsasən bank əməliyyatları 2021-ci il # ###### tarixdən 2021-ci il # ###### tarixə kimi olan dövr ərzində daxil olmuşdur. Cəmiyyət tərəfindən verilən arayışa (cədvələ) əsasən həmin vəsaitlər Cavabdeh məxsusdur. Lakin ilkin sənədləri (banka mədaxil qəbzləri) yoxdur, bank çıxarışında qeyd olunanlara əsaslanmışdır. Cəmiyyətin arayışını (cədvəl) nəzərə aldıqda verilmiş vəsaitdən Cavabdeh 2022-ci ildə 243 280 manatı faiz hesablanmadan əsas borc olaraq qaytarılmış, 222874,97 manatı (466 074,97 – 243 280 = 222 874,97) ödənilməmiş qalmışdır. “Xəzər Inşaat-ICK” LLC-yə ödənilən vəsaitin qeyd olunması ondan irəli gəlmişdir ki, hər iki cəmiyyət əlaqəli tərəfdirlər, hər iki Cəmiyyətdə aparılan bank əməliyyatlarında Cavabdeh və X13 adı qeyd edilərək göstərilir. Cəmiyyət tərəfindən hər iki halda, yəni istər borc alarkən, istərsə də borc verərkən eyni məzmunlu, eyni bölməyə, eyni maddədən və eyni faiz dərəcəsi əks olunmuş müqavilələr tərtib olunaraq imzalanmışdır. Sənədlərin tərtibatından, mühasibatlıqda əsas və faiz üzrə borcların uçotunun aparılmaması, Cavabdeh Cəmiyyətdə təsisçi olmasından və həmin dövrdə Cavabdeh özü və oğlu tərəfindən hesabın möhkəmləndirilməsi ilə əlaqədar hesaba vəsaitlərin qoyulması yalnız formal olaraq sənədləşmə xatirinə tərtib olunmuşdur. Əgər “xxxx” MMC və hüquqi varisi İddiaçı ASC tərəfindən Cavabdeh verilmiş borc və hesablanmış faiz borcları hesablanıb tələb olunursa, onda C. Ismayılov tərəfindən “xxxx” MMC-yə və “Xəzər Inşaat-ICK” LLC verilmiş borc və hesablanmış faiz borcları hesablanaraq əvəzləşdirilməlidir. Bütün qeyd olunan uyğunsuzluqlar Cəmiyyətin adında dəyişiklik və nizamnamə kapitalının formalaşması dövrünə, yəni 2021-2022-ci illərə təsadüf edir. - Audit zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nə 2021-ci il # ###### tarixdə “Azfin ANCE Investiment Companiy” CJSC-dən emisiya məbləği kimi 2000000 manat, 2021-ci il ## ###### tarixdə 1000000 manat, cəmi 3000000 manat vəsait daxil olmuş və həmin vəsaitdən, elə həmin ayda bölüşdürülərək “Xəzər-Inşaat ICN” LLC adına borc müqaviləsi tərtib olunaraq 1615 000 manat, Cavabdeh da adına borc müqaviləsi tərtib olunaraq, 2021-ci il ## ###### tarixdə 200000 manat, 2021ci il ## ###### tarixdə 250000 manat onun bank hesabına köçürülmüşdür. Onu da qeyd etməliyəm ki, “Xəzər-Inşaat ICN” LLC İddiaçı ASC əlaqəli tərəfdir. Cavabdeh bank hesabına köçürülmüş vəsaitlər müvafiq olaraq 2021-ci il ## ###### və 2021ci il ## ###### tarixdə nəğdləşdirilmişdir. Bundan əlavə yuxarıda qeyd edildiyi kimi Cəmiyyət İddiaçı ASC adı ilə fəaliyyət göstərərkən Cavabdeh “xxxx”dakı AZ**PAHA*****AZNHFC********** nömrəli hesablaşma hesabına faizsiz 2022-ci il ## ###### tarixdə 40000 manat, 2022-ci il ## ###### tarixdə 120000 manat, 2022ci il ## ###### tarixdə 110000 manat, 2022-ci il ## ###### tarixdə 30000 manat, cəmi 300000 manat borc vəsaiti verilmişdir. Bundan əlavə həmin əməliyyatların, əmlakların “xxxx” Şirkəti QSC tərəfindən alınması dövrünə təsadüf edir. Qeyd olunan dövrdə aparılmış əməliyyatlar üçün tərtib olunmuş sənədləşmələrdə əməliyyatlar şübhəlidir. Ona görə də aparılmış əməliyyatların bir daha araşdırılmasına ehtiyac vardır. Aparılmış əməliyyatların ilkin sənədləri əsasında araşdırılması aparılmadan, aparılmış əməliyyatlar üçün sənəd tərtib edən maddiməsul şəxslərin cəlb edilərək izahatı alınmadan “xxxx” ASC ilə Cavabdeh arasında olan hesablaşmaların vəziyyətinin dəqiq müəyyən edilməsi mümkünsüzdür. - Audit zamanı Cavabdeh “xxxx”dakı AZ**PAHA*****AZNFC********** saylı bank hesabındakı hesablaşma hesabından təqdim olunan çıxarışa əsasən 2024-cü il # ######## tarixdən 2025-ci il ## ######## tarixədək olan dövrdə C. Ismayılovun bank hesabına 393400 manat vəsait daxil olmuş, həmin vəsaitdən 2024-cü il ## ######## tarixdə 248235 manat, 2025-ci il # ###### tarixdə 15000 manat, 2025-ci il ## #### tarixdə 25000 manat, 2025-ci il ## ###### tarixdə 50000 manat, 2025-ci il # ######## tarixdə 9562,82 manat, cəmi 347797,82 manat əsas kredit borc əvəzi, 2024-cü il ## ######## tarixdə 32265 manat, 2025-ci il # ######## tarixdə 13337,18 manat, cəmi 45602,18 manat kreditə hesablanmış faiz borcu, ümumilikdə 393400 manat vəsaiti İddiaçı ASC-nin adı “xxxx” MMC olarkən bankdan götürdüyü kredit və ona hesablanmış faiz borcuna ödənilmişdir. Cəmiyyətin adı “xxxx” MMC olarkən “xxxx”la “xxxx” MMC arasınla 2019-cu il ## ###### tarixli GL**** saylı kredit limiti müqaviləsi çərçivəsində, 2021-ci il ## ###### tarixli K**** saylı müqaviləyə əsasən bank tərəfindən Cəmiyyətə 1800000 manat kredit verilmişdir. Cavabdeh təqdim etdiyi bank çıxarışına əsasən həmin kreditin əsas və faiz borc hissəsi 393400 manat təşkil etmiş və həmin borclar onun tərəfindən ödənilmişdir. İddiaçı ASC “xxxx” MMC-nin hüquqi varisidir, VÖEN-ni dəyişmədən onun bazasında yaradılmışdır, debitor və kreditor öhdəliklərinə cavabdeh olduğundan, hazırda C. Ismayılovun ödədiyi vəsaitlərin əvəzləşməsi də keçərlidir, əvəzləşdirilməlidir. - Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə işi materiallarına əlavə edilmiş bank çıxarışlarına əsasən C. Ismayılov tərəfindən 2022-ci il # ##### tarixdə, 2021-ci il ## ###### tarixli **/** saylı borc müqaviləsinə əsasən əsas borcdan 8000 manatın ödənilməsi bank çıxarışında qeyd edilmişdir. - Auditor rəyi əsasən ilkin sənədlərə əsaslandığından tam olaraq Cəmiyyət tərəfindən verilmiş borcların Cavabdeh tərəfindən qaytarılmaması qənaətinə gəlmək mümkün deyildir. Çünki, Cavabdeh tərəfindən “xxxx” QSC tərəfindən 2022ci il ## ###### tarixli *** nömrəli, 2022-ci il # ###### tarixli *** nömrəli və X7 ilə 2022-ci il ## ###### tarixli *** nömrəli alqı-satqı müqavilələrinin təqdim edilməməsi, Cavabdeh “AFBBANK”-dakı hesablaşma hesabına daxil olmuş, sonra həmin vəsait İddiaçı ASC-nin “AFBBANK”-dəki hesablaşma hesabına “kapitalın möhkəmləndirməsi üçün səhmdarlardan ianə” adı ilə ödənilməsi göstərilsə də Cəmiyyətin “AFBBANK”-dakı bank çıxarışlarının təqdim olunmaması, istər Cavabdehla Cəmiyyət arasında, istərsə də Cəmiyyətlə C. Ismayılov arasında bağlanmış borc müqavilələrinin hər iki halda, yəni istər borc alarkən, istərsə də borc verərkən eyni məzmunlu, eyni bölməyə, eyni maddədən və eyni faiz dərəcəsi əks olunmuş müqavilələr tərtib olunaraq imzalanmasının, borc müqaviləsi Ismayılovla Cəmiyyət arasında bağlandığı halda, borcların X13 adından ödənilməsi, Cəmiyyətin təqdim etdiyi arayışda (cədvəldə) borcların Cavabdeh tərəfindən verilməsinin qeyd edilməsi, Cəmiyyətin 2020-ci il ## #### tarixli çıxarışdan, 2024cü il ## ####### tarixli çıxarışına kimi aralıq dövrdə olan çıxarışların təqdim olunmaması, bank çıxarışlarında Cəmiyyətin hesablaşma hesabına vəsaitlər mədaxil edilərkən, ümumi olaraq təsisçidən qeyd edilməsi (təsisçinin kim olmasını müəyyən etmək olmur), bank hesabına hesabın möhkəmləndirməsi adı ilə nəğdi daxil olan vəsaitlərin kassadan, təsisçidən və yaxud cəmiyyətin hər hansı maddiməsul şəxsinin (adı qeyd olunmalıdır) adının göstərilməməsi, yaranmış mübahisənin 2021-2022-ci il tarixlərinə təsadüf etməsi (həmin dövr nizamnamə kapitalının formalaşması, payçıların nizamnamə kapitalında payların müəyyən edilməsi dövrüdür), aparılmış əməliyyatların dəqiq olmasına da şübhələr yaradır. - Beləliklə, qeyd olunan sənədlər təqdim edildiyi təqdirdə Cəmiyyətlə Cavabdeh arasında olan hesablaşmaların dəqiq müəyyən edilməsi mümkündür. - Rəydə yuxarıda qeyd olunan məlumatlar məhkəmə tərəfindən bir daha araşdırılaraq nəticəsini taparsa onda hesablaşmalar barədə müəyyən nəticəyə gəlmək olar. - X13 ödədiyi vəsaitlər Cavabdeh məxsusdurmu, yəni ata və oğulun İddiaçı ASC “xxxx” MMC “Xəzər Inşaat-ICK” LLC-yə ödədikləri 466074,97 manat borcun, 243280 manatı (təqdim olunan arayış, cədvəl) Cəmiyyət tərəfindən qaytarılmaqla 222874,97 manat Cəmiyyətin onlara borclu qalması; Cavabdeh tərəfindən 2022-ci il # ##### tarixdə, 2021-ci il ## ###### tarixli, **/** saylı borc müqaviləsinə əsasən əsas borcdan 8000 manatın ödənilməsi; 2025-ci il ## ######## tarixədək olan dövrdə Cavabdeh bank hesabına daxil olmuş 393400 manat və həmin vəsaitdən 2024-cü il ## ######## tarixdə 248235 manat, 2025-ci il # ###### tarixdə 15000 manat, 2025-ci il ## #### tarixdə 25000 manat, 2025-ci il ## ###### tarixdə 50000 manat, 2025-ci il # ######## tarixdə 9562,82 manat, cəmi 347797,82 manat əsas kredit borc əvəzi, 2024-cü il ## ######## tarixdə 32265 manat, 2025-ci il # ######## tarixdə 13337,18 manat, cəmi 45602,18 manat kreditə hesablanmış faiz borcu, ümumilikdə 393400 manat vəsaiti İddiaçı ASC-nin adı “xxxx” MMC olarkən bankdan götürdüyü kredit və ona hesablanmış faiz borcuna ödənilməsi. - “xxxx” QSC tərəfindən 2022-ci il ## ###### tarixli *** nömrəli, 2022-ci il # ###### tarixli *** nömrəli və X7 ilə 2022-ci il ## ###### tarixli *** nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “AFBBANK”-dakı hesablaşma hesabına daxil olmuş, sonra həmin vəsait İddiaçı ASC-nin “AFBBANK”-dəkı hesablaşma hesabına “kapitalın möhkəmləndirməsi üçün səhmdarlardan ianə” adı altında daxil olması, əgər həmin vəsait Cavabdehdursa onda köçürməyə səhmdar qeyd olunmalı idi. Lakin köçürməyə “səhmdarlardan” qeyd olunması, köçürülən vəsait yalnız Cavabdeh məxsusdursa onda “Mühasibat uçotu haqqında” qanundan irəli gələn tələblər nəzərə alınmaqla, borc hesablaşmalarında əvəzlənməsinə yol verilə bilər. Çünki həmin dövrlərdə nizamnamə kapitalı formalaşırdı. Borcu olduğu halda verilən vəsaitin ianə kimi rəsmiləşdirilməsi şübhəli əməliyyatdır. Vəsaiti qəbul edən Cəmiyyət qeyri-hökumət təşkilatı deyil, büdcəsi yardımlardan, ianələrdən formalaşan təşkilat deyil.

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, aparılmış audit xidmətinin dəyəri qismində 2000 manatın 1000 manatının cavabdehdən, 1000 manatının iddiaçıdan alınıb “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən – E.Həsənov, hakimlər – S.Cəfərov və T.Qocayev)

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və göstərmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin iddiaçıdan 750000 manat borc pul alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, onların arasında bununla bağlı borc müqavilələrinin bağlandığı, cavabdehin müqavilələrin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir. Tərəflər arasındakı borc müqaviləsinin bağlanmasına səbəb olan şərait, tərəflərin münasibətinin mahiyyəti və borcun cavabdehin şəxsi ehtiyacları üçün deyil, təsisçisi olduğu iddiaçı ASCnin fəaliyyətini genişləndirmək üçün verildiyi arqumentləri hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret subyektlər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilələrin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır.

24. Tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilələrin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla kollegiya hesab etmişdir ki, iddiaçının istinad etdiyi müqavilələri yalan və ya uydurma əqdlər hesab etmək mümkün deyildir.

25. Kollegiya cavabdehdən tutulmalı olan borcun məbləği üzrə gəlinən nəticə ilə də razılaşaraq göstərmişdir ki, borc müqavilələrindən yalnız biri - 2021-ci il ## ###### tarixli **/** saylı borc müqaviləsi üzrə ümumilikdə 37000 manatın geri qaytarıldığı müəyyən olunmuş, məhkəmə isə həmin ödənişi nəzərə almaqla qalıq borcu hesablayan ekspert rəyini əsas götürmüşdür.

26. Kollegiya əlavə olaraq göstərmişdir ki, apellyasiya baxışı zamanı İddiaçı ASC tərəfindən 2022-ci il ## ###### tarixinə Camallədin Ismayılovdan alınmış borc vəsaitinin 579588 manat təşkil etdiyi, İddiaçı ASC-nin “xxxx”dakı AZ**PAHA*****AZNHC********** saylı hesablaşma hesabına 2021-ci il # ###### tarixindən 2021-ci il # ###### tarixinədək olan dövrdə X13 (Cavabdeh oğlu) adından 389410 manat, Camallədin Ismayılovun kart hesabından 94,97 manat olmaqla cəmi 389504,97 manat, 2021-ci il # ###### tarixindən 2021-ci il # ###### tarixinədək olan dövrdə X13 adından 21150 manat, təsisçi kimi Cavabdeh adından 8620 manat vəsait daxil olduğu, müvafiq borc müqavilələrinin bağlanmasından sonrakı tarixlərdə isə Camallədin Ismayılov tərəfindən İddiaçı ASC-nin hesabına “kapitalın möhkəmləndirilməsi üçün səhmdarlardan ianə” adı altında 2200000 manat köçürüldüyü, Cavabdeh “xxxx”dakı AZ**PAHA*****AZNFC********** saylı hesablaşma hesabından “xxxx” MMC-nin “xxxx” ASC-dən götürdüyü kredit borcuna görə ümumilikdə 393400 manat vəsaitin ödənildiyi müəyyən edilmişdir və bu hallar, iddiaçının iddia tələbi ilə cavabdehin iddiaçıya qarşı mümkün tələblərinin əvəzləşdirilməli olubolmadığının mümkünlüyünün müzakirəsini zəruri edir. X13 və Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesablaşma hesabına borc müqavilələrinin bağlanmasından əvvəlki tarixlərdə pul vəsaitlərinin hansı məqsədlə (bağışlama, borc verilməsi, əvvəllər alınmış borcun qaytarılması, nizamnamə kapitalının artırılması və s.) köçürüldüyü qeyri-müəyyən olduğundan, onların hazırda baxılan mübahisə üzrə “qarşılıqlı tələb” kimi qiymətləndirilməsi ümumiyyətlə mümkün deyildir.

27. Eyni yanaşma Camallədin Ismayılov tərəfindən İddiaçı ASC-nin hesabına “kapitalın möhkəmləndirilməsi üçün səhmdarlardan ianə” adı altında köçürülmüş 2 200 000 manat baxımından da sərgilənməlidir – çünkü “ianə” kəliməsi həm filoloji, həm hüquqi mənasında, hər hansı şəxsin (fiziki və ya hüquqi) digərinə maliyyə vəsaiti şəklində (yaxud başqa maddi formada) verdiyi yardımı ifadə edir; yardım isə Mülki Məcəllənin 540.1-ci maddəsi kontekstində əvəzləşdirməyə əsas verən “qarşılıqlı tələb” yarada bilməz.

28. Kollegiya, Camallədin Ismayılovdan alındığı bildirilən 579 588 manat borcun, habelə Cavabdeh hesabından “xxxx” MMC-nin “xxxx” ASC-dən götürdüyü kredit borcuna görə köçürülmüş 393 400 manat vəsaitin də hazırkı mübahisə çərçivəsində əvəzləşdirmənin predmeti kimi nəzərdən keçirilməsini mümkün hesab etməmiş; belə ki, sözügedən borcun və köçürmənin “qarşılıqlı tələb” yaratdığı qəbul olunsa belə, bu tələbin icra müddətinin çatıbçatmadığı qeyri-müəyyəndir, həmçinin Camallədin Ismayılov əvəzləşdirməyə tərəfdar olduğunu nümayiş etdirməmişdir. Nəzərə alınmalıdır ki, tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verilməklə həyata keçirilir (§ 57) - Camallədin Ismayılov isə nə məhkəmə icraatından əvvəl, nə işə birinci instansiya məhkəməsində baxılarkən, nə də bundan sonra müvafiq iradə bəyanını qarşı tərəfə çatdırmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 43.1, 52.1, 52.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 351.1- 351.5, 385, 386.1, 390.1, 404, 425, 442, 527.1, 540.1, 540.2, 543, 560.1, 560.2, Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada 739.1, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 80, 81, 97.1, 103.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

30. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 5.3, 13, 14.2.1, 43.1, 52, 324, 337, 340, 351, 385, 386.1, 351.5, 386, 390, 404, 425, 442, 5 2 7 , 540, 543, 560, 739, 743 -cü maddələri üzrə - “Ümumilikdə oğlu və özü adından 419 274,97 manat vəsait” ödəniş olmuşdur. Bu məhkəmə tərəfindən qeyd edilsədə nəzərə alınmamışdır.” Bundan əlavə isə təqdim edilmiş hesabdan çıxarışdan da göründüyü kimi (hazırda da əlavə edilir) 393400 AZN məbləğində pul onun tərəfindən ödənilmişdir. Bütün bunlar birmənalı olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunan hallar nəzərə alınmadığından bu iddia hazırki qaydada təmin edilmişdir. Bu halların araşdırılmaması isə cavabdehin hüquqlarını kobud şəkildə pozmaqdadır.

32. MPM-in 14.1, 217.1-ci maddələri üzrə - Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Iddiaçı tərəf kassasiya şikayətinə etiraz ünvanlayaraq, kassasiya şikayətinin rədd edilməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.

34. Etiraz onunla əsaslandırılmışdır ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin faktiki hallarının sübut olunmamasına və sübutların qiymətləndirilməsinə istinad edilməsinə yol verilmir. Halbuki təqdim edilmiş kassasiya şikayətinin əsas məzmunu ödənişlərin nəzərə alınmaması, hesabdan çıxarışların və məbləğlərin hesablanmasının düzgün qiymətləndirilməməsi kimi faktiki hallara yönəlmişdir ki, bu da kassasiya baxışının predmeti deyil. MM-in 739, 740.2 və 741-ci maddələrinin tələblərinə uyğun olaraq tərəflər arasında yazılı müqavilələr bağlanmış, borc öhdəliyi və faiz şərtləri müəyyən edilmiş, ekspertiza ilə borcun məbləği təsdiq olunmuşdur. Şikayətdə həmin normaların konkret olaraq hansı əsasla pozulduğu göstərilməmiş, yalnız sübutların yenidən qiymətləndirilməsi tələb edilmişdir. Eyni zamanda, MPM-in 14.1-ci maddəsinə istinadlar əsassızdır, çünki məhkəmə iş üzrə ekspertiza təyin etmiş, bank çıxarışlarını və ödənişləri tam və hərtərəfli araşdırmışdır. Şikayət edilən qətnamə MPM-in 217.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübutlara əsaslanan qanuni məhkəmə aktıdır. Kassasiya şikayətində çoxsaylı hüquq normaları sadalansa da, onların hər hansı birinin konkret olaraq hansı əsasla pozulduğu hüquqi cəhətdən əsaslandırılmamışdır və bu da MPM-in 407-ci maddəsinin tələblərinə ziddir.

Kassasiya baxışının hədləri

35. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 324. Əqd anlayışı və onun növləri 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. ...” “Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. ... 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.”

“Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.”

“Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi birbirinə verməyə borcludurlar. 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.”

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları

386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 540. Öhdəliklərin əvəzləşdirilməsinin mümkünlüyü 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.”

“Maddə 739.1. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. ...”

“Maddə 743. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.”

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

41. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur.

42. Kassasiya şikayətinin bu qərarın §31-də qeyd olunan dəlili ilə bağlı Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən göstərilmişdir ki, iddiaçının hesablaşma hesabına borc müqavilələrinin bağlanmasından əvvəlki tarixlərdə pul vəsaitlərinin hansı məqsədlə (bağışlama, borc verilməsi, əvvəllər alınmış borcun qaytarılması, nizamnamə kapitalının artırılması və s.) köçürüldüyü qeyri-müəyyən olduğundan, onların hazırda baxılan mübahisə üzrə “qarşılıqlı tələb” kimi qiymətləndirilməsi ümumiyyətlə mümkün deyildir.

43. Həmçinin cavabdehin istinad etdiyi 393 400 manatın tərəfindən ödənilməsi ilə bağlı apellyasiya məhkəməsi bildirmişdir ki, bu vəsaitin də hazırkı mübahisə çərçivəsində əvəzləşdirmənin predmeti kimi nəzərdən keçirilməsi mümkün hesab edilmir; belə ki, sözügedən borcun və köçürmənin “qarşılıqlı tələb” yaratdığı qəbul olunsa belə, bu tələbin icra müddətinin çatıb-çatmadığı qeyri-müəyyəndir, həmçinin cavabdeh əvəzləşdirməyə tərəfdar olduğunu nümayiş etdirməmişdir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

46. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

47. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

48. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

50. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar