Məhkəmə qərarları › İş №2-2(1-8)-31/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-31/2026

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-31/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi və s. tələbi, Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSC-yə qarşı borcun ödənilməsi tələbləri barədə birləşdirilmiş iddialar üzrə işə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.“Bakı xxxxika Mərkəzi” MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 2018-ci il # #### tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -2-ci bəndinə əsasən bu müqaviləyə görə icarəyə verən 3-cü maddədə qeyd edilən əmlakını (bundan sonra icar obyekti) icarəçinin istifadəsinə və sahibliyinə verməyi, icarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində icarəyə verənə haqq ödəməyi öhdəsinə götürür. -3.1-ci bəndinə əsasən icarə obyekti: Bakı şəhəri, Lökbatan qəsəbəsi, Xocasən yolu, 112A ünvanında yerləşən “Bakı xxxxika Mərkəzi” kompleksinin (“BLC”) anbar sahəsinin 1-ci mərtəbəsində 600 kv.m anbar sahəsi; anbar sahəsinin daxilində 20 kv.m ofis sahəsi. -4.1-ci bəndinə əsasən icarə obyekti 2018-ci il # #### tarixindən 2023-cü il ## ###### tarixinədək, tərəflərin təhvil-təslim aktı imzalaması ilə 5 illiyə icarəyə verən tərəfindən icarəçinin birbaşa (vasitəsiz) sahibliyinə və istifadəsinə verilir. 2.Cavabdeh MMC (icraçı) ilə İddiaçı QSC (tapşıran) arasında 2022-ci il ## #### tarixli LG/****/*** nömrəli xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə və müddəalarına əsasən icraçı Azərbaycan Respublikası, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bakı xxxxika Mərkəzində malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, anbar xidmətləri göstərməyi, tapşıran isə xidmətlərə görə bu müqavilə üzrə təyin edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür; -2.3-cü bəndinə əsasən mallar, onları yağışdan, qardan və hava şəraiti səbəbindən yarana bilən hər hansı digər zərərdən, oğurluqdan, o cümlədən mallara zərər vura və ya onları zədələyə biləcək hər hansı təmasdan qoruyacaq tərzdə boşaldılmalı, yüklənməlidir. -2.4-cü bəndinə əsasən icraçı malları oğurluğa və yaxud rütubət, həşərat, gəmirici, düzgün olmayan və ya fərqli yerləşmə, yaxud zədələyici təmas səbəbindən belə malların məruz qala biləcəyi zədələnməyə qarşı qorumalıdır. -7.1-ci bəndinə əsasən icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara d y n zərər və ziyana görə icraçı məsuliyyət daşıyır. -7.2-ci bəndinə əsasən, tapşıran bildirir ki, zərərlər, ziyan dəymiş malların maya dəyəri ilə müəyyənləşdirilir. -7.3-cü bəndinə əsasən Mallarla balı zərər və ya itkinin qanunun tələbinin əksinə olaraq icraçının adi diqqətsizliyi və qəsd nəticəsində yarandığı hallar istisna olmaqla, icraçı fors major səbəblərindən baş vermiş zərər və ya itkiyə görə məsuliyyət daşımır. İcraçı onun obyektlərində saxlanılan malları eynilə həmin malların qəbul edildiyi kimi yaxşı vəziyyətdə saxlayıb qorumalı və belə malları qorumaq üçün lazım olan bütün tədbirləri həyata keçirməlidir. -9.1-ci bəndinə əsasən (fors major halı), istənilən tərəf bu Müqavilə üzrə fəaliyyətinə mane ola bilən və ya onu müvəqqəti təxirə sala bilən müharibə, terror hücumları, qiyamlar, oğurluq (təyyarənin qaçırılması, silahlı soyğun, sındırma və əraziyə giriş daxil olmaqla lakin bununla məhdudlaşmamaqla), kütləvi iğtişaşlar, təxribatlar, zəlzələlər, daşqınlar, təbii fəlakətlər, qadağalar (embarqo), qanunun tələbi, əmək mübahisələri (eləcə də tətillər, işdən kütləvi azadolma ilə bağlı etirazlar və ya boykotlar) və ya (b) yanğınlar, hava şəraiti, partlayışlar, elektrik enerjisinin, istilik, işıq təminatının və sərinləşdirici sistemlərin və rabitə avadanlığının (bu bənddə qeyd edilən hadisələr nəticəsində) pozulması bir şərtlə ki, bu bənddə qeyd olunan hadisələr müqavilə öhdəliyindən azad olma tələb edən Tərəfin etinasız münasibəti və ya günahı səbəbindən baş verməsin (c) Müqavilə Tərəfi onun nəzarətindən kənar olan (“Fors Major” hadisəsi) digər hallar nəticəsində öhdəliklərin icra olunmamsına görə Fors Major hallarının əhatə dairəsindən və davam etmə müddətindən asılı olaraq azad olunacaq. 3.****** nömrəli sayım nəticəsindən (##.##.2023-##.##.2023-cü il tarixli dövr) görünür ki, 1C proqramı üzrə anbar qalığı və sayım nəticəsi arasında 84 ədəd avadanlıq fərqi mövcuddur. Sayım nəticələrinin qəbulu haqqında ##.##.2023-cü il tarixli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, bu akt ****** nömrəli əlavə sənədin (sayım nəticəsi) əsasında hazırlanmışdır. Akt İddiaçı QSC, Cavabdeh MMC və “İnventory Services” MMCnin nümayəndələri tərəfindən imzalanmışdır. 4.2023-cü il # ######## tarixli aktdan görünür ki, malın alış, gömrük, nəqliyyat və malların alınması ilə bağlı çəkilən və maya dəyərinə aid edilən digər xərcləri əsasında malların maya dəyəri formalaşmış və çatışmayan malların yekun maya dəyəri 106375,90 manat məbləğində müəyyənləşdirilmişdir. 5.2023-cü il ## ######## tarixli ******-* nömrəli sayım nəticəsindən görünür ki, 1C proqramı üzrə anbar qalığı və sayım nəticəsi arasında 26 ədəd noutbuk fərqi mövcuddur. Sayım nəticələrinin qəbulu haqqında 2023-cü il ## ######## tarixli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, imza edənlər təsdiq edirik ki, ****** nömrəli, 2023-cü il # ######## tarixli sayım nəticələrinə əlavə olaraq 2023-cü il ## ######## tarixində “noutbuk” kateqoriyası üzrə mallar anbarda bir yerə toplanaraq yenidən sayım həyata keçirilmiş və “noutbuk” kateqoriyası üzrə aşağıda qeyd olunan sayda mal qalığı müəyyən olunmuşdur. Bu akt ******-* nömrəli əlavə sənədin (sayım nəticəsi) əsasında hazırlanmışdır. Akt İddiaçı QSC, Cavabdeh MMC və “İnventory Services” MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır. 6.2023-cü il ## ######## tarixli aktdan görünür ki, malın alış, gömrük, nəqliyyat və malların alınması ilə bağlı çəkilən və maya dəyərinə aid edilən digər xərcləri əsasında malların maya dəyəri formalaşmış və çatışmayan malların yekun maya dəyəri 40 006,84 manat məbləğində müəyyənləşdirilmişdir. İş üzrə məhkəmə icraatı Bu icraatdakı məlumatlar da iş üzrə qəbul edilmiş qətnamənin hazırki kassasiya baxışının predmetini təşkil edən hissəsinə uyğun olaraq qeyd edilmişdir (bax § 43) a) Birinci instansiya məhkəməsindəki icraat 7.İddiaçı İddiaçı QSC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 146.382,74 manat maddi ziyan, 20.000 manat əldən çıxmış fayda, 2023-cü il ## ###### tarixli, ** saylı sayım müqaviləsi əsasında ödədiyi 5.000 manat, 400 manat mediasiya xərci, 10 manat poçt kargüzarlıq xərci, 61,79 manat məhkəmə xərc olmaqla, ümumilikdə 171862,53 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2022-ci il ## #### tarixli № LG/****/*** xidmət müqaviləsinin (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) şərtlərinə əsasən icraçı qismində Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu 112 A ünvanında yerləşən “Bakı Loqistika Mərkəzi” adlanan ərazidə (qeyri-yaşayış sahəsində) tapşıran iddiaçıya məxsus olan 15000000 manat dəyərində kompyuter avadanlıqlarının təhlükəsiz (A+ kateqoriyaya uyğun şəkildə) şəraitdə saxlanması və s. xidmətlər göstərilməsi şəxsən direktor Ceyhun Mustafayevə və rəhbərlik etdiyi cavabdehə etibar edilmişdir. Hazırda məlum olduğu kimi, 2023-cü ilin iyul ayının sonundan sentyabr ayının ortalarına kimi cavabdehin məsuliyyət dairəsində olan ərazidə, axşam saat 18:00-dan (iş saatlarından) sonra olan müddətdə iddiaçıya məxsus olan 146382,74 manat (ilkin maya dəyərində) külli miqdarda avadanlıqların oğurlanması halı baş vermişdir. Belə ki, polis tərəfindən şirkət 2023-cü il ## ######## tarixindən zərərçəkmiş kimi tanındığı cinayət işi üzrə ilkin əməlliyyat-istintaq tədbirləri zamanı artıq dörd şəxs barəsində məhkəmə qərarı ilə həbs qəti-imkan tədbiri seçilmişdir. Məlum olmuşdur ki, anbar ərazisindən malların davamlı şəkildə, yəni 2023-cü ilin iyul-sentyabr ayları ərzində hissə-hissə oğurlanması cavabdehin direktoru X4 (bundan sonra- C.Mustafayev) öz işinə etinasız münasibəti və onun birbaşa günahı nəticəsində yaranmışdır. Belə ki, anbardar B.Hüseynov əvvəlcədən ərazidə elektrik kimi çalışan R.Həsənovdan şübhələndiyini avqust ayında cavabdehin direktoru C.Mustafayevə bildirsə də, o, buna əhəmiyyət verməmiş, “yox nə danışırsan, yazıq adamdır” və s. kimi fikirlər bildirmişdir. Eyni zamanda avqust ayında anbar ərazisində video kameraların işləməməsi səbəbini də araşdırmağı ərazidə elektrik kimi çalışan R.Həsənova həvalə etmişdir. İstinaq zamanı isə məlum olmuşdur ki, cavabdehin direktoru C.Mustafayev tanışları olan əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən şəxsləri (elektrik qismində çalışdırdığı Həsənov Rüfət İlqar oğlunu, fəhlə kimi çalışdırdığı X3 və X2) əmək müqaviləsi bağlamadan (qanunla onların bu kimi əraziyə buraxıla bilib - bilməmələrini araşdırılmadan) bu şəxslərin iş saatlarında və işdən sonrakı saatlarda milyonlarla manat dəyərində olan avadanlıqların saxlandığı qeyri-yaşayış sahələrinə maneəsiz keçmələrinə şərait yaratmışdır. Belə ki, bu şəxslərin son 3 ay ərzində gecə vaxtlarında anbar ərazisinə gəlmələrinə göz yumulmuş, vəzifə səhlənkarlığı etmiş, cinayət edən şəxslərin üzərində qonşu olan anbarın açarları olmuş və bu şəxslər ərazidə elektrik, fəhlə və bu kimi işlərə cəlb edilmişlər. Nəticə etibarı ilə məlum olmuşudr ki, cavabdehin direktoru C.Mustafayev ilk gündən verdiyi sözdən və müqavilə şərtləri üzrə rəhbərlik etdiyi A+ kateqoriyalı və 24/7 mühafizə olunmalı ərazidə müəmmalı şəkildə 3 ay (iyulsentyabr) müddətində məhz oğurluq hadisələri baş verən saxlanc yerlərində altı sayda müşahidə kameraları ümumiyyətlə işlək vəziyyətdə olmamasından guya xəbərsiz olmuşdur. İcraçı cavabdehin maddi məsul şəxsi kimi, qanunsuz səhlənkarlığı (hərəkətsizliyi) nəticəsində anbar ərazisinin etibarlı mühafizəsi təşkil olunmamış və nəticədə 3 ay müddətində eyni şəxslər (faktiki icraçının işçiləri) tərəfindən davamlı xarakter daşıyan silsilə oğurluq hadisələri baş vermişdir. Anbarda malların çatışmadığına dair cavabdehin direktoru C.Mustafayevin avqust ayının sonunda İddiaçı QSC-yə dəvət edilməsinə, təsisçi, baş mühasib, hüquqşünas, anbardar və digər əməkdaşların yanında ona ilkin olaraq iddiaçıya məxsus 72000 ABŞ dolları dəyərində malların saxlanc yerində olmadığı barədə məlumat verilməsi və oğurluğa əsaslı şübhələrin olması barədə məlumat verildikdə o, bu məlumatları nəzərə almaq (daxili araşdırma aparmaq) əvəzinə, kinayəli gülüşlə bu halın yanlış olduğunu israrla irəli sürmüş, heç bir təsirli iş görməmişdir. Bu görüşdən heç bir nəticə əldə edilmədiyindən məcburiyyət qarşısında malların üçüncü şəxslər tərəfindən sayımının keçirilməsi təmin edilmişdir. Sayımda cavabdehin əməkdaşı iştirakını imzası və ştampla təsdiq etmişdir. Məhz bu görüşdən və sayımdan sonra belə cavabdeh tərəfindən heç-bir təhlükəsizlik addımları atılmadığından, eyni şəxslər tərəfindən anbardan təkrarən daha 40006,84 manat dəyərində malların oğurlanması artıq cavabdehin direktoru C.Mustafayevin avqust - sentyabr ayı ərzində də davamlı qanunsuz səhlənkarlıq (hərəkətsizlik) göstərməsi bir daha sübut etmişdir. Cavabdehə pretenziya məktubu ünvanlansa da, direktoru C.Mustafayev heç bir hərəkət göstərməmişdir. Daha sonra bu kommersiya mübahisəsinin Bakı * saylı Mediasiya təşkilatında alternativ yolla həlli istiqamətində addım atılmasına baxmayaraq, qarşı tərəfin nümayəndəsi təklifləri qəbul etməmişdir. 9.Cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbinə dair etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi əsasında cavabdeh tərəfindən 2023-cü ilin fevral ayınadək iddiaçıya aid malların sonuncudan müvafiq sənədlər əsasında anbara qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanılması, seçilməsi, yüklənməsi, tapşıranın təyin etdiyi ünvanlara çatdırılması və sair xidmətlər göstərilmişdir. 2023-cü ilin yanvar ayından cavabdeh tərəfindən iddiaçının istəyinə əsasən yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi dayandırılmış və sonuncunun anbar sahəsinin ayrılması barədə istəyinə uyğun olaraq onlar üçün 600 m² anbar sahəsi ayrılaraq təqdim edilmişdir. Bundan sonra iddiaçı həmin anbar sahəsinə malları özü yerləşdirmiş, çeşidləmiş, saxlamış və anbardan çıxarılmasına nəzarət etmişdir. Anbara daxil olan və çıxarılan mallar barədə cavabdehə hər hansı məlumat verilməmişdir. Bununla da qeyd edilən tarixdən tərəflər arasındakı münasibətlər faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçirilmiş və 2023-cü ilin fevral ayından başlayaraq buna görə hesablanmış sub-icarə haqqı məbləğləri hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş aktlar əsasında müəyyən edilmiş qiymətlər əsasında ödənilməyə başlanmışdır. 2023-cü ilin sentyabr ayında iddiaçının anbar sahəsində onlara məxsus bir sıra malların çatışmadığı barədə məlumatları əsasında cavabdeh ərazidə olan müşahidə kameraları vasitəsi ilə anbar sahələrinə şübhəli şəxslərin daxil olduğunu gördükdən sonra dərhal AR DİN-nin 102 qaynar xətt xidmətinə məlumat verilmiş və Qaradağ RPİ tərəfindən müvafiq araşdırma nəticəsində ərazidə oğurluq cinayətinin törədilməsi faktı aşkar olunaraq bu barədə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi üzrə bir neçə şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı cinayət nəticəsində ona vurulmuş ziyanla bağlı hazırkı iş üzrə cavabdehə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, hazırkı iddia tələbi cinayət əməlini törətməkdə təqsirli bilinən şəxslərə qarşı qaldırılmalı idi.

10. Eyni zamanda cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan cavabdehin xeyrinə icarə haqqı borcu üzrə ƏDV daxil 19665 manat, gecikdirilmiş günlərə görə hesablanmış ƏDV daxil 2619,20 manat və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1500 manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş, 161,50 manat dövlət rüsumu olmaqla, cəmi 23945 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəməsinin 2024-cü il ## ###### tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, cavabdehdən dəymiş maddi ziyana görə 146382,74 manat, ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 394 manat olmaqla, cəmi 146776,74 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçıdan 19665 manat borc, 150 manat cərimə, 500 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 144 manat olmaqla, cəmi 20459 manat məbləğində pul vəsaitinin cavabdehin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Axundova).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il ## #### tarixli LG/****/*** nömrəli xidmət müqaviləsi qarışıq (tapşırıq, saxlama və s.) müqavilə olmuşdur.

14. Məhkəmə tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin subicarəsi münasibətlərinə keçməsinə dair cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, müqavilədən göründüyü kimi, icraçı malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, müxtəlif anbar xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

15. Təqdim olunan xidmətlərin göstərilməsi haqqında aktlardan görünür ki, həmin aktlarda göstərilmiş xidmətlərin (işin) adı və məbləği qeyd olunmuş, cavabdehin qeyd etdiyi aylarda da malların anbarda saxlanması xidməti qeyd olunaraq, həmin xidmətə görə haqqın məbləği göstərilmişdir.

16. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, cavabdehin tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçdiyini iddia etdiyi aylarda cavabdehin müqavilədə nəzərdə tutulan digər xidmətlərindən istifadə edilməmiş, yalnız malların anbarda saxlanması xidmətindən istifadə olunmuşdur. İddiaçıya göndərilən elektron qaimələrdə də xidmətin adı kimi xxxxik xidmət haqqı olaraq qeyd olunmuşdur. Beləliklə, tərəflər arasında münasibətlər heç bir mərhələdə icarə münasibətləri olmamışdır.

17. İddia tələbinin 146382,74 manat maddi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edilmişdir ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya ziyan dəyməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, 2023-cü ilin iyul ayının sonundan sentyabr ayının ortalarına kimi cavabdehin məsuliyyət dairəsində olan ərazidə iddiaçıya məxsus olan avadanlıqların itməsi (oğurlanması yoxa çıxması) halı baş vermişdir. Həmin hal iş materialları ilə (Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ### tarixli, *(***)-****/**** saylı qərarı və s.) öz təsdiqini tapır.

18. İddiaçıya 146382,74 manat məbləğdə ziyan dəyməsi işin materialları ilə (sayım aktları və s.) öz təsdiqini tapır. Müqavilənin 7.2-ci bəndinə əsasən tapşıran bildirir ki, zərərlər, ziyan dəymiş malların maya dəyəri ilə müəyyənləşdirilir. Həmin bəndə uyğun olaraq da dəymiş ziyan malların maya dəyəri ilə müəyyənləşdirilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, müqavilənin şərtlərinə əsasən icraçı iddiaçıya məxsus malları oğurluğa qarşı qorumaq, icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara d y n zərər və ziyana görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüş, lakin həmin öhdəliklərini yerinə yetirməmiş, mallar cavabdehin məsuliyyət dairəsində olan ərazidən yoxa çıxmış və cavabdeh iddiaçıya məxsus olan əşyaların itməsinə görə onun qarşısında məsuliyyət daşıyır. Beləliklə, iddiaçıya ziyan cavabdehin müqavilə üzrə öhdəliklərini pozması nəticəsində dəymişdir.

20. Müqavilənin 9.1-ci bəndində oğurluq fors major hallarından biri kimi göstərilsə də, hazırkı halda baş verən hal məhkəmənin qənaətinə əsasən həmin bəndin təsiri altına düşmür, belə ki, həmin bənddə oğurluq halına aid edilən hallar konkret olaraq göstərilir: təyyarənin qaçırılması, silahlı soyğun, sındırma və əraziyə giriş daxil olmaqla lakin bununla məhdudlaşmamaqla).

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 385.1, 386.1, 442, 448.1, 443.1, 443.2, 777.1, 777.2, 778.1, 779.1, 822, 823.1, 823.2, 824.1 və 824.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”), 14.2, 76.1, 77, 107,119.1, 121.1 və 218-ci maddələrinə, istinadla əsaslandırmışdır.

22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin “5000 (beş min) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin tələbin təmin olunması xahiş edilmişdir.

23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddiaçının iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd olunması xahiş edilmişdir

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva).

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə üzrə ilk iddia üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün işin faktiki halları və tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır.

26. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehlə bağladığı xidmət müqaviləsinə (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) istinad edərək cavabdehdən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə dəymiş ziyanı tələb edir; cavabdeh isə 2023-cü ilin yanvar ayından tərəflər arasında əldə edilmiş razılığa əsasən qeyd edilən xidmətlərin göstərilməsinin dayandırıldığını və tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətləri olduğundan bu halın cavabdehin məsuliyyətini istisna etdiyini bildirmişdir.

27. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilə qarışıq müqavilədir; belə ki, müqavilədən göründüyü kimi, icraçı malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, müxtəlif anbar xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasındakı münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi saxlama və tapşırıq müqaviləsi ilə bağlı normalar nəzərdən keçirilə bilər.

28. Məhkəmə kollegiyası, tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçməsinə dair cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, təqdim olunan xidmətlərin göstərilməsi haqqında aktlardan görünür ki, həmin aktlarda göstərilmiş xidmətlərin (işin) adı və məbləği qeyd olunmuş, cavabdehin qeyd etdiyi aylarda da malların anbarda saxlanması xidməti qeyd olunaraq, həmin xidmətə görə haqqın məbləği göstərilmişdir. Beləliklə, cavabdehin tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçdiyini iddia etdiyi aylarda cavabdehin müqavilədə nəzərdə tutulan digər xidmətlərindən istifadə edilməmiş, yalnız malların anbarda saxlanması xidmətindən istifadə olunmuşdur. İddiaçıya göndərilən elektron qaimələrdə də xidmətin adı kimi xxxxik xidmət haqqı göstərilmişdir.

29. Belə olan halda, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin tərəflər arasında münasibətlərin heç bir mərhələdə icarə münasibətləri olmaması ilə bağlı gəldiyi qənaət ilə razılaşmışdır.

30. Tərəflər arasında bağlanmış 2022-ci il ## #### tarixli LG/****/*** nömrəli müqavilənin şərtlərini nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, icraçı iddiaçıya məxsus malları oğurluğa qarşı qorumaq, icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetiriləcək ağlabatan tədbirlər) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara d y n zərər və ziyana görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüş, lakin həmin öhdəliklərini yerinə yetirməmiş, mallar cavabdehin məsuliyyət dairəsində olan ərazidən yoxa çıxmışdır və cavabdeh iddiaçıya məxsus olan əşyaların itməsinə görə onun qarşısında məsuliyyət daşıyır.

31. Müqavilənin 9.1-ci bəndində oğurluq fors-major hallarından biri kimi göstərilsə də, kollegiyanın qənaətinə görə hazırkı mübahisəyə əsas yaradan hal həmin bəndin təsiri altına düşmür; belə ki, birincisi, oğurluq hadisəsinin “fors-major” kimi qiymətləndirilməsi tərəflər arasında bağlanmış müqavilənin və ümumiyyətlə anbarda saxlama münasibətlərinin mahiyyətinə uyğun deyildir; ikincisi, müqavilənin həmin bəndində oğurluq hadisəsinə aid edilən halların izahı qismində “təyyarənin qaçırılması, silahlı soyğun, sındırma və əraziyə giriş daxil olmaqla” ifadələrindən istifadə olunması, bu istisnanın adi “oğurluq” halını ehtiva etmədiyini göstərir; üçüncüsü və ən əsası isə, sözügedən bənddə sadalanan bütün fors-major hallarının nəzərə alınması, müvafiq halın müqavilə öhdəliyindən azad olunmasını tələb edən tərəfin etinasız münasibəti və ya günahı səbəbindən baş verməmiş olması ilə şərtləndirilmişdir.

32. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə əsasən tapşıran bəyan etmişdir ki, zərərlər, ziyan dəymiş malların maya dəyəri ilə müəyyənləşdirilir.

33. Kollegiya dəymiş ziyanın məbləği ilə bağlı qeyd etmişdir ki, oğurlanmış avadanlıqlarının sayının və dəyərinin müəyyən edilməsi üçün tərtib edilmiş aktlara əsasən vurulmuş ziyanın məbləği 146 382,74 manat müəyyən edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi dəymiş maddi ziyanı həmin məbləğdə müəyyən etməkdə haqlı olmuşdur.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 21.1, 21.2, 385.1, 386.1, 390.1, 390.5, 390.6, 398.1, 399.1, 404.1, 404.2, 425.1, 442, 445.2.1, 448.1, 443.1, 443.2, 777.1, 777.2, 778.1, 779.1, 813, 822, 823.1, 823.2, 824.1, 824.2, 827 və 829.1-ci maddələrinə və MPM-in 9.1, 14.1, 14.2, 76.1, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

35. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, iddiaçının cavabdehə qarşı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

36. MM-in 404.1-404.2-ci maddələri üzrə-2023-cü ilin yanvar ayından iddiaçının şifahi istəyinə əsasən qeyd edilən xidmətlərin göstərilməsi dayandırılmış və tərəflər arasında anbar sahəsinin ayrılması barədə şifahi razılaşmaya uyğun olaraq həmin müəssisə üçün 600 kv.m anbar sahəsi ƏDV daxil aylıq 8.260 manat icarə haqqı müqabilində təqdim edilmişdir. Bundan sonra iddiaçı həmin anbar sahəsinə malları özü yerləşdirmiş, çeşidləmiş, saxlamış və anbardan çıxarılmasına nəzarət etmişdir. Anbara daxil olan və çıxarılan mallar barədə cavabdehə hər hansı məlumat verilməmişdir. Bununla da qeyd edilən tarixdən tərəflər arasındakı münasibətlər faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçirilmiş və 2023-cü ilin fevral ayından başlayaraq buna görə hesablanmış sub-icarə haqqı məbləğləri hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş aktlar əsasında müəyyən edilmiş qiymətlər üzrə ödənilməyə başlanmışdır. 2023-cü ilin fevral ayından sonra aktlardakı malların anbarda saxlanılması bölməsində qiymət qrafalarında 7000 AZN, say qrafalarında 1 ədədinin qeyd olunduğu görünür. Bundan başqa məhkəməyə təqdim olunmuş 2023-cü ilin fevral ayınadək anbara mədaxil olunan mallara dair qəbul sənədlərindən görünür ki, həmin tarixədək iddiaçı tərəfindən cavabdehə anbar xidmətləri ilə bağlı təqdim edilən mallar barədə tarix və nömrəli “Qəbul sənədi” adlı sənədlər əsasında mallar anbara mədaxil edilmiş, həmçinin “Mal-material və avadanlığın yük daşıması qaiməsi” adlı sənədlər əsasında mallar göndərilmişdir. 2023-cü ilin fevral ayından sonrakı tarixlərdə isə nə “Qəbul sənədi” nə də malların anbara mədaxil və məxaricinə dair tərəflər arasında hər hansı sənəd tərtib edilməmişdir. İşin bu halları iddiaçının nümayəndəsi tərəfindən də məhkəmə iclaslarında təsdiq edilmişdir. Bütün bunlar isə bir daha təsdiq etmişdir ki, tərəflər arasında 2023-cü ilin fevral ayından cavabdeh tərəfindən iddiaçıya tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş xidmətlər göstərilməmiş, onlar arasındakı xidmət və tapşırıq münasibətləri tamamilə dəyişərək sub-icarə münasibətlərinə keçilmişdir. Lakin məhkəmə nədənsə həmin sübut kimi istinad etdiyi sənədlərdəki söz və ifadələrin hərfi mənasını əsas götürmüş, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin və işdə olan sənədlərin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, iddiaçıya dəymiş ziyanın baş verməsinə səbəb cavabdehə aidiyyəti olmayan şəxslər tərəfindən əraziyə qonşu anbarın metal örtükdən olan arakəsməsini sındırmaq yolu ilə daxil olaraq oğurluq, yəni özgə əmlakını gizli yolla talama cinayət əməli ilə bağlı olmuşdur. Tərəflər arasında bağlanmış və faktiki olaraq 2023-cü ilin fevral ayından qüvvədən düşmüş anbar xidmətləri barədə sözügedən müqavilənin 7.3-cü bəndinə görə mallarla bağlı zərər və ya itkinin qanunun tələblərinin əksinə olaraq icraçının adi diqqətsizliyi və qəsd nəticəsində yarandığı hallar istisna olmaqla, “İcraçı” fors major səbəblərindən baş vermiş zərər və ya itkiyə görə məsuliyyət daşımır. “İcraçı”, onun obyektlərində saxlanılan malları eynilə həmin malların qəbul edildiyi kimi yaxşı vəziyyətdə saxlayıb qorumalı və belə malları qorumaq üçün lazım olan bütün tədbirləri həyata keçirməlidir. Həmin müqavilənin 9.1-ci maddəsindən isə görünür ki, sındırma və əraziyə giriş daxil olmaqla lakin bununla məhdudladırılmamaqla baş vermiş oğurluq cinayəti fors-major halı kimi nəzərdə tutulmuşdur.

37. MM-in 822 və 824.1-ci maddələri üzrə-saxlama müqaviləsi münasibətlərinin yaranması üçün iddiaçı oğurlandığını iddia etdiyi mallar (daşınar əşyalar) saxlaması üçün cavabdehə verməli, idi. Hazırki mübahisə üzrə isə iddiaçı tərəfindən nəinki oğurlandığını iddia etdiyi daşınar əşyaları, ümumiyyətlə 2023-cü ilin yanvar ayından sonra cavabdehə hər hansı daşınar əşyanı saxlanca qəbul etməsi üçün təqdim etdiyinə, həmçinin qeyd edilən dövrdən sonra cavabdehə aralarında tapşırıq müqaviləsi münasibətlərinə dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmənin iddianın predmetini təşkil edən oğurlanmış əşyalarla bağlı cavabdehin saxlayıcı kimi öhdəliklərini lazımınca icra etməməsinə dair gəldiyi nəticə tamamilə səhv və qanunsuz olmuşdur.

38. MM-in 1131-ci maddəsi üzrə- məhkəmə iddianı təmin edərkən əsas götürdüyü müqavilədəki 7.3 və 9.1-ci bəndlərinin müddəalarını əlaqəli şəkildə araşdırmamış, cavabdehlə heç bir əlaqəsi olmayan şəxslərin qonşu anbar sahəsindən anbarlar arasındakı dəmir metaldan olan ara divarının bir hissəsini qıraraq faktiki olaraq iddiaçının sub-icarəsində olan anbar sahəsinə daxil olmaqla sonuncuya məxsus əmlakları gizli yolla taladıqlarının müəyyən edilməsinə baxmayaraq məhkəmə bu halın müqavilənin 7.3 və 9.1-ci bəndlərinin müddəalarını təsiri altına düşməsini nəzərə almamış, həmçinin MMin 1131-ci maddəsinin imperativ tələblərini açıq-aşkar pozmuşdur.

39. Zərər hesablanarkən yalnızca iddiaçının özünə məxsus 1c mühasibatlıq proqramına birtərəfli qaydada işlənilmiş məlumatlara əsasən aparılmış sayımın nəticələrinə görə yazılmış sənədə istinad edilmişdir ki, bu sənəd mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə sayım yalnız o halda qəbul edilə bilərdi ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı saxlama münasibətlərindən irəli gələrək sözügedən daşınar əşyaları reallıqda cavabdehə təqdim etmiş olardı və yalnız bundan sonra tərəflər arasında qarşılıqlı üzləşmə sənədləri (təhvil-təslim) ilə sayım aparılardı. İşin müəyyən edilmiş hallarından da görünür ki, mübahisənin predmetini təşkil edən daşınar əşyalar barədə tərəflər arasıda saxlama münasibətlərindən irəli gələn hərəkətlər icra olunmamışdır. Ümumiyyətlə, cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində cinayət işində tanındığı halda, hazırki formada mülki qaydada əlaqəsiz bir şəxsə, cavabdehə qarşı iddia qaldırmaqla özüözünü40.təkzib edən hərəkətlər etmişdir. Həm zərərini cavabdehdən, həm də təqsirləndirilən şəxslərdən tələb etməklə əsassız varlanmasına səbəb olacaqdır. İddiaçı təqsirləndirilən şəxslərə mülki iddia verməsə belə, özünün zərəçəkmiş şəxs kimi tanınmış olması səbəbindən cavabdehin təqsirləndirilən şəxslərə qarşı mülki iddia verməsi imkanını əlindən alacaqdır.

41. MPM-in 217.3, 217.4-cü maddələri üzrə-iş materialında iddiaçının oğurlandığını iddia etdiyi materialların sözügedən anbara tam mədaxil edildiyini təsdiq edən heç bir sübut yoxdur. Bundan başqa məhkəmənin dəymiş ziyanın həcminə dair istinad etdiyi əsas sübut olan sayımın nəticələrinə dair aktlar özü-özlüyündə mübahisəli sənədlərdir və onlar mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materialında olan ##.##.2023 və ##.##.2023-cü il tarixli sayımın nəticələrinin qəbulu haqqında aktlar cavabdehə hər hansı malın təhvil verilməsi və sonuncunun bu halı qəbul etməsini təsdiq edə bilməz. Bundan başqa həmin aktlara əlavə olunmuş sayım nəticəsi adlı excell formalı sənədlərdən görünür ki, həmin sənədlər iddiaçıya aid 1c mühasibatlıq proqramı əsasında hazırlanmış və o “İnventory Services” MMC-nin və “xxxx” QSC-nin möhürləri ilə təsdiq edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

43. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmiş, qətnaməni birinci iş üzrə-iddiaçının iddia tələbinin təmin olunması hissəsində mübahisələndirmişdir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 822. Saxlama müqaviləsi

Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.”

“Maddə 824. Yük götürənin (saxlayıcının) vəzifələri

824.1. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. ...” Maddə 1131. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyətdən azad edilmə əsasları Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.”

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. .....”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və həmin dəlillər üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

49. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında 2022-ci il ## #### tarixli LG/****/*** nömrəli xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh Azərbaycan Respublikası, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bakı xxxxika Mərkəzində malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, anbar xidmətləri göstərməyi, iddiaçı isə xidmətlərə görə bu müqavilə üzrə təyin edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.

50. 2023-cü ilin fevral ayından tərəflər arasında münasibətlərin faktiki subicarə münasibətlərinə çevrilməsi barədə cavabdehin kassasiya dəlillərinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 2022-ci il ## #### tarixli LG/****/*** nömrəli xidmət müqaviləsi qüvvədə olmuş; müqaviləyə xitam verilməsi və ya onun hüquqi təbiətinin dəyişdirilməsi barədə tərəflər arasında hər hansı yazılı əlavə saziş bağlanmamış; təqdim edilmiş elektron qaimələrdə xidmətin adı “xxxxik xidmət”” kimi göstərilmişdir. İşin materialları ilə müəyyən olunur ki, mallar cavabdehin nəzarətində olan ərazidə saxlanılmış; sayım aktları cavabdehin nümayəndələrinin iştirakı və imzası ilə təsdiq edilmiş; cavabdeh malların həmin anbarda yerləşdiyini qəbul etmiş; cavabdeh anbarın təhlükəsizliyinə və malların qorunmasına dair müqavilə öhdəliyi götürmüşdür. Müqavilənin 2.3, 2.4, 7.1 və 7.3-cü bəndlərinə əsasən cavabdeh malları oğurluqdan qorumaq və lazımi təhlükəsizlik tədbirlərini görmək öhdəliyi daşımışdır. Odur ki, məhkəmə kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.

51. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə oğurluğun fors-major hesab olunması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, müqavilənin 9.1-ci bəndində göstərilmişdir ki, fors-major yalnız tərəfin etinasız münasibəti və ya təqsiri olmadıqda məsuliyyəti istisna edir. İş üzrə isə müəyyən edilmişdir ki, anbarın bir sıra müşahidə kameraları işləməmiş; cavabdeh təhlükəsizlik tədbirlərini lazımi səviyyədə təmin etməmişdir.

52. Kassatorun sayım aktlarının sübut kimi qəbul edilməli olmaması barədə dəlilləri də əsassızdır. Belə ki, ##.##.2023 və ##.##.2023-cü il tarixli sayım aktları tərəflərin nümayəndələri tərəfindən imzalanmış, cavabdeh həmin sənədlərə etiraz etməmiş; malların çatışmazlığı birgə sayım nəticəsində müəyyən edilmişdir. Müqavilənin 7.2-ci bəndində də açıq şəkildə göstərilmişdir ki, zərər malların maya dəyəri ilə hesablanır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin 146.382,74 manat məbləğində ziyanın müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

53. Cinayət işinin nəticəsinin gözlənilməli olması barədə dəlilə münasibətdə isə qeyd olunmalıdır ki, müqavilə öhdəliyinin pozulmasına görə mülki məsuliyyət şəxsin cinayət məsuliyyətindən asılı deyildir. Zərərin birbaşa oğurluq edən şəxslər tərəfindən vurulması cavabdehin müqavilə üzrə öz öhdəliklərini pozmasına görə məsuliyyətini aradan qaldırmır.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş, gəlinən nəticə mülki qanunvericiliyin müqavilə öhdəliklərinin pozulmasına görə zərərin ödənilməsi öhdəliyini müəyyən edən normalarının tələblərinə uyğun olmuş, şikayətdə qeyd olunan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

56. Beləliklə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar