Məhkəmə qərarları › İş №e-2-2(3-6)-470/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-470/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-470/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7305,29 manat məbləğində sığorta haqqı, 62090,50 manat məbləğində dəbbə pulu, 1148,35 manat qaytarılmamış inventarların qalıq dəyəri, 400 manat mediasiya xərci cəmi 70944,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 6771,92 manat məbləğində debitor borc və 228,08 manat cərimə cəmi 7000 manat, həmçinin 400 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən cavabdeh ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-2- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdeh Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*-*(***)- ****/**** nömrəli qərardadının ləğv edilməsi və Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli ## ###### 2023-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddətinin bərpasından imtina edilməsi barədə qərardad qəbul edilməsi, əks təqdirdə şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli 2- 2(103)- ****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e2-2(113) ****/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli 2- 2(103)- ****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-2- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün işlə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş ##.##.2025ci il tarixli apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemivasitəsilə apellyasiya şikayəti verərək, adıçəkilən qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş ##.##.2026cı il tarixli apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılmış, ödənilmiş 152 manat dövlət rüsumunun cavabdeh Məmmədli Sərxan Vidadi oğluna qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təkrarən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh Cavabdeh ərizəsi və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması haqqında qəbul edilmiş e-2- *(***)-****/****-*** nömrəli ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Bakı Kommersiya Məhkəməsi qərardadında öz mövqeyini Mülki Prosessual Məcəllənin 408.1.2-ci maddəsi ilə əsaslandıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.2-ci maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Halbuki Mülki Prosessual Məcəllənin 408.1.2-ci maddəsinə baxdıqda məlum olur ki, # #### 2021-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 408.1.2ci maddə ləğv edilmişdir. Bu fakt da onu göstərir ki, Bakı Kommersiya Məhkəməsi həmin işə baxarkən ləğv edilmiş normaya istinad etməklə, məhkəmələrdə işlərə baxılması qaydasını pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin həmin qərardadında həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.2.2-ci maddəsinə əsasən, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Lakin hazırda Mülki Prosessual Məcəllədə 408.2.2-ci maddə mövcud deyil. Bu da Bakı Kommersiya Məhkəməsinin qanunu düzgün tətbiq etmədiyini, mövcud olmayan normaya istinad etdiyini, konstitusion normanı pozduğunu göstərir. Apellyasiya şikayəti geri qaytarıldıqda ümumi əsaslarla təkrar apellyasiya şikayəti verilər. Bakı Apellyasiya Məhkəməsinin geri qaytarma ilə bağlı qərardadı ##.##.2025-ci il tarixində elektron kabinetə yerləşdirilmişdir. Təkrar apellyasiya şikayəti ##.##.2026-cı il tarixində, 1 aylıq müddət ötürülmədən verilmişdir. Məhkəmə bu faktı nəzərə almayaraq şikayəti təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə eyni şəxs tərəfindən bərpa edilməsindən imitna edilmiş prosessual müddətin yenidən bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verildikdə ediləcək prosessual hərəkətləri tənzimləyən hüquq normasının mülki prosessual qanunvericilikdə təsbit edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda Mülki Prosessual Məcəllənin 408.1.4- cü maddəsi müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə və apellyasiya şikayətinə münasibətdə tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət və vəsatət geri qaytarılması barədə məhkəmənin mövqeyi düzgün olmuşdur. Belə ki, daha əvvəl – Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Belə olan halda, təkrarən müddətin bərpası məsələsinə baxılması mümkün deyildir. Məhkəmə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e- 2-2(113)- ****/**** nömrəli qərardadı prosessual baxımdan düzgün əsaslandırılmış, şikayətin dəlilində qeyd olunan məsələ texniki yanlışlıqla bağlı olmuşdur. Bu isə mahiyyəti üzrə düzgün olan qərardadın yalnız formal mülahizələrə görə ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, şikayət və vəsatətin haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-2(113)-1537/2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar